Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-578/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh4 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X6 qarşı “borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)-59/2019 saylı qətnaməsindən İddiaçı ASC və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X6 qarşı “borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəyişdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 may 2015-ci il tarixli 104626-1-5276/2/1 saylı kredit müqaviləsinə əsasən 21 may 2018-ci il tarixə hesablanmış 352.353 ABŞ dolları məbləğində əsas borc, 69.286,78 ABŞ dolları məbləğində faiz borcu və 4.723,50 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 426.363,28 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada, İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 362.000 manat müəyyən edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi, evə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri - Cavabdeh2 və X9 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)- 59/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 343.535,69 (üç yüz qırx üç min beş yüz otuz beş manat 69 sent) ABŞ dolları məbləğində əsas borc, 69.286,78 (altmış doqquz min iki yüz səksən altı dollar 78 sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (yüz) ABŞ dolları məbləğində cərimə olmaqla ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cəmi 412.922,47 (dörd yüz on iki min doqquz yüz iyirmi iki dollar 47 sent) ABŞ dolları məbləğində borcun və məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla - cəmi 60 (altmış) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan cəmi 412.922,47 (dörd yüz on iki min doqquz yüz iyirmi iki dollar 47 sent) ABŞ dolları məbləğində borcun və 60 (altmış) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 370.000 (üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, satıldıqdan ən geci bir ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh2 və X4 həmin yaşayış sahəsindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada ekspertizanın dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu: 3 hesabına ödənilməsi qət edilmişdir. 17.12.2019-cu il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)-59/2019 saylı qətnaməsinin cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borcun və cərimənin müəyyən edilməsi hissələrində dəyişdirilməsini, bankın iddia tələbinin həmin hissələrdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borcu müəyyən edərkən, məhkəmə-mühasibatlıq ekspertizasının 04 aprel 2019-cu il tarixli 25298 saylı rəyini əsas götürmüşdür. Maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə faiz borcu ekspert rəyi ilə eynilik təşkil etsə də, əsas borcun hesablanmasında isə ekspert rəyi ilə maliyyə arayışı arasında 8.817,31 ABŞ dolları məbləğində fərq yaranmışdır. Ekspert rəyində əsas borc hissəsində hesablamalar düzgün aparılmamış və nəticədə, ekspert həmin hissədə yanlış nəticəyə gəlmişdir. Ekspert rəyi Cavabdeh1 əsas borcu hissəsində həqiqəti əks etdirmir və bu səbəbdən həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, ekspert rəyi cəmi 3 səhifədən ibarət olmaqla, 1-ci səhifəsi giriş hissəsindən, 2-ci səhifəsi ekspertiza qarşısında qoyulan suallardan və yalnız 3-cü səhifəsi ekspertiza qarşısında qoyulan suallara cavabdan ibarətdir. Ekspert rəyinin cəmi 3 səhifədən ibarət olması, rəyin həcmsiz olması ekspertiza tədqiqatının səthi aparıldığının göstəricisidir. Bundan başqa, ekspert rəyində aparılmış ekspertiza tədqiqatının müfəssəl təsviri, gedişatı, hesablama qaydası və cədvəli əks olunmamış, yalnız ekspertin gəldiyi yekun nəticə qeyd olunmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış “29.05.2014-cü il tarixli 104626-1-5276/2 saylı “Kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 15 may 2015-ci il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh1 15.05.2015-ci il tarixə Banka mövcud olan borcu 352.353 ABŞ dolları məbləğində kapitallaşdırılmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış 1 saylı Razılaşma ilə kapitallaşdırılmış borcun məbləği 352.353 ABŞ dolları məbləğində müəyyən olunmuş və hesabdan çıxarış məlumatlarına əsasən bu tarixdən sonra, yəni 15 may 2015-ci il tarixdən sonra cavabdeh tərəfindən mübahisəli kredit müqaviləsi üzrə ödəniş aparılmamışdır. Mübahisələndirilən kredit müqaviləsi üzrə ödəniş aparılmadığı halda 352.353 ABŞ dolları məbləğində əsas borcun ekspert rəyində 343.535.69 ABŞ dolları məbləğinə kimi azalması anlaşılan və ağlabatan deyildir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər 15 may 2015-ci il tarixli 1 saylı Razılaşmanı imzalamaqla kredit borcunu müəyyən etmişlər və Cavabdeh1 bu borcu qəbul etmiş olmuşdur. Həmin tarixdən sonra kredit müqaviləsi üzrə heç bir ödənişin aparılmadığını nəzərə alsaq, ekspert rəyinin açıq-aşkar səhv və əsassız olduğunu görmüş olarıq. Ekspert rəyinin açıq-aşkar əsassız və səhv olduğu halda, iddiaçının nümayəndəsi tərəfindən bununla əlaqədar təkrar olaraq maliyyə arayışı və hesabdan çıxarış, ətraflı maliyyə arayışı, ekspert rəyinə dair yazılı mülahizəsini, həmçinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair əsaslandırılmış yazılı vəsatətin məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə verilmiş vəsatəti təmin etməmiş və ekspert rəyini əsas götürərək səhv nəticəyə gəlmişdir. Bundan başqa, cərimə məbləğinin məhkəmə tərəfindən tənasübsüz surətdə azaldılması əsassızdır. Belə ki, hazırkı iş üzrə cavabdeh tərəfin kredit müqaviləsi ilə üzərinə götürdüyü kredit öhdəliklərini pozması, onların lazımınca icra edilməməsi, aldığı krediti müəyyən edilmiş müddət ərzində Banka qaytarmamaqla müqavilə öhdəliklərini pozması məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Cavabdeh cərimənin azaldılması xahişi ilə məhkəməyə müraciət etməmiş, iddia tələblərinin cərimənin tutulması hissəsini məhkəmə baxışı zamanı mübahisələndirməmişdir. 14.01.2020-ci il tarixdə Cavabdeh4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)-59/2019 saylı qətnaməsini ləğv edərək iddia tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv m. yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və kredit borcunun zamin olaraq Cavabdeh4 tutulması hissələrində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 104626-1-5276 nömrəli Baş kredit razılaşmasına (BKR) əsasən 120 ay müddətinə 1,000,000.00 manat məbləğində kredit xətti açılmışdır. Həmin BKR-in təminatı olaraq Cavabdeh4 ilə iddiaçı bank arasında 12 dekabr 2011-ci il tarixli, 103430-NEDVİJ-182 saylı “Daşınmaz əmlak İpoteka müqaviləsi” (“İpoteka müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə əsasən tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m. yaşayış, 369.4 kv.m. köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi iddiaçı qarşısında ipotekaya qoyulmuşdur. Müqavilədə cavabdehin təminat verdiyi kreditin (əsas öhdəliyin) məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Buna baxmayaraq, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və BKR-in tərkib hissəsi olan 29 may 2014-cü il tarixli 104626-1-5276/2 nömrəli “Kommersiya krediti müqaviləsi” və əlavədə kreditin qaytarılma müddəti, faiz dərəcəsi və digər mühüm şərtlər öz əksini tapmışdır. Bununla cavabdeh-ipotekaqoyan Cavabdeh4 hüquqları pozulmuşdur. Bu səbəbdən də 12 dekabr 2011-ci il tarixli, 103430-NEDVİJ-182 nömrəli “Daşınmaz əmlak ipoteka müqaviləsi” 29 may 2014-cü il tarixli 104626-1-5276/2 nömrəli “Kommersiya krediti müqaviləsi” və ona edilmiş dəyişiklik və əlavəyə münasibətdə bağlanmamış hesab edilməli və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Cavabdeh4 ilə bank arasında 29 may 2014-cü il tarixli, 103430-7-7268 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin təminat verdiyi kreditin (əsas öhdəliyin) məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Halbuki zaminin öhdəliyi aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində də aydın göstərilməlidir. Əks halda, zamin hansı öhdəlik üçün hansı müddətə və hansı həcmdə məsuliyyəti öz üzərinə götürdüyünü bilmir, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə dair müddəalarının tələbləri pozulur. 14.01.2020-ci il tarixdə Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)-59/2019 saylı qətnaməsini ləğv edərək iddia tələbinin kredit borcunun zamin olaraq Cavabdeh2 tutulması hissələrində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə bank arasında 29 may 2014-cü il tarixli, 103430-7-7267 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin təminat verdiyi kreditin (əsas öhdəliyin) məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Halbuki zaminin öhdəliyi aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində də aydın göstərilməlidir. Əks halda, zamin hansı öhdəlik üçün hansı müddətə və hansı həcmdə məsuliyyəti öz üzərinə götürdüyünü bilmir, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin zaminliyə dair müddəalarının tələbləri pozulur. 12.03.2020-ci il tarixdə Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)-59/2019 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 7.10-cu bəndinə əsasən, daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada qiymətləndirilməsi bu qurumun səlahiyyətinə aid edilmişdir. Lakin, hazırkı mülki iş üzrə əmlakın qiymətləndirilməsi özəl şirkət tərəfindən keçirilmişdir. Bu səbəbdən də qeyd olunan qiymətləndirmənin nəticələri onları qane etmir. Ona görə də, əmlakın real dəyəri ilə bağlı şübhələrin aradan qaldırılması üçün əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qiymətləndirilməlidir. Qiymətləndirmə şirkətinin rəyində qeyd olunan əmlakın dəyəri hazırkı bazar qiymətlərinə uyğun deyil. Hazırda əmlakın dəyəri rəydə və qətnamədə göstərilən qiymətdən yüksəkdir. Kredit Razılaşmalarının 1 №-li əlavələrində (“Ödəniş cədvəli”) alınmış kreditlər üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Faktiki olaraq da faizlər cavabdehdən ayda bir dəfə tutulub. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kredit müqaviləsində ən azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilməlidir: kreditin məqsədi və dəqiq təyinatı; kreditin şərtləri (kreditin məbləği, müddəti, kredit müddətindən asılı olmayaraq illik faizi, komisyon haqları (əgər nəzərdə tutulursa), bank tərəfindən tələb olunan digər ödənişlər); kreditin qaytarılma qrafiki; kreditlərin ödənilməsi müddətlərinin Uzadılmasına, habelə vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə, habelə borcalan tərəfindən kreditin vaxtından əvvəl ödənilməsinə dair şərtləri; kredit müddəti ərzində əlavə və dəyişikliklərin edilməsi qaydası; tərəflərin hüquq və vəzifələri; tərəflərin məsuliyyəti; mübahisələrin həlli qaydası. Lakin, cavabdehə müqavilə şərtləri barədə heç bir izah verilməmişdir. Müqavilələr bağlananadək bank yuxarıda göstərilən məsələlərlə bağlı borcalana ətraflı izahat verməlidir və bu barədə müqavilədə qeyd etməlidir. İddiaçı apellasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 29 may 2014-cü il tarixli 103428-7-7267 saylı zaminlik müqaviləsinin 2.5-ci bəndindən müəyyən olunur ki, Bank və kredit alan arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 104626-1-5276 saylı Baş kredit razılaşmasının və onun ayrılmaz hissəsi olan kredit müqaviləsinin bütün şərtləri zamin Cavabdeh2 yaxşı məlumdur. Həmçinin, 29 may 2014-cü il tarixli 103430-7-7268 saylı zaminlik müqaviləsinin 2.5-ci bəndindən müəyyən olunur ki, Bank və kredit alan arasında bağlanmış 17 yanvar 13-cü il tarixli 104626-1-5276 saylı Baş kredit razılaşmasının və onun ayrılmaz hissəsi olan kredit müqaviləsinin bütün şərtləri zamin Cavabdeh4 yaxşı məlumdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, İddiaçı ASC R.Ə.Rüstəmov və Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələri İddiaçı ASC ilə kredit alan Cavabdeh1la bağlanılan kredit müqaviləsi ilə eyni gündə və eyni məkanda, yəni 29 may 2014-cü il tarixdə İddiaçı ASCnin inzibati binasında bağlanılıb. Belə olan halda, kredit müqaviləsinin bütün şərtlərinin zaminlərə məlum olması açıq-aşkardır. Bundan əlavə, iş materiallarından göründüyü kimi, hazırkı iş üzrə cavabdehlərin hamısı bir ailənin üzvləridir. Belə ki, kredit alan Cavabdeh1 ailənin başçısı, zamin Cavabdeh2 - kredit alanın oğlu, zamin və ipoteka qoyan Cavabdeh4 - kredit alanın həyat yoldaşı. Göründüyü kimi, iş üzrə cavabdehlərin hamısı bir ailənin üzvləri olaraq, Balaxanı və Hövsan qəsəbələrində evlərin tikintisi (kreditin təyinatı) üçün 390.000 ABŞ dolları (kreditin məbləği) götürülmüş kreditin bütün şərtlərindən yaxşı məlumatları olmuşdur. Bütün bunlardan başqa, ipoteka qoyan Cavabdeh4 tərəfindən apellyasiya şikayətində mübahisələndirilən ipoteka müqaviləsi tərəflər arasında 17 yanvar 2013-cü il tarixdə bağlanmışdır. Həmin müqavilənin bağlanmasında Cavabdeh4 özü şəxsən iştirak etmiş və onu imzalamaqla, müqavilə şərtlərindən məlumatı olmuşdur. Həmçinin, ipoteka müqaviləsi notariat orqanı tərəfindən təsdiq olunmuş və dövlət orqanı tərəfindən qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi, 17 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsi tərəflər arasında bağlandıqdan təxminən 7 il sonra ipoteka qoyan Cavabdeh4 tərəfindən əsassız olaraq apellyasiya şikayətində mübahisələndirilmişdir. Cavabdehlər Cavabdeh2 (zamin) və Cavabdeh4 (zamin və ipoteka qoyan) apellyasiya şikayətlərində kredit müqaviləsinə dəyişikliyin onlar üçün əlverişsiz nəticələrə səbəb olmasını qeyd etmişlər. İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında kredit müqaviləsinə 15 may 2015-ci il tarixli 1 saylı Razılaşma bağlanılmışdır. Həmin razılaşma ilə kredit alan Cavabdeh1 öhdəliyi ağırlaşdırılmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə 15 may 2015-ci il tarixli 1 saylı razılaşmadan və ödəniş cədvəlindən müəyyən olunduğu kimi, kredit alan Cavabdeh1 kredit borcu kapitallaşdırılmış və ona 12 ay müddətinə güzəşt müddəti tətbiq olunmuş, müraciətinə əsasən aylıq ödəniş məbləği endirilmişdir. Kredit müqaviləsi üzrə nə müddət, nə illik faiz dərəcəsi dəyişdirilmişdir. Göründüyü kimi, kredit alanın müraciətinə əsasən kredit müqaviləsinə edilən dəyişiklik kredit alanın öhdəliyinin yüngülləşdirilməsinə xidmət etmiş, heç bir halda kredit alanın öhdəliyini ağırlaşdırmamışdır. Belə ki, kredit alana 12 ay müddətinə güzəştin tətbiq olunması, aylıq ödəniş məbləğinin aşağı salınması kredit alanın öhdəliyinin yüngülləşdirilməsinə xidmət etmiş, başqa sözlə, kredit müqaviləsinə edilmiş dəyişiklik kredit məbləğinin, müddətinin və illik faiz dərəcəsinin artırılması ilə nəticələnməmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdehlərin apellyasiya şikayətlərində istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “...zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir...” İş materialları ilə müəyyən olunduğu kimi, tərəflər arasında zaminlik və ipoteka müqavilələri bağlandıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olacaq dəyişiklik baş verməmişdir. Cavabdehlərin öhdəliyinin dəyişməsi, onların məsuliyyətinin hər hansı bir formada artması, onlar üçün digər əlverişsiz nəticələrə səbəb olacaq hər hansı bir dəyişiklik barədə iş materiallarında heç bir sübut mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə Plenumun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarında əks olunmuş hüquqi mövqeyi həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunmalıdır. Tərəflər arasında hazırkı münasibətlər isə 2013 və 2014-cü illərdə, yəni Plenumun sözügedən qərarlarından əvvəl yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı ASC-yə qarşı əqdin etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli 2(006)-2817/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Belə ki, iddiaçı Cavabdeh4 iddia tələbində Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əks mövqedən çıxış edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2013cü il tarixli 104626-1-5276 saylı Baş kredit razılaşmasının tərəflər arasında hər hansı bir öhdəlik və ya məsuliyyət yaratmadığından və mülki hüquq nəticə doğurmayan bir niyyət razılaşması olduğundan onunla İddiaçı ASC arasında bağlanılmış ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 17 yanvar 2013-cü il tarixli 2 saylı Razılaşma əsas öhdəliyin təminatı kimi çıxış edə və etibarlı hesab oluna bilmədiyi ilə əsaslandırmışdır. İddiaçı Cavabdeh4 bu mövqeyi hazırkı apelyasiya şikayətində də istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına tam ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərmişdir ki, kredit xətti müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminat üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. Bu səbəbdən də hesab edirik ki, cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində göstərilənlərin heç bir hüquqi əsası yoxdur, apellyasiya şikayətləri tamamilə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh4 nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməli, İddiaçı ASC-nin və Cavabdeh1 apellyasiya şikayətləri isə təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan 17 yanvar 2013-cü il tarixli 104626-1-5276 №-li Baş kredit razılaşmasına əsasən Cavabdeh1 17 yanvar 2013-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə əsasən, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 390.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 15 may 2015-ci il tarixli “29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma”ya əsasən tərəflər 29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə razılığa gəlmişlər. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh1 Banka 15 may 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 352.353 (üç yüz əlli iki min üç yüz əlli üç) ABŞ dolları məbləğdə müəyyən edilir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən, “Razılaşma”nın imzalandığı tarixdən, “Kredit alan” kredit məbləğini Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və 29 may 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik 19 % ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə ödənişin son müddəti 29 may 2018-ci il tarixi müəyyən edilmişdir. 21 may 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 21 may 2018-ci il tarixinə Banka 15 may 2015-ci il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə 352.353 ABŞ dolları məbləğində əsas, 69.286,78 ABŞ dolları məbləğində faiz və 4723,50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 426.363,28 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə-mühasibatlıq ekspertizasının 04 aprel 2019-cu il tarixli 25298 №-li ekspert rəyi ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2014-cü il tarixli 104626-1- 5276/2 №-li “Kommersiya krediti müqaviləsi” və 15 may 2015-ci il tarixli 01 saylı Razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh1 21 may 2018-ci il tarixə (maliyyə arayışı tarixinə) Banka 343.535,69 ABŞ dolları əsas borc və 69.286,78 ABŞ dolları faiz borcunun olması müəyyən edilmişdir. 29 may 2014-cü il tarixli 103430-7-7267 və 103430-7-7268 №-li Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh4 borcalan Cavabdeh1 İddiaçı ASC-dən 17 yanvar 2013-cü il tarixli 104626-1-5276 №-li Baş kredit razılaşmasından və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan “Kredit müqaviləsi” və “Bank qarantiyasının verilməsinə dair Razılaşma, o cümlədən Bərpa olun(may)an kredit xətti müqaviləsi formasında bağlanan ayrıca müqavilələr və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələblərinə zamin durmuşlar. İddiaçı ASC (Bank), Cavabdeh4 (İpoteka qoyan) və Cavabdeh1 (Kredit alan) arasında bağlanmış 12 dekabr 2011-ci il tarixli 103430-NEDVİJ-182 №-li “Daşınmaz əmlak İpoteka müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0.05227 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 120.2 kv.m yaşayış, 369.4 kv. köməkçi sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi Bankla Kredit alan arasında bağlanmış 12.12.2011-ci il tarixli 103539-1-1850 nömrəli “Kredit müqaviləsi”ndən əmələ gələn mövcud, həm də Bankla Kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn Bankın Kredit alana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti Kredit alanla Bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. 12 dekabr 2011-ci il tarixli 103430-NEDVİJ-182 saylı İpoteka müqaviləsinə dəyişikliklər edilməsi barədə 2 saylı 17.01.2013-cü il tarixli Razılaşmadan görünür ki, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliklər Bankla Kredit alan arasında Bakı şəhərində bağlanmış 12 dekabr 2011-ci il tarixli 103539-1850 saylı, 30 mart 2012-ci il tarixli 103539-1-2240 saylı “Kredit müqavilələri”ndən və 17 yanvar 2013-cü il tarixli 104626-1-5276 saylı Baş Kredit razılaşmasından və qeyd olunan Baş Kredit razılaşmasının ayrılmaz hissəsi olan “Kredit müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşması”, o cümlədən Bərpa olunmayan Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də Bankla Kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn Bankın Kredit alana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti Kredit alanla Bank arasında gələcəkdə bağlanacaq kredit müqavilələrində, mövcud və gələcək kredit müqavilələrinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə hüququ ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada 18 yanvar 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İpoteka predmeti olan evə dair ipoteka saxlayan İddiaçı ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 448.2 və 462-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsas və faiz borcunun cavabdeh (borclu) Cavabdeh1 tutulması hissəsində əsaslıdır və həmin hissədə məhkəmə-mühasibatlıq ekspertizasının Rəyi nəzərə alınmaqla əsas borc 343.535,69 ABŞ dolları, faiz borcu 69.286,78 ABŞ dolları müəyyən edilməklə iddia qismən təmin edilməli, habelə cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 100 (yüz) ABŞ dolları müəyyən edilməlidir. İddiaçının və Cavabdeh1 apellyasiya şikayətlərinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddiaçı ekspert rəyini mübahisələndirsə də, rəy kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Eyni zamanda Cavabdeh1 Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinə uyğun olaraq kredit müqavilələri üzrə faizlərin ilin sonunda ödənilməli olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə faiz dərəcələrini, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Qeyd olunmalıdır ki, hər iki qanun hal-hazırda qüvvədə olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun qəbul olunmasından əvvəl qüvvəyə mindiyindən həmin normalar arasındakı kolliziya qüvvədən düşmüş “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənməlidir. Sonuncu qanunun 7-ci maddəsinə əsasən isə hazırkı münasibətlərə zamanca daha sonra qüvvəyə minmiş “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. Bundan başqa, iddianın cavabdehlər Cavabdeh4 və Cavabdeh2 qarşı təmin olunmuş hissəsində birinci instansiya məhkəməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir (maddə 477.0.1). Baxılan iş üzrə bank ilə Cavabdeh1 arasında baş kredit razılaşması imzalanmışdır. 29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə əsasən, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 390.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 15 may 2015-ci il tarixli “29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə Razılaşmaya əsasən Cavabdeh1 Banka 15 may 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 353.353 (üç yüz əlli ikimin üç yüz əlli üç) ABŞ dolları məbləğdə müəyyən edilmiş, “Razılaşma”nın imzalandığı tarixdən, “Kredit alan” kredit məbləğini Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 36 ay müddəti ərzində istifadə etməyi və 29 may 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a illik 19 % ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə imzalanmış zaminlik müqavilələrində zaminlər Bankla borcalan arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 104626-1-5276 №-li baş kredit razılaşması üzrə öhdəliklərin icrasına zamin dursalar da, həmin baş kredit razılaşmasında kredit müqaviləsinin bütün mühüm şərtləri, o cümlədən faiz dərəcəsi, veriləcək hər bir kredit məbləğinin qaytarılması müddətləri müəyyən edilməmişdir. Eyni zamanda zaminlər həmin şərtlərin müəyyən edildiyi 29.05.2014-cü il tarixli kommersiya krediti müqaviləsini imzalamamışlar. İş materiallarında zaminlərin həmin müqavilənin şərtləri barədə məlumatlı olduqları barədə sübutlar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli qərarının nəticə hissəsində qeyd olunmuşdur ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqelərə görə zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25.07.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin bir çoxuna Plenumun 2018-ci il 31 may tarixli Qərarında aydınlıq gətirildiyindən onlar geniş şəkildə təkrarlanmadan, hazırkı müraciət əsasında şərh edilməli olan məsələlərin məhz həmin Qərarda əks olunmuş hüquqi mövqelər baxımından nəzərdən keçirilməsi məqsədə müvafiqdir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarda əks olunmuş hüquqi mövqeyinə görə, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları isə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Mövcud vəziyyətdə Bank ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 104626-1-5276 №-li baş kredit razılaşmasında faiz dərəcəsinin göstərilməməsi və həmin tərəflər arasında bağlanmış 29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”ndə faiz dərəcəsi, müddət və.s. barədə zaminlərin razılığının alınmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Buna görə zaminlər kredit borcu üzrə öhdəlik daşımırlar. Bununla əlaqədar cavabdehlər Cavabdeh4 və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Tələbin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi” hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli Plenum qərarının nəticə hissəsində qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Həmçin qərarda göstərilmişdir ki, kredit xətti müqavilələri üzrə ipoteka təminatına dair müraciətdə qaldırılan məsələ ilə əlaqədar isə qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Həmçinin Mülki Məcəllənin 307.4-cü maddəsinə müvafiq olaraq, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X8 Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin zəruri şərtlərində (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişikliklər edildikdə ipoteka müqaviləsinə də müvafiq dəyişikliklər edilməlidir. Belə ki, İpoteka haqqında” Qanunun 14.1-ci maddəsinə görə, ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə və s. Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. İpotekaya xitam verilməsinin qaydaları isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və qanunda nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Göründüyü kimi, zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinə xitam verilmə halları sırasında ipoteka qoyanın razılığı olmadan öhdəliyin həcminin dəyişdirilməsi və bu dəyiişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması halı nəzərdə tutulmamışdır. Lakin qeyd olunduğu kimi, Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarda belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bununla da öhdəliyin təminatı kimi bağlanmış ipoteka müqaviləsində göstərilməli olan mühüm şərtlər dəqiqləşdirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarda həmçinin hesab etmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın yazılı razılığı alınmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 269.1 və 269.5-ci maddələrinə müvafiq olaraq, ipoteka əsas öhdəliyin icrasının təminatı üsuludur və bu səbəbdən ipoteka müqaviləsinə hər hansı mülki hüquq müqaviləsi, o cümlədən kredit müqaviləsi ilə birlikdə baxılmalıdır. “İpoteka haqqında” Qanunun 1.0.7 və 1.0.8-ci maddələrinə əsasən, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır (“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsi). Sadalanan normaların məzmunundan göründüyü kimi, ipoteka müqaviləsi birmənalı olaraq əsas öhdəliyin təminatı kimi bağlanır və borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Qeyd edilən mövcud qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun zaminlik və ipoteka institutları ilə bağlı formalaşdırdığı hüquqi mövqeləri rəhbər tutaraq Plenum hesab edir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlərin (məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s.) göstərilməməsi və sonradan belə şərtlər barəsində ipoteka qoyanın razılığının alınmaması zaminlik müqaviləsindən fərqli olaraq, ipoteka müqaviləsinin xitamına deyil, bağlanmamış hesab edilməsinə səbəb olur. Lakin bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. Bu cür yanaşma Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında əks olunmuş hüquqi mövqelərin tətbiqi zamanı yaranmış fərqli yanaşmaları nəzərə alaraq Plenum qeyd etməyi vacib bilir ki, Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Analoji məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Mülki iş materialları ilə də müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi 17 yanvar 2013-cü il tarixli 104626-1-5276 №-li Baş kredit razılaşmasından və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan “Kredit müqaviləsi” və “Bank qarantiyasının verilməsinə dair Razılaşma, o cümlədən Bərpa olun(may)an kredit xətti müqaviləsi formasında bağlanan ayrıca müqavilələr və onlara edilmiş və ediləcək əlavələrin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Lakin tələb olunan borc 29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi” və ona əlavə Razılaşma əsasında yaranmışdır. Baş Kredit razılaşmasında və 12 dekabr 2011-ci il tarixli 103430-NEDVİJ-182 №-li “Daşınmaz əmlak İpoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 17 yanvar 2013-cü il tarixli 2 saylı Razılaşmada həmin müqavilə və müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmada kreditin qaytarılma müddəti, faiz dərəcəsi və s. mühüm şərtlər göstərilməmişdir. Bundan başqa, 15 may 2015-ci il tarixli ödəniş qrafikində də Cavabdeh4 razılığı müəyyən edilmir. Bundan başqa, kollegiya qeyd etməyi zəruri hesab edir ki, 12 dekabr 2011-ci il tarixli 103430-NEDVİJ-182 №-li “Daşınmaz əmlak İpoteka müqaviləsi” tələb irəli sürülən kredit müqaviləsinin təminatı kimi deyil, ilkin olaraq 12 dekabr 2011-ci il tarixli 103539-1-1850 nömrəli “Kredit müqaviləsi”nin təminatı kimi bağlanmışdır. Odur ki, 12 dekabr 2011-ci il tarixli 103430-NEDVİJ-182 №-li “Daşınmaz əmlak İpoteka müqaviləsi” və həmin müqaviləyə dəyişiklik edilməsi barədə 17 yanvar 2013-cü il tarixli 2 saylı Razılaşma 29 may 2014-cü il tarixli 104626-1-5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə və 15 may 2015-ci il tarixli “29 may 2014-cü il tarixli 104626-1- 5276/2 №-li “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə Razılaşmaya münasibətdə bağlanmamış hesab edilməli və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Həmin müqavilərin bağlanmamış hesab edilməsi özlüyündə həmin müqavilələr əsasında aparılacaq sonrakı hərəkətlərlə (ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, tələbin əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlakın boşaldılması) bağlı hissələrdə iddia tələblərinin təmin edilməsini istisna edir. Tələbin Cavabdeh4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində istifadədə olan 0,5227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 120.2 kv.m yaşayış, 369.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən, ondan asılı olaraq “evin açıq hərracda satılması, ilkin satış qiymətinin müəyyən edilməsi və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi və satıldıqdan sonra ən azı 1 ay ərzində cavabdehlərin çıxarılmaqla yaşayış sahəsinin boşaldılması” hissələrində də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmin iddia tələblərinə ayrılıqda qiymət verilməsini zəruri hesab etmir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında göstərilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Bununla əlaqədar qeyd olunmalıdır ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X6 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi 08 iyun 2016-cı il tarixdə icraata qəbul edilmişdir. Odur ki, Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları hazırkı mübahisəyə şamil olunur. Bundan əlavə, iddiaçının apellyasiya şikayətinə etirazının “cavabdehlərin hamısı bir ailənin üzvləri olaraq götürülmüş kreditin bütün şərtlərindən məlumatlı olması” barədə dəlilinə münasibətdə bildirilməlidir ki, zaminlərin borclunun ailə üzvləri olması onların bağlanmış kredit müqaviləsinin bütün şərtlərindən məlumatlı olması mənasına gəlmir, eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən Plenum qərarlarında da bununla bağlı hər hansı fərqli hüquqi mövqe ifadə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh2 və X6 qarşı təmin olunmuş hissədə ləğv olunmalı, həmin hissədə iddia təmin olunmamalı, qətnamə qalan mübahisələndirilən hissədə - Cavabdeh1 pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)- 59/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh2 və X6 qarşı təmin olunmuş hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. İddiaçı ASC və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə - Cavabdeh1 pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2(103)-578/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-578/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver