Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5780/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair 2(004)-495/2017 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən «xxxx» ASC-nin xeyrinə 30 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 4948,43 manat əsas, 2021,95 manat faiz borcunun, cəmi 6970,38 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh «xxxx» ASC tərəfindən kredit kartı vasitəsi ilə illik 27 faizlə 12 ay müddətinə 5000 manat kredit xətti verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 29 fevral 2017-ci il tarixədək Cavabdeh banka 30 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 4948,43 manat əsas borcu, 2021,95 manat faiz borcu, cəmi 6970,38 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh «xxxx» ASC-nin xeyrinə Kredit kartının verilməsi və istifadəsi üzrə 30 aprel 2014-cü il tarixli, 728 nömrəli müqavilə üzrə ödənilməmiş 4948,43 manat məbləğində əsas, 30 aprel 2014-cü il tarixə ödənilməmiş 104,16 manat məbləğində faiz, habelə 30 aprel 2014-cü il tarixdən 29 fevral 2016-cı il tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanmış 205,51 manat faiz borcu, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,50 manat, cəmi 5280,60 (beş min iki yüz səksən manat altmış qəpik) məbləğində pulun tutulması qət edilmiş, iddia tələbi faiz borcu üzrə qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə mülki işi üzrə heç bir prosessual araşdırma aparmadan iddiaçının istinad etdiyi faktları əsas tutaraq bir tərəfli qətnamə qəbul etmişdir. Xüsusi ilə əhəmiyyət vermək lazımdır ki, məhkəmə qətnaməsində cavabdehin məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edildiyi deyilsə də iş materiallarmda mövcud olan sübutlardan görünür ki, cavabdehin heç bir məhkəmə prosesi barədə məlumatı olmayıb. Mülki işin tam və hərtərli araşdırlması üçün məhkəmə tərəfindən müvafiq mühasibatlıq ekspertizası təyin olunmalı bir halda məhkəmə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışı ilə kifayətlənərək qətnamə qəbul edir ki, bu da birbaşa prosesual pozuntu kimi qiymətləndirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, kreditor «xxxx» ASC ilə borcalan Cavabdeh arasında bağlanılmış Kredit kartının verilməsi və istifadəsi üzrə 30 aprel 2014-cü il tarixli, 728 nömrəli müqaviləyə əsasən kreditor borcalana 12 ay müddətinə, illik 27% dərəcəsi ilə 5000 manat məbləğində kredit xətti açmağı, borcalan isə krediti qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. «xxxx» ASC-nin maliyyə arayışına əsasən Cavabdeh «xxxx» ASC-yə 29 fevral 2016cı il tarixə 4948,43 manat əsas borc, 2021,95 manat faiz borcu olmaqla, cəmi 6970,38 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 may 2017-ci il tarixli, 25658 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 30 aprel 2014-cü il tarixli, 728 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh iddiaçı «xxxx» ASC-yə müqavilə müddətinin bitdiyi tarixə 4948,85 manat əsas borc, 104,16 manat faiz borcu, 29 fevral 2016-cı il tarixə (iddia tələbində borc məbləği hesablandığı tarixə) 4948,85 manat əsas borc, 1214,94 manat faiz borcu, habelə 30 aprel 2015-ci il tarixdən, yəni müqavilə müddəti bitən tarixdən 29 fevral 2016-cı il tarixədək 5% dərəcəsi ilə hesablanmaqla 4948,85 manat əsas borc, 309,68 manat (104,16 + 205,51) faiz borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehdən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə 4948,85 manat əsas və 104,16 manat faiz borcunun tutulmasını təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müayyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvalıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pııl məbləği olduqda, o. kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən borc məbləğinin hesablandığı 29.02.2016-cı il tarixədək illik 5 faiz hesablanmaqla zərər tələbi olmadığı halda, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq qətnamədə həmin əsasla 205,51 manat pul tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən borc məbləğinin hesablandığı 29.02.2016-cı il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 205,51 manat faiz borcunun tutulması” hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin hissədə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2017-ci tarixli, 2(004)-495/2017 saylı qətnaməsi “kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən borc məbləğinin hesablandığı 29.02.2016-cı il tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanmış 205,51 manat faiz borcunun tutulması” hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5780/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5780/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver