Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-579/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh X3 prosessual hüquq varisi Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması X1 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla İlham Atakişiyev arasında bağlanmış 23 dekabr 2015-ci il tarixli 212 nömrəli kredit müqaviləsinə əsasən tikinti fəaliyyətinin genişləndirilməsi məqsədilə cavabdehə 24 ay müddətinə, illik 5,5 faiz dərəcəsi ilə 24 000 000 manat, 24 dekabr 2015-ci il tarixli 214 nömrəli digrə kredit müqaviləsinə əsasən isə 24 ay müddətinə, illik 5,5 faiz dərəcəsi ilə 21 263 000 manat kredit verildiyini, cavabdehin kredit öhdəliklərini lazımınca yerinə yetirmədiyini və nəticədə banka kredit müqavilələri üzrə borcunun yarandığını, borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq borcun ödənilmədiyini irəli sürmüş, buna görə də 23.12.2015-ci il tarixli 212 nömrəli kredit müqaviləsi üzrə 2 577 214,41 manat məbləğində faiz borcunun, 1 913 056,04 manat cərimə borcunun, 1 894 666,67 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, 24.12.2015-ci il tarixli 214 nömrəli kredit müqaviləsi üzrə 18 056 776,49 manat əsas, 2 286 953,81 manat müqavilə müddəti üçün hüsablanmış faiz borcunun, 2 681 500,34 manat cərimə borcunun, 1 891 333,33 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il qərarına əsasən hesablanan faiz borcunun, yəni cəmi 31 301 501,09 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun X2 tutularaq ləğv prosessindəki "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı İlham Atakişiyevin vəfat etdiyi (10.04.2019cu il tarixdə) müəyyən olunduğundan işin icraatı onun hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmış, mərhumun həyat yoldaşı Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi barədə məlumat əldə olunduqdan sonra icraat təzələnmiş və Cavabdehin prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin olunaraq, Cavabdeh 23 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2 577 214,41 ( iki milyon beş yüz yetmiş yeddi min iki yüz on dörd manat qırx bir qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14 318 518,49 (on dörd milyon üç yüz on səkkiz min beş yüz on səkkiz manat qırx doqquz qəpik) manat əsas borcun, 2 286 953,81 (iki milyon iki yüz səksən altı min doqquz yüz əlli üç manat səksən bir qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, gecikdirilmiş vaxt üçün hesablanan 1 805 721,44 (bir milyon səkkiz yüz beş min yeddi yüz iyirmi bir manat qırx dörd qəpik) manat faiz borcunun, cəmi 20 988 408,15 (iyirmi milyon doqquz yüz səksən səkkiz min dörd yüz səkkiz manat on beş qəpik) manat borcun və 20,10 (iyirmi manat on qəpik) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, 400 (dörd yüz) manat məbləğində ekspertiza xərcinin 268 (iki yüz altmış səkkiz) manat hissəsinin Cavabdeh, 132 (yüz otuz iki) manat hissəsinin "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını, əsas və faiz borcunun məbləğinin azaldılaraq, həmçinin 1 805 721,44 manat cərimə borcunun tam silinərək yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, Cavabdeh məsuliyyətinin mirasın həcmi ilə məhdudlaşdığını nəzərə almadığı, borclunun ölümündən sonrakı dövrdə ona cərimə hesablanmasının qanunsuz olduğuna əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin qətnamə qanunsuz və əsassız olmaqla mülki prosessual hüquq və vəzifələri pozmaqla qət edilmişdir. Əvvəla, X3 ölümü ilə əlaqədar onun hüquqi varisi cavabdehi Cavabdeh ilə əvəz etmiş məhkəmə, mərhum İlham Atakişiyevin kredit borcunun Cavabdeh tərəfindən ödənilməsinə dair gəldiyi nəticədə yanlışlığa yol vermişdir. Belə ki, AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Bundan başqa, yalnız cavabdehin təqdim etdiyi maliyyə arayışlarına əsasən əsas, faiz borc məbləğlərini müəyyən etmiş məhkəmə, əlavə olaraq gecikdirilmiş vaxt üçün də faiz hesablamışdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin oda nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və eyni zamanda təmsil etdiyi şəxsin qətnamənin çıxarılmasından sonra banka ümumilikdə 11 777 575 manat ödəniş həyata keçirdiyini bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, lakin cavabdeh tərəfindən ödənişlərin edildiyini qəbul etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı bank mübahisələndirməmişdir və bu səbəblə də iddia tələbinin təmin edilməyən hissəsi apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mərhum İlham Atakişiyevin hüquq varisi Cavabdeh tutulmalı olan kredit borcunun məbləği hissəsində dəyişdirilməlidir. İşin müəyyən olunmuş hallarına görə, bankla İlham Atakişiyev arasında bağlanmış 23 dekabr 2015-ci il tarixli 212 nömrəli kredit müqaviləsinə əsasən tikinti fəaliyyətinin genişləndirilməsi məqsədilə adı çəkilən şəxsə 24 ay müddətinə, illik 5,5 faiz dərəcəsi ilə 24 000 000 manat, 24 dekabr 2015-ci il tarixli 214 nömrəli digər kredit müqaviləsinə əsasən isə 24 ay müddətinə, illik 5,5 faiz dərəcəsi ilə 21 263 000 manat kredit verilmiş, İlham Atakişiyev kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, 12.07.2019-cu il tarixinə onun 23.12.2015-ci il tarixli 212 nömrəli kredit müqaviləsi üzrə 2 577 214,41 manat faiz, 1 913 056,04 manat cərimə, 1 894 666,67 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, 24.12.2015-ci il tarixli 214 nömrəli kredit müqaviləsi üzrə 18 056 776,49 manat əsas, 2 286 953,81 manat müqavilə müddəti üçün hesablanmış faiz, 2 681 500,34 manat cərimə borcunun, 1 891 333,33 manat kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il qərarına əsasən hesablanan faiz borcunun yarandığı hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində İlham Atakişiyevin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya, İlham Atakişiyevin hüquq varisi olan Cavabdeh tutulan borc məbləğinin azaldılmalı olması ilə bağlı apellyatorun dəlilini əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Yuxarıda qeyd olunduğu kimi, kredit borclusu olan İlham Atakişiyevin (mirasqoyan) mirasının onun həyat yoldaşı Cavabdeh tərəfindən qəbul edildiyi təsbit olunmuşdur; apellyasiya baxışı zamanı isə müəyyən edilmişdir ki, mirasın aktivinə "xxxx" ASC-nin Yasamal Filialında AZ87AİİB******************** nömrəli hesabda olan 2 000 000 (iki milyon) Avro (Azərbaycan manatının məzənnəsi ilə 3 815 200 manat), "xxxx" ASC-də 3244 (üç min iki yüz qırx dörd) ABŞ dolları (Azərbaycan manatının məzənnəsi ilə 5515 manat) və 248,23 manat, "xxxx" ASC-nin Yasamal Filialında ******************** nömrəli hesabda olan 2 000 000,79 (iki milyon) Avro (Azərbaycan manatının məzənnəsi ilə 3,815,350,801 manat), "xxxx" ASC-də AZ57AİİB******************** nömrəli hesabda olan 2 000 000 (iki milyon) Avro (Azərbaycan manatının məzənnəsi ilə 3 815 200 manat), ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 501,8 m2 olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 503,8 m2 olan qeyri-yaşayış sahəsi, "xxxx" MTK-nın nizamnamə kapitalında 10% pay haqqı, "xxxx" MMC-nin nizamnamə kapitalında 25% pay haqqı, "xxxx" MMC-nin nizamnamə kapitalında 10% pay haqqı, "xxxx" MMCnin nizamnamə kapitalında 100% 5 paydan ibarət pay haqqı "xxxx" MMC-nin nizamnamə kapitalında 2 pay haqqı, "xxxx" MMC-nin nizamnamə kapitalında 2 pay haqqı, "xxxx" X6 nizamnamə kapitalında 2 pay haqqı, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daxil olmuşdur. Təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 501,8 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 854 500 manat, likvid dəyəri 726 000 manat, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 503,8 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 858 000 manat, likvid dəyəri 730 000 manat, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 31 000 manat, likvid dəyəri 25 000 manat təşkil edir; əldə olunmuş audit rəyi ilə isə müəyyən edilmişdir ki, mərhum X3 öldüyü 10 aprel 2019cu il tarixə təsisçisi olduğu şirkətlərin – "xxxx" MMC-nin, "xxxx" MTK-nın, "xxxx" MMC-nin, "xxxx" Müstəqil KM-nin, "xxxx" MTK-nın və "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətləri olmadığından həmin tarixə balansda aktivlər və passivlər mövcud olmamış, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC şirkətləri üzrə 10 aprel 2019-cu il tarixə tərtib edilmiş balansda aktivlər 17 517 461 (on yeddi milyon beş yüz on yeddi min dörd yüz altmış bir) manat, passivlər 17 511 792 (on yeddi milyon beş yüz on bir min yeddi yüz doxsan iki) manat ("xxxx" MMC-nin "xxxx" ASC-nə 16 700 000 manat, "xxxx" ASC-nə 629 719 manat kredit borcu olduğundan), bölüşdürülməmiş mənfəət 5399 (beş min üç yüz doxsan doqquz) manat olmuş, bundan da mərhum X3 təsisçisi olduğu şirkətlərin nizamnamə kapitallarındakı mayaya düşən əmlak hissəsinin həcmi 53,99 manat təşkil etmişdir. Göründüyü kimi, İlham Atakişiyevin məlum olan və Cavabdeh tərəfindən qəbul edilən mirasının aktivinin dəyəri ümumilikdə 13 194 820 (on üç milyon yüz doxsan dörd səkkiz yüz iyirmi) manatdır (3 815 200 manat + 5515 manat + 248,23 manat + 3 815 351 manat + 3 815 200 manat + 854 500 manat + 858 000 manat + 31 000 manat + 53,99 manat) və bu o deməkdir ki, mirası qəbul etmiş vərəsə qismində Cavabdeh bankın tələblərini maksimum həmin məbləğ həddində təmin etmək öhdəliyi daşıyır. Kollegiya onu da qeyd edir ki, İlham Atakişiyevin sözügedən miras aktivinin (yaxud onun bir hissəsinin) onunla Cavabdeh ilə nikahda olduqları dövrdə əldə olunmuş olması göstərilən nəticəyə gəlməyə maneə törətmir; çünkü İlham Atakişiyevin bankdan götürdüyü kredit ər-arvadın birgə borcu olduğundan, Cavabdeh həmin aktivə münasibətdə ½ hissə payının vərəsəlikdən kənarda qalması, onun məsuliyyətinin həcminə təsir göstərmir. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından sonra iddiaçı banka ümumilikdə 11 777 575 (on bir milyon yeddi yüz yetmiş yeddi min beş yüz yetmiş beş) manat (3 975 850 manat, 3 926 875 manat və 3 874 850 manat olmaqla) ödəniş həyata keçirildiyi müəyyən olunmuşdur və belə olan halda hazırda onun bank qarşısında qalan öhdəliyi 1 417 245 (bir milyon dörd yüz on yeddi min iki yüz qırx beş) manat (13 194 820 – 11 777 575 = 1 417 245) təşkil edə bilər. Apellyatorun “1 805 721,44 manat cərimə borcunun silinməli olması” xahişi ilə bağlı kollegiya qeyd edir ki, onun qəbul etdiyi miras aktivi, məbləğlərini mübahisələndirmədiyi əsas və faiz borcunun ümumi məbləğindən artıq olmadığından, həmin xahişin təmin olunması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2020 saylı iş üzrə 19 iyun 2020-ci il il tarixli qətnaməsi “Cavabdeh 23 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2 577 214,41 ( iki milyon beş yüz yetmiş yeddi min iki yüz on dörd manat qırx bir qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, 24 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14 318 518,49 (on dörd milyon üç yüz on səkkiz min beş yüz on səkkiz manat qırx doqquz qəpik) manat əsas borcun, 2 286 953,81 (iki milyon iki yüz səksən altı min doqquz yüz əlli üç manat səksən bir qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, gecikdirilmiş vaxt üçün hesablanan 1 805 721,44 (bir milyon səkkiz yüz beş min yeddi yüz iyirmi bir manat qırx dörd qəpik) manat faiz borcunun, yəni cəmi 20 988 408,15 (iyirmi milyon doqquz yüz səksən səkkiz min dörd yüz səkkiz manat on beş qəpik) manat borcun "xxxx" ASC-nin xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 23 dekabr 2015-ci il və 24 dekabr 2015-ci il tarixli kredit müqavilələri üzrə "xxxx" ASC-nin xeyrinə tutulmalı olan borc məbləği cəmi 1 417 245 (bir milyon dörd yüz on yeddi min iki yüz qırx beş) manat məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xərci olan 500 (beş yüz) manat Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellaytora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-579/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-579/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver