Məhkəmə qərarları › İş №2(103)-5794/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5794/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5794/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 vəkili X13 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil –Tikinti Kooperativi, Cavabdeh3, X10, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab olunması, mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi və həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh1 Mənzil - Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli, Cavabdeh1 MTK-nın yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X11 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması; onun (iddiaçının) Bakı şəhəri, Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil – Tikinti Kooperativinin üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 Mənzil – Tikinti Kooperativi arasında bağlanmış 09 iyul 2013-cü il tarixli, 29 saylı Müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edərək, mənzilin dəyərini – 27.440 (iyirmi yeddi min dörd yüz qırx) manatı cavabdehə tam şəkildə ödəmiş və cavabdeh tərəfindən təqdim olunmuş 09 iyul 2013-cü il tarixli, 35 nömrəli Mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə Arayış ilə cavabdehə heç bir borcu qalmaması təsdiq edilmişdir. Artıq 8 ilə yaxın müddət keçməsinə və yaşayış binasının tikintisinin başa çatmasına baxmayaraq, bu günədək həmin mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmişdir. Bakı şəhəri, Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə dair cavabdehlə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli, Cavabdeh1 MTK-nın yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında: X10 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr məhkəməyə təqdim edilmişdir. Bu müqavilələrdən aydın olur ki, onlar saxtadır, sadəcə görünüş üçün bağlanmışlar və cavabdeh bununla iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozulması məqsədini güdür. Belə ki, Cavabdeh3 ilə 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli müqavilə görünüş üçün bağlandığından uydurma əqddir. Müqavilənin MTK-nın sədri Cavabdeh3 ilə özü arasında imzalanması faktı onun qanuna zidd olmasını təsdiq edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Lakin adı çəkilən “müqavilədə” iki tərəfin razılaşdırılmış iradə ifadəsi mövcud olmadığından, mülki qanunvericiliyin tələbinə görə, o, bağlanmış hesab edilə bilməz. X10 ilə 07 oktyabr 2013-cu ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019cu ildə imzalanmış 32 nömrəli müqavilələr isə iddiaçı ilə cavabdeh arasında 09 iyul 2013-cü ildə imzalanmış müqavilədən, həmçinin ddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsindən sonra, beləliklə də iddiaçının həmin mənzilə dair sərəncam və istifadə etmək hüququ yarandıqdan - müvafiq olaraq 3 ay, 1 il, 5 il, 6 il keçdikdən sonra bağlanmışdır. Yəni cavabdeh artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından bu müqavilələr qanuna uyğun hesab edilə bilməz. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmin maddəyə görə, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həminəmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X11 ilə bağlanmış 53 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh4 ilə 19 fevral 2014-cü ildə bağlanmış 20 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə bağlanmış 22 nömrəli müqavilə; Cavabdeh1 Mənzil – Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh Badu-Kubə Mənzil – Tikinti Kooperativinin üzərinə qoyulması, İddiaçı həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (Hakim: Anar Qasımov).

5. Həmin qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, dəqiqləşmə əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10887/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fuad Talışınski).

7. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

8. Ali Məhkəmənin 2(102)-2625/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və dəlilləri:

9. Cavabdeh2 apellyasiya şikayəti verərək, Baki şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-1879/2021 saylı qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 182, 373, 375.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 25.1, 357.1,360, 372.1, 372.2, 372.5, 372.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh1 Mənzil- Tikinti Kooperativi ilə fiziki şəxs X27 arasında bağlanmış xx.xx.2013-cü il tarixli podrat müqaviləsinə əsasən podratçı MTK-nın inşa etdiyi sözü gedən binanın 1, 2, 3 və 4-cü girişində beton-mozaika işlərinin (hər kv.m üçünlO AZN), 1.2.3.4-cü girişlərdə pilləkən qəfəsində malyar işləri, (hər kv.m üçün 5.5 AZN) qarajların divar və tavan hissələrinin rənglənməsi (hər kv.m üçün 5 AZN), qarajların yerin beton pilitə ilə döşəmnəsi (hər kv.n üçün 10 AZN), 1-2-ci girişlərdə 13-14-15-ci mərtəbələrdə və 3-4-cü girişlərdə isə bütün mərtəbələrdə binadaxili su və kanalizasiya xətlərinin çəkilməsi işlərini görülməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən və akta əsasən Sifarişçi yuxarıda adları qeyd edilən işlərin aparılmasına görə hər iki tərəfin təsdiqləməsindən sonra razılaşmış mənzillər qüvvədə olur. X33 №1-də olan razılaşma protokoluna görə müqavilədə qeyd olunan mənzillərdən biri 1, 13-cü mərtəbədə yerləşən sahəsi 71.2 kv.m olan 58 saylı mənzildir. X19 görə yuxarıda göstərilən mənzilin satış müqaviləsi podratçı Namiq Qaraşov tərəfindən işləri tam başa çatdırdıqdan, təqdim olunan AKT (forma 2) əsasında təhvil verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi birtərəfli qaydada Cavabdeh1 Mənzil- Tikinti Kooperativi tərəfindən ləğv ediləcəkdir. Lakin podratçı Namiq Qaraşov öhdəsinə götürdüyü işləri natamam gördüyündən MTK-nın ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokolu ilə qərara alınmışdır ki, fiziki şəxs X27 ilə bağlanmış müqaviləyə əsasən podrat işləri tam görülmədiyi üçün müqaviləyə əlavə edilmiş razılıq protokolunda göstərilən 277 saylı mənzilin podrat müqaviləsinə əsasən görüləcək işlərə görə verilmiş 277 saylı mənzil üzrə ilə heç bir iş görməyən və pul ödəməyən İddiaçı adına sənədləşdirilmiş xx.xx.2013-cü il tarixli 29 saylı müqavilə ləğv edilsin. Məhkəmə qətnaməsində 277 saylı mənzilin gah X9, gah da X17 adına rəsmiləşdirilməsini qeyd etmişdir. Həm işlərin natamam görülməsi səbəbindən və öhdəlik tam həyata keçirilmədiyindən faktiki olraq formal xarakter daşıyan X20 adına rəsmiləşdirilmiş mənzilə dair müqavilə "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyi tərəfindən haqlı olaraq protokollaşdırılaraq müvafiq əmrlə qüvvədən düşmüş hesab edilmişdir.Bundan sonra MTK tərəfindən həmin mənzil xx.xx.2009-cu il tarixdə 56 saylı müqavilə ilə payçı Cavabdeh3 32000 manata satılmış, xx.xx.2013-cü ildə həmin mənzil MTK-nın razılığı ilə Ədalət aərov tərəfindən 53 saylı müqayilə əsasında payçı Cəfərov Gülbala bala oğluna 30590 manata, xx.xx.2014-cü il tarixdə MTK-nın müvafiq razılığı ilə Gülbala Cəfərov tərəfindən 20 saylı müqavilə ilə Cavabdeh4 ar oğluna 30590 manata satılmış, xx.xx.2018-ci il tarixdə MTK-nın razılığı ilə Cavabdeh4 tərədfindən həmin mənzil 22 saylı müqavilə ilə Cavabdeh5 30590 manata satılmış, nəhayət xx.xx.2019-cu il tarixdə MTK-nın razılığı ilə Cavabdeh5 tərəfindən həmin mənzil ona 30590 manata satılmışdır. O, mənzili alarkən MTK-nın sədri X14 və həmin vaxt MTK-da hüquqşünas olan Cavabdeh3 və mühasib X5 dəfələrlə mənzilin yüklü olubolmadığını, həmin mənzil üzrə hər hansı bir mübahisənin olub-olmamasını soruşulduqda ona mənzil üzrə heç bir mübahisənin olmadığını bildirərək mənizilin Elşən Səfərovdan almağına tam razı olduqlarını bildirdilər. Ona görə də Elşən Səfərovun ərizəsinə əsasən 30590 manatı Elşən Səfərova nağd ödəyərək həmin mənzilin onun adına rəsmiləşdirilməsinə razılıq verdi. Bundan sonra MTK mənzilin Cavabdeh5 adından adına keçirilməsinə dair xx.xx.2019-cu il tarixli saylı arayış, mənzilin baza xəritəsindən çıxarış vermişdir. xx.xx.2019-cu il tarixdən başlayaraq hər kv.m sahəyə görə 0.25 AZN kommunal xərcləri ödəyərək MTK-nın razılığı ilə mənzili təmir etdirməyə başladı.xx.xx.2020-ci il tarixdə isə MTK-nın hüquqşünası Cavabdeh3 mühasibi X8 və iştirakı ilə akt tərtib edilərək **********0 saylı qaz sayğacı qoyulmuşdur. O, bütün bunları məhkəmədə verdiyi izahatında tam olaraq göstərməyinə, həmin mənzilin təmirinə 20000 manat xərcləyərək artıq həmin mənzildə yaşamağına baxmayaraq Süraxanı rayon məhkəməsinin hakimi Anar Qasımov tərəfindən qətnamədə göstərilməmiş, izahatına belə toxunmayaraq mənzili hansı şəraitdə və necə almağını, təmir edərək həmin mənzilə köçməyini belə əks etdirməmişdir. O, mənzili alarkən mənzilin mübahisəli olmadığını həm mənzili alan Cavabdeh5, MTK-nın hüquqşünası Cavabdeh3 və mühasibi Nayibə Rzayeva dəfələrlə bildirmişlər. Ona görə də məhkəmə baxışı zamanı o və nümayəndəsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə əsasən vicdanlı alıcı olaraq faktiki xx.xx.2019-cu iki tarixdən sahiblik etməyə başlayaraq həm kommunal xərclərin ödənilməsini və müvafiq olaraq təmir edilməsini həyata keçirmişdir. Məhkəmədə həm onun izahatında həm də nümayəndənin izahatında bütün bunlar göstərilməsinə baxmayaraq məhkəmə vicdanlı alıcı olmağını belə nəzərə almayaraq heç bir iş görməyən və mənzilə dair heç bir ödəniş aparmayan faktiki formal müqavilə ilə adına xx.xx.2013-cü ildə rəsmiləşdirilmiş, müqavilədən 8 il ötməsinə baxmayaraq MM-nin 373.2-ci maddəsi ilə nəzərdə tutulmuş müddəti ötürməsinə baxmayaraq İddiaçı xeyrinə əsassız olaraq qətnamə qəbul etmişdir. O,mənzili alarkən haradan bilərdi ki, 2013- cü ildən mənzil üzrə mübahisə vardır. Bunu ona nə mənzili satan nə də razilıq verən MTK bildirməmişdir. 2019-cu ildən demək olarki təmirlə əlaqədar hər gün, 2 gündən bir Cavabdeh3 və mühasib Nayibə Rzayevanı görməmiş və mənzilin mübahisəli olmadığını dəfələrlə bildirmişlər. Məhkəmə işə baxarkən mənzili satan İddiaçı MTK-nın işçiləri Firudin Əliyevin, Cavabdeh3, mühasib Nayuibə Rzayevanın digır cavabdehlər X6, Cavabdeh4 və digərlərinin izahatını belə almağı ehtiyac bilməmiş, və ondan əvəl həmin mənzili bir-birinə satmış şəxslərin mənzilin mübahisəli olub-olmamasını, onun və digərlərinin vicdanlı alıcı olmaqları araşıdırılmamışdır.

10. Cavabdeh3 apellyasiya şikayəti verərək, Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386, 387,388-ci maddələrini əldə rəhbər tutub, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021 ci il tarixli iş 2(010)-1879/2021 saylı qətnaməsininin ləğv edilməsini, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013 cü il tarixli "xxxx" MTK də yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 29 saylı müqaviləni və ona əsasən verilmiş maliyyə arayışını etibarsiz hesab edilməsi,İddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab edilməsi, Cavabdeh3 ilə X27 arasında 01. 03.2013 cü il tarixdə bağlanmış podrat müqaviləsi və ona əlavə olunmuş razılaşma Protokolu, xx.xx.2013 cü il tarixdə MTK-nın təsisçilərinin ümumi yığıncağının qərarını, həmin qərara əsasən MTK-nın Sədri tərəfindən verilmiş əmri etibarlı hesab edilməsini,"xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X11 ilə bağlanmış 53 saylı müqavilə "xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsi adına keçirilməsi haqqında Cavabdeh4 ilə xx.xx.2014 cü ildə bağlanmış 20 nömrəli müqavilə;"xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh5 ilə xx.xx.2018 ci ildə bağlanmış 22 saylı müqavilə;"xxxx" MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh2 ilə xx.xx.2019 cu ildə imzalanmış 32 saylı müqavilələr qanuni və etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir .Şikayətdə Mülki Məcəllənin 337.1, 373.2, 384.0.4, 382, 423, 752.1, 759.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "xxxx" MTK 2012 ci ilin axırı, 2013 cü ilin əvvəlində Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində inşa etdiyi çoxmərtəbəli binanı tikib başa çatdirdı. Lakin binanın daxili işlərini inşa edilməmiş qalmışdır. Binanın daxili işləri inşa etdirmək lazım idi."xxxx" MTK yuxarıda qeyd etdiyi binanın daxilini inşa etdirmək üçün xx.xx.2013 cü il tarixdə fiziki şəxs X28 ilə Podrat müqaviləsi bağlayır. Məhkəmə Qətnamə çıxararkən maddi hüquq normalarını pozmaqla bərabər xx.xx.2013 cü il tarixdə bağlanmış Podrat müqaviləsinin 2.2. ci bəndində qeyd olunmuş hallara da əhəmiyyət verməmişdir. Həmin hallar tam qanuna uyğundur. Həmin hallardan biri də budur. “Sifarişçi” təşkilat yuxarıda adları çəkilən təmir işlərini aparılmasından ötəri razılaşma protokolu ilə mənzillər verir, sifarişçi” və "xxxx" arasında Akt(forma 2) əsasında hər iki tərəf tərəfinin təsdiqləndikdən sonra razılaşma protokolu ilə verimiş mənzillər qüvvədə olur. Məhkəmə tədqiqatında sözügedən Akt (forma 2) müəyyənləşdirilibmi? Suraxanı rayon X34, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının 4 giriş 8 ci mərtəbəsində yerləşən 68,6 kv.m. sahəsi olan 277 saylı mənzilin taleyinin həlli Akt (forma 2) qeyd olunubmu? Hər iki tərəf tərəfindən Akt (forma 2) təsdiqlənibmi? Yox. müqavilənin 2.2. bəndində qeyd olunur. Sifarişçi və Podratçı arasında Akt (forma 2) əsasında hər iki tərəf tərəfindən təsdiqləndikdən sonra razılaşma protokolu ilə verilmiş mənzillər qüvvədə olur. Deməli tərəflər arasında Akt (forma 2) yazılıb, təsdiq olunmayıbsa, tərəflərin öhdəliklərini icra etmələrindən söhbət gedə bilərmi? 277 saylı mənzilin İddiaçı verilməsindən söhbət gedə bilərmi? Akt (forma 2) qeyd olunub yazıldıqdan sonra mənzilin verilməsi qüvvədə olur. Deməli müqavilən in 2.2. bəndində qeyd olunmuş Akt (forma 2) tərəflər arasında yazılıb təsdiqlənməmişdirsə, mənzilin İddiaçı verilməsindən söhbət gedə bilməz. Müqavilənin 3.3. bəndində Tərəflərin öhdəliklərindən bəhs olunur. 3.4. cü bənddə qeyd olunur: Yuxarıda göstərilən işlər "xxxx" tərəfdən tam başa çatdırıldıqdan sonra Akt(Forma 2) əsasında “Sifarişçi” yə təhvil verir. “Sifarişçi” təşkilat isə öz növbəsində bu işlərin qəbul olunmasını təmin edir. İş materiallarında müqavilənin 2.2. bəndində olmamasını Məhkəmənin 15.07. 2021 ci il tarixli qətnaməsi sübut edir. Ona görə ki, məhkəmə 15,07.2021 ci il tarixli qətnaməsində həmin aktı qeyd edib göstərməmişdir. Deməli tərəflərin öz öhdəliklərinin icrasının başa çatdırması barədə Akt (forma 2)tərtib edib öz imzaları və möhürlə təsdiq olunduqdan sonra 68,6 kv.m. 277 saylı mənzilin İddiaçı verilməsi qüvvəyə minir. Məhkəmə Qətnamə çıxaranda "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2013 cü il tarixli protokolun və MTK- nin Sədrinin həmin tarixli əmrini yaddan çıxarmışdır. 3.8. Təsdiq edilmiş normalar əsasında 5 (beş) ay müddətinə yuxarıda göstərilən işləri tam başa çatdırıb, Sifarişçiyə təhvil verir.Deməli Sifarişçi "xxxx" MTK ilə X4 arasında bağlanmış xx.xx.2013 cü il tarixli Podrat müqaviləsi Podratçı N.Y. Qaraşov tərəfindən birtərəfli qaydada pozulmuşdur. Öz öhdəliyini icra etməmişdir."xxxx" MTK-nın Sədri Cavabdeh3la X4 arasında bağlanmış xx.xx.2013 cü il tarixli Podrat müqaviləsini 10 cu bəndi Podrat müqaviləsinin müddətindən bəhs edir.10.1. bənddə qeyd olunur. Hazırki müqavilə imzalandığı andan qanuni qüvvəyə minir və 2.1. bəndinə uyğun olaraq nəzərdə tutulmuş tikinti işləri 5 (beş) ay müddətində tam başa çatdırılıb, Sifarişçiyə təhvil verilənədək qüvvədə qalir. Deməli "xxxx" MTK ilə İddiaçı arasinda xx.xx.2013 cü ıl tarixdə bağlanmış müqavilə podrat müqaviləsinin 10.1-ci bəndinə uyğun halda bağlanmışdır. "xxxx" MTK-nın adından Cavabdeh3 ilə X27 arasinda bağlanmış müqavilənin müddəti 5 aydır. Podrat müqaviləsi xx.xx.2013 cü il tarixində bağlanmışdır. İddiaçı ilə Cavabdeh3 Nəcəf-qulu oğlu arasında müqavilə xx.xx.2013 cü ıl tarixdə bağlanmışdır. podrat müqaviləsi bağlandiği tarixdən İddiaçılə bağlanan müqavilənin tarixinə kimi 4 (dörd ay 9 gün) təşkil edir. Deməli Cavabdeh3lə İddiaçı arasinda bağlanmiş müqavilə podrat müqaviləsinin 10.1-ci bəndinə uyğun formada bağlanmışdır. Podrat müqaviləsinə əlavə olunmuş razilaşma protokolunun 2-ci qrafasinda İddiaçı müqavilə əsasinda gələcəkdə verilən mənzilin giriş № sı, necənçi mərtəbədə yerləşməsi, mənzilin neçə kv.m. olması, mənzilin № sı, mənzilin dəyəri və ümumi dəyəri qeyd olunub, göstərilmişdir. Podrat müqaviləsinin müddətində ötməmişdir. Yəni müqavilənin müddəti 5 aydır. Belə olan halda Cavabdeh3 podrat müqaviləsinə əlavə olunmuş razılaşma protokolun 2-cı bəndində qeyd olunmuş mənzil necə başqa şəxsə sata bilərdi? xx.xx.2013 cü il tarixdə "xxxx" MTK- nın təsisçilərinin ümumi yığıncağını çağırıb, yuxarıda adı çəkilən "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 29 saylı müqaviləni ləğv ləğv edir. Bu da qanunauyğundur. Podratçı tərəf X27 "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının Qərarı əsasında "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 29 saylı müqavilənin ləğv olunması barədə heç bir narazılıq bildirmədən əmrin surətini alır. Digər surətə əmrin surətinin alması barədə yazır: “surətini aldım”, imza edib, "xxxx" MTK-nın Sədrinə verir. Bundan sonra da heç » bir yerə şikayət etmir. (Bax xx.xx.2013 cü il tarixli əmrin arxasına) Deməli "xxxx" tərəf "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının qərarından və onun əsasında verilmiş əmrdən narazı qalmamışdır. Əgər narazı qalmış olsaydı, öz fikrini bildirərdi. Yaxud ümumi yığıncağın qərarından və ona əsasən verilmiş Əmrdən şikayət verərdi. Belə hal olmayıb. Deməli "xxxx" tərəf özü də "xxxx" MTK-nın xx.xx.2013 cü il tarixli ümumi yığıncağının qərarından və ona əsasən verilmiş əmrdən razı qalmışdır. Lakin məhkəmə qeyri-obyektiv, birtərəfli və qərəzli mövqe tutaraq, maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla qətnamə çıxarmışdır. xx.xx.2013 cü il tarixli podrat müqaviləsində və ona əlavə edilmiş razılaşma protokolunda göstərilən öhdəliklərin bir hissəsini, yəni (1-ci giriş 13 mərtəbə, 71.2 kv.m, 58 saylı 28480 manat dəyərində) bir qismini X4 icra etmək üçün podratçı tərəf X3 Vüsal Əjdər oğlunu MTK-ya gətirib bildirib ki, Podrat müqaviləsində və ona əlavə olunmuş razılaşma protokolunda qeyd olunmuş 1 giriş 13-cü mərtəbə 71.2 kv.m 58 saylı 8480 manat dəyərində olan mənzili X12 adına keçirin. "xxxx" MTK da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilə, yəni Cavabdeh3 ilə X21 arasında 17 saylı müqavilə bağladıq. 71,2 kv. m. mənzilin dəyəri razılaşma protokolunda 28480=00 AZN qeyd olunmuşdur. "xxxx" tərəf razılaşma protokolunda qeyd olunan 28480=00 (iyirmi sək¬kiz min dörd yüz səksən) manat dəyərində iş görüb Akt (forma 2) tərtib edib, sifarişçi tərəfə təqdim etdi. “Sifarişçi” tərəf görülən işi yoxlayıb, Akt (forma 2) yə imza etdi. Podrat müqaviləsində və ona əlavə olunmuş razılaşma protokoluna asasən "xxxx" MTK-dan yaşayış binasından alınmış mənzilin başqa şəx¬sin adına keçirilməsi haqqında 17 saylı müqavilə qanuni qüvvəsini aldı. Bakı şəhəri, Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində MTK -nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında 1 giriş, 12 mərtəbə, 71,2 kv.m. 58 saylı mənzil X16 məxsus oldu. Hal-hazırda X2 mənzildə yaşayır. "xxxx" tərəf 2 ci mənzilin yəni 4 giriş, 8 mərtəbə, 68,6 kv.m.,277 saylı mənzilin dəyəri 27440=00 manat müqabilində iş görmək üçün xx.xx.2013 cü il tarixdə İddiaçı gətirib, bildirir ki, 1 ci mənzili qabaqcadan alqı- satqı etdiyimiz kimi, 2- ci mənzii də qabaqcadan alqı-satqı edib, işə başlayaq, o da razılıq verdi. Elçin sabah gəlsin mənzili onun adına keçirdək. İddiaçı xx.xx.2013 cü il tarixdə MTK- ya gəldi. "xxxx" MTK da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 29 saylı müqavilə bağladıq. Bu müqaviləni bağladıqdan sonra "xxxx" tərəf iş görmədi. Podrat müqaviləsində və ona əlavə olunmuş razılaşma protokolunda qeyd edib göstərdikləri kimi "xxxx" MTK-a İddiaçı ilə onun, yəni Cavabdeh3 arasında bağlanmışı 29 saylı müqaviləni birtərəfli qaydada ləğv etdi. Suraxanı rayon Məhkəməsinin birtərəfli, qərəzli və qeyri-obyektiv mövqe tutmasını Qətnamədən tam sübut olunur. Məhkəmə Qətnamədə qeyd edib, göstərir ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2013 cü il tarixli 35 saylı mənzilin dəyərinin tam ödənilməsi "xxxx" yaşayış sahəsi 4 giriş, 8 mərtəbəsi 277 saylı 1 otaqlı (68.6 kv.m) Cavabdeh3 adına olan mənzil İddiaçı adına keçirilmiş və sonuncu MTK-ya borcu yoxdur. İddiaçı 09 iyul 2013 cü il tarixdə 68,6 kv.çm. 277 saylı mənzilin onun adına keçirilməsi barədə Cavabdeh3 ilə müqavilə bağlayır. Həmin vaxtdan İddiaçı məhkəməyə şikayət etdiyi vaxtdan səkkiz il keçmişdir. Əgər İddiaçı doğrudan da 27440 manat pul verib, mənzili almışdırsa, bəs hansı səbəbə görə bu səkkiz il ərzində bir dövlət təşkilatlarına hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Yaxud MTK-nın Sədrinin, təsisçilərinin yanına gəlib, deməyib ki, mənzili niyə vermirsiniz. "xxxx" MTK-nin təsisçilərinin xx.xx.2013 cü il tarixdə ümumi yığıncaq çağırıb, xx.xx.2013 cü il tarixdə bağlanmış podrat müqaviləsində və ona əlavə olunmuş razılaşma protokolunda qeyd olunmuş öhdəliklərin podratçı tərəf bir qismini icra edib, digər qismini icra etmədiyi üçün, həmin podrat müqaviləsinə və razılaşma protokoluna əsasən 09.07. 2013 cü il İddiaçı ilə onun, yəni Cavabdeh3 arasında bağlanmış müqaviləni ləğv etdi. Elə həmin günü "xxxx" X27 ilə İddiaçı da MTK-ya dəvət ediblər. Qaraşov Namiq MTK-ya gəldi. Onu MTK- in Əmri ilə tanış edib, əmrin bir nüsxəsini ona veriblər. O, əmrin MTK- də qalan nüsxəsinə, əmrin bir nüsxəsinin almasını öz xətti ilə yazdı, imza etdi. İddiaçı MTK-nə dəvət etdik, onu da MTKnın xx.xx.2013-cü li il tarixli Əmri ilə tanış etsinlər. Həm də onda olan xx.xx.2013 cü il tarixli 68,6 kv. m. 277 saylı mənzilin onun adına keçirilməsi haqqında 29 saylı müqaviləni və maliyyə arayışını ondan alaq. İddiaçı gəlmədi. Təxminən 15-20 gün ona gündə 3-4 dəfə zəng ediblər. O telefonu açmirdı. X37 zəng ediblər ki, Elçin telefonu açmir. O, bildirdi ki, o da 4-5 dəfə zəng etmiş telefonu açmır. Sual olunur: İddiaçı mənzilin dəyərini köçürmüşdürsə, niyə MTK-ya çağrılanda gəlmirdi. Gəlib, ya mənzilini, ya da pulunu tələb etmirdi. Səkkiz ildən sonra Suraxanı rayon Məhkəməsində iddia qaldırır. Bu hal nə dərəcədə inandırıcıdır. Məhkəmə öz Qətnaməsinin əsaslandırıcı hissəsinin 1-ci abzasında qeyd edir: Məhkəmə tərəflərin izahatları dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İş materiallarından və Qətnamədən tam aydın olur ki, Məhkəmə hansı sübutu araşdırıb. Araşdırıb ki, İddiaçı pul verib, mənzil almışdırsa, niyə bu 8 il müddətində hər hansı dövlət təşkilatlarına və hüquq mühafizə orqanina şikayət etməyib. Bildirməyib ki, Cavabdeh3 mənzili vermir. Mənzili Cavabdeh3 alın verin. Məhkəmə bu halı araşdırıbmı? Yox. Deməli məhkəmə qanuna yox. İddiaçı yalan, uydurma sözlərinə əsaslanıb, uydurma da Qətnamə çıxarmışdır. Məhkəmə öz Qətnaməsində qeyd edir. İddiaçı 27440 manat dəyərində olan mənzilin pulunu real MTK-a ödəyib, borcu qalmamışdırsa, görəsən həmin pul "xxxx" MTK-nın xəzinəsini olubmu? MTK hesabında oturubmu? Pulun MTK-nın hesabında oturması barədə mühasibatlıq kitablarına keçiribmi? Şahid dindirilibmi? "xxxx" MTK-nın mühasibatlıq arayışına. Məhkəmə Qətnamədə Qənbərovu qətnamədə cavabdeh qeyd etsə də, lakin Cavabdeh3 məhkəməyə dəvət etməmişdir. Əgər Cavabdeh3 məhkəmə tədqiqatında cavabdeh qismində dindirilmiş olsaydı, haqq ədalət öz yerini tapardı. Ona görə Cavabdeh3 məhkəmədə cavabdeh qismində dindirilməmişdir. Məhkəmə Qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, iddiaçı tələblərini əsaslandıraraq məhkəmə tədqiqatına təqdim etdiyi "xxxx" MTK- nın adlanacaq Sədri Cavabdeh3 ilə (payçı) İddiaçı arasında bağlanmış xx.xx.2013 cü il tarixli 29 saylı, yaşayış binasından mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqaviləyə əsasən Badu-Kübə” MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində MTK- nın təsisçiləri və “Payçı” larinin vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına 1 otaqlı, 68,6 kv.m. 277 saylı mənzil İddiaçı adına keçilmişdir. "xxxx" MTK nın sonradan (sifarişçi) adlanacaq Sədri Cavabdeh3 pcəfqulıı oğlu ilə "xxxx" X27 arasında bağlanmış xx.xx.2013 cü il tarixli 01 saylı podrat müqaviləsi ilə tərəflər razılığa gəlmişlər ki, Sifarişçi” Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.2005 ci il tarixli 126 saylı saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, X34,"xxxx" yaşayış massivində 4 girişli, çoxmərtəbəli yaşayış binasının 1-2-3-4 girişlərində beton mozaika işlərinin (hər k.m. üçün 10 AZN) 1-2-3-4 girişlərdə blok və pilləkən qəfəsində malyar işləri (hər kv.m. üçün 5 AZN), qarajların divar və tavan hissələrinin rənglənməsi(hər kv.m. üçün 5 AZN) qarajların yerinin beton plitə ilə döşənməsi (hər kv.m. 10 manat), 1-2 girişlərdə 13-14-15 mərtəbələrdə və 3- 4 girişlərdə isə bütün mərtəbələrdə binadaxili su və kanalizasiya xəttlərinin çəkilməsi işlərinin görülməsini "xxxx"ya tapşırır.Həmin müqavilənin 22-ci bəndinə və Akta əsasən “Sifarişçi” təşkilat yuxarıda adları çəkilən işlərin aparılmasına görə hər iki tərəfin təsdiqlənməsindən sonra mənzillər qüvvədə olur. Qətnamənin həmin vərəqində məhkəmə qeyd edir: X33 1 olan razılaşma protokoluna görə müqavilədə qeyd olunan mənzillərdən biri giriş 1, 13 mərtəbəsində yerləşən, sahəsi 71,2 kv.m. təşkil edən 58 saylı mənzildir. "xxxx" tərəfindən qey olunan 71,2 kv.m., 58 saylı mənzilin dəyəri müqabilində iş görüldüyü üçün akt tərtib olunub hər iki tərəf öz imzaları ilə təsdiqləyib mənzil X1 qalmışdır. Bu hal Məhkəmənin qeyriobyektiv, qərəzli mövqe tutmasını sübut edir. Məhkəmə əsaslandırıçı hissədə qeyd edib göstərir: X19 görə yuxarıda göstərilən mənzilin satış müqaviləsi "xxxx" tərəfindən işlər tam başa çatdırıldıqdan təqdim olunan Akt (forma 2) əsasında təhvil verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi birtərəfli qaydada "xxxx" MTK tərəfindən ləğv ediləcəkdir. "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının qərarı və MTK Sədrinin Əmri tamamilə qanuna uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu fəsil Podrat bölməsinin 752 -ci və 759-cu maddələrinə tam uyğun hərəkət etmişdir. Podratçı tərəf MM-nin 755 ci, 760-cı və 762.3-cü maddələrinin tələblərini kobud surətdə pozmuşdıır. Məhkəmə özünün qətnaməsində iddiaçının sözügedən mübahisəli mənzillə bağlı əmlak hüquqlarını əldə etmişdir qeyd etməsi onun maddi və prosessual hüquq normalarını kobud surətdə pozması deməkdir. İddiaçı əmlak hüquqlarını nə vaxt əldə etmişdir. Məhkəmə hansı qanuna, hansı bir normativ hüquqi akta əsaslanıb, iddiaçı tərəfin xeyrinə qətnamə çıxardır. Məhkəmə öz qətnaməsində Mülki Məcəlləsinin 337.1-ci maddəsinə, 421.1-ci maddəsinə,423-cü maddəsinə, 373.9 maddəsinə, 384.0.4 cü maddəsinə istinad etmişdir. Lakin məhkəmə qeyd etdiyi maddələrə istinad etməklə, iddiaçı tərəfin xeyrinə Qətnamə çıxarmaqdan ötəri həmin maddələrdən ancaq sui-istifadə etmişdir. Məhkəmə MM-nin 337.1-ci maddəsini öz Qətnaməsində qeyd etməklə əqdlərin etibarsızlığından danışır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil iddiaçıya məxsus olduğu halda qeyd mənzillə bağlı hər hansı bir razılaşmalar (müqavilələr) bağlanarkən iddiaçının iradə ifadəsinin zəruri olduğu halıda onun iştirakçıları olmadan, həmin müqavilənin tərəli olmayan şəxslər, yəni cavabdehlər X11 ilə xx.xx.2013-cü ildə imzalanmış 53 saylı, Cavabdeh4 ilə xx.xx.2014 cü ildə imzalanmış 20 saylı, Cavabdeh5 ilə xx.xx.2018 ci ildə imzalanmış 22 saylı, Cavabdeh2 ilə MTK arasında sonrakı tarixlərdə müqavilələr bağlanaraq iddiaçıya məxsus mənzil cavabdehlərə satılmışdır. Bununla da mübahisəli mənzilə dair qeyd edilən müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Apellyasiyn Mübahisəli mənzil hansı Qanuna əsasən iddiaçıya məxsusdur? Əgər mübahisəli mənzil iddiaçıya məxsusdursa, məhkəmə öz qətnaməsində niyə "xxxx" X26 Ədalətin arasında bağlanmış Podrat müqaviləsi və ona əlavə olunmuş razılaşma protokolunun xx.xx.2013-cü il tarixli MTK-nın və təsisçilərinin ümumi yığıncağının qərarını ona əsasən verilmiş Əmri qanunsuz hesab etməmişdir. Məhkəmə bu kimi halları qanunsuz hesab edə bilməzdi, görə ki, qeyd etdiyi bu hallar tam qanuna uyğundur. Qeyd etdiyi hallar qanuni olduğu halda Cavabdeh1 MTK ilə cavabdeh arasında bağlanmış müqavilənin hansı etibarsızlığından söhbət gedə bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanir. Məhkəmə öz qətnaməsində qeyd edib, göstərir ki, müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə bilməlidir ki, müqavilədə ayrı qayda göstərilmirsə, müqavilənin məhkəmə qaydasında ləğv olunmasına yol verilir. Yox ayrı qayda qeyd olunursa bu hala ehtiyac yoxdur. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixdə bağlanan müqavilə, xx.xx.2013 cü il tarixli müqavilənin əsasında bağlanıb. Ona görə də həmin müqavilədə digər hallar nəzərdə tutulduğu üçün məhkəməyə tərəflərin müraciət etməsinə ehtiyac qalmır. İddiaçı iddia müddətindən 8 (səkkiz) il keçir. Tərəflərin izahatları:

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X22 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehlərin apellyasiya şikayətlərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

15. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

16. Belə ki, iş materiallarında olan "xxxx" MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X34, V yaşayış masivində, MTKnın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil İddiaçı adına keçirilmişdir.

17. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 35 saylı “mənzilin dəyərinin tam ödənilməsi və ünvan barədə”arayışdan görünür ki, Kooperativin Suraxanı rayonu, X34, V yaşayış sahəsi, evin 4 giriş, 8 mərtəbəsi 277 saylı 1 otaqlı (68,6 kv.m) Cavabdeh3 adına olan mənzil İddiaçı adına keçirilmiş və sonuncunu MKT-nə borcu yoxdur.

18. İş materiallarında olan Cavabdeh1 MTK-nin sonradan (Sifarişçi) adlanacaq sədri Cavabdeh3 ilə (podratçı) X27 arasında bağlanmış xx.xx.2013- cü il tarixli 01 saylı Podrat Müqaviləsi ilə tərəflər razılığa gəlmişlər ki, “Sifarişçi” Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, X34 "xxxx" yaşayış massivində 4 girişli çoxmərtəbəli yaşayış binasının 1-2-3-4 girişlərində beton-mozaika işlərinin (hər kv. M üçün 10 AZN), 1- 2-3-4 girişlərdə blok və pilləkən qəfəsində malyar işləri (hər kv. Metr üçün 5 5 AZN), qarajların divar və tavan hissələrinin rənglənməsi (hər kv. M 5 AZN), qarajların yerinin beton plitə ilə döşənməsi (hər kv. Metr 10 manat), 1-2 girişlərdə 13-14- 15 mərtəbələrdə və 3-4 girişlərdə isə bütün mərtəbələrdə binadaxili su və kanalizasiya xəttlərinin çəkilməsi işlərinin görülməsini "xxxx"ya tapşırır. Həmin Müqavilınin 2.2-ci bəndinə və Akta əsasən “Sifarişçi” təşkilat yuxarıda adları çəkilən işlərin aparılmasına görə hər iki tərəfin təsdiqlənməsindən sonra razılaşmış mənzillər qüvvədə olur. X33 №1 olan razılaşma protokulana görə müqavilədə qeyd olunan mənzillərdən biri – giriş 1, 13-cü mərtəbəsində yerləşən sahəsi 71,2 kv. metr təşkil edən 58 saylı mənzildir. X19 görə ytuxarıda göstərilən mənzilin satış müqaviləsi "xxxx" tərəfindən işlər tam başa çatdırıldıqdan, təqdim olunan AKT (forma 2) əsasında təhviul verildikdən sonra qüvvədə olacaqdır. Əks halda satış müqaviləsi birtərəfli qaydada "xxxx" MTK tərəfindən ləğv ediləcəkdir.

19. Cavabdeh1 MTK üzvlərinin və “Payçı”larının ümumi yığıncağının 14 avqust 2013- cü il tarixli Protokolu ilə qərara alınmışdır ki, fiziki şəxs X27 ilə bağlanmış podrat müqaviləsinə əsasən podrat işləri tam görülmədiyi üçün, müqaviləyə əlavə edilmiş razılıq protokolunda göstərilən 277 saylı mənzilin podrat müqaviləsinə əsasən işlər üçün verilmiş 277 saylı mənzil barədə X9 adına sənədləşdirilmiş xx.xx.2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsi və maliyə arayışı ləğv və etibarsız hesab edilmişdir.

20. Cavabdeh1 MTK-nin sədri Cavabdeh3 14 avqust 2013-cü il tarixli 13 saylı Əmri ilə X27 ilə bağlanmış xx.xx.2013-cü il tarixli Podrat müqaviləsinə və bu müqaviləyə əlavə olunan razılaşma protokoluna əsasən X17 adına sənədləşdirilmiş xx.xx.2013-cü il tarixli 29 saylı Müqavilə (giriş 4, mərtəbə 8, 1 otaqlı, 68,6 kv.m, 277 saylı mənzil) ləğv edilmişdir.

21. Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli 56 saylı “yaşayış binasından mənzil alışı haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X34, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh3 satılmışdır.

22. Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 53 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X34, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil X7 adına keçirilmişdir.

23. Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri Cavabdeh3 ilə (payçı) Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 20 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X34, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında X7 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh4 adına keçirilmişdir.

24. Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri X23 ilə (payçı) Cavabdeh5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 22 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X34, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh4 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh5 adına keçirilmişdir.

25. Cavabdeh1 MTK-nin sonradan (icraçı) adlanacaq sədri X23 ilə (payçı) Cavabdeh2 qəzı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 32 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X34, V yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh5 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh2 adına keçirilmişdir. Apellyasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayətinə əsasən Cavabdeh2 və Cavabdeh3 aid olan hissədə yoxlayır. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tərəflər arasında müqavilə rəsmləşdirildiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

33. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququn əldə edirlər.

34. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

36. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hüquqi dəyərləndirmə:

38. Kollegiya iş materiallarına və apellyasiya şikayətlərinin dəlillərinə əsasən qeyd edir ki, "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 09 iyul 2013-cü il tarixli kooperativ binada mənzilin alınması haqqında müqaviləyə əsasən kooperativ tərəfindən sözügedən mənzilin payçıya verilməsi, payçı tərəfindən isə mənzilin qəbul edilərək qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri – 27440 manatın vaxtında ödənilməsini öhdəsinə götürərək, xx.xx.2013-cü il tarixli 35 saylı arayışa əsasən isə iddiaçının "xxxx" MTK-nə borcu qalmaması ona dəlalət edir ki, iddiaçı sözügedən mübahisəli mənzillə bağlı əmlak hüquqlarını əldə etmişdir.

39. İşin mübahisələndirilməyən hallarından görünür ki, 29 dekabr 2009-cu il tarixli 56 saylı “yaşayış binasından mənzil alışı haqqında” müqaviləsi ilə Cavabdeh1 MTK-ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, X34, V yaşayış masivində, MTKnın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh3 satılmış, daha sonra Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən qeyd edilən 277 saylı mənzil İddiaçı adına keçirilmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 35 saylı arayış verilmişdir.

40. Göründüyü kimi İddiaçı xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə arayış verildiyi vaxtdan həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüquqları yaranmışdır.

41. Belə ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 178.8-ci maddəsinə əsasən Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

42. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2015-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə payçı tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda həmin payçı qeyd edilən mənzilə mülkiyyət hüququ əldə etdiyindən sonradan həmin mənzilin onun razılığı olmadan satılması mülki qanunvericiliyin normalarına uyğun deyildir.

43. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh3 mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə xx.xx.2013-cü il tarixli 53 saylı, xx.xx.2014-cü il tarixli 20 saylı, xx.xx.2018-ci il tarixli 22 saylı, xx.xx.2019-cu il tarixli 32 saylı alqı-satqı müqavilələrinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.

44. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

45. Cavabdehlər apellyasiya şikayətində iddiaçının 8 il keçdikdən sonra iddia qaldırmasını və iddia müddətini ötürməklə Mülki Məcəllənin 373-cü maddəsinin tələblərini pozduğunu bildirmişdir.

46. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 384.0-cı maddəsinin tələbləri şamil edilməlidir. Həmin maddəyə əsasən, iddia müddəti aşağıdakılara şamil edilmir:

47. 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə.

48. Belə ki, hazırki iddia tələbi iddiaçıya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən alınması ilə əlaqəli olduğundan, Mülki Məcəllənin qeyd edilən 384.0.4-cü maddəsinin tələbinə əsasən hazırki iddia tələbinə iddia müddəti şamil edilə bilməz. Odur ki, cavabdehlərin apellyasiya şikayətinin dəlili əsassızdır.

49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 384.0.4- cü maddəsi ilə bağlı qeyd etmişdir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.

50. Belə olan halda, Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli və Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması və iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, X34, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınaraq həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh Badu-Kubə Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

51. İddiaçıya məxsus olan mənzillə əlaqədar bağlanmış müqavilə ləğv edilmədən "xxxx" MTK-nin cavabdehlər Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr bağlana bilməzdi.

52. Kollegiya qeyd edir ki, mübahisəli mənzil iddiaçıya məxsus olduğu halda, qeyd edilən mənzillə bağlı hər hansı bir razılaşmalar (müqavilələr) bağlanarkən iddiaçının iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakları olmadan, həmin müqavilənin tərəfi olmayan şəxslər, yəni cavabdehlər Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə MTK arasında sonrakı tarixlərdə müqavilələr bağlanaraq, iddiaçıya məxsus mənzil cavabdehlərə satılmışdır. Bununla da mübahisəli mənzilə dair qeyd edilən müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.

53. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdiirlmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

56. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

q ə t e t d i:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 saylı, 15 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar