Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5805/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı QBKT MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4665/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı QBKT MMM tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qeyrı-Bank Kredit Təşkilatı MMM cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «pul» tələbinə dair kiçik iddialar dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(008)-4665/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində tərəfindən yəni, "xxxx" QBKT MMM-nın cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərzəsi Bakı-Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, lakin X1 tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edilmişdir. Qərardadda Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə istinad edilmişdir. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Qərardadda həmçinin, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küç, 45A, 46 ünvanında qeydiyyatda olması qeyd edilmişdir. İş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən öncə Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi eyni məzmunlu qərardad qəbul edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarayev küç, döngə 1, ev 5-də qeydiyyatda olması göstərilmişdir. Sübut olaraq cavabdehlərlə bağlı “Elektron Məhkəmə’ İnformasiya Sistemindən çıxarışların surətləri göndərilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, e-2(008)-4665/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehlərin rəsmi qeydə alındıqları yer Nizami rayonu və Xətai rayonu olduğundan hazırki kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tələbə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxıla bilməz. Hazırki iddia tələbinə iddiaçının seçiminə görə Bakı şəhəri Nizami rayon Məhkəməsində və ya Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddia ərizəsində cavabdehlərin qeydiyyatda olduqları ünvanlar Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatlarla eynilik təşkil edir. Lakin, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulu məsələsini yoxlayarkən Cavabdeh1 qeydiyyatda olduğu yer barədə maəlumatları əldə edərkən fərdi identifikasiya nömrəsi (FİN) əsasında sorğu etməli olduğu halda, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 məxsus köhnə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əsasında sorğu etmiş, bu səbəbdən də ünvan 3 ünvanında qeydiyyatda olmasını təsbit etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə cavabdehlərin qeydiyyatda olduqları ünvan edilmiş sorğuya cavablardan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında, Cavabdeh2 isə ünvan 5nında qeydiyyatdadırlar. MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi təkrarən müzakirə olunmalıdır. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QBKT MMM tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4665/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5805/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5805/2022
16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver