Məhkəmə qərarları › İş №2(103)-5805/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5805/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5805/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-600/2012 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Nəsimi Rayon Məhkəməsinin 2(002)-147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair dair iddiası qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığına görə xx.xx.2012-ci il tarixdə icra edilməsi üçün müvafiq İcra şöbələrinə göndərilmişdir. Qətnamədən əvvəlcə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-3417/2013 nömrəli qətnaməsi ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.) Daha sonra Cavabdeh2 (nümayəndə və vəkili Nümayəndə) ərizə və apellyasiya şikayəti ilə Məhkəməyə müraciət edərək, mübahisələndirdiyi qətnaməni rəsmi qaydada yalnız xx.xx.2024-cü il tarixdə aldığını bildirmiş, həmin vaxta qədər kredit müqaviləsi üzrə öhdəliklərin digər cavabdeh olan Cavabdeh1 tərəfindən yerinə yetirildiyini fikirləşmiş, lakin bu yaxınlarda icra məmuru tərəfindən həmin pulun ödənilməsi ilə əlaqədar ona bildiriş göndərilmiş, yalnız həmin bildirişi aldıqdan sonra aldadıldığını başa düşmüşdür. Bundan sonra ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin surətini əldə etmişdir.Buna görə də ərizənin təmin edilərək şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-600/2012 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizə rədd edilmişdir. Həmin qərardaddan narazı qalan Cavabdeh2 tərəfindən verilmiş şikayət rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 130.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki iş materiallarından göründüyü kimi kKönüllü icra barədə xx.xx.2013-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə imza edərək icraata başlamaq haqqında qərarı və həmin bildirişi qəbul etmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, Cavabdeh2 icra sənədindən həmin gün xəbərdar olduğunu, borcla əlaqəsi olmadığını, sadəcə bank sənədləşməsinin onun adına olduğunu, icra sənədi üzrə heç bir ödəniş etmədiyini və qeyri-müəyyən müddətə icra sənədi üzrə tələbi təmin edibetməyəcəyini bildirmişdir. İcra işinin materiallarında Cavabdeh2 xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli izahatları və inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokol da vardır. Birinci instansiya məhkəməsi cavabdehin üzrlü səbəb kimi gətirdiyi dəlilərə münasibətdə mövqeyini belə əsaslandırmışdır ki, ərizədə müddətin ötürülmə səbəbi kimi göstərilənlər üzrlü hesab edilə bilməz. Belə ki, mülki işdə olan icra işinin materialları ilə müəyyən edilir ki, Cavabdeh2 qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi barədə xx.xx.2021-ci ildə xəbərdar olmasına baxmayaraq, həmin tarixdən 3 ilə yaxın, qətnamənin isə qəbul edilməsindən 11 ilə yaxın vaxt keçdikdən sonra hazırkı ərizə və qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Kollegiya rayon məhkəməsinin bu mövqeyi ilə razılaşaraq hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasından imtina ilə bağlı gəlinən qənaət tam əsaslıdır, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-600/2012 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar