Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5807/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-713/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 38200 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh qardaşı Zakir Babayevin barəsində olmuş cinayət işi üzrə axtarış işinə xitam verdirəcəyinə dair yalandan vəd verib aldatmaqla xx xxxx 2018-ci il tarixdə ünvan 1 ünvanının həyətində 36000 min manat məbləğində pul vəsaitini alıb ələ keçirmiş və hazıradək dəfələrlə tələb etməyinə baxmayaraq, həmin vəsaiti ona qaytarmamışdır. Bundan başqa, Cavabdeh ondan xx xxxx 2019-cu il tarixdə milli valyuta ilə 2200 manat ekvivalentində 80849 Rusiya rublu məbləğində məbləğində pul vəsaiti borc almış, lakin hazıradək dəfələrlə tələb etməyinə baxmayaraq həmin vəsaiti geri qaytarmamışdır. Həmin faktla bağlı şikayət ərizəsinə əsasən Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış və Cavabdeh əməlində cinayət tərkibinin olmaması qənaətinə gəlinərək xx xxxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhərində növbəti dəfə 36000 manat məbləğində pulunu qaytarmasını tələb edərkən o, öz dəsti-xətti ilə ondan 36000 manat məbləğində pul vəsaiti almasını və həmin vəsaiti qaytaracağına dair iltizam yazıb vermiş, lakin hazıradək həmin vəsaiti geri qaytarmamışdır. Bununla yanaşı, Cavabdeh araşdırma zamanı izahatında xx xxxx 2018-ci il tarixdə Yasamal rayonu. Tağı Şahbazi küçəsi, ev 108 ünvanının həyətində ondan 36000 min manat məbləğində pul vəsaiti almasını etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 713/2020 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, işə onun iştirakı olmadan baxılması, iddiaçıya cəmi 16200 manat borcunun olması, iltizamı iddiaçının istəyi üzrə yazması və orada borcunun 36000 manat olması kimi göstərməsi, lakin reallıqla həmin məbləğdə borcunun olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilənlərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan İddiaçı və Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, cavabdeh iddiaçıdan 36000 manat pul almasını etiraf etmiş və həmin pulu xx xxxxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayəti üzrə tooplanmış material üzrə cinayət işinin rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli qəbzdən görünür ki, «Zolotoya Korona» pul köçürmə sistemi vasitəsilə İddiaçı tərəfindən xx xxxx 2019- cu il tarixdə Cavabdeh adına 80849 (səksən min səkkiz yüz qırx doqquz) Rusiya rublu məbləğində pul vəsaiti göndərilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən İddiaçı tərəfindən Cavabdeh 38200 manat (36000 manat və 2200 manat ekvivalentində 80849 Rusiya rublu) pul versə də, sonuncu həmin vəsaiti geri qaytarmamış, aralarında razılaşdırdıqları şəkildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh apellyasiya şikayətinin iddiaçıya cəmi 16200 manat borcunun olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində 36000 manatla bağlı iltizamı iddiaçının istəyinə görə yazmasını, reallıqda ona 36000 manat pul borclu olmamasını göstərsə də, bu istiqamətdə də məhkəmə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, işdə olan sübutlarla (iltizam, «Zolotoya Korona» pul köçürmə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və ibtidai araşdırma zamanı verilmiş izahatlar) cavabdehin iddiaçıya 38200 manat pul ödəməli olması müəyyən edlir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi, cavabdeh tərəf isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki,MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Cavabdeh apellyasiya şikayətində,həmçinin məhkəmə iclasında iştirakının təmin olunmamasını göstərmiş,lakin işdə olan sübutlardan (bildirişlər, reyestrlər və s.) görünür ki,cavabdehə qeydiyyatda olduğu ünvan üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişləri göndərilmiş,eyni zamanda mobil telefon nömrəsinə elektron qaydada sms bildiriş göndərilmiş,lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bununla yanaşı,apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi məhkəmə baxışında iştirak etmiş,lakin apellyasiya şikayətinin dəlilləri (cavabdehin etirazları)ilə bağlı məhkəmə kollegiyasına hər hansı sübut təqdim edə bilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki,qətnamə əsaslı və qanunidir.Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Bu səbəbdən də,apellyasiya şikayəti təmin olunmamalı,qətnamə dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-713/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-713/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-5807/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5807/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver