Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5812/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2061/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əliəkbər qızına, Cavabdeh4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-2061/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 22.000 (iyirmi iki min) manat, Cavabdeh2 1500 (bir min beş yüz) manat, Cavabdeh3 Ələkbər qızından 7000 (yeddi min) manat və Cavabdeh4 3000 (üç min) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-2061/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2061/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-2061/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2061/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, dövlət rüsumu əlavə edilmişdir. Bundan başqa digər Cavabdeh3 Əliəkbər qızı tərəfindən də apellyasiya şikayəti verilmişdir. Hər iki şikayət eyni vəkil tərəfindən tərtib edilmiş və şikayətlərə imza edilən zaman texniki səhv olaraq, Cavabdeh1 şikayət ərizəsinə də Cavabdeh3 tərəfindən imza edilmişdir. Buna baxmayaraq, dövlət rüsumu ödəyib, şikayəti şəxsən məhkəmənin baş məsləhətçisinə verməklə (həmin vaxt şikayət verən şəxsin şəxsiyyəti müəyyən edilir) Cavabdeh1 artıq mövqeyini göstərmişdir. Apellyasiya məhkəməsinin şikayəti mümkün hesab etməməsi və s. üzrlü səbəb kimi qəbul edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2061 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilmə müddətinin bərpası təmin edilməmişdir. Ümumiyyətlə həmin ərizəyə baxılması yeri və vaxtı barədə məlumat daxil olmamışdır. Həmçinin iş materiallarında vəkil və nümayəndə kimi qəbul edilsə də nə məhkəmə bildirişi, nə də qeyd olunan qərardad ona göndərilməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2061 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2061 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2061/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti onun verilməsi üçün müəyyən edilmiş bir ay prosessual müddət ötürüldükdən sonra verilmişdir. Cavabdeh1 qeyd edilən qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2061/2019 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2061/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qətnamə xx xxxxxx 2019-cu il tarixli xəbərnaməli poçt vasitəsilə tərəflərin ünvanına göndərilmişdir. Cavabdeh1 tərəfindən apellyasiya şikayəti xx.xx.2019-cu il tarixdə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Yenidən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş və apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Məhkəmə xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardadla hesab etmişdir ki, müddətin bərpası barədə ərizədə göstərilən hallar müddətin üzürsüz səbəbdən buraxılmasına dəlalət etmir. Göründüyü kimi, Cavabdeh1 qətnamə rəsmən təqdim olunmasına baxmayaraq, qanunla müəyyən olunan bir ay müddət ərzində ondan şikayət verməmiş, şikayət vermə müddətini açıq-aşkar ötürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə isə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya tərəfindən geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyənləşdirilmiş müddət ötürüldükdən sonra verildiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq geri qaytarılmışdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2061/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5812/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5812/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver