Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5812/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “öhdəliyin qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçınə qarşı “sənədlərin, məlumatların və hesabatın təhvil verilməsi, pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1495/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “öhdəliyin qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair 06 fevral 2013-cü il tarixdə 0968 nömrəli icarə müqaviləsinin ləğvi məqsədi ilə, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyd olunan ünvanda idarəçiliyində olan yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə görə Bakı Şəhər İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamaq onun üzərinə vəzifə kimi qoyulması, iddiaçı tərəfindən ödənilmiş 4865.73 (dörd min səkkiz yüz altmış beş) manat torpaq icarəsi haqqının cavabdehdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 488 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı, xx.xx.2003-cü il tarixli, 11231 saylı inşaat pasportu əsasında Nəsimi rayonu, X.Şuşinski, İ.Qasımov, S.Rüstəmov və Q.Quliyev küçələrinin kəsişməsində 980-ci məhəllədə ayrılmış torpaq sahəsinə dair İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 06 fevral 2013-cü il tarixdə 0968 nömrəli icarə müqaviləsinə əsasən verilmiş torpaq sahəsində inşa edilmiş, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyində olan yaşayış binalarının yerləşdiyi torpaq sahəsinə görə, həmin müqavilənin qüvvədə olma müddətində hər növbəti ilin sonunadək hesablanmış icarə haqqının iddiaçı ”Karat” MTK-ya ödəmək vəzifəsinin cavabdeh "xxxx" MMMC-nə həvalə edilməsi, İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış 06 fevral 2013-cü il tarixli 0968 nömrəli icarə müqaviləsinə əsasən yaşayış binasını xx.xx.2017-ci il tarixdən cavabdeh "xxxx" MMMC-nin idarəçiliyinə verildikdən sonrakı müddət üçün iddiaçı tərəfindən ödənilmiş 4865.73 (dörd min səkkiz yüz altmış beş) manat torpaq icarəsi haqqının cavabdeh "xxxx" MMMC-dən İddiaçı MTKnın xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı MTK-ya qarşı “sənədlərin, məlumatların və hesabatın təhvil verilməsi, pulun ödənilməsi tələbi”nə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X2” və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azərigaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyani torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin cavabdeh tərəfindən "xxxx" MMMCyə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərin ad, soyad və ata adı, qeyri-yaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədləri qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; 05 noyabr 2008-ci il tarixdən 28 aprel 2017-ci il ərzində İddiaçı MTK tərəfindən sözügedən yaşayış kompleksinin idarəedilməsi və saxlanması üzrə hər il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabatı, göstərilən dövr ərzində sahə mülkiyyətçilərindən aylıq kommunal xidmətləri yığılaraq (kommunal haqları 3-otaqlı mənzil üçün 110 AZN, 4-otaqlı mənzil üçün 130 AZN tələb edilirdi) nəticədə qarşılıqlı iddia üzrə cavabdehin büdcəsində qalıq olan pul məbləğini sözügedən yaşayış kompleksinin pul fondu olduğundan "xxxx" MMMC-yə təhvil verilməsi, mart 2022-ci il tarixinə İddiaçı MTK-nın "xxxx" MMMC-nin fonduna olan 51550 manat (əlli bir min beş yüz əlli manat) borcu və ödənilmiş 244,65 (iki yüz qırx dörd manat, altımış beş qəpik) manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1495/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında yerləşən və İddiaçı MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış binalarının layihəsinin İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların “X2”n və bu sənədə aid olan binalarının bütün göstərici və əlavələrini, o cümlədən binalar haqqında məlumatın, bütün texniki şərtləri (“Azəriqaz”, “Azərsu”, “Azərişıq” və sair), binalarının torpaq sahələri, binalarının həyətyani torpaq sahələri, kompleksdə yerləşən avadanlıqların və qurğuların texniki pasportlarının və sair sənədlərin İddiaçı MTK tərəfindən "xxxx" MMMC-yə təhvil verilməsi; sözügedən binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə İddiaçı MTK-nın balansında qalan satılmayan mənzillərin siyahısı (hər bina üzrə), İddiaçı MTK tərəfindən 28 aprel 2017-ci il tarixindən sonra satılan mənzillərin siyahısı, satış tarixi və yeni mənzil mülkiyyətçilərin ad, soyad və ata adı, qeyriyaşayış sahələrinin (obyektlərin) mülkiyyətçilərinin tam siyahısı, onlar haqqında tam məlumat və sənədlərin qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC-yə təhvil verilməsi vəzifəsinin İddiaçı MTK-nın üzərinə qoyulması, qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İddiaçı MTK apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayona Məhkəməsinin e-2(006)-1495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbi rədd olunması üçün yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə qətnamədən verilmiş apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab vermir. MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər də aydın şəkildə izah edilməli və hər bir dəlil əsaslandırılmalıdır. Lakin, apellyator tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmiş, normaların qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlmişdir. Apellyasiya şikayətində apellyator birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 21.2, Torpaq Məcəlləsinin 50.1, 50.3-cü maddələrinin pozulmasını qeyd etmişdir. Bu zaman apellyator həmin hüquq normalarının dispozisiyalarını şikayətə köçürmüş, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Belə olduğu təqdirdə isə, apellyasiya şikayəti mülki prosessual məcəllənin normalarının tələblərinə cavab vermədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar müəyyən edilmir və o, qəbul olunmamış hesab edilir. Odur ki, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1495/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5812/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5812/2022
03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver