Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5822/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-253/2024 saylı, 03 sentyabr 2024cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X2 faktiki olaraq yanında yaşadığı nənəsi X4 yanında saxlanılması və ona görə alimentin X5 ödənilməsi, özgənin uşağını 3 il ərzində bilmədən, öz uşağı kimi saxladığına görə 8460 manat kompensasiyanın və 30000 manat məbləğində mənəvi zərərin əvəzinin İddiaçı tutulub Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-253/2024 saylı, 03 sentyabr 20240-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbi ilə əlaqədar olmaqla, onun qismən təmin edilməsini aradan qaldırdırmağa yönəlmişdir. Belə ki, ilkin iddia tələbi iki uşağa görə aliment məbləğinin artırılmasından ibarətdir. Qarşılıqlı iddia tələbinin bir hissəsi isə uşaqlardan biri – X3 faktiki olaraq yanında yaşadığı nənəsi X4 yanında saxlanılması və ona görə alimentin X5 ödənilməsindən ibarətdir. Göründüyü kimi, qarşılıqlı iddia tələbi qeyd olunan hissədə təmin olunarsa, qismən ilkin iddianın təmin edilməsini aradan qaldıracaqdır. Buna görə də bu iddialar arasında qarşılıqlı əlaqə mövcuddur. Eyni zamanda müddətin axımı cavabdehin iddia ərizəsinin surətini aldığı günün sabahısı günündən başlayır. Lakin cavabdeh indiyədək iddia ərizəsinin surətini almamışdır (təqdim edilməmişdir). Cavabdehin nümayəndəsi və vəkili məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında məhkəmədən xahiş etmişdir ki, iddia ərizəsi və digər sənədlərlə tanış olması üçün o, e-məhkəmə infosisteminə əlavə edilsin. Lakin infosistemdə iddia ərizəsi yerləşdirilməmişdir. Buna görə də iddia ərizəsi ilə cavabdeh tərəf tanış ola bilməmişdir. Bu səbəbdən hazırki qarşılıqlı iddia ərizəsinin qəbulundan imtinaya “qarşılıqlı iddia ərizəsi - iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilməlidir” tələbi şamil olunmamalı və qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-253/2024 saylı, 10 sentyabr 2024 cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X2 faktiki olaraq yanında yaşadığı nənəsi X4 yanında saxlanılması və ona görə alimentin X5 ödənilməsi, özgənin uşağını 3 il ərzində bilmədən, öz uşağı kimi saxladığına görə 8460 manat kompensasiyanın və 30000 manat məbləğində mənəvi zərərin əvəzinin İddiaçı tutulub Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 156.1-ci və 156.1.1- 156.1.3-cü maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. Hazırda isə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmadığından və qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmadığından onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməyəcəkdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, cavabdehin şikayətdə qeyd etdiyi qarşılıqlı iddia tələbinin bir hissəsi olan - xx.xx.2008-ci il təvəllüdlü X2 faktiki olaraq yanında yaşadığı nənəsi X4 yanında saxlanılması və ona görə alimentin X5 ödənilməsi tələbi ilə ilkin iddia tələbi arasında əlaqə olmamışdır. Belə ki, ilkin tələb alimentin artırılması olmuş, qarşılıqlı iddianın göstərilən hissəsinin əsası isə uşağın nənəsinin yanında qalmasından ibarət olmuşdur. Göründüyü kimi ilkin iddia tələbi alimentin artırılmasından ibarət olmaqla, uşağın yaşayış yerinin müəyyən edilməsi, eləcə də kompensasiya və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə hər hansı əlaqəsi mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-253/2024 saylı, 03 sentyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdiyev
Məhkəmə qərarları › İş №2(103)-5822/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5822/2024
07.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver