Məhkəmə qərarları › İş №2(103)-5823/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5823/2020

24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5823/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi x1, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının iştirakı ilə, qətnamədən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayev, iş N 2(006)-115/2017) iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova, İ.Vəliyev, iş N 2(103)-9631/2017) apelyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə və onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Sonradan xx.xx.2019-cu il tarixdə digər cavabdehlər Cavabdeh2, x2 və Cavabdeh4 da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə müraciət edərək apelyasiya şikayəti vermə müddətinin buraxılmamış hesab olunmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim N.Tağıyeva, iş N 2(006)-115/17) ərizə təmin olunaraq buraxılmış apelyasiya şikayəti vermə müddəti üzrlü hesab olunmaqla bərpa edilmiş və mülki iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli, iş N 2(103)-1783/2020) İddiaçı-nin şikayəti təmin olunaraq, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakim N.Tağıyeva, iş N 2(006)-115/17) ərizə təmin olunaraq buraxılmış apelyasiya şikayəti vermə müddəti üzrlü hesab olunmaqla bərpa edilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər qətnamənin çıxarılmasından məlumatlı olmuş, qətnamənin məzmunu və nəticəsi onlara məlum olduğu halda qanunla nəzərdə tutulmuş müddətdə apelyasiya şikayəti verməmişlər. Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi M.Ağamirov məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili K.Əliyeva şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Cavabdeh2 tərəfindən vəkilə verilmiş xx.xx.2019-cu il tarixli, AR-İ N790415 saylı etibarnamədə Cavabdeh2 tərəfindən icra edilən imza, sifarişli poçt xəbərnaməsində “şəxsən” qrafasında icra edilən imzalardan fərqlidir. cavabdehlər Cavabdeh2 nəsib oğlunun və Cavabdeh3 nümayəndəsi Əliyeva Könül nəriman qızı və Cavabdeh4 xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin surətini və iş materialları ilə tanış olmaq üçün şərait yaradaılmasını xahiş etmişlər. xx.xx.2019-cu il tarixdə cavabdehlərin nümayəndəsi (vəkili) K.Əliyeva iş materialları ilə tanış olaraq qətnamənin surətini almış və daha sonra xx.xx.2019-cu il tarixdə qətnamədən apelyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə qətnaməsini mübahisələndirmək üçün prosessual müddətin axımı cavabdehlərin qətnaməni aldığı gündən, yəni xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş üzrə İddiaçı-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Rəşad Həsənov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar