Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5823/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçıların nümayəndəsi vəkil X1 iştirakı ilə, iddiaçılar İddiaçı3, İddiaçı1 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızının Cavabdeh qarşı "qanunsuz istifadəyə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-405/2021 saylı işi üzrə 10.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı3, İddiaçı1 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzildən qanunsuz istifadəsinə xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: İddiaçı3, İddiaçı1, X9 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilində qeydiyyatdadırlar (səh.8); Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzili xüsusi mülkiyyət hüquqları üzrə İddiaçı1 4/6 hissədə, İddiaçı3 1/6 hissədə və Tağıyeva (Nəzərli) Pəri Abbas qızına 1/6 hissədə adlarına hüquqi qeydiyyatdan keçirilmişdir (səh.9); Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4068/2020 saylı 21.09.2020-ci il tarixli qətnaməsinin surətinə əsasən, İddiaçı3 Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin olunmuş, İddiaçı3 ilə Cavabdeh arasında 14.06.2002-ci il tarixdə bağlanmış və Səadət sarayı «Bakı nikah evi» tərəfindən nikah bağlanması haqqında akt qeydləri kitabında 637 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 22.02.2003-cü il təvəllüdlü X8 və 11.06.2007-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmaları, İddiaçı3 21.09.2020-ci ildən hesablanmaqla 22.02.2003-cü il təvəllüdlü X8 və 11.06.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir (səh.13); şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır (səh.27); Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.05.2007-ci il tarixli qətnaməsinin surətinə əsasən, iddiaçı X3 cavabdeh İddiaçı3 qarşı kompensasiya verilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə və İddiaçı3 cavabdeh X4 qarşı miras əmlakından vərəsəlik payının müəyyən edilməsinə dair iddiaları təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilində M.Ramazanovanın 4/6 hissədə, Atağıyevin 1/6 hissədə, P.Tağıyevanın 1/6 hissədə payları müəyyən edilmiş, cavabdeh İddiaçı3 iddiaçı M.Ramazanova tərəfindən 6500 ABŞ dolları və ya həmin məbləğin manata məzənnəsinə uyğun pul kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir (səh.86); Bakı Apelyasiya Məhkəməsinin 1MK-1505/2007 saylı, 13.11.2007ci il tarixli qətnaməsinin surətinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.05.2007-ci il tarixli qətnaməsi qismən, cavabdeh İddiaçı3 iddiaçı M.Ramazanova tərəfindən 6500 ABŞ dolları və ya həmin məbləğin manata məzənnəsinə uyğun pul kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmişdir (səh.52). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-405/2021 saylı işi üzrə 10.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilindən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 30.1, 157, 228; Azərbaycan Respublikasının MPM-in 217.2.-ci maddəsinə; Avropa Məhkəməsinin "Skollo İtaliyaya qarşı” işinə; «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsinə; «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsinə; Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. İddiaçı3 ilə Cavabdeh arasında 14.06.2002-ci il tarixdə nikah bağlanmış və cavabdeh mübahisəli mənzildə cəmi bir ay yaşamış və sonradan yaşamaq üçün oradan başqa ünvana köçmüşdür. 2007-ci ilin yanvar ayından yenidən Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilinə köçərək orada yaşamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4068/2020 saylı 21.09.2020ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.05.2007-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı3 qarşı kompensasiya verilməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə və İddiaçı3 cavabdeh X4 qarşı miras əmlakından vərəsəlik payının müəyyən edilməsinə dair iddiaları təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzildə M.Ramazanovanın 4/6 hissədə, Atağıyevin 1/6 hissədə, RTağıyevanın 1/6 hissədə payları müəyyən edilmiş, cavabdeh İddiaçı3 iddiaçı M.Ramazanova tərəfindən 6500 ABŞ dolları və ya həmin məbləğin manata məzənnəsinə uyğun pul kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1MK-1505/2007 saylı, 13.11.2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 03.05.2007-ci il tarixli qətnaməsi qismən, cavabdeh İddiaçı3 iddiaçı M.Ramazanova tərəfindən 6500 ABŞ dolları və ya həmin məbləğin manata məzənnəsinə uyğun pul kompensasiya verilməklə onun və ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı1 və Tağıyeva (Nəzərli) Pəri Abbas qızı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilinin mülkiyyətçisi olduğundan, cavabdehin həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqları barədə mülkiyyətçi ilə aralarında notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi qismən təmin olunmalı və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilindən çıxarılmalıdır. Qanunvericilikdə yalnız yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəzərdə tutulduğundan Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 64 saylı evin 34 saylı mənzilindən qanunsuz istifadəsinə xitam verilməsi hissəsində iddia tələbi təmin olunmamalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Suraxanı rayon məhkəməsinin iş № 2(010)-405/2021 saylı, 12.03.2021-cü il tarixli qətnaməsi ləğv edilərək yenidən qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Suraxanı rayon məhkəməsinin iş üzrə qəbul etdiyi 12.03.2021-cü il tarixli, 2(010)- 405/2021-ci il tarixli həmin qətnamə “Qanunsuz istifdəyə xitam verilməsi və mənzildən çıxarılması”nin təmin edilməməsi hissəsində aşağıda göstərəcəklərim əsaslara görə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Suraxanı rayon məhkəməsi tərəfindən işə baxılıb qətnamə çıxarılan zaman sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirmək əvəzinə, ilkin dia üzrə iddiaçı tərəf kimi ona qarşı qərəzli, qeyri-obyektiv mövqe tutmuş, tərəf kimi onun dediklərini və gətirdiyi dəlil və sübutların heç birini nəzərə almamışdır.İş üzrə çıxarılmış məhkəmə araşdırması ilə tam sübut olunmuşdur ki, sözü gedən mülkiyyətdə keçmiş həyat yoldaşının 1/6 hissəsi cavabdehin və qalan hissəsi isə valideynlərinə aiddir. İddiaçı3 ilə o, 14.06.2002-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 22.02.2003-ci il təvəllüdlü X8 və 11.06.2007-ci il təvəllüdlü X11 --oğlu anadan olmuşdur. Hazırda cavabdeh İddiaçı3 adına olan Bakı şəhəri Suraxanı rayonu “AB” yaşayış sahəsi ev, mənzil 34 saylı mənzilin 1/6 hissəsi ona aiddir və qalan hissəsi isə valideyinlərinə aiddir. Aparılmış məhkəmə araşdırması ilə həm də tam sübut və müəyyən edilmişdir ki, ilkin iddia cavabdeh İddiaçı3 onun ailə münasibətləri ilk vaxtlar normal olmuş, sonradan cavabdehin mütəmadi olaraq aralarında dava dalaş olduğu səbəbindən pozulmağa başlamışdır. Son bir zamanlar ailə münasibətləri daha da kəskinləşmişdir. Dəfələrlə onu öldürməklə hədələmiş və öldürmək istəmişdir. Cavabdeh tez-tez onu döydüyünə və görə hətta bir dəfə Polis bölməsində bununla bağlı araşdırma da aparılmışdır. Ailənin bütün problemlərini o, təkbaşına, yaxınlarının köməkliyi ilə həll etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi vəkil X5 apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin özünün həmin ünvanda yaşadığını, iddiaçıları həmin evə qoymadığını, 2002-ci il tarixdən cavabdehin mübahisəli evdə yaşamağa başladığını, 2007-ci il tarixdə evdən çıxıb getdiyini, amma rəsmi olaraq 2020-ci il tarixdə boşandığını, 6 ildir ki, əri ilə münasibətlərinin pozulduğunu, hal-hazırda başqa şəxslə yaşadığını, evin əvvəllər iddiaçıların atalarının adına olduğunu, vəfatından sonra vərəsəliklə evi əldə etdiklərini bildirmiş, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Kollegiya iş materiallarından müəyyən edir ki, mənzil 1997-ci ildən İddiaçı1 adına olmuş və onunla notarial qaydada razılıq olmadan 2002-ci ildə cavabdeh mənzilə gəlin köçmüşdür. Sonradan mənzil üzrə mülkiyyət hüquqları vərəsəlik qaydasında yenidən müəyyən edilmişdir (iş səh.9). Ona görə münasibətlər yeni mənzil qanunvericiliyi baxımından da təfsir edilməlidir. Burada isə qeyd edilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Cavabdehin istifadə hüquqlarının yaranması və bu dəlilləri müdafiə edən əsaslar apellyasiya şikayətində göstərilməmiş, 2002-ci ildən yaranan və davam edən münasibətlər üzrə cavabdehin yeni mənzil qanunvericiliyinə əsasən istifadə hüquqlarının yarandığı ehtimal edildiyi təqdirdə belə ailə münasibətlərinə xitam verildiyindən bu əsaslarda aradan qalxmışdır. Konstitusiya Məhkəməsinin təsbit edilmiş şərhində qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kollegiya hesab edir ki, mülkiyyətin ümumi növdə olması iddiaçıların dövlət tərəfindən tanınan üstün mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına əsaslar müəyyən edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın (1saylı,20.İİİ.1952-ci il tarixli)Protokolu, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il il tarixli, Azərbaycan Respublikası MM-nin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumununun qərarlarına; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152-158,228; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçün məkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-405/2021 saylı işi üzrə 10.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5823/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5823/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver