Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-583/2021 16.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı xxxx ASC-nin cavabdehlər X3, X4 və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2010-cu il tarixli, 2(004)-2405/2010 nömrəli qətnaməsindən Cavabdeh Aydin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2010-cu il tarixli, 2(004)- 2405/2010 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər X3, X4 və Cavabdeh qarşı 7.603.53 ABŞ dolları məbləğində borcun məcburi şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 7.603.53 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı “xxxx” ASC-nə ödənilməsi, tutmanın girov qoyulmuş əmlaka yönəldilərək həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2010-cu il tarixli, 2(004)-2405/2010 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cavabdeh apelyasiya şikayətində borcların düzgün hesablanmadığını, buna görə də iş üzrə borcların Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən yenidən hesablanmalı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, digər cavabdehlər X5 və X6 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, yəni borc məbləğinin müəyyən olunması hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin Sabunçu Filialı ilə X5 arasında bağlanmış 19.02.2008-ci il tarixli 113-08 AYİB; AAF saylı kredit müqaviləsinin surətindən görünür ki, ona illik 36 faizlə, 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanmış 19.02.2008-ci il tarixli mikro kredit üzrə girov (saxlanc) müqaviləsinin surətindən görünür ki, X3 məxsus ümumi dəyəri 4675 ABŞ dolları olan TY "Samsung TY altı, 3\ D ‘Samsung”, kondisoner “Samsung”, biznes inventarı həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə girov qoyulmuşdur. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin Sabunçu Filialı ilə X6 arasında bağlanmış 19.02.2008-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, X6 borclu X2 “xxxx” ASC qarşısında öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış 19.02.2008-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, borclu X2 “xxxx” ASC qarşısında öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş “xxxx” ASC-nin Sabunçu filialının 16.10.2008-ci il tarixli bildirişindən görünür ki, cavabdehə bildirilmişdir ki, “xxxx” ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanmış 19.02.2008-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 36%-lə, 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. Kreditin təminatı kimi 19.02.2008-ci il tarixli girov müqaviləsinə əsasən X5 tərəfindən ona məxsus biznes inventarı girov qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli 9/5306 saylı ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19.02.2008-ci il tarixli, 113-08AYİB;AAF saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla X2 “xxxx” ASC-nə olan borcu 06.04.2010-cu il tarixə əsas kredit borcu üzrə 4404,11 ABŞ dolları, faiz borcu üzrə isə 2462,87 ABŞ dolları təşkl edir. Həmçinin, qeyd olunmudur ki, ekspert tədqiqatı zamanı hesabdan çıxarışdan göründüyü kimi, 19.02.2008-ci il tarixli, 113-08 AYİB;AAF saylı kredit müqaviləsi üzrə 06.04.2010-cu il tarixdən sonra borcalan X5 tərəfindən 400,00 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Həmin ödəniş məbləği ekspert rəyində nəzərə alınmamışdır. Beləliklə, iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). İddiaçı cavabdehlərdən birgə qaydada 7.603.53 ABŞ dolları məbləğində borcun tutulmasını tələb etsə də, yanaşı yoxlanılmış 05 mart 2021-ci il tarixli 9/5306 saylı ekspert rəyi ilə cavabdeh Rüfət Quliyevin iddiaçıya əsas kredit borcu üzrə 4404,11 ABŞ dolları, faiz borcu üzrə isə 2462,87 ABŞ dolları borcunun qaldığı müəyyən edilmişdir. Rəydə cavabdehin etdiyi 400,00 ABŞ dolları məbləğində ödənişlərin nəzərə alınmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdeh Rüfət Quliyevin iddiaçıya 19.02.2008-ci il tarixli, 113-08AYİB;AAF saylı kredit müqaviləsi üzrə 400,00 ABŞ dolları məbləğində ödənişi nəzərə alınmadan 4404,11 ABŞ dolları əsas, 2462,87 ABŞ dolları faiz borcunun qalmasını işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, cavabdeh Rüfət Quliyevin 400,00 ABŞ dolları məbləğində ödənişi etdiyi vaxt, onun ödəmə vaxtı çatmış faiz borcunun olması halı təsdiq edilmədiyindən həmin vəsait əsas borc üzrə ödəniş sayılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, 19.02.2008-ci il tarixli, 113-08AYİB;AAF saylı kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməyən cavabdeh Rüfət Quliyevin iddiaçıya ödənilməmiş əsas və faiz borcları yarandığından, əşyalar kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə girov qoyulduğundan, digər cavabdehlər iddiaçı qarşısında cavabdeh Rüfət Quliyev ilə birgə məsuliyyət daşıdıqlarından, birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərə qarşı tələb etmək hüququ və cavabdehlərin də onun qarşısında öhdəliklərinin olması, tələbin girov əmlaka yönəldilməsi barədə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, cavabdeh Rüfət Quliyevin 19.02.2008-ci il tarixli, 113-08AYİB;AAF saylı kredit müqaviləsi üzrə 4004,11 ABŞ dolları əsas, 2462,87 ABŞ dolları faiz borcu olduğundan, həmin vəsait icra vaxtı manata olan məzənnə ilə cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı, birinci instansiya məhkəməsinin qətnaməsi borcun miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2010-cu il tarixli, 2(004)-2405/2010 nömrəli qətnaməsi borc məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan borcun məbləği əsas borc üzrə 4004,11 ABŞ dolları, faiz borcu üzrə 2462,87 ABŞ dolları olmaqla, cəmi 6466,98 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.06.2010-cu il tarixli, 2(004)-2405/2010 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdehlərdən tutulmalı olan borcun məbləği əsas borc üzrə 4004,11 ABŞ dolları, faiz borcu üzrə 2462,87 ABŞ dolları olmaqla, cəmi 6466,98 ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci hesabına iddiaçı “xxxx” Açıq Səhmdar Cəmı̇ yyətindən 50 (əlli) manat, Cavabdeh 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34C TRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-583/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-583/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver