Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5830/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(006)-645/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna və Şəki rayon üzrə İcra və Probasiya şöbəsinə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kompensasiya məbləğinin silinməsi və qalıq məbləğin restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə onun problemli kreditinə hesablanmış 5.174 manat 39 qəpik kompensasiya məbləğinin 4.619 manat hissəsinin Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumi borcundan cavabdehlər LPO Cavabdeh1 ASCyə və Əmanətlərin Sığortalanması Fonduna məcburi qaydada silinməsi; Cavabdeh1 ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcundan kompensasiya məbləği silindikdən sonra, eyni zamanda əmək haqqından tutulmalar da çıxıldıqdan sonra qalıq qalmış məbləğin restrukturizasiya edilməsinin LPO Cavabdeh1 ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində qətnamənin ləğv edilməklə iddianın təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2918/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2203/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2918/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərardadına əsasən məhkəmənin 2(006)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı tərəfindən qeyd olunan qərardaddan verilmiş şikayət məhkəmənin 18 avqust 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi sonuncu apellyasiya şikayətini iddiaçı özü vermişdir. Elektron qaydada özü imzalamışdır. Buna görə də artıq vəkilə etibarnamə verməyə və onunda elektron qaydadaimzalanmasınaehtiyac qalmır.Digər tərəfdən apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun tərtib edilmiş, imzalanmış və PDF formatdasistemə yerləşdirilmişdir. Həmin PDF formatı bütün mətni yəni hər birtablitsada göstərilən məslələr öz əksini tapmaqla sitemə yerləşdirilmiş və onun tərəfindən imzalanmışdır. Sistemə şikayətin mətni yerləşdirilərkən müddətin bərpası ərizəsinin olub-olmaması barədə işarə var. O, şikayətlə yanaşımüddətin bərpası barədəərizədə yerləşdirmək üçün həmin işarəniseçərək həm apellyasiyaşikayətini həmdə müddətin bərpası barədə ərizəni yerləşdirir. Lakin elektron məhkəmə elə qurulub ki müddətin bərpası ərizəsi şikayətin sonuna yerləşir. Ondan sonra onun xahişi gəlir. Yəni bu onun səhvi nəticəsində elektron ərizə məhkəmə gördüyünü formaya düşmür. Sistembelədir. Əgər iddiaçı forma məzmunariayətetməsəydi şikayəti PDF formatıda eyniolardı. Göründüyü kimi orada hər şey öz qaydasında yazılmışdır. Şikayətin hansı hissəsininmülki prosessual qanunvericiliyin tələbinə uyğun olmadığını məhkəməəsaslandırmadan geri qaytarma barədə qərardad çıxarmışdır. Məhz buna görə də şikayət vermək məcburiyyətindədir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada onun vəkili Vəkil tərəfindən imzalanmışdır. Lakin Vəkil olaraq iddiaçını təmsil etmək hüququnun olmasını təsdiq edən order əlavə edilsə də, onun iddiaçının nümayəndəsi olmasına dair etibarnamə iş materiallarına əlavə edilməmişdir. Məhz bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2918/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 645/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin apellyasiya şikayətinin qaytarılması üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İddiaçı hazırkı şikayətində məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini elektron qaydada özü imzaladığını qeyd etsə də, iş materiallarından görünür ki, qeyd olunan apellyasiya şikayəti iddiaçının vəkili Vəkil tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından düzgün olaraq geri qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılmaqla mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(006)- 645/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5830/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5830/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver