Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5832/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2693/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İB-nin iddia ərizəsində tələb olunub ki, Cavabdeh aid olan, Sabunçu rayonu, 9-cu mədən ərazisində yerləşən qeydiyyatsız evdə təbii qazdan syğacdankənar istifadəyə görə zərərin əvəzi (itirilmiş qazın dəyəri) kimi 11.553,12 manat Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, zərərin əvəzi kimi 7.591,68 manat, dövlət rüsumunun əvəzi kimi 95,92 manat Cavabdeh İddiaçı İB-nin xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd olunsun. İddiaçı İB-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın rədd edilən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında işirak edən Cavabdeh bildirdi ki, İddiaçı İB-nin ona qarşı irəli sürüdyü iddia əsassızdır, qazdan sayğacdankənar istifadə edib, lakin qaz xəttinə İddiaçı İB-nin Oruc adlı əməkdaşının razılığı ilə qoşulub, buna görə 2 il ərzində hər ay Oruc adlı həmin şəxsə 20 manat pul ödəyib. İddiaçı İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh sayğacdankənar qaz xətti çəkərək evində qazdan qeyri-qanuni istifadə edib. Bu, İddiaçı İB-nin tərtib etdiyi aktlarla, o cümlədən İddiaçı İB-nin məhkəməyə təqdim etdiyi fotoşəkillərlə təsdiq olunur. Fotoşəkillərdə qaz kəmərinə qanunsuz qoşulma faktı əksini tapıb. Qazdan sayğacdankənar istifadəyə görə İddiaçı İB-nin tərtib etdiyi aktlara əsasən hesablanmış məbləğlər aşağıdakı kimidir: 1) xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 1.188 manat; 2) xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 396 manat; 3) xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 396 manat; 4) xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 684 manat; 5) xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 396 manat; 6) xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 540 manat; 7) xx.xx.2021-ci il tarixli ******* №-li akt əsasında 604,80 manat; 8) xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 604,80 manat; 9) xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 604,80 manat; 10) xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 2.177,28 manat; 11) xx.xx.2022-ci il tarixli ******* №-li akt əsasında 298,08 manat; 12) xx.xx.2023-ci il tarixli ******* №-li akt əsasında 3.663,36 manat. Göstərilən məbləğlərin cəmi 11.553,12 manat təşkil edir. İddiaçı İB həmin məbləğin tutulmasını tələb edib, lakin birinci instansiya məhkəməsi 7.591,68 manatın (1-10-cu aktlara əsaslanan məbləğin) tutulmasını qət edib, tələbin qalan 3.961,44 manatlıq hissəsini (11 və 12-ci aktlara əsaslanan məbləği) rədd edib. Qətnamə iddianın təmin edilən hissəsində (7.591,68 manata aid hissədə) mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmır. Qətnamənin yoxlanılan hissəsi 3.961,44 manat pulun tutulması barədə tələbin rədd edilməsinə aid hissəsidir. Həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh tərəfindən İddiaçı İB-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə (iş v. 11) Cavabdeh 7.591,68 manat borcunn olduğunu etiraf edib. Birinci instansiya məhkəməsi bu hala əsaslanaraq həmin məbləğin tutulmasını qət edib. Qalan 3.961,44 manat tələbi birinci instansiya məhkəməsi ona görə rədd edib ki, Cavabdeh bu borcu etiraf etməyib, davamlı zərər vurulmasına görə İddiaçı İB-nin səssiz qalaraq akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin möveyi əsaslıdır. Belə ki, Mülki Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Çoxsaylı aktların tərtib edilməsindən sonra İddiaçı İB-nin işçiləri xidməti vəzifələrinə görə qazdan sayğacdankənar istifadənin qarşısının alınması üçün tədbir görməyə borclu idilər. Lakin onlar tərəfindən heç bir tədbirin görülməməsi zərərin həcminin artmasına şərait yaradıb. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin 3.961,44 manatlıq hissəsini rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 2693/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni zərərin əvəzi kimi 3.961,44 manat tutulması barədə tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5832/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5832/2023
13.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver