Məhkəmə qərarları › İş №2(103)-5839/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5839/2022

24.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5839/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh Hidayət qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh Hidayət qızına qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(003)-954/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 24 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Dövlət Neft Şirkəti İddiaçı Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh Hidayət qızı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli, 03/22330 saylı müqavilə bağlanmış və həmin müqavilə paylayıcının müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götümüşdür.

2. Həmin ünvana İddiaçı İB-nın Bakı X2 Departamenti tərəfindən cavabdehə **********00360 nömrəli abonent kodu verilmişdir.

3. Cavabdehin ünvanında fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 11602AZ**********90 nömrəli qaz sayğacı quraşdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6444,79 manat məbləğində zərər və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı İBnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yuxarıda göstərilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı təşkilatın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qanunsuz şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 524,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 303,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 312,60 manat, xx.xx.2018-ci il tarixli 58/2750 saylı akt əsasında 178,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 134 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 19,70 manat olmaqla, cəmi 4442,50 manat məbləğində birliyə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 30,60 manat, əvvəlki illərdən isə 1971,69 manat borcu qalmışdır. Cavabdehin birliyə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumilikdə 6444,79 manat təşkil etməkdədir. İddiaçının nümayəndələri tərəfindən cavabdehə könüllü olaraq 6444,79 manatın ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb oluncağa izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, həqiqətən 2018-ci ilin fevral ayında qaz xəttinə qanunsuz qoşulmaqla sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etmişdir. Lakin həmin vaxtdan etibarən heç vaxt qaz xətindən qanunsuz istifadə etməmişdir. Hesab edir ki, iddiaçı tərəfindən barəsində tərtib edilmiş digər aktlar əsassızdır. Belə ki, onun həmin aktlardan xəbəri olmayıb. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 303,20 manat hesablanmış borc məbləğini qəbul edir, iddianı qalan hissəsini qəbul etmir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim E.İ.Məmmədli) (bundan sonra – birinci instansiya məhkəməsi) 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Hidayət qızından təbii qazdan istifadəyə görə yaranmış 333,8 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 343,80 manat pulun tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 20 manatının İddiaçınə aid olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə kifayət qədər şübhə doğurur.

9. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

10. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli,0147431 saylı akt əsasında 303,20 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11.6 və 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4.1, 3.4.4, 6.5, 6.6 və 6.7 bəndlərinə və Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, iş üzrə əhəmiyyətli halları özündə əks etdirən dəymiş ziyan aktları, fotoşəkillər, abonent saldosu məhkəməyə təqdim olunmasına baxmayaraq bunlar sübut kimi qiymətləndirilməmişdir. Qeyd olunan fotoşəkillərə baxdıqda aydın görünür ki, dəfələrlə qazdan qeyri-qanuni istifadə olmuşdur. Heç bir ekspertiza və yerli baxış keçirilmədən cavabdehin şifahi sözləri əsasında qanunsuz xəttdən istifadə nəticəsində yaranmış borc silinmişdir. Həmçinin cavabdehin 2018-2021-ci il tarixlərdə 37.10 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Məhkəmə aktları sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir. İstehlakçı qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və belə olan halda, öhdəlikləri icra etmədiyi üçün məsuliyyət daşımalıdır. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.3.4-cü bəndinə əsasən, istehlakçı təqsirli hərəkətləri nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixdə məhkəmə-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsində yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və.s) aşkar edilmədi. İş üzrə cavabdeh baxışda iştirak etmədiyindən, eləcə də mübahisə predmeti olan fərdi yaşayış evinin qapısı bağlı olduğundan yaşayış evində istifadə olunan qaz cihazlarının sayını və növünü müəyyən etmək mümkün olmadı.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6775/2021 saylı mülki iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 3 il müddətdən sonra iddia verməsi onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir.

19. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən bir dəfə - 2018-ci ilin fevral ayında qanunsuz qoşulma həyata keçirildiyi etiraf edildiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbinin xx.xx.2018-ci il tarixli, ******* nömrəli Akta münasibətdə əsaslı hesab edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanunauyğun olmuşdur.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1» nın 1.3, 4.2, 4.8 və 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-2476/2022 saylı 06 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6775/2021 nömrəli mülki iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi qaz sərfiyyatına əvvəlki illərdən qalmış 1971,69 manat borcun Cavabdeh Hidayət qızından alınıb İddiaçı İB-nə ödənilməsinin rədd olunması hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

23. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən təbii X1nın pozulması ilə bağlı tərtib edilmiş 27 akt üzrə iddia tələbinin rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.

24. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləsinin şərtlərinə görə cavabdeh qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək vəzifəsini daşıyır. İşdə olan abonentin saldosundan isə görünür ki, cavabdeh qaz sərfiyyatına görə uzun müddət ərzində çox cüzi ödənişlər etmişdir. Onun təbii qazdan istifadə etməsinin mübahisəsiz olması və bunun kənar xəttdən qoşulmaqla baş verməsinin istisna edilməsi (27 akt üzrə tələb rədd edilmişdir) nəzərə alındıqda məhkəmə kollegiyası hesab edir ki, 1971,69 manat əvvəlki borc tələbini kifayət qədər sübutların olmaması əsası ilə rədd edən birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində düzgün nəticəyə gəlməmiş, apellyasiya məhkəməsi də əsassız olaraq bununla razılaşmışdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə cavabdehdən 1971,69 manat borc tələbinin rədd olunması hissədə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz.

Proses iştirakçılarının izahatı

25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 32.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

41. Qətnamə qaz sərfiyyatına əvvəlki illərdən qalmış 1971,69 manat borcun Cavabdeh Hidayət qızından alınıb İddiaçı İB-nə ödənilməsinin rədd olunması hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qaz sərfiyyatına əvvəlki illərdən qalmış 1971,69 manat borcun Cavabdeh Hidayət qızından alınıb İddiaçı İB-nə ödənilməsinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

43. İddiaçı qaz sərfiyyatı ilə bağlı əvvəlki illərdən qalmış 1971,69 manat borc tələb etmiş, məhkəmə isə bu hissədə iddianı rədd edərək göstərmişdir ki, həmin borcun yaranması üçün əsas olan sənədləri iddiaçı təqdim edə bilməmiş, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

44. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləsinin şərtlərinə görə cavabdeh qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək vəzifəsini daşıyır.

45. Cavabdeh sərf etdiyi qazın dəyərini ödəməli olduğundan iddiaçı qaz sərfiyyatına görə yaranmış borc məbləğini tələb etməkdə haqlı olsa da, Kollegiya qeyd edir ki, bu hissədə tələb qismən əsaslıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (§29). Belə olan halda son 5 ilə aid olan borc tələb edilə bilər, ondan əvvəlki illərə dair borca aid hissədə iddiaçının tələb hüququ itirilmişdir.

46. Hazırki iddia ərizəsi ilə 2021-ci il tarixdə müraciət edildiyi üçün, 2016-cı ildən əvvəlki dövrlərə aid olan borc məbləğinə aid hissədə iddia tələbi təmin edilə bilməz. Təqdim edilmiş abonent saldosundan görünür ki, 2016-cı ilin əvvəlində borc məbləği 1715,49 manat olmuşdur. İddiaçı tərəfindən tələb edilən 1971,69 manat məbləğdən tələb hüququ itirilmiş 1715,49 manat çıxılmalı, qalan borc məbləği 256,2 manat (1971,69 – 1715,49) cavabdeh tərəfindən ödənilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-954/2021 saylı iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməsi qismən – qaz sərfiyyatına əvvəlki illərdən qalmış 1971,69 manat borcun Cavabdeh Hidayət qızından alınıb İddiaçı İB-nə ödənilməsinin rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin. Cavabdeh Hidayət qızından qaz sərfiyyatına görə əvvəlki illərdən qalmış 256,2 manat İddiaçı İB-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar