Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5847/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1431/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Borc verən İddiaçı ilə borc alan X4 arasında bağlanılmaqla Bakı şəhəri 38 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən borc alana xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 30.000 manat məbləğində faizsiz borc verməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə X4 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə dair 24 yanvar 2024-cü il tarixli razılaşmaya əsasən, 06 dekabr 2023-cu il tarixli kredit müqaviləsi üzrə tərəflər müqavilənin borcun qaytarılması hissəsində icrasını təmin etmək üçün aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Borclu Cavabdeh 06 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı 30000 (otuz min) manat borcunu 15 may 2024-cü ilədək ödəyib başa çatdırmağı bəyan və təsdiq edir.
2. Borclu Cavabdeh 30.000 (otuz min) manat borcu: - 15 aprel 2024-cü ilədək 15.000 (on beş min) manat; - 15 may 2024-cü ilədək 15.000 (on beş min) manat; - ödəyəcəkdir.
3. Borclu müəyyən edilmiş vaxtlarda ödənişi həyata keçirməzsə ödənilməyən məbləğə gecikdirilmiş hər günə görə 1 (bir) % cərimə hesablanacaqdır.
4. Borclunun ödədiyi hər bir məbləğ barədə bu sənəd üzərində tərəflərin imzası ilə təsdiq olunan qeyd aparılacaqdır.
5. Tərəflər arasında mübahisələr iddiaçının seçməsinə görə Bakı şəhərində yerləşən rayon və ya kommersiya məhkəməsinin həllinə veriləcəkdir. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh 30000 manat pulun 5 gün müddətində qaytarılması, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə etmək, icra qeydinin aparılması üçün notariusa müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30000 manat pulun, üzərinə ödəniş gününədək gecikdirilmiş hər günə görə 1 (bir) faiz cərimə hesablanmaqla və ödənilmiş 180 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 06 dekabr 2023-cu ilədək qaytarmaq şərtilə 30000 (otuz min) manat pul borc verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik icra edilməmiş, bu günədək borcun qaytarılması təmin edilməmişdir. Borcun qaytarılması öhdəliyinin icra edilməsi haqqında pretenziya 07 dekabr 2023-cu ildə cavabdehin ünvanına, habelə elektron qaydada göndərilmişdir. Cavabdeh telefon vasitəsilə əlaqə saxlayaraq pretenziya ilə tanış olduğunu və borcun mövcudluğunu təsdiq etmiş, borcun bir hissəsinin qaytarılması üçün 15 aprel 2024-cü ilədək, tamamilə ödənilməsinin başa çatdırılması üçün 15 may 2024-cü ilədək vaxt istəmişdir. Öhdəliyin icra olunması və mübahisənin məhkəmədənkənar həll edilməsi üçün cavabdehlə 24 yanvar 2024-cü ildə yeni razılaşma əldə etmişlər. Razılaşmaya görə: 1. Borclu Cavabdeh 06 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı 30000 (otuz min) manat borcunu 15 may 2024-cü ilədək ödəməyi başa çatdırmağı bəyan və təsdiq etmişdir. 2. Borclu Cavabdeh 30.000 (otuz min) manat borcu: 15 aprel 2024-cü ilədək 15.000 (on beş min) manat; 15 may 2024-cü ilədək 15.000 (on beş min) manat; - ödəyəcəkdir. 3. Borclu müəyyən edilmiş vaxtlarda ödənişi həyata keçirməzsə ödənilməyən məbləğə gecikdirilmiş hər günə görə 1 (bir) % cərimə hesablanacaqdır. 4. Borclunun ödədiyi hər bir məbləğ barədə bu sənəd üzərində tərəflərin imzası ilə təsdiq olunan qeyd aparılacaqdır. Habelə tərəflər arasında mübahisələr iddiaçının seçməsinə görə Bakı şəhərində yerləşən rayon və ya kommersiya məhkəməsinin həllinə veriləcəkdir. Lakin cavabdeh 24 yanvar 2024-cü il tarixli razılaşmanın da şərtlərinə əməl etməmiş, 30000 (otuz min) manat borcu ödəməmişdir. Bu səbəbdən mübahisə razılaşmanın 5-ci bəndinə müvafiq olaraq, iddiaçının seçməsinə görə Bakı şəhərində yerləşən Səbail Rayon Məhkəməsinin həllinə verilməsinə zərurət yaranmışdır. Məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən 180 (bir yüz səksən) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən, əsas borc məbləği hissəsində qəbul etdiyini, həmin hissədə iddianın təmin edilməsinə etiraz etmədiyini, cərimə hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1431/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X1 İddiaçı xeyrinə 30.000 (otuz min) manat əsas borc, 4500 (dörd min beş yüz) manat cərimə borcu və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 30.000 (otuz min) manat məbləğində borc pulun verilməsi barədə kredit müqaviləsi bağlanılmışdır. Bundan sonra, öhdəliyin icra olunması və mübahisənin məhkəmədənkənar həll edilməsi üçün tərəflər arasında 24 yanvar 2024-cü il tarixli razılaşma bağlanmışdır ki, həmin razılaşmaya görə borclu Cavabdeh 06 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı 30000 manat borcunu 15 aprel 2024-cü ilədək 15.000 manat və 15 may 2024-cü ilədək 15.000 manat ödəməklə başa çatdırmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh kredit müqaviləsi və razılaşma şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, borclu olduğu 30000 manat pulu iddiaçıya ödəməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə 30000 manat məbləğində pulun müqavilə və razılaşmada göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş 30000 manat məbləğində pulun qaytarılması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış 24 yanvar 2024-cü il tarixli razılaşmadan görünür ki, cavabdeh 30000 manat borcunu 15 may 2024-cü ilədək ödəyib başa çatdırmağı öhdəsinə götürmüş, müəyyən edilmiş vaxtlarda ödənişi həyata keçirmədiyi təqdirdə ödənilməyən məbləğə gecikdirilmiş hər günə görə 1 (bir) % cərimə hesablanacağı razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, 11000 manat (30000 manat x1%=300 manat x 37 gün (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) cərimə borcu tənasübsüz sürətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan cərimə məbləğinin 4500 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 İddiaçı xeyrinə 30.000 manat əsas borc, 4500 manat cərimə borcu tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 385.1, 442, 448.1, 462, 467, 739.1, 740-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətlərinin dəlilləri
İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1431/2024 saylı qətnaməsinin qismən iddia tələbinin cərimə ilə bağlı təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1431/2024 saylı qətnaməsinin iddiaçının xeyrinə 4500 manatın tutulması hissəsində ləğv edilməsi, iddianın cərimə tələbiilə bağlı hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 06 dekabr 2023-cü ilədək qaytarmaq şərtilə 30.000 (otuz min) manat pul verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik icra edilməmiş, borcun qaytarılması təmin edilməmişdir. Borcun qaytarılması öhdəliyinin icra edilməsi haqqında pretenziya 07 dekabr 2023-cü ildə cavabdehin ünvanına, habelə elektron qaydada göndərilmişdir. Cavabdeh telefon vasitəsilə əlaqə saxlayaraq pretenziya ilə tanış olduğunu və borcun mövcudluğunu təsdiq etmiş, borcun bir hissəsinin qaytarılması üçün 15 aprel 2024-cü ilədək, tamamilə ödənilməsinin başa çatdırılması üçün 15 may 2024-cü ilədək vaxt istəmişdir. Öhdəliyin icra olunması və mübahisənin məhkəmədənkənar həll edilməsi üçün cavabdehlə 24 yanvar 2024-cü ildə yeni razılaşma əldə edilmişdir. Razılaşmaya görə borclu Cavabdeh 06 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı 30.000 (otuz min) manat borcunu 15 may 2024-cü ilədək başa çatdırmağı bəyan və təsdiq etmişdir. Borclu Cavabdeh 30.000 (otuz min) manat borcu 15 aprel 2024-cü ilədək 15.000 (on beş min) manat; 15 may 2024-cü ilədək 15.000 (on beş min) manat; - ödəyəcəkdir. Borclu müəyyən edilmiş vaxtlarda ödənişi həyata keçirməzsə ödənilməyən məbləğə gecikdirilmiş hər günə görə 1 (bir) % cərimə hesablanacaqdır. Borclunun ödədiyi hər bir məbləğ barədə bu sənəd üzərində tərəflərin imzası ilə təsdiq olunan qeyd aparılacaqdır. Tərəflər arasında mübahisələr iddiaçının seçməsinə görə Bakı şəhərində yerləşən rayon və ya kommersiya məhkəməsinin həllinə veriləcəkdir. Lakin cavabdeh 24 yanvar 2024-cü il tarixli razılaşmanın da şərtlərinə əməl etməmiş, 30.000 (otuz min) manat borcu ödəməmişdir. Bu səbəbdən razılaşmanın 5-ci bəndinə müvafiq olaraq, İddiaçı 06 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 30.000 (otuz min) manat borcun və 24 yanvar 2024-cü il tarixli razılaşmaya əsasən borcun ödənilmədiyi təqdirdə ödənilməyən məbləğə gecikdirilmiş hər günə görə hesablanmış 1 (bir) % cərimənin və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(009)-1431/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 30.000 (otuz min) manat əsas borcun, 4500 (dörd min beş yüz) manat cərimə borcunun və ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə cərimə hesablanması hissəsində düzgün hüquqi qiymət verilməmiş, borcludan 4500 manat cərimə məbləğinin tutulması qət edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış 24 yanvar 2024-cü il tarixli razılaşmaya görə borclu Cavabdeh 30.000 (otuz min) manat borcu 15 aprel 2024-cü ilədək 15.000 (on beş min) manat; 15 may 2024-cü ilədək 15.000 (on beş min) manat; - ödəyəcəkdir. Borclu müəyyən edilmiş vaxtlarda ödənişi həyata keçirməzsə ödənilməyən məbləğə gecikdirilmiş hər günə görə 1 (bir) % cərimə hesablanacaqdır (razılaşmanın 3-cü bəndi). Deməli, bu razılaşmaya görə borclu 15 aprel 2024-cü ilədək borcun 50 % hissəsini – 15.000 manatı ödəmədiyi təqdirdə həmin məbləğin üzərinə 15 aprel 2024-cü ildən, borcun tam ödənilməsini başa çatdırmadıqda isə 15 may 2024-cü ildən 30000 manatın üzərinə gündəlik 1% dərəcəsi ilə cərimə hesablanıb ödənilməlidir. Tərəflər ödənilməyən məbləğə gecikdirilmiş hər günə görə 1 (bir) % cərimə hesablanması ilə bağlı razılığa gəlmiş və borclu Cavabdeh özü bu razılaşmanı imzalamaqla könüllü iradə ifadəsini bildirmişdir. Məhkəmənin mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlığı prinsipinin tələbindən kənara çıxaraq tərəflərin iradə ifadələrini məhdudlaşdırması qəbul edilən deyil. Məhkəmənin cərimənin hesablanması ilə bağlı mövqeyi əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmənin hansı səbəbdən cərimə məbləğini azaltması da anlaşılan deyil. Bunun üçün heç bir əsas olmamış, tərəflərin öz imzaları ilə təsdiq etdiyi razılaşmanın şərtləri nəzərə alınmamışdır. Məhkəmə 4500 manat cərimənin tutulması ilə bağlı mövqeyini də əsaslandırmamış, sadəcə cərimənin məbləğini qeyd etməklə kifayətlənmişdir. Ona görə də, Səbail Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, e-2(009)-1431/2024 nömrəli qətnaməsi qismən iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh X2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 30.000 manat borcun üzərinə ödəniş gününədək gecikdirilmiş hər bir günə görə 1 (bir) faiz cərimə hesablamaqla və ödənilmiş 180 manat dövlət rüsumunun şikayətçidən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 dekabr 2022-ci il tarixdə bağlanaraq notariat aydasında təsdiq edilmiş kredit müqaviləsinə əsasən ona 06 dekabr 2022-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat borc vermişdir. Lakin müqavilə üzrə öhdəlik icra edilməmişdir. Borcun qaytarılması öhdəliyinin icra edilməsi haqqında 7 dekabr 2023-cü il tarixdə ünvanına və elektron qaydada ona pretenziya göndərilmişdir. Bununla belə, şikayətçi ilə telefon vasitəsilə əlaqə saxlanmış, o borcun mövcudluğunu təsdiq etməklə, onun bir hissəsinin qaytarılması üçün 15 aprel 2024-cü il tarixədək, tamamilə ödənilməsinin başa çatdırılması üçün isə 15 may 2024-cü ilədək vaxt istəmişdir. Öhdəliyin icra olunması və mübahisənin məhkəmədən kənar həll edilməsi üçün onunla 24 yanvar 2024-cü ildə razılaşma əldə edilmişdir. Razılaşmaya əsasən: 1. O, 06 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 30.000 manat borcu 15 may 2024-cü ilədək ödəməyi başa çatdırmağı bəyan və təsdiq etmişdir. 2. Tərəfindən 30.000 manat borcun 15.000 manat hissəsi 15 aprel 2024cü ilədək, digər 15.000 manatı isə 15 may 2024-cü ilədək ödənilməli idi. 3. Müəyyən edilmiş müddətdə borc üzrə ödəniş edilmədiyi halda, ödənilməmiş borc məbləğinə gecikdirilmiş hər günə görə 1 faiz cərimə hesablanması razılaşdırılmış, eyni amanda həmin razılaşmaya əsasən tərəflər arasında mübahisələr iddiaçının seçiminə görə Bakı şəhərində yerləşən rayon və kommersiya məhkəməsinin həllinə veriləcəkdir. Lakin cavabdeh 24 yanvar 2024-cü il tarixli razılaşmanın şərtlərinə də əməl etməmiş və 30.000 manat borcu ödəməmişdir. Bu səbəbdən mübahisə razılaşmanın 5-ci bəndinə müvafiq olaraq iddiaçının seçiminə görə Bakı şəhərində yerləşən Səbail Rayon Məhkəməsinin həllinə verilməlidir. Sonda iddiaçı məhkəmədən 180 manat dövlət rüsumunun, 30.000 manat borc və onun üzərinə ödəniş gününədək gecikdirilmiş hər bir günə 1 (bir) faiz cərimə hesablanmaqla ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1431/2034 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan İddiaçı xeyrinə 30.000 manat əsas borcun, 4.500 manat cərimə borcunun və 180 manat dövlət rüsumun tutlması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə cərimə hesablanması hissəsində düzgün hüquqi qiymət verilməmiş, borcludan 4500 manat cərimə məbləğinin tutulması qət edilmişdir. Hesab edilirik ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2024ü il tarixli, e-2(009)-1431/2034 nömrəli qətnaməni qəbul dərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 24.4, 324.5, 347.22, 347.3-cü maddələrinin tələblərini pozmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1431/2034 nömrəli qətnaməsindən aydın olur ki, məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında cavabdehi təmsil etmiş nümayəndəsi, Vəkil2 iddianı qismən, yəni yalnız 30.000 manat borcun qaytarılması hissəsində qəbul etdiyini bildirmiş, eyni zamanda iddianı cərimə tələbinə dair hissədə əsassız hesab etdiyini və bu səbəbdən qəbul etmədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Belə ki, cavabdeh iddiaçı ilə bağladığı 24 yanvar 2024-cü ildə imzalanmış razılaşmanın məzmunu ilə tanış olmadan onu imzalamış, razılaşmanı oxumadan imzalamağı iddiaçının vəkili Nümayəndə ona razılaşma haqqında yalnış məlumat verməsi nəticəsində mümkün olmuşdur. Eyni zamanda razılaşma cavabdehə 2024-cü ilin yanvar ayında deyil, 2024-cü ilin mart ayında vəkil Nümayəndə tərəfindən Bakı şəhərində Nərimanov metrostansiyasının yaxınlığında imzalamaq üçün təqdim edilmişdir. Həmin vaxtı iddiaçı orada olmamış, lakin imza yerində onun imzası olmuşdur. Nümayəndə razılaşmanı imzalamaq üçün cavabdehə təqdim edərkən, həmin sənədin borcun ödənilməsi üçün cavabdehə verilmiş 5 ay möhlət ərzində borcu ödəmədiyi halda, gecikdirilmiş hər günə görə ödənilməyən məbləğin 1 (bir) faiz miqdarındarında cərimə hesablanacağını deməmiş, eyni zamanda ona razılaşmada iddianın cavabdehn qeydiyyatda olduğu yer üzrə Füzuli Rayon Məhkəməsinə deyil, iddiaçının seçiminə görə Bakı şəhərində yerləşən rayon və ya Kommersiya məhkəməsinin həllinə veriləcəyini bildirməmişdir. Beləliklə, iddiaçının nümayəndəsi tərəfindən cavabdehə razılaşmanın məzmunu barədə yanlış məlumat verməsəydi, həmin razılaşmanın cavabdeh tərəfindən imzalanması mümükün olmazdı. Çünki belə bir razılaşmanı imzalamağa cavabdehin iradəsi olmamış və ola bilməzdi. Odur ki, iddiaçı ilə cvabdeh arasında 24 yanvar 2024-cü ildə bağlanmış razılaşma cavabdehdən iddiaçının xeyrinə 4500 manat cərimənin tutulmasına əsas hesab edilə bilməzdi. Odur ki, mübahisə predmeti olan razılaşma sübut kimi qəbul edilə və cərimənin hesablanmasının əsası kimi istifadə edilə bilməz. Cavabdeh vəkillə müqavilə bağlayıb məhkəmə iclasıda təmsil olunarkən xx.xx.2023-cü il tarixdə iş üzrə yalnız bir dəfə baxış iclası keçirilmiş, cavabdehi nümayəndəsi təmsil etmiş, baxış iclası tərəflərin çıxışları ilə yekunlaşmış, lakin məhkəmənin qətnaməsinin elanı xx.xx.2024-cü il tarixə saxlanılmış və xx.xx.2024-cü il tarixdə elan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarlar, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bununla belə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsi və digər müvafiq normaları məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsini qoymuşdur, yəni Mülki Prosessual Məcəllədə nəzərdə tutulan dispozotiklik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki halların müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübut toplamamalı, tərəflərin prosesdə çəkişməsini təmin etməli, onlara sübutlarını təqdim etmək üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə təqdim etdiyikləri sübutları araşdırmaq və onlardan istifadə etmək əvəzinə, gəldiyi nəticəni özünü qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırılmışdır. Lakin nəhkəmə istinad edilən prosessual normaların tələblərinə riayət etməmişdir. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1431/2024 nömrəli qətnaməsinin 4500 manat cərimənin İddiaçı xeyrinə tutuiması hissəsində ləğv ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayəti ilə razılaşmadığını bildirmişdr.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətlərinin məzmununa əsasən tərəflər qətnaməni cərimə tələbi ilə bağlı hissədə mübahisələndirdiklərindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi cərimənin tutulması hissəsində dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə cəriməyə görə tutulmalı olan məbləğ 1000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, razılaşma şərtlərini pozan cavabdeh iddiaçıdan aldığı 30.000 manat borcu qaytarmağa etiraz etməsə də, aralarında bağlanan xx.xx.2024-cü il tarixli razılaşmanın şərtlərinə əsasən, müəyyən etdikləri cəriməni iddiaçıya ödəməkdən imtina edir, iddiaçı isə borc tam qaytarılanadək cərimənin hesablanaraq tutulmasını tələb edir. Tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən, onlar borclunun razılaşma ilə müəyyən edilmiş vaxtlarda ödənişi həyata keçirmədiyi halda ödənilməyən məbləğə gecikdirilmiş hər günə görə 1 (bir) % cərimə hesablanacağı şərtini müəyyən etmişlər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində razılaşmanın şərtləri ilə tanış edilmədiyini bildirsə də, kollegiya bu dəlilləri əsassız hesab edib qəbul etmir. Belə ki, cavabdeh razılaşmanı imzalamaqla əqdin şərtləri ilə razı olmasını nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış razılaşma şərtlərinə əsasən, tutulmalı olan cərimənin məbləğini müəyyən edərkən cavabdehin borcuna görə cərimənin tənasübsüz surətdə yüksək hesablanması barədə düzgün nəticəyə gəlsə də, cərimənin miqdarı ilə bağlı səhv nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Tədqiq olunan sübutlardan müəyyən olunur ki, hələ xx.xx.2023-cü il tarixdə qaytarılmalı olan borca görə bağlanmış razılaşma şərtlərini də, icra etməyən borcluya qarşı kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi cərimənin tutulması hissəsində dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə cəriməyə görə tutulmalı olan məbləğ 1000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1431/2024 nömrəli qətnaməsi cərimənin miqdarı hissəsində dəyişdirilərək, cavabdeh X4 tərəfindən İddiaçı xeyrinə ödənilməli olan cərimənin miqdarı 1000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün tərəflərin ödədikləri dövlət rüsumu hər bir tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.