Məhkəmə qərarları › İş №2(103)-5848/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5848/2020

20.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5848/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X22 və X10 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 4 saylı dövlət Notariat Ofisi və Bakı şəhəri 50 saylı Dövlət Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-420/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 4 saylı dövlət Notariat Ofisi və Bakı şəhəri 50 saylı Dövlət Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək (mərhum Cavabdeh1 cavabdehlər sırasından çıxarmaqla), mərhum Cavabdeh1 ilə Cavabdeh2 arasında onun mülkiyyətində olmuş Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X32 küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzilinə dair (1 otaq – 25,4 kv.m) 50 saylı Notariat Kontorunda xx xxxxxxxx 2017-ci il tarixdə bağlanmış 4Ə-726 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə X20 arasında 4 saylı Notariat Kontorunda bağlanmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X32 küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzili üzərində mülkiyyət hüququnun bərpa edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını, mülki işin araşdırılması zamanı cavabdehlərin və digər şəxslərin əməllərində cinayət tərkibi aşkar olunarsa bu barədə xüsusi qərar çıxarıb prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bacısı X6 və sonuncunun qızı X4 xx xxxx 2017-ci ildə yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əfəndiyev küçəsi ev 27 ünvanında yerləşən 26 saylı mənzildə qazdan boğulma səbəbindən vəfat etmişlər. Hadisə meyitlər 2 gün mənzildə qaldıqdan sonra qonşuların polisə müraciəti əsasında məlum olmuşdur. Polis və prokurorluq əməkdaşları tərəfindən hər iki meyit MTE və PAETT Birliyinin Sabunçu rayon Şöbəsinə göndərilmişdir. Digər bacısı qızı X5 isə xx xxxx 2017-ci ildə bu barədə xəbəri olmuş və ona telefonla məlumat verildikdən sonra o, xx xxxx 2017-ci ildə yaşadığı Türkiyə Respublikasından Bakı şəhərinə gəlmişdir. O, bacısı qızı X12 və sonuncunun əri Cavabdeh1 ilə birgə mərhum bacısının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əfəndiyev küçəsi ev 27 ünvanında yerləşən 26 saylı mənzilə gəldikdə qapının bağlı olduğunu görüb, birgə sahə müvəkkili - Cavabdeh2 ilə 12-ci Polis Bölməsində onunla görüşmüşlər. Həmin vaxt növbədə olan Cavabdeh2 onları mənzilə aparmışdır, çünki mənzilin açarı bacısı vəfat etdikdən sonra onda olmuşdur. Mənzilə girdikdə mənzilin əşyalarının dağınıq olduğunu görüb Cavabdeh2 bunun səbəbini soruşmuşlar, çünki bacısının evində pul və qızıl-zinət əşayaları var idi. Lakin baxış keçirərkən heç bir qızıl, pul və qiymətli əşyanın olmadığını gördükdə Ramil bildirmişdir ki, “səs salmayın, bu saat Sizi mənzildən çölə çıxararam, açarı da Sizə vermərəm”. Buna baxmayaraq, Ramil onları mənzildən çölə çıxararaq, qapını özü bağlamış və açarları da özündə saxlamışdır. Bacısı və qızının bütün dəfn və yas xərcini özü həyata keçirmişdir. Mənzilin açarları Cavabdeh2 olduğundan o, Ramilin iştirakı olmadan mənzilə gedə bilməmişdir. Pul və qızıl-zinət əşyaları mənzildə aşkar edilmədiyi kimi mənzildə olan digər əşyalar da cavabdeh tərəfindən qeyri-müəyyən istiqamətə aparılaraq gizlədilmişdir. Mənzilin açarları bu gün də cavabdehdədir. İş üzrə Sabunçu rayon Prokurorluğunda başlanmış ********* saylı cinayət işinə Sabunçu rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Vüsal Mehrəliyevin xx xxxx 2017-ci il tarixli qərarı ilə xitam verilmişdir. Bir müddət keçdikdən sonra miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması və müvafiq çıxarışın adına alınması üçün bacısı qızı X7 etibarnamə vermək istəmişdir. Sonuncu isə bu işlərin əri Cavabdeh1 həvalə edilməsini istəmişdir, çünki o, işlədiyindən bu işlərin ardınca gedə bilməyəcəyini bildirmişdir. O da məcbur olub bu barədə, yəni yalnız vərəsəlik işinin açılması və müvafiq çıxarışın alınaraq ona verilməsi məqsədilə Cavabdeh1 Bakı şəhəri 39 saylı Notariat Kontorunda xx xxxx 2017-ci il tarixdə müvafiq etibarnamə vermişdir. O, yalnız bu məqsədlə etibarnamə verdiyi halda, sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 ondan icazəsiz etibarnamədə mənzilə dair bütün səlahiyyətləri, o cümlədən sərəncam vermək hüququnu da qeyd etdirmişdir. Bütün bunlardan onun yalnız 2019-cu ilin mart ayında xəbəri olmuşdur. Bu səbəbdən də o, Cavabdeh1 verdiyi etibarnaməni ləğv elətdirmişdir. Cavabdeh1 hər dəfə ona bildirirmişdir ki, sənədlər hazırlanır, əlavə tikililəri də var ki, onları da çıxarışa əlavə etmək istəyirlər və bu səbəbdən iş yubanır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 sahə müvəkkili Cavabdeh2la əmlakını ələ keçirmişlər. Şifahi olaraq məlumatı olmuşdur ki, hətta Cabbar mənzilə dair çıxarışı adına aldıqdan sonra cəmi 15.000 manata Ramilin adına formal olaraq alqı-satqı etmişlər. xx xxx 2019-cu il tarixdə isə Ramil onun vəkili ilə telefonla danışarkən bildirmişdir ki, o da mənzili artıq 2 nəfərə satmışdır. Lakin vəkilinin verdiyi 13 may 2019-cu il tarixli VB061 nömrəli sorğuya üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli **********36 saylı məktubdan ona məlum olmuşdur ki, miras hüququ üzrə mülkiyyətinə keçmiş Sabunçu rayonu Sabunçu qəsəbəsi X32 küçəsi ev 27 mənzil 26 (1 otaq – 25,4 kv.m) adına qeydiyyatdan keçdikdən sonra 50 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-726 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi evin vərəsəlik işinin və çıxarışın alınması məqsədilə Cavabdeh1 etibarnamə verdiyi halda, sonuncu evi əvvəlcədən qanunsuz sahibliyinə qəbul etmiş Cavabdeh2 mülkiyyətinə formal olaraq keçməsi üçün onun iradəsinə zidd olaraq qanunsuz alqı-satqı aparmışdır. Alqı-satqının qanunsuz olmasının bir halı da ondan ibarətdir ki, alqı-satqıya dair notariat hərəkətləri aparılarkən alqısatqıdan əldə edilən pul vəsaitinin Cavabdeh2 Cavabdeh1 vasitəsi ilə ona ödənilməsinin təmin edilməməsidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 420/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu Qasımlı Rövşən Yaşar oğlu tərəfindən xx xxxx 2017-ci il tarixdə təsdiq edilmiş AR-İ seriyalı 521591 №-li etibarnamənin surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq bağışlamaq və s. əqdləri bağlamağı, bu əqdlər üzrə haqqhesab aparmağı, onu bütün idarə, təşkilatlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, Notariat kontorlarında təmsil etməyi və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. İddiaçı ilə Cavabdeh2 arasında xx xxxxxxxx 2017-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* №- li 4Ə-726 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarından aydın olur ki, Cavabdeh1 etibarnamə əsasında təmsil etdiyi İddiaçı adından xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X13 ərizə ilə müraciət edərək Cavabdeh2 ilə İddiaçı məxsus olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.M.Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzilinin alqı-satqı müqaviləsi üzrə 11.000 (on bir min) manata satılması barədə razılığa gəldiklərini, bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsi üçün qeyd olunan məbləğin notariat kontorunun depozit hesabına qoyulmasını xahiş etmişdir. “xxxxxxxxxxxx” ASC-nin Qara Qarayev filialı tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli qəbzə əsasən Cavabdeh2 Cavabdeh1 mənzilin dəyərini ödəmək üçün 11.000 (on bir min) manat pulu Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X8 depozit hesabına keçirmişdir. X14 notariat kontoruna ərizə ünvanlayaraq, İddiaçı ilə ümumi mülkiyyətdə olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.M.Əfəndiyev küçəsi ev 27 ünvanında yerləşən 26 saylı mənzilin ona məxsus olan hissəsinin (2 otaq – 26,0 kv.m) satılması haqqında məlumatı olduğunu, bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina etdiyini və onun başqa şəxsə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.M.Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzili (1 otaq – 25,4 kv.m) paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2712 nömrəli reyestr kitabının 252733 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 4 saylı dövlət notariat ofisinin dövlət notariusu X17 tərəfindən xx xxxx 2019-cu il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 paylı mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi S.M.Əfəndiyev küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzilinin 1 otağını (sahəsi 25,4 kv.m) 20.000 manata X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X33 küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzili paylı mülkiyyət hüququ üzrə (1 otaq – 25.4 kv.m) X9 adına daşınmaz əmlakın dövlət reyestrində **********38-05101-093007 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. “Elektron notariat” X1 çıxarışa əsasən X4, X6 və X18 ünvan 2 mənzil 26 ünvanında qeydiyyatdadırlar. AZ-İ seriyalı 865403 və 865404 №-li ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 və X4 xx xxxx 2017-ci il tarixdə dəm qazının toksiki təsiri səbəbindən Bakı şəhərində ölmüşlər. Məhkəmə iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı öz həqiqi iradəsini ifadə edərək özünə məxsus olan bütün əmlakı, o cümlədən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X32 küçəsində yerləşən 27 saylı evin 26 saylı mənzilini (1 otaq – 25,4 kv.m) idarə etmək, onun üzərində sərəncam vermək, alqı-satqı daxil olmaqla bütün əqdləri bağlamaq və digər hərəkətlər etmək səlahiyyətlərini Cavabdeh1 etibar etmiş, sonuncu da etibarnamə üzrə ona verilmiş səlahiyyətlərdən istifadə edərək yuxarıda qeyd olunan mənzili Cavabdeh2 satmış, sonuncu isə sonradan həmin mənzili X3, İddiaçı Cavabdeh1 xx xxxx 2017-ci il tarixli AR-İ seriyalı 521591№-li etibarnaməni verməyə məcbur edilməsi, həmin etibarnamənin hədə-qorxu və zorakılıq yolu ilə əldə edilməsi öz təsdiqini tapmamışdır.Cavabdeh1 müqavilə azadlığı prinsipi çərçivəsində arvadının xalası, iş üzrə İddiaçı ona verdiyi etibarnamə əsasında hərəkət edərək, sonuncunun paylı mülkiyyətində olan mənzil (1 otaq – 25.4 kv.m) üzərində sərəncam verərək xx xxxxxxxx 2017-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli 4Ə-726 reyestr nömrəli alqı-satqı müqaviləsini bağlayarkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, alqı-satqı müqaviləsində hər bir tərəfin iradəsi tam ifadə olunmuşdur. Həmçinin, Cavabdeh2 ilə X20 arasında mübahisəli mənzilə dair xx xxxx 2019-cu il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam şəkildə əməl edilmişdir. Məhkəmə həmçinin Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, İddiaçı mübahisəli mənzilin Cavabdeh2, sonradan isə X9 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir və həmin məzmunun həqiqiliyi və tamamlığı prezumsiyası qüvvədədir. Məhkəmə şahid qismində dindirilmiş X15 mərhum atası Cavabdeh1 mübahisəli mənzili Cavabdeh2 satdığını, lakin pulunu ala bilmədiyini bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin ifadə işin araşdırılan digər halları ilə üst-üstə düşmür. Həmçinin məhkəmə şahidin iddiaçı ilə tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadəni iddiaçının tələbinin əsaslılığını gəstərən sübut mənbəyi kimi qəbul etməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. İddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. xx.xx.2017-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləni satıcı qismində İddiaçı əvəzinə Bakı şəhəri 39 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə verilmiş 2589 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1, alıcı qismində Cavabdeh2 imzalamışdır.Müqavilə bağlanıldıqda tərəflərin müqavilə imzalamaq səlahiyyətləri notarius tərəfindən yoxlanılmış və müqavilə tərəflərinin hər hansı qanunsuz hərəkətləri aşkar olunmamışdır. Göründüyü kimi müqavilədə iddiaçının adından nümayəndəsi qismində müqaviləni imzalamış şəxsə verilmiş etibarnamənin rekvizitləri öz əksini tapmışdır, yəni müəyyən edilir ki, İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh1 onun adından mənzilin alqı-satqı müqaviləsini bağlamışdır, iddiaçı hazırda yalnızmübahisəli mənzilə dair vərəsəlik işinin açılması və adına müvafiq çıxarışın alınması səlahiyyətlərini özündə əks etdirən etibarnamə verdiyini, lakin sonuncunun onu aldadaraq həmin mənzilə dair bütün səlahiyyətləri, o cümlədən sərəncam vermək hüququnu da etibarnamədə qeyd etdirdiyini bildirsə də, tələbinin əsası kimi istinad etdiyi bu halları sübuta yetirə bilməmiş, nə də işin halları ilə bu hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə doğru olaraq belə qənaətə gəlmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə riayət edilərək bağlanmış, əqdin etibarsız hesab edilməsinə əsas olan dispozisiya şərtləri yaranmamışdır. İddiaçının müqavilə bağlanarkən pul vəsaitinin (mənzilin dəyərinin) Cavabdeh1 ödənilməməsi, Cavabdeh2 tərəfindən hesaba köçürülüb özü tərəfindən də əldə edilməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, “xxxxxxxxxxxx” ASC-nin Qara Qarayev filialı tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli qəbzə əsasən Cavabdeh2 Cavabdeh1 mənzilin dəyərini ödəmək üçün 11.000 (on bir min) manat pulu Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X8 depozit hesabına keçirmişdir. Həmin məbləğin Cavabdeh2 tərəfindən götürülməsi ilə bağlı qeyd etdiklərini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin Kollegiya hesab edir ki, Cavabdeh2 ilə X20 arasında mübahisəli mənzilə dair xx xxxx 2019-cu il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam şəkildə əməl edilmişdir. Həmin müqavilə əsasında mülkiyyət hüququ ilə əldə edən Leyla Qəribli həmin mənzili vicdanlı əldə etmişdir və onun mənzil üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqısatqı müqavisinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Kollegiyanın qənaətinə görə, hətta iddiaçının hüquqlarının pozulması ehtimal edilsə belə, bu pozuntu mübahisəli mənzilin vicdanla əldə etmiş şəxsin (şəxslərin) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazınının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Bundan başqa, “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il taraixli Qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı.” Kollegiya hesab edir ki, iddianın təmin edilməməsi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl edilməsi baxımından qanunidir. Həmçinin nəzərə almaq lazımdır ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, Kollegiya qeyd edir ki, iddiaçı qeyd etdiyi tələbinin əsasını təşkil edən halları sübutetmə yükünü daşıyır, lakin, o, bu halları əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-420/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar