Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5852/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, Cavabdeh İddiaçı, nümayəndəsi-vəkil Məmmədəliyeva Sevinc Etibar qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1524/2020 xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 saylı evin, 9 saylı mənzilindən çıxarılması və istifadə hüququna xitam verilməsi qət edilmişdir. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakışəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 saylı evin, 9 saylı mənzilindən çıxarılması və istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin mənzildən çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 saylı evin, 9 saylı mənzilində qeydiyyatdadır və uzun illərdir ki, orada yaşamışdır. Həmin evə mülkiyyət hüququ mövcud olmasada sahiblik və istifadə hüquq mövcuddur. Hazırda həmin hüquqlardan da məhrum olmuşdur. Belə ki, o, Cavabdeh ilə 2014-cü il tarixdə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, ondan övladı yoxlur. Cavabdehi 2019-cu ildə mənzilə qeydiyyata salmışdır. Onlar iki nəfər tərkibdə mübahisəli evdə yaşamışlar. Buna baxmayaraq son vaxtlarda Cavabdeh ona qarşı münasibəti tamamilə dəyişmişdir. Ona mənəvi əzablar verməyə, təhqiramis hərəkətlər etməyə başlamışdır. Hazırda o, anası ilə birlikdə yaşayır. Cavabdeh onu öz evinə buraxmır, hətta buraxsa belə onunla yaşamaq mümkün deyildir. Hesab edir ki, cavabdehin onun mülkiyyətində olan evdə qeydiyyatda olması formal xarakter daşıyır və bu hal aradan qalxmalıdır. Qeyd olunanları nəzərə alıb, iddiaçı iddia tələbinin təmini edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda qeyd olunan qaydada təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bu və digər əsasları göstərək,Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə Cavabdehkollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti qəbul eməyərək təmin olunmamasını xahiş edən iddiaçını və nümayəndəsini izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 saylı evin, 9 saylı mənzilinə istifadə hüququna xitam verilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddia təmin edilməməlidir. Qətnamə qalan hisədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmədiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır. İşin məhkəmətərəfindənmüəyyənolunmuşhallarındangörünürki, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir, Cavabdeh hal-hazırda həmin mənzildə qeydiyyatda olsa da, həmin mənzilə istifadə hüququ əldə etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakışəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil (sonradan-mübahisəli mənzil) iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 4 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı və Cavabdeh həmin mübahisəli mənzildə qeydiyyatdadırlar. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh qeyd olunmuş mülkiyyət üzrə yaşayış sahəsindən istifadə huququnun ümumiyyətlə yaranması məsələsi qiymətləndirilməli idi. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 228.2.-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5.-ci maddəsinə əsasənyaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Birinci instansiya məhkəməsi iddia ərizəsi ilə bağlı düzgün olaraq cavabdehin mübahisə predmeti olan ünvana hüquqlarının olmadığı qənaətinə gəlsə də, səhvən mövcud olmayan hüquqa xitam verilməli olduğu nəticəsinə gəlmişdir Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qanunu səhv təfsir etmişdir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, Cavabdeh iddiaçıya məxsus mənzilindən istifadə hüququ yuxarıda istinad edilən mülki qanunvericiliyin normalarının tələbləri baxımından ümumiyyətlə yaranmamışdır. Belə olan təqdirdə, mövcud olmayan hüquqa xitam verilə bilməz. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 saylı evin, 9 saylı mənzilin mülkiyyətçisi İddiaçıilə həmin mənzillə bağlı notarial qaydada təsdiqlənmiş yazılı razılaşması mövcud deyil. İşin halları ilə və təsdiq olunur ki, Cavabdeh mübahisəli ünvanda qeydiyyatda olmağına baxmayaraq faktiki olaraq həmin ünvanda yaşamır. Bu səbəbdən onun həmin ünvan üzrə qeydiyyatı formal xarakter daşımaqdadır. İddia tələbinin məzmunundan da müəyyən olunur ki, iddiaçı faktiki olaraq cavabdehin həmin ünvan üzrə qeydiyatını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.1.4.-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 390-cı maddəsinə əsasən Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 saylı evin, 9 saylı mənzilinə istifadə hüququna xitam verilməsi hissəsində ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, 28 saylı evin, 9 saylı mənzilinə istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia ərizəsi təmin edilməsin.Qətnamə qalan hisədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5852/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5852/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver