Məhkəmə qərarları › İş №2(103)-5852/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5852/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5852/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Notariat Palatasına qarşı “icarə müqaviləsi üzrə borcun tutulması barədə” ilk iddiasına, iddiaçı Azərbaycan Notariat Palatasının cavabdeh İddiaçı MMC-yə qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin “mülki işin birinci instansiya məhkəməsinə qaytarılması barədə” müraciətinə baxaraq müəyyən etdi: Həmin iş üzrə üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya mümkün sayılıb. xx.xx.2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsinin müraciəti daxil olub. Müraciətdə bildirilib ki, Azərbaycan Notariat Palatası qətnamədən apellyasiya şikayəti verib, bununla əlaqədar işin Nəaimi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya mümkünlüyü barədə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazıırkı iş üzrə apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya baxışından çıxarılaraq Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar