Məhkəmə qərarları › İş №2(103)-5855/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5855/2020

21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5855/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X2 nümayəndəsi X12 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6435/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC X4 Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis X24 X9 Sabunçu stansiyası Xətt Polis Şöbəsinin rəisi polis polkovnik Habil Ağayevin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4nə ünvanladığı 2/6-211-1730 nömrəli, xx.xx.2019-cu il tarixli məktuba əsasən xx.xx.2019-cu il tarixdə saat 16:40 radələrində Bakı lokomotiv deposuna məxsus Bakı- Sabunçu marşrutu ilə hərəkət edən EŞ2-020 STADLER sürətli sərnişin qatarı Koroğlu- Bakıxanov mənzilinin 9-cu km-də hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın 3-cü vaqonunun yan şüşəsi sındırılmışdır. Nəticədə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4nə 2197 (iki min yüz doxsan yeddi) manat məbləğində ziyan dəymişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin qatarın vaqonunun şüşəsini sındıran azyaşlı xx.xx.2006-cı il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi döngə ev 6 A-da qeydiyyatda olan və yaşayan X5r. Bununla əlaqədar onun qanuni nümayəndələri valideynləri Cavabdeh ilə X13 bölməyə dəvət olunmuş, onların iştirakı ilə X3 izahatı alınmışdır. Bununla bağlı X10 barəsində Azərbaycan Respublikasının İXM-nin 338.5.1 -ci maddəsi ilə toplanmış material üzrə tərtib edilmiş inzibati protokolla birlikdə baxılıb tədbir görülməsi üçün aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinin X8 işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasına göndərilmişdir. Sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, iki mərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2016-cı İldə Azərbaycan Respublikasına gətirilərək, istismara verilmişdir. Bu elektrik qatarları hökümət zəmanəti altına alınmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzarətindədir. Qeyd edilənlərə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4nə dəymiş 2197 (iki min yüz doxsan yeddi) manat məbləğində zərərin və 30 manat dövlət rüsumunun X3 qanuni nümayəndəsi Cavabdeh tutularaq, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4nə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6435/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 2197 (iki min yüz doxsan yeddi) manat məbləğində maddi zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X2 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdehapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. İlk öncə məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, aşağıda göstərilən əsaslara görə xx.xx.2006-ci il təvəllüdlü Rəşad Məmmədzadənin hərəkətdə olan qatarın 2-ci mərtəbəsinin şüşəsini sındırması qeyri-mümkündür. Belə ki, Rəşad Məmmədzadə zahirən balaca boydur. Sabunçu qəsəbəsində olan həmin ərazidən keçən dəmiryol xətti yer səviyyəsindən təxminən 1-1,5 metr yuxarıda yerləşir. Məhkəmə iclasında “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X21 bildirmişdir ki, 2 mərtəbəli qatarın hündürlüyü təxminən 5-6 metrdir. Rəşad Məmmədzadənin yer səviyyəsindən təxminən 6- 6,5 metr yuxarıda hərəkətdə olan qatarın şüşəsinə daşı atma imkanı necə ola bilərdi? Məhkəmə bu halları araşdırmamış və qiymət verməmişdir.Eyni zamanda “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi X21 məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, qatar ölkəyə yeni gətirilmişdir. Hər cür yüksək standartlara cavab verir. Qatarların daxildə və xaricində təhlükəsizlik kameraları vardır. Həmin kameradan çəkilmiş görüntülər də vardır ki, orada Rəşad Məmmədzadənin qatarının şüşəsini sındırması qeydə alınmışdır. Lakin həmin video görüntünün məhkəməyə təqdim edilməsini xahiş etsələrdə iddiaçı tərəf həmin görüntüləri təqdim etməmişdir. Səbəb isə həmin görüntülərə baxış keçirən zaman azyaşlı Rəşad Məmmədzadənin bu məsələ ilə əlaqəsinin olmamasının aşkar edilməsidir. Məhkəmə qətnaməsi Dəmir Yolu X9 Sabunçu stansiyasının Xətt Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna istinad edərək aparılmış araşdırma zamanı qatarın vaqonunun şüşəsini azyaşlı Rəşad Məmmədzadə tərəfindən sındırması müəyyən etmişdir. Bu hal ilə bağlı bildilir ki, əvvəla X10 izahat verərkən bir uşaq kimi təzyiq altında olmuşdur. X11 izahatında atdığı daşların qatara deyil, qatar xəttinin kənarındakı örtüklərə dəyməsini bildirmişdir. Bu o demək deyil ki, həmin günü belə qatara daş atan elə Rəşad Məmmədzadə olmuşdur. Azyaşlı uşaq anası ilə Polis Bölməsinə gedir. Orada Polis əməkdaşları ona nə bildirirlərsə onu da yazır. Üçüncüsü yeddinci sinif şagirdinin atdığı daş heç bir vaxt ən hündür hissəsində yerləşən üst pəncərənin şüşəsinə dəyə bilməzdi. İmkansız biri olsa da vətənpərvər insandır. Əgər həqiqətən də onun oğlu həmin qatarın 2-ci mərtəbəsinin yuxarı şüşəsini sındırıbsa həmin imkan edib hissə-hissədə olsa o pulu ödəyər. Amma halbuki, oğlu Rəşad Məhəmmədzadə həmin qatarın şüşəsini sındırmamışdır. Kiminsə səhlənkarlığı ucbatından sındırılmış şüşəni azyaşlı uşağın boynuna qoymaq ədalətsizlik və haqsızlıqdır. Mülki iş hələ məhkəmədə olmamışdan qabaq o “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin əməkdaşlarına da bildirmiş ki, kamera görüntülərində göstərin ki, həmin şüşəni onun oğlu sındırıb. Lakin, hər dəfəsində narahat olma bir şey fikirləşər deyib onu yola salmışlar. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-5855/2020 saylı qərardadı ilə Cavabdeh vəfat etdiyindən onun hüquqi varisi X14 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edəniddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X2 nümayəndəsi X17pellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin hüquqi varisi X14 məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6435/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, işdə olan Sabunçu Rayon icra Hakimiyyəti başçısı yanında X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2019-cu il tarixli qərarınım, surətindən görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X10 anası ilə birlikdə Rəşad Məhəmmədzadə tərəfindən Bakı-Sabunçu marşrutu ilə hərəkət edən EŞ2-020 STADLER sürətli sərnişin qatarının 3-cü vaqonunun yan şüşəsinin sındırılması ilə bağlı komissiyanın iclasına dəvət edilərək onlara mahiyyəti üzrə suallar verilmişdir. Anası övladının bu hərəkəti ilə əlaqədar özünü günahkar hesab edərək oğlunun davranışını daima nəzarətdə saxlayacağına söz vermiş və azyaşlı Rəşad Məhəmmədzadə bu hərəkəti üçün komissiya üzvlərindən üzr istəmişdir. Bununla əlaqədar xx.xx.2006-cı il təvəllüdlü X3 etdiyi hərəkətinin mahiyyətini dərk edərək, peşman olduğunun nəzərə alınması, onun X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən profilaktiki qaydada nəzarətə götürülməsi qərara alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4 tərəfindən Dəmir Yolu X9 Sabunçu stansiyasının Xətt Polis şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X2 Bakı lokomotiv deposuna dəymiş ziyanla bağlı araşdırma aparılması xahiş edilmişdir. İş materiallarında olan Dəmir Yolu X9 Sabunçu stansiyasının Xətt Polis şöbəsinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Dəmir Yolu X9 Sabunçu stansiyasının Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində həmin qatarın vaqonunun şüşəsini sındıran azyaşlı xx.xx.2006-cı ildə anadan olmuş X10 müəyyən edilərək, valideyni ilə birlikdə Sabunçu stansiyasının Xətt Polis şöbəsinə dəvət edilmiş və izahatları alınmışdır. Valideynin iştirakı ilə, alınmış izahatında X10 sözügedən qatara həmin vaxt daş atdığını etiraf etmişdir. X1 barəsində toplanmış materiallar Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına göndərilmişdir. Odur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSCyə dəymiş maddi ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X2 Bakı lokomotiv deposunun 282 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, 11,06.2019-cu il tarixdə saat 16:40 radələrində Bakı lokomotiv deposuna məxsus Bakı-Sabunçu marşrutu ilə hərəkət edən EŞ2-020 STADLER sürətli sərnişin qatarı Koroğlu-Bakıxanov mənzilinin 9-cu km- də hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın 3-cü vaqonunun yan şüşəsi sındırılmışdır. Nəticədə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4nə 2197 (iki min yüz doxsan yeddi) manat məbləğində ziyan dəymişdir. Həmin elektrik qatarlarının ehtiyat hissələri xarici dövlətdən xarici valyuta (evro məzənnəsi) ilə alınır. EŞ2-020 saylı ikimərtəbəli elektrik qatarının 3-cü vaqonunun yan şüşəsinin sınmasına görə cəmi 2197 (iki min yüz doxsan yeddi) manat ( 1 ədəd şüşənin qiyməti 1315.44 manat (696 EVRO), gömrük rüsumu 36% = 473.55 manat, ƏDV 18%= 236.77 manat, işçinin əmək haqqı 171.24 manat) zərər dəymişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2006cı ildə anadan olmuşdur, atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Beyindaxili mədəcikdaxilinə qansızma” səbəbi ilə ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon VVAQD şöbəsində Cavabdeh ilə X13 arasında nikah bağlanmış və ərə Məhəmmədov, arvada isə Məhəmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə anadan olmuşdur, atası Cavabdeh, anası isə X7r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası qeydedirki, mülkiqanunvericilikmülkihüquqpozuntusunu (delikt) hüquqlavə yaqanunlamüdafiə edilənbaşqa şəxsə (zərərçəkənə) birbaşaziyanvə yazərərvurulmasınagətirib çıxaraqtəqsirli, hüquqazidd (mülkiqanunvericiliyinnormalarını pozan) əməli (hərərəti və yahərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Həmçinin o da qeyd olunmalıdır ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis X24 X9 Sabunçu stansiyası Xətt Polis Şöbəsinin rəisi Habil Ağayevin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4nə ünvanladığı 2/6-211-1730 nömrəli, xx.xx.2019-cu il tarixli məktuba əsasən 11,06.2019-cu il tarixdə saat 16:40 radələrində Bakı lokomotiv deposuna məxsus Bakı-Sabunçu marşrutu ilə hərəkət edən EŞ2-020 STADLER sürətli sərnişin qatarı Koroğlu-Bakıxanov mənzilinin 9-cu km-də hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın 3-cü vaqonunun yan şüşəsi sındırılmışdır. Nəticədə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X4nə 2197 (iki min yüz doxsan yeddi) manat məbləğində ziyan dəymişdir. Dəmir Yolu X9 Sabunçu stansiyasının Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində həmin qatarın vaqonunun şüşəsini sındıran azyaşlı xx.xx.2006-cı ildə anadan olmuş X10 müəyyən edilərək, valideyni ilə birlikdə Sabunçu stansiyasının Xətt Polis şöbəsinə dəvət edilmiş və izahatları alınmışdır. Valideynin iştirakı ilə, alınmış izahatında X10 sözügedən dəmir yolu xəttinə tərəf həmin vaxt daş atdığını etiraf etmişdir. X1 barəsində toplanmış materiallar Sabunçu Rayon icra Hakimiyyəti başçısı yanında X8 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına göndərilmişdir, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X10 anası ilə birlikdə Rəşad Məhəmmədzadə tərəfindən Bakı-Sabunçu marşrutu ilə hərəkət edən EŞ2-020 STADLER sürətli sərnişin qatarının 3-cü vaqonunun yan şüşəsinin sındırılması ilə bağlı komissiyanın iclasına dəvət edilərək onlara mahiyyəti üzrə suallar verilmişdir. Anası övladının bu hərəkəti ilə əlaqədar özünü günahkar hesab edərək oğlunun davranışını daima nəzarətdə saxlayacağına söz vermiş və azyaşlı Rəşad Məhəmmədzadə bu hərəkəti üçün komissiya üzvlərindən üzr istəmişdir. Bununla əlaqədar xx.xx.2006-cı il təvəllüdlü X3 etdiyi hərəkətinin mahiyyətini dərk edərək, peşman olduğunun nəzərə alınması, onun X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən profilaktiki qaydada nəzarətə götürülməsi qərara alınmışdır. X10 sözügedən dəmir yolu xəttinə tərəf həmin vaxt daş atdığını birinci instansiya məhkəməsinin iclasındakı izahatında da etiraf etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq haqlı olaraq hesab etmişdir ki, xx.xx.2006-cı ildə anadan olmuş X3 törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya 2197 manat zərər dəymişdir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xx.xx.2006-cı ildə anadan olmuş X3 hərəkətləri nəticəsində iddiaçıya dəyən 2197 (iki min yüz doxsan yeddi) manat məbləğində zərər onun atası olan Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qərarına gəlmiş olsa da, apellyasiya icraatı zamanı Cavabdeh vəfat etdiyi müəyyən olunduğundan onun hüquqi varisi X14 ilə əvəz edilmişdir. Ona görə də hazırki halda iddiaçıya dəyən 2197 (iki min yüz doxsan yeddi) manat məbləğində zərər qətnamənin icrası qaydasında cavabdehin hüquqi varisindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərlə təkzib olunduğundan formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində xx.xx.2006-ci il təvəllüdlü Rəşad Məmmədzadənin hərəkətdə olan qatarın 2-ci mərtəbəsinin şüşəsini sındırması qeyrimümkün olmasını və onun təqsirinin olmamasını qeyd etsə də, bu halı sübut edəcək hər hansı bir sübut təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya vurulmuş zərər məhz 08.2006-ci il təvəllüdlü Rəşad Məmmədzadənin təqsirli hərəkəti nəticəsində baş vermişdir. Ona görə də, apellyasiya şikayətinin qeyd olunan dəlili də əsaslı sayıla və qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6435/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6435/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar