Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5860/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə) “pul” tələbinə dair iş üzrə (Açar sözlər: Qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 ABŞ dolları məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-749/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə Cavabdeh 25.000 (iyirmi beş min) ABŞ dolları maddi ziyana görə pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 217,50 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e2(005)- 749/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsində iclasda iştirak etməsinə baxmayaraq, iştirakının qeyd edilməməsini bildirmiş və həmin yanlışlığın aradan qaldırılmasını xahiş etmişdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-749/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixdə keçirilmiş və həmin iclasda iddiaçı tərəf iştirak edərək, izahatlar vermiş, o cümlədən məhkəmə işə mahiyyəti üzrə baxılmasını yekunlaşdırıb məhkəmə çıxışlarına keçmiş, bundan sonra iddiaçının çıxışlarını dinləmiş, cavabdeh tərəfindən isə məhkəmənin mahiyyəti üzrə baxış iclasında iştirak edən olmamışdır. Göründüyü kimi, məhkəmə iclasının sonunda məhkəmə baxışının yekunlaşdığını bildirərək, çıxışlara keçirilmiş və məhkəmə qətnamə çıxarılması üçün müşavirə otağına getdiyini və yekun məhkəmə aktını xx.xx.2025-ci il tarixdə, saat 17:30da elan edəcəyini bildirmişdir. Məlum olduğu kimi, məhkəmə baxış iclası təxirə salınmamış, yekun məhkəmə aktının elan edilməsi ertəsi günə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixdə iş üzrə hər hansı məhkəmə baxışı keçirilməmiş və cavabdehin nümayəndəsindən heç bir izahat alınmamış, məhkəmə müşavirədən qayıdaraq, qətnaməni elan etmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bu hissədə kobud maddi və prosessual hüquq normalarını pozmuş, MPM-nin 216-220-cimaddələrinin tələblərinə cavab verməyən, həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarından irəli gələn tövsiyələrə əməl etməmişdir. Ona görə də bütün qeyd etdiyi haların yenidən araşdırılması və buna hüquqi qiymət verilməsini, qərardadın ləğv edilərək qətnamədə düzəlişin edilməsinə dair ərizəsinin təmin edilməsini qanuna və məqsədə uyğun hesab edir. Göründüyü kimi, Nərimanov rayon Məhkməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-749/2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarxində saat 18-15 radələrində yəni qətnaməni qəbul edildiyi anda elan edildiyi zaman yalnız o, Vəkil2 məhkəmə zalında iştirak etmişdir. Hesab edirər ki, bunu müəyyən etmək elə də çətin prosedur deyildir. Təkcə qətnamənin elan edildiyi tarixin prosedur deyildir. Təkcə qətnamənin elan edildiyi tarixin video görüntüsünə baxılş keçirilsə qətnamənin elanı zamanı yalnız onun iştirak etdiyi açıq aydın görünəcəkdir. Bunu məhkəmənin özü də etiraf edir ki, elan zamanı iclasda yalnız o, iştirak etmişdir, lakin elan zamanı kimin iştirak edib etməməsindən asılı olmayaraq məhkəmə baxışı sonlandırldığına görə yalnız baxışın sonlandırldığı tarixdə yəni xx.xx.2025-ci il tarixində iclasda kimlər iştirak etmişlərsə qətnaməin elan edildiyi tarxdə yalnız o şəxslərin adları qeyd edilməlidir (bu məhkəmənin gəldiyi qənaətdir). Məhkəmə qətnamənin qəbul edildiyi tarixi yalnız elan tarixi hesab etməklə, özünün məhkəmə elektron kabinetində “xx.xx.2025 tarixində məhkəmənin baxış iclasının təxirə salındı” qeydini təkzib etmiş olur.Halbuki.qeydedilən kabunetdə məhkəmənin özü baxış iclasının xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarxinə təxirə salınmasını göstərir ki, bu da elan tarixinin deyil məhkəmə iclası və baxışının təxirə salındığına əyani sübutdur. Belə olan halda,yuxarıda da qeyd edildiyi kimi məhkəmənin vəkil və nümayəndə kimi onun Vəkil2 xx.xx.2025-ci il tarxində qətnamıəni elan etiyi gün iştirakını qeyd etməməsi yuxarıda qeyd edilənlərlə və ən əsası MPM-nin 220.3-cü maddəsinin tələblərinə zidd olmaqla kobud səhv hesab edilməli və qərardad ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməlidir
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 şikayəti əss=asız hesab edərək təmin edilməməsini xahiş etdilər.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiklərini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Mülki Prosessual Məcəllə
Maddə 228.1 Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Maddə 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Maddə 228.3. Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək qətnaməyə düzəliş edilməsi məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Belə ki, cavabdehin nümayəndəsi və vəkili qətnaməyə düzəliş edilməsi barədə ərizəsində qeyd etmişdir ki, qətnamənin xx.xx.2025-ci il tarixdə qəbul edildiyi anda məhkəmənin baxış iclasında yalnız o, Vəkil2 iştirak etdiyi halda qətnamədə nədənsə iddiaçının və vəkilinin adı qeyd edilmişdir. Halbuki,xx.xx.2025-ci il tarixli baxış iclasında iclas hakimin qətnaməni elan etməsi ilə bağlı məhkəmə baxış iclasının xx.xx.2025-ci il tarixinə təxirə salındığı, elanın xx.xx.2025-cil il tarxdə saat 17-00 da ediləcəyinə dair (məhkəmə baxış iclasının təziri barədə) elektron məhkəmə kabinetində qeyd qoyulmuşdur. Belə olan halda saat 17-00 dan 18-10 radələrinə kimi, Nərimanov rayon Məhkəməsinin inzibati binasında 8 saylı zalın qabağında (zal həmin vaxtlarda bağlı idi) uzun müddət gözlədikdən və nəhayət 18- 10 radələrində binanın girişindəki telefondan hakim köməkçisi ilə 3 dəfə danışdıqdan sonra, hakim birbaşa zala daxil olub qərarı elan edərək zalı tərk etdi. Hesab edir ki, onun vəkil kimi məhkəmənin son iclasında iştirakı ilə bağlı qətnamədə düzəliş edilməsi zəruridir və bu onun prosessual haqqıdır. Qətnaməni izləyən zaman sanki elə təəsürat yaranır ki, o, iclasda iştirak etməmiş və qətnamə onun iştirakı olmadan elan edilmişdir.
14. Ərizənin məzmunundan göründüyü kimi ərizəçi iddia edir ki, qətnamənin elan edildiyi xx.xx.2025-ci il tarixli iclasda faktiki olaraq iştirak etmiş, lakin həmin hal qətnamənin mətnində öz əksini tapmamışdır. Nəticə etibarilə, qətnamənin məzmunu onun iştirakı olmadan elan edildiyi barədə yanlış təsəvvür yaradır ki, bu da ərizəçinin prosessual statusuna və peşəkar nüfuzuna mənfi təsir göstərə bilən hal kimi qiymətləndirilməlidir.
15. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinin giriş hissəsində məhkəmə iclasında iştirak edən şəxslərin düzgün və dəqiq göstərilməsi, yalnız formal xarakter daşımır, həm də məhkəmə aktının prosessual legitimliyinin, şəffaflığının və tərəflərin məhkəmə icraatında iştirak hüququnun təmin edildiyini əks etdirən mühüm elementlərdən biridir. Qətnamədə iclasda iştirak edən şəxslər barədə yanlış və ya natamam məlumatın göstərilməsi, sonradan həmin şəxslərin məhkəmə icraatında iştirakına dair əsassız şübhələrin yaranmasına səbəb ola bilər.
16. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən iş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasının gedişinə istinad etmiş, həmin iclasda cavabdeh tərəfin iştirak etmədiyini, məhkəmə baxışının yekunlaşdırıldığını və çıxış mərhələsindən sonra məhkəmənin qətnamə qəbul etmək üçün müşavirə otağına getdiyini göstərmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə hər hansı yeni məhkəmə baxışı keçirilməmiş, tərəflərdən izahat alınmamış və yalnız müşavirədən qayıdaraq qətnamə elan edilmişdir. Bununla belə, məhkəmənin bu mövqeyi cavabdehin nümayəndəsinin iddia etdiyi konkret halı – yəni qətnamənin elan edildiyi vaxt məhkəmə binasında və faktiki olaraq iclasda iştirak etməsi məsələsini istisna etmir və bu halı təkzib edən hal kimi çıxış etmir.
17. Kollegiya vurğulayır ki, qətnaməyə düzəliş edilməsi institutunun məqsədi məhkəmə aktında yol verilmiş texniki, faktiki və ya redaksiya xarakterli yanlışlıqların aradan qaldırılmasından ibarətdir və bu cür düzəlişlər qətnamənin mahiyyətinə toxunmadan onun faktiki vəziyyətə uyğunlaşdırılmasına xidmət edir. Cavabdehin nümayəndəsinin hazırkı halda güddüyü məqsəd də məhz qətnamənin elan olunduğu iclasda iştirakı faktının düzgün əks etdirilməsidir ki, bu da onun həm prosessual hüquqlarının təmin edilməsi, həm də vəkil kimi işgüzar maraqlarının qorunması baxımından legitim və əsaslı hesab edilməlidir.
18. Kollegiya qeyd edir ki, elektron məhkəmə sisteminə nəzər saldıqda müəyyən olunur ki, qətnamənin elan olunduğu məhkəmə iclasının video çəkilişi aparılmamışdır.
19. Məhkəmə kollegiyası əlavə edir ki, cavabdehin nümayəndəsi və vəkilinin iş üzrə məhkəmə baxışının mahiyyəti üzrə sonuncu iclasında iştirak etməməsi, qətnamənin elan olunduğu iclasda faktiki iştirak etməsi ehtimalını avtomatik olaraq istisna etmir. Əgər qətnamənin elan edildiyi iclasda tərəfin və ya onun nümayəndəsinin iştirakı baş vermişdirsə, bu halın məhkəmə aktında qeyd olunmaması məhkəmə sənədinin faktiki vəziyyətlə uyğunluğunu pozur. Belə uyğunsuzluğun aradan qaldırılması isə qətnaməyə düzəliş edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara uyğun hesab edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili qətnamənin elan olunduğu iclasda iştirak etmişdirsə bu faktın düzgün əks etdirilməməsi iş üzrə faktiki prosessual vəziyyətə uyğun gəlmir.
20. Buna görə də kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qətnamədə buraxılmış yanlışlığın düzəldilməsinə dair ərizəsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qətnamədə buraxılmış yanlışlığın düzəldilməsinə dair ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov