Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5864/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı "borcun silinməsi və s." tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-612/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC-nin Yasamal Filialı ilə İddiaçı1 arasında bağlanmış BPM**********32 nömrəli, 10.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı illik 24 faizlə, 50 ay müddətinə 20 000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə hər ay 660,40 (altı yüz altımış manat 40 qəpik) manat ödəniş etmiş, lakin iddiaçı 2019-cu ilin dekabr ayında işdən çıxdığı və sonrakı dövrdə pandemiya (COVİD 19) epidemiyasının yayılması nəticəsində 8 ay müddətində işsiz qaldığı üçün aylıq ödənişləri edə bilməmişcir. Lakin sonradan təxminən 07.08.2020-ci il tarixdə Cavabdeh1 ASC-nin Yasamal filialına gedərək kredit müqaviləsinin prolonqasiya edərək uzadılması barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh Bakı şəhəri 1 saylı Notariat Kontoruna müraciət edərək 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydi almış və Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinə əsasən tələb olunan 19 201,76 manat məbləğ cavabdeh Bank tərəfindən öz maraqlarını nəzərə almaqla hesablanmış və həqiqətə uyğun olmadığı üçün qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. İddiaçı barəsində Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinin mövcud olduğunu, 27.08.2020ci il tarixində Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsindən aldığı məktub əsasında məlumatı olmuşdur. Belə ki, cavabdehlə onun arasında bağlanmış müqavilənin 1 saylı əlavəsinə əsasən 10.09.201810.11.2018-ci il dövründə ayda 400 (dörd yüz) manat, 10.12.2018- 10.12.2019cu il dövründə isə 661 (altı yüz altmış bir) manat vəsait banka ödəniş etmişdir. Əlavə olaraq iddiaçı pandemiya dövründə 300 (üç yüz) manat vəsait ödəmişdir. Ümumi olaraq Banka ödənilmiş məbləğ 15 (on beş) ay ərzində (3 x 400 manat=1200, 12 x 66l manat=7932, əlavə 300 manat) cəmi 9 432 (doqquz min dörd yüz otuz iki) manat təşkil edir. Nəzərə alınsa ki, 15 ay ərzində ödənilmiş məbləğin müəyyən hissəsi əsas borca, digər hissəsi isə faiz borcuna silindiyi üçün təqribən iddiaçının cavabdehə olan borcu təxminən 15 000 (on beş min) manat civarında olmalıdır. Lakin Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinə əsasən 19 201,76 manat məbləği iddiaçıdan tutularaq cavabdehə ödənilməsi tələb olunur. Belə ki, rəqəmlər arasında olan ziddiyyət Bank tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyil. Borclu kimi iddiaçının maraqlarına toxunan Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra sənədi bu qaydada icra edilə bilməz və onun icrası məcburi dayandırılmalıdır. Beləliklə, iddiaçının kredit ödənişinin gecikdirilməsinin əsas səbəbi onun həmin müddət ərzində işdən azad olunduğu dövrə təsadüf etdiyindən, həmçinin işə düzələ bilməməyinin əsas səbəbi dünyaya yayılmış pandemiyanın ölkədə də ağır nəticələrə səbəb olması və Respublikada xüsusi karantin rejiminin tətbiq olunması nəticəsində yaranmışdır. İddiaçı cavabdehlə aralarında bağlanmış BPM**********32 nömrəli, 10.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən olunmuş aylıq ödənişini hal-hazırda ödəmək iqtidarındadır. Göstərilənlərə əsasən Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi və Cavabdeh1 ASC-nin Yasamal filialı ilə aralarında bağlanmış BPM**********32 nömrəli, 10.08.2018-ci il tarixli kredit müqaviləsi ilə qeyri-dəqiq hesablanmış ziddiyyətli faiz borcunun və dəbbə pulunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(001)-612/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edillməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın İddiaçı1 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi və məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir.(Sədrlik edən: Rəşid Səmədov) Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinin ləğv olunması barədə qətnamə edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı1 arasında bağlanmış müqavilənin 1 saylı əlavəsinə əsasən iddiaçı 10.09.2018-10.11.2018-ci il dövründa ayda 400 (dörd yüz) manat, 10.12.2018-10.12.2019-cu il dövründə isə 661 (altı yüz altımış bir) manat vəsait banka ödəniş etmişdir. Əlavə olaraq pandemiya dövründə 300 (üç yüz) manat ödəniş etmişdir. İddiaçının ümumi olaraq banka ödədiyi məbləğ 15 ay ərzində (3*400manat =1200 manat, 12*661 manat=7932 manat, əlavə 300 manat) cəmi 9432 (doqquz min dörd yüz otuz iki) manat təşkil edir. Nəzərə alsaq ki, 15 ay ərzində ödənilən məbləğin əsas hissəsi əsas borca digər hissəsi isə faiz borcuna silindiyi üçün təqribən iddiaçının cavabdehə olan borcu 15000 manat civarında təşkil etməlidir. Lakin Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinə əsasən 19201, 76 manat (on doqquz min iki yüz bir manat yetmiş altı qəpik) məbləğin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi tələb olunur. Rəqəmlər arasında olan ziddiyyət bank tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyildir. Kredit ödənişinin gecikdirməsinin əsas səbəbi iddiaçının həmin müddət ərzində işdən azad olunduğu dövrə təsadüf etməsi, həmçinin işləməməyinin əsas səbəbi dünyaya yayılmış pandemiyanın ölkəmizdə də ağır nəticələrə səbəb olması və Respublikamızda xüsusi karantin rejiminin tətbiq olunmasıdır. İddiaçı hesab edir ki, ki, bu hall MM-in tələbinə görə tərəflərin müqavilə bağlayarkən götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməindən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irali gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC ilə İddiaçı1 arasında bağlanmış 10.08.2018ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı1 50 ay müddətinə, illik 24% olmaqla, 20.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 1 saylı notariat ofisinin 19.08.2020-ci il tarixli, 8İ- 79334 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Cavabdeh1 ASC-nin xeyrinə İddiaçı1 vaxtında ödənilməmiş 19181,76 manat borc tutulmalıdır. İş materiallarına əlavə edilmiş 20.08.2020-ci il tarixli qərardan görünür ki, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən Bakı şəhəri 1 saylı Notariat Ofisinin 20.08.2020-ci il tarixli, 79334 №-li icra sənədinə əsasən icra icraatına başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 20.08.2020-ci il tarixli bildirişdən görünür ki, borclu İddiaçı1 icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5363 saylı, 02 fevral 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən İddiaçı1 11.08.2020-ci il tarixə banka olan əsas və faiz borcu 19.167,40 manat- əsas borc üzrə 16.497,80 manat, faiz borcu üzrə 2669,60 manat məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Hüquqi dəyərləndirmə: İddiaçılar İddiaçı1 və İddiaçı2 hal-hazırda 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydinində göstərilən borc məbləğinin həqiqətə uyğun olmadığını bildirərək, həmin icra sənədinin ləğv olunmasını xahiş edir. Kollegiya qeyd edir ki, borc münasibətlərinin əsasını İddiaçı1 ilə Cavabdeh1 ASC arasında bağlanmış müqavilə təşkil etdiyindən, 20.08.2020-ci il tarixli, 79334 №-li icra sənədi İddiaçı1 tərəfindən borc vaxtında ödənilmədiyi üçün verildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Bakı şəhəri 1 saylı Notariat Kontoruna qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsini təmin etməmişdir. Belə ki, Cavabdeh1 ASC müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş İddiaçı1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək borcunu vaxtında ödəməmiş və 1 saylı Notariat Kontoru tərəfindən vaxtında ödənilməmiş 19181,76 manat borcun tutulması məqsədilə 79334 saylı, 20.08.2020-ci il tarixli icra qeydi verilmişdir. Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. Həmçinin iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu və aparılmış ekspertiza ilə bağlı məhkəmə xərcləri də birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara aid edilmişdir. İddiaçılar apelyasiya şikayətində borcun məbləğinin düzgün hesablanmadığını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Əksinə, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasn iddiaçının Banka əsas borc üzrə 16.497,80 manat, faiz borcu üzrə 2669,60 manat olmaqla ümumilikdə 19.167,40 manat məbləğində borcu mövcuddur. İddiaçılar İddiaçı1 tərəfindən borcun ödənilməməsini ölkədə tətbiq edilmiş pandemiya şəariti ilə əlaqəli olduğunu, həmin səbəbdən işləyə bilməməsini əsas gətirərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməli oğduğunu qeyd etsələr də bu hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş, yalnız mülahizələrə əsaslanmışlar. İddiaçılar apellyasiya şikayətində qeyd etdikləri dəlilləri kifayət qədər əsaslandırmamışdırlar. Yalnız mülahizə xarakteri daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisləndirilən hissəsində ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(001)- 612/2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5864/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5864/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver