Məhkəmə qərarları › İş №2(103)-5867/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5867/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5867/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta Şirkətinin cavabdehlər X17, X8 və X20 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(010)-1229/2011 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehler X17, X8 və X20 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 2010-cu ildə istehsal olunmuş **-XF-*** dövlət qeydiyyat nişanlı «Kia Cerato» markalı avtomobilin yolnəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində sığortalıya məxsus avtomobilə vurulan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən sığortalıya ödənilən 1856 (min səkkiz yüz əlli altı) manat məbləğində xərcin və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər X13, X6 və X14 tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC ilə sığortalı X3 arasında bağlanan MTRB seriyalı 50143 saylı 22 iyul 2010-cu il tarixli sığorta müqaviləsinə əsasən iddiaçı sığortalıya məxsus, 2010-cu il buraxılışlı, **-XF-*** dövlət qeydiyyat nişanlı «Kia Cerato» markalı avtomobilini 16900 manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirərək ona 22 iyul 2015-ci il tarixədək qüvvədə olan avtomobil sığortası şəhadətnaməsi vermişdir. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortalanmış avtomobil 05 senyabr 2010-cu il tarixdə Sabirabad şəhərində hərəkət edən zaman cavabdeh X18 idarə etdiyi «VAZ 21013» markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sığortalıya məxsus avtomobil əzilmişdir, Bakı şəhəri «Anar 99» şirkətinin 16 sentyabr 2010-cu il tarixli «Avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına dair tələb olunan xərclərin siyahı» sına əsasən avtomobilə dəymiş zərərin məbləği 2356 manat məbləğində hesablanmışdır. Sığorta müqaviləsinə uyğun olaraq İddiaçı Sığorta Şirkəti həmin məbləğdən 500 manat franşiza məbləğini çıxaraq 1856 manat sığortalı avtomobilin təmiri üçün ödənmişdir. Sabirabad Rayon Məhkəməsi tərəfindən 21 sentyabr 2010-cu il tarixdə tərtib olunmuş qərarla yol-nəqliyyat hadisəsinin təqsirkarı kimi «VAZ 21013» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X24 göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, 2010-cu ildə istehsal olunmuş **-XF-*** dövlət qeydiyyat nişanlı «Kia Cerato» markalı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində sığortalıya məxsus avtomobilə vurulan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən sığortalıya ödənilən 1856 manat məbləğində xərc cavabehlərdən tutularaq iddiaçıya ödənilməlidir. «VAZ 21013» markalı **- BB-*** qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X8, etibarnamə əsasında X17 məxsusdur. X5 idarə etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(010)-1229/2011 saylı qətnaməsin ilə iddia qismən təmin edilmiş, cavabdehlər X13 və X14 dəymiş ziyanının məbləği 1856 manat məbləğində xərc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, iddianın cavabdeh X6 1856 manat məbləğində xərc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı Siğorta Şirkəti ASC-nin xeyrinə ödənilməsinə dair hissəsində iddia rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnaənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faktiki olaraq həmin vaxtı “VAZ 21013” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətində olmuş, qanuni əsaslarla yəni etibarnamə əsasında idarə olunması üçün ona verilmişdir. O da, öz növbəsində həmin nəqliyyat vasitəsini qanuni əsaslarla digər şəxsə vermiş, həmin digər şəxs isə yenə də həmin avtonəqliyyat vasitəsini qanuni əsaslarla başqa bir şəxsə vermişdir. Suraxanı Rayon Məhkəməsinin “VAZ 21013” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X12 tərəfindən etibarnamə əsasında ona verməsi, onun da öz növbəsində heç bir qanuni əsas olmadan həmin avtomobili idarə etmək üçün X20 verməsi barədə mövqeyinin heç bir hüquqi əsası yoxdur və məhkəmə qətnaməsində bu məsələyə diqqət yetirilməmiş və nəticədə maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Məhkəmə öz qətnaməsində məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada ona xəbərdarlıq etməsi barədə iş materialları barədə bir dənə də olsun sübuta rast gəlinmir. Belə ki, həmin məhkəmə araşdırması barədə o, Suraxanı rayon İcra və Probasiya şöbəsindən bir neçə ildən sonra xəbər tutmuşdur. Bununla əlaqədar olaraq həmin qətnamənin alınması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və 09.02.2021-ci il tarixdə həmin qətnaməni əldə etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri qətnamənin əsaslığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası işdə cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC tərəfindən verilmiş MTRB seriyalı № 50143 saylı 22.07.2010-cu il tarixli avtonəqliyyat vasitələrinin sığortası şəhadətnaməsi ilə X3 2010-cu il buraxılışlı, «Kia Cerato» markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili 22.07.2010-cu tarixdən 22.07.2015-ci il tarixədək 500 manat şərtsiz franşiza olmaqla, 16900 manat dəyərində sığorta olunmuşdur. «Anar 99» firması tərəfindən 17.09.2010-cu il tarixdə tərtibi olunmuş avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclərin siyahısı ilə, «Kia Cerato» markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 2356 manat məbləğində müəyyən olunmuşdur. 26.10.2010-cu il tarixdə tərtib olunmuş sığorta aktı ilə X1 məxsus «Kia Cerato» markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22.07.2010-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2356 manat məbləğində maddi ziyan dəymişdir. Sığortalanmış avtomobili «VAZ 21013» markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Sığorta müqaviləsinə uyğun olaraq İddiaçı Sığorta Şirkəti həmin məbləğdən 500 manat franşiza məbləğini çıxaraq, 1856 manat məbləğində pulu X1 nağd şəkildə ödənmişdir. Sabirabad Rayon Məhkəməsinin 21 sentyabr 2010-cu il tarixli 3(056)-186\2010 saylı qərarı ilə, X4 Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ile təqsirli bilinərək, 10 gün müddətinə həbs edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş məktubdan görünür ki, «VAZ 21013» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir, avtomobili idarə etmək üçün X17 etibarnamə vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyin görə, cavabdeh X22 həmin avtomobili qanuni əsaslar olmadan idarə olunması üçün cavabdeh X20 verdiyinə və X24 06 sentyabr 2010-cu il tarixdə «VAZ 21013» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən yolnəqliyyat hadisəsi törədərək siğortalı X2 məxsus 2010-cu il buraxılışiı, **-XF-*** dövlət qeydiyyat nişanlı «Kia Cerato» markalı avtomobillə toqquşaraq ziyan vurduğuna görə siğortalıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 1856 manat məbləğində xərc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər X13 və X14 tutularaql İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan «VAZ 21013» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin X23 tərəfidən qanunvericiliyin tələbləri pozulmaqla, etibarnamə olmadan X20 verməsi, sonuncu tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçı tərəfindən sığortalanmış avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə, «VAZ 21013» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 tərəfindən Cavabdeh istifadəsinə qanuni əsaslarla (etibarnamə ilə) verilməsi müəyyən edilsə də, həmin avtomobilin Cavabdeh tərəfindən Q.Quliyevin istifadəsinə qanuni əsaslarla (etibarnamə ilə) verilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyator şikayətində «VAZ 21013» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili Q.Quliyevin istifadəsinə qanuni əsaslarla verilməsinə istinad etsə də, qeyd olunan halı təstiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 21.09.2010-cu il tarixli 3(056)-186/2010 saylı qərarı ilə müəyyən edilmişdir ki, Q.Quliyev «VAZ 21013» markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada məhkəmə bildirişi göndərilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə apellyator аpellyаsiyа şikayətinin əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmə araşdırmasında sübutа yetirə, şikayətin dəlillərini qanun nöqteyinəzərindən əsaslandıra bilməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X15 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(010)-1229/2011 saylı qətnaməsi cavabdeh X17 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar