Məhkəmə qərarları › İş №2(103)-5870/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5870/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5870/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetlərinə tutma yönəldilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.03.2020-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bank) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması və azaldılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və bank arasında bağlanmış 10 aprel 2009-cu il tarixli 10L000000675 saylı kredit xətti müqaviləsinə və onun əsasında bağlanmış 20 sentyabr 2013-cü il tarixli 10R000011519 saylı 09 aprel 2014-cü il tarixli 10 R000013607 saylı, 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı və 16 fevral 2015-ci il tarixli 010R********** saylı kredit razılaşmalarına vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 10R000011519 saylı kredit razılaşması üzrə 290723,89 ABŞ dolları əsas, 176427,52 ABŞ dolları faiz, 417918,81 ABŞ dolları cərimə borcu olmaqla cəmi 885 070,22 AbŞ dollarının, 10R000013607 saylı kredit razılaşması üzrə 3611,13 ABŞ dolları əsas, 41789,82 ABŞ dolları faiz, 99 384,28 ABŞ dolları cərimə borcu olmaqla cəmi 144 785,23 ABŞ dollarının, 10R000013766 saylı kredit razılaşması üzrə 1275 ABŞ dolları əsas, 36814,25 ABŞ dolları faiz, 87 556,53 AbŞ dolları cərimə borcu olmaqla cəmi 125 645,78 ABŞ dollarının, 010R********** saylı kredit razılaşması üzrə 2755,16 ABŞ dolları əsas, 8871,98 ABŞ dolları faiz, 21832,58 ABŞ dolları cərimə borcu olmaqla cəmi 33 459,72 ABŞ dollarının, dörd müqavilə üzrə ümumilikdə 1 188 960,95 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının bankın xeyrinə tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan ünvan 1 nömrəli evin 31 nömrəli mənzilinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli evin 54 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və ümumilikdə 1 188 960,95 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, ünvan 1 nömrəli evin 31 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli evin 54 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən kredit xətti və kredit razılaşmalarından irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 20 sentyabr 2013-cü il tarixli 10R000011519 saylı kredit razılaşması üzrə 150723,89 ABŞ dolları əsas, 108775,19 ABŞ dolları faiz, 15000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 274 499,08 ABŞ dollarının, 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması üzrə 3611,13 ABŞ dolları əsas, 18934,27 ABŞ dolları faiz, 350 ABŞ dolları cərimə borcu olmaqla cəmi 22895,40 ABŞ dollarının, 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması üzrə 1275 ABŞ dolları əsas, 16943,79 ABŞ dolları faiz, 150 ABŞ dolları cərimə borcu olmaqla cəmi 18368,79 ABŞ dollarının, 16 fevral 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə 2755,16 ABŞ dolları əsas, 6848,09 ABŞ dolları faiz, 250 ABŞ dolları olmaqla cərimə borcu olmaqla cəmi 9853,25 ABŞ dollarının, ümumilikdə 4 müqavilə üzrə cəmi 325 616,52 ABŞ dolları kredit borcunun ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Səbail Rayonu, Nizami küçəsi 96 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 550 000 manat müəyyən edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 ümumi qaydada tutulması, Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96 nömrəli evin 31 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin mənzildən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsinin, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının Cavabdeh3 tutularaq iddiaçı "AccessBank” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən - iddia tələbinin zaminlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməyən, eləcə də ipoteka qoyan Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinə dair ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və həmin mənzilə tutma yönəldilməsinin təmin edilməməsi, həmçinin faiz və cərimə borcunun azaldılması hissələrində ləğv edilərək iddia tələbinin həmin hissələrdə də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin qanunvericiliyi düzgün tətbiq etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, “Banklar haqqında” Qanunun 1.0.9-cu, “İpoteka haqqında” Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi “Cavabdeh2 ilə Bank arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi” hissəsində ləğv edilmiş, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 3 nömrəli evin 54 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı bankın verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, qətnamənin “cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi və ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinin ilkin satış qiymətinin müəyyən olunmamış saxlanılması” hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, mübahisələndirilən qalan hissələrdə, yəni “cərimə borcunun məbləğinin müəyyən olunması və borcun zaminlərdən tutulmasından imtina edilməsi” hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin “20 sentyabr 2013-cü il tarixli 10R000011519 saylı kredit razılaşması üzrə 108 775,19 ABŞ dolları faiz, 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması üzrə 18 934,27 ABŞ dolları faiz, 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması üzrə 16943,79 ABŞ dolları faiz, 16 fevral 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə 6848,09 ABŞ dolları faiz borcunun ödəniş anında Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məsələsi təşkil edir. Çünkü qətnamənin digər hissələri artıq kassasiya qaydasında yoxlanılmış, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinə isə əvvəlki apellyasiya baxışı zamanı tutma yönəldilmişdir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı bankın xeyrinə 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı və 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşmaları üzrə tutulan faiz borclarının məbləğlərinə, habelə ümumilikdə 4 müqavilə üzrə tutulan kredit borcunun məbləğinə aid hissələrdə dəyişdirilməli, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Belə ki, işin müəyyən olunan halına görə, 10 aprel 2009-cu il tarixli, 10L000000675 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə 1 500 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 20 sentyabr 2013-cü il tarixli 10R000011519 saylı kredit razılaşması ilə ona 42 ay müddətinə, aylıq faiz dərəcəsi 1,3333% olmaqla 700 000 ABŞ dolları kredit verilmiş, 24 iyul 2015-ci il tarixli Sazişlə kredit razılaşmasına dəyişiklik edilmiş, faiz dərəcəsi aylıq 1,25 %-ə endirilmiş, kreditin tam qaytarılma müddəti 01 fevral 2019-cu ilədək uzadılmışdır. İşin müəyyən olunan digər halına görə, kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması ilə bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, aylıq 1,3333% olmaqla 144 000 ABŞ dolları kredit verilmiş, 24 iyul 2015-ci il tarixli Sazişlə kredit razılaşmasına dəyişiklik edilmiş, faiz dərəcəsi aylıq 1,25 %-ə endirilmiş, kreditin tam qaytarılması müddəti 16 yanvar 2019-cu il tarixədək uzadılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 10 aprel 2009-cu il tarixli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması ilə bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, aylıq 1,3333% olmaqla 130 000 ABŞ dolları kredit verilmiş, 24 iyul 2015-ci il tarixli Sazişlə kredit razılaşmasına dəyişiklik edilmiş, faiz dərəcəsi aylıq 1,25 %-ə endirilmiş, kreditin tam qaytarılması müddəti 16 yanvar 2019-cu il tarixədək uzadılmışdır. İşin müəyyən olunan digər halına görə, kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 16 fevral 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması ilə bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, aylıq 1,25% olmaqla 30 000 ABŞ dolları kredit verilmiş, 24 iyul 2015-ci il tarixli Sazişlə kredit razılaşmasına dəyişiklik edilmiş, faiz dərəcəsi aylıq 1,208%-ə endirilmiş, kreditin tam qaytarılması müddəti 16 yanvar 2019-cu il tarixədək uzadılmışdır. İş materiallarından aydın olur ki, kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh3 17 aprel 2009-cu il tarixli 10M000000387 saylı ipoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilini, habelə Cavabdeh2 29 oktyabr 2009-cu il tarixli 10M000000478 saylı ipoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 54 nömrəli mənzilini bankın qarşısında ipoteka ilə yüklü etmişlər. Birinci instansiya məhkəməsinin təyin etdiyi məhkəmə-mühasibatlıq ekspertizasının 26 dekabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, X4 20 sentyabr 2013-cü il tarixli 10R000011519 nömrəli kredit müqaviləsi üzrə 20 sentyabr 2017-ci il tarixə əsas borcu 432 750,81 ABŞ dolları, faiz borcu 108 775,19 ABŞ dolları; 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit müqaviləsi üzrə 09 aprel 2017-ci il tarixə əsas borcu 103 043,63 ABŞ dolları, faiz borcu 18 934,27 ABŞ dolları; 16 aprel 2014-cü il tarixli 10R000013766 nömrəli kredit müqaviləsi üzrə 16 aprel 2017-ci il tarixə əsas borcu 90 770,31 ABŞ dolları, faiz borcu 16 943,79 ABŞ dolları, 16 fevral 2015-ci il tarixli 010R********** nömrəli kredit müqaviləsi üzrə 16 fevral 2018-ci il tarixə əsas borcu 22 730,17 ABŞ dolları, faiz borcu 6848,09 ABŞ dolları təşkil edir və kredit müqavilələri üzrə 20 sentyabr 2018-ci il tarixdən 31 yanvar 2019-cu il tarixədək 121 179,57 ABŞ dolları məbləğində kredit ödənilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 09 iyul 2018-ci il tarixli qiymətləndirmə rəylərinə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Nizami küçəsi 96 nömrəli evin 31 nömrəli mənzilin likvid qiyməti 550 000 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 54 nömrəli mənzilin likvid qiyməti 125 000 manat məbləğində müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində müəyyən olunan faiz borcunu mübahisələndirsə də, apellyasiya məhkəməsi bununla bağlı dəlillərə ümumiyyətlə hüquqi qiymət verməmişdir. ...İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 26 dekabr 2019-cu il tarixli rəylə X4 bank qarşısından 20 sentyabr 2013-cü il tarixli müqaviləsi üzrə 20 sentyabr 2017-ci il tarixə; 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 09 aprel 2017-ci il tarixə; 16 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16 aprel 2017-ci il tarixə və 16 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 16 fevral 2018-ci il tarixə, ilkin razılaşmaların müddətinin sonuna olan faiz borcları müəyyən olunmuş, məhkəmə də həmin rəyi əsas götürərək, qətnamə qəbul etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış hər dörd razılaşma üzrə əlavə Sazişlər tərtib olunmuş və birinci razılaşma üzrə kreditin tam qaytarılması müddəti 01 fevral 2019cu ilədək, digər üç razılaşma üzrə isə 16 yanvar 2019-cu ilədək uzadılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ekspert qarşısında sualları qoyarkən bu halı nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə göstərilən məsələ ilə bağlı əlavə araşdırma aparılmamışdır”. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlar nəzərə alınmaqla əlavə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertin 20.08.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, X4 20 sentyabr 2013-cü il tarixli 10R000011519 nömrəli kredit müqaviləsi üzrə 01 fevral 2019-cu il tarixinə 94 241,87 ABŞ dolları; 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit müqaviləsi üzrə 16 yanvar 2019-cu il tarixinə 46 283,77 ABŞ dolları; 16 aprel 2014-cü il tarixli 10R000013766 nömrəli kredit müqaviləsi üzrə 16 yanvar 2019-cu il tarixinə 40 812,59 ABŞ dolları; 16 fevral 2015ci il tarixli 010R********** nömrəli kredit müqaviləsi üzrə 16 yanvar 2019-cu il tarixinə 506,87 ABŞ dolları faiz borcu yaranmış, qeyd olunan tarixlərdən sonra kredit ödənişi həyata keçirilməmişdir. Ekspert rəyi ilə müəyyənləşdirilən faiz borcu məbləğlərini bankın iddia tələblərinin həcmi və cavabdeh Mirtalıb Əmişovun qətnamədən şikayət verməməsi kontekstində araşdırmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması üzrə 18 934,27 ABŞ dolları faiz borcu olmaqla cəmi 22 895,40 ABŞ dollarının, 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması üzrə 16 943,79 ABŞ dolları faiz borcu olmaqla cəmi 18 368,79 ABŞ dollarının, ümumilikdə 4 müqavilə üzrə cəmi 325 616,52 ABŞ dolları kredit borcunun tutulması hissələrində dəyişdirilməli, X3 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması üzrə 41 789,82 ABŞ dolları faiz borcu, ümumilikdə isə 45 750,95 ABŞ dolları, 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması üzrə 36 814,25 ABŞ dolları faiz borcu, ümumilikdə isə 38 239,25 ABŞ dolları, ümumilikdə 4 müqavilə üzrə cəmi 368 342,53 ABŞ dolları kredit borcu tutulmalı, qətnamə “20 sentyabr 2013-cü il tarixli 10R000011519 saylı kredit razılaşması üzrə 108775,19 ABŞ dolları faiz borcunun və 16 fevral 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə 6848,09 ABŞ dolları faiz borcunun tutulması” hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Kollegiya həmçinin hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 3 nömrəli binanın 54-cü mənzilinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirici ünvan 2 ünvanında yerləşən 54 nömrəli mənzilin likvid qiymətini 125 000 manat məbləğində müəyyənləşdirmiş, hazırkı apellyasiya baxışı zamanı əldə edilmiş qiymətləndirmə rəyi ilə isə müvafiq qiymətin 121 000 manat təşkil etdiyi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. İddiaçı bankın birinci instansiya məhkəməsinin əldə etdiyi qiymətləndirmə rəyi ilə razılaşdığını (digər əmlaka münasibətdə) nəzərə almaqla kollegiya hesab edir ki, məhz həmin rəylə müəyyənləşdirilən qiymət əsas götürülməli, ünvan 2 ünvanında yerləşən 54 nömrəli mənzilin ilkin satış qiyməti 125 000 manat müəyyənləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza xərcləri X3 alınıb müvafiq hesablara köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı bankın ödədiyi dövlət rüsumunun məbləği də ondan alınıb banka verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2020 saylı iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “X3 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması üzrə 18 934,27 ABŞ dolları faiz borcu olmaqla cəmi 22 895,40 ABŞ dollarının, 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması üzrə 16 943,79 ABŞ dolları faiz borcu olmaqla cəmi 18 368,79 ABŞ dollarının, ümumilikdə 4 müqavilə üzrə cəmi 325 616,52 ABŞ dolları kredit borcunun tutulması hissələrində dəyişdirilsin. X3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09 aprel 2014-cü il tarixli 10R000013607 saylı kredit razılaşması üzrə 41 789,82 ABŞ dollar faiz borcu, ümumilikdə isə 45 750,95 ABŞ dolları, 16 aprel 2014-cü il tarixli 10R000013766 saylı kredit razılaşması üzrə 36 814,25 ABŞ dolları faiz borcu, ümumilikdə isə 38 239,25 ABŞ dolları, ümumilikdə 4 müqavilə üzrə cəmi 368 342,53 (üç yüz altmış səkkiz min üç yüz qırx iki dollar 53 sent) ABŞ dolları kredit borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutulsun. Qətnamə “20 sentyabr 2013-cü il tarixli 10R000011519 saylı kredit razılaşması üzrə 108 775,19 ABŞ dolları faiz, 16 fevral 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə 6848,09 ABŞ dolları faiz borcunun tutulması” hissələrində dəyişdirilmədən saxlanılsın. ünvan 2 ünvanında yerləşən 54 nömrəli mənzilin ilkin satış qiyməti 125 000 (yüz iyirmi beş min) manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) X3 alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin, mühasibatşünaslıq ekspertizasının xərci olan 200 (iki yüz) manatın 150 (yüz əlli) manatı Mirtalıb Əmişovdan, 50 (əlli) manatı İddiaçı QSC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh3 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********,hesab №: AZ53CDBB********************, “X5” ASC) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar