Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5871/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və X9 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh Sahib oğluna, X6, X3, X10, X4, X5, X11 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sahib oğlunun 11.11.2016-cı il tarixə 115734-1-815/4 saylı 24 oktyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə banka borclu olduğu 21 581 828,53 rus rublu məbləğində əsas borcunun, 2.346.424,36 rus rublu məbləğindəfaiz borcunun və 752.550,00 rus rublu məbləğində cərimə borcunun, yəni cəmi 24.680.802,89 rus rublunun; 115734-1-8151/5 saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə banka borclu olduğu 12 819 580,00 Rus Rublu məbləğində əsas borcunun, 960 757,67 rus rublu məbləğində faiz borcunun və 1.623.258,00 rus rublu məbləğində cərimə borcunun, yəni cəmi 15 403 595,67 Rus Rublunun; 115734-1-8151/6 saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə banka borclu olduğu 4.415.502,00 rus rublu məbləğində əsas borcunun, 484.724,00 rus rublu məbləğində faiz borcunun və 250 356,00 rus rublu məbləğində cərimə borcunun, yəni cəmi 5.150.582,00 rus rublunun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manatın və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manatın Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada alınaraq banka ödənilməsi; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh Sahib oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432.8 kv.m. yaşayış, - kv.m qeyri-yaşayış, 487,3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinə (ipoteka predmeti 276.000 manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka ödənilməsi; İpoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması; 115734-1-8151 saylı 12 avqust 2013- cü il tarixli “Baş Kredit Razılaşması”nın, 115734-1-8151/4 saylı 24 oktyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin, 115734-1-8151/5 saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin və 115734-1-8151/6 saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti Müqaviləsi”nin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, 115734-1-8151/4 saylı, 24 oktyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə banka borclu olduğu 21.581.828,53 rus rublu məbləğində əsas borcun, 2.346.424,36 rus rublu məbləğində faiz borcunun və 10.000 rus rublu məbləğində cərimə məbləğinin; 115734-1-8151/5 saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə banka borclu olduğu 12 819 580,00 rus rublu məbləğində əsas borcun, 960.757,67 rus rublu məbləğində faizi borcunun və 20.000 rus rublu məbləğində cərimə məbləğinin; 115734-1-8151/6 saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə banka borclu olduğu 4.415.502,00 rus rublu məbləğində əsas borcun, 484.724,00 rus rublu məbləğində faiz borcunun və 5000 rus rublu məbləğində cərimə məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432,8 kv.m. yaşayış, kv.m. qeyri-yaşayış, 487.3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinə (ipoteka predmeti 276.000 manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına iddiaçının tələblərinin ödənilməsi, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan pul məbləği ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh Sahib oğluna və X6 qaytarılması, ipoteka predmeti olan göstərilən əmlakın məcburi qaydada boşaldılması, 115734-1-8151 saylı 12 avqust 2013-cü il tarixli “Baş Kredit Razılaşması”nın, 115734-1-8151/4 saylı 24 oktyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin, 115734-1-8151/5 saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi”nin və 115734-1-8151/6 saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi”nin ləğv olunması, ekspertiza tədqiqatının dəyəri olan 165 manatın Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN ********** ABB mərkəzi filialı VÖEN ********** Kod: 805250 m/h **********944 H/h JOR 328518 AZN 3201- 01 S.W.İ.F.T. Bik: İBAZAZ 2X) köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh Sahib oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-141/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2018 saylı iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin “ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X6 qaytarılması” hissəsində ləğv olunması, qətnamənin “115734-1-8151/5 saylı, 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə 12.819.580,00 rus rublu məbləğində əsas borcun; 115734-1-8151/6 saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə 4.415.502,00 rus rublu məbləğində əsas borcun Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, habelə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432,8 kv.m. yaşayış, kv.m. qeyri-yaşayış, 487.3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin 276.000 manat məbləğində qiymətləndirilməsi” hissələrində dəyişdirilməsi, 115734- 1-8151/5 saylı 27 noyabr 2014-cü il tarixli “Kommersiya Krediti Müqaviləsi” üzrə Cavabdeh Sahib oğlundan və X2 müştərək qaydada tutulmalı olan əsas borc məbləğinin 12.623.792,59 (on iki milyon altı yüz iyirmi üç min yeddi yüz doxsan iki rubl 59 qəpik) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), 115734-1-8151/6 saylı 01 sentyabr 2015-ci il tarixli “Bərpa olunan krediti xətti müqaviləsi” üzrə tutulmalı olan əsas borc məbləğinin 4.373.981,97 (dörd milyon üç yüz yetmiş üç min doqquz yüz səksən bir rubl 97 qəpik) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) müəyyənləşdirilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432,8 kv.m. yaşayış, kv.m. qeyri-yaşayış, 487.3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 800.000 (səkkiz yüz min) manat müəyyənləşdirilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Sahib oğlu qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmə 2(102)-1504/2021 saylı, 06.04.2021-ci il tarixli qərarı ilə iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsmiş, Cavabdeh Sahib oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-141/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. İpoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyinə müvafiq dəyişdirilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Cavabdeh Sahib oğlu ilə bank arasında 12.08.2013-cü il tarixdə 115734-1-8151 saylı “Baş Kredit Razılaşması” bağlanaraq adı çəkilən şəxsə 12.08.2013-cü il tarixindən 12.08.2023-cü il tarixinədək 2 000 000 Rus Rublu məbləğində kredit xətti açılmış, 30 noyabr 2015-ci il tarixində həmin razılaşmaya dəyişiklik edilməsi barədə 001 saylı Əlavə Razılaşma bağlanaraq müqavilənin 2.1-ci bəndinə dəyişiklik edilmiş və kredit xətti 2 000 000 Rus Rublu və ya AZN/RUB/AVRO ekvivalentində olan məbləğdə müəyyən olunmuş, 24 oktyabr 2014-cü il tarixdə 115734-1- 8151/4 saylı “Kommersiya Krediti Müqaviləsi” bağlanaraq Cavabdeh yenidən kreditləşmə üçün 48 ay müddətinə, illik 16,50% hesabı ilə 350 000 Rus Rublu məbləğində kredit veilməsi barədə razılığa gəlinmiş, 30 noyabr 2015ci il tarixində 24.10.2014-cü il tarixli 115734-1-8151/4 saylı “Kommersiya krediti müqaviləsi”nə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq Cavabdeh 30 noyabr 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 22 096 960 rus rublu məbləğində müəyyənləşdirilmiş, Cavabdeh bu məbləği 35 ay müddətinə, illik 19 faz hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehla bank arasında 27 noyabr 2014-cü il tarixdə 115734-1-8151/5 saylı “Kommersiya Krediti Müqaviləsi” bağlanaraq ona cari fəaliyyətinin müəyyənləşdirilməsi üçün 48 ay müddətinə illik 16.50% hesabı ilə 200 000 Rus Rublu məbləğində kredit verilməsi barədə razılığa gəlinmiş, 30 noyabr 2015-ci il tarixində həmin müqaviləyə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq Cavabdeh 30 noyabr 2015-ci il tarixinə mövcud olan borcu həmin günün məzənnəsi ilə konvertasiya edilərək 12 819 580 rus rublu məbləğində müəyyənləşdirilmiş və o, bu məbləği 36 ay müddətinə, illik 19 faiz hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehla bank arasında 01 sentyabr 2015-ci il tarixdə 115734-1-8151/6 saylı “Bərpa olunan krediti xətti müqaviləsi” bağlanaraq bank tərəfindən ona cari fəaliyyətinin maliyyələşdirilməsi üçün 65 000 Rus Rublu məbləğində kredit xəttinin açılması, kredit xəttinin 48 ay müddətinə verilməsi və ondan istifadəyə görə illik 16.50% ödənilməsi barədə razılığa gəlinmiş, 30 noyabr 2015-ci il tarixində həmin krediti xətti müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq 30 noyabr 2015-ci il tarixinə mövcud olan borc günün məzənnəsi ilə konvertasiya edilərək 4 415 502 rus rublu məbləğində müəyyənləşdirilmiş, Cavabdeh kredit xəttindən 46 ay müddətinə istifadə etməyi və istifadəyə görə illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 432,8 kv.m yaşayış, kv.m qeyri-yaşayış, 487.3 kv.m köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu barədə 12 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, 30 noyabr 2015-ci il tarixində ipoteka müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma bağlanaraq müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə dəyişiklik olunmuş, həmçinin X1 Talıbovun öhdliklərinə zamin duraraq onunla bank arasında 11 oktyabr 2013-cü il tarixli zaminlik müqaviləsi, habelə 30 noyabr 2015-ci il tarixdə zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Əlavə Razılaşma bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qərardadı ilə ipoteka predmetlərinin likvid qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 11.08.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh Sahib oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432.8 kv.m. yaşayış, - kv.m qeyriyaşayış, 487,3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin 11 avqust 2021-ci il tarixə olan bazar dəyəri 580.000 manat və likvid dəyəri isə 515.000 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işə təkrar apellyasiya qaydasında baxılır. Ali Məhkəmənin 2(102)-1504/2021 saylı, 06.04.2021-ci il tarixli qərarı ilə iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsmiş, Cavabdeh Sahib oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-141/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyaiya şikayətinə əsasən, “ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin (likvid) müəyyən olunmasına dair hissədə” yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1504/2021 saylı, 06.04.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan qiymətləndiricinin rəyinə istinad etməklə ipoteka predmetinin bazar dəyərinin 800.000 manat olmasına istinad etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bununla əlaqədar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qanunun göstərilən normasından göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında müəyyən olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərardadı ilə ipoteka predmetlərinin likvid qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 11.08.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh Sahib oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432.8 kv.m. yaşayış, - kv.m qeyriyaşayış, 487,3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin 11 avqust 2021-ci il tarixə olan bazar dəyəri 580.000 manat və likvid dəyəri isə 515.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilməli, onun likvid dəyəri 515.000 manat müyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilərək, ipoteka predmetinin- Cavabdeh Sahib oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432.8 kv.m. yaşayış, - kv.m qeyri-yaşayış, 487,3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin ekspert rəyinə əsasən likvid dəyəri 515.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Sahib oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, ipoteka predmetinin satış qiymətinə adi hissədə dəyişdirilsin. Cavabdeh Sahib oğluna məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində istifadədə olan 0.05771 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 14 otaqlı, 432.8 kv.m. yaşayış, - kv.m qeyri-yaşayış, 487,3 kv.m. köməkçi sahədən ibarət olan 400 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 515.000 (beş yüz on beş min) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına Cavabdeh Sahib oğlundan alınaraq ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5871/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5871/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver