Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5875/2023 29.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Türkiyə Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh Türkiyə Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Türkiyə Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Türkiyə Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh Türkiyə Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-cu il tarixli 2(004)- 123/2018 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair iddia qaldırılmış və iddianı təmin etmə tədbiri kimi "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manatın üzərinə həbs qoyulması və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, "xxxx" Şirkəti və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin "xxxx" Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manatın üzərinə həbs qoyulmuş və həmin pul vəsaitləri ilə hər hansı bir hərəkətlərin edilməsi cavabdehlərə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan "xxxx" Şirkəti tərəfindən verilmiş şikayət Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı ilə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı ilə müəyyən olunmuş iddianı təmin etmə tədbiri digəri ilə əvəz edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçınayi və Ticarət Anonim Şirkəti və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin İddiaçınayi və Ticarət Anonim Şirkətinə xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-1957/2014 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-2357/2015 saylı qətnaməsi ilə iddiaçının Cavabdeh “pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbirinin qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılması qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-196/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-2357/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(102)- 2325/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-196/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16152 saylı ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 600.000 manat 765.013,39 ABŞ dolları, xx.xx.2016-cı il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi ilə 381.073,35 ABŞ dolları təşkil edir, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi olan dövr üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcələri ilə (üstəgəl 2 faiz bəndi olmaqla) 600.000 manatın üzərinə hesablanmış faizlərlə 647.758,33 manat, xx.xx.2016 - xx.xx.2016-cı il tarixə kimi olan dövr üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcələri (üstəgəl 2 faiz bəndi olmaqla) ilə 600.000 manatın üzərinə hesablanmış fazilərlə 672.275 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddianı təmin etmə tədbiri nəticəsində vurulmuş zərərə görə 165.013 ABŞ dollarının tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh əsassız iddia qaldırması və bununla əlaqədar iddianı təmin etmə tədbiri kimi şirkətə ödənilməli olan 600.000 manat pul vəsaitinin üzərinə həbs qoyulması nəticəsində şirkət külli miqdarda pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur. Pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunan tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının AZN/ABŞ dolları məzənnəsi 1 USD =0.7843 AZN olmuşdur. Ali Məhkəmənin MK-nın xx.xx.2016-cı il tarixli qərarının qəbul edildiyi gün isə Mərkəzi Bankın AZN/ABŞ dolları məzənnəsi 1 USD = 1.515 manat olmuşdur. Beləliklə, şirkətin pul vəsaitlərinin üzərinə əsassız iddia qaldırılması nəticəsində həbs qoyulmasaydı, o, öz pul vəsaitlərini ABŞ dollarına mübadilə etməklə 765.013 ABŞ dolları əldə etmiş olardı. Belə ki, "xxxx" Şirkəti Türkiyə Respublikasının hüquqi şəxsidir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur və Azərbaycan Respublikasında aldığı pulları ABŞ dollarına mübadilə edir. Göründüyü kimi, şirkətə dəymiş birbaşa zərər 165.013 ABŞ dolları təşkil edir.
10. İddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 300.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-16302/2016 saylı qərardadı ilə iddianı təmin etmə tədbirinə dair ərizə təmin edilmiş, ünvan 1i ünvanında yerləşən 50.0 ha torpaq sahəsinin, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha torpaq sahəsinin, “VAZ 21070” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “VAZ 21074” markalı, 10-KS117 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin və ya digər formada yüklü edilməsinin qadağan olunması qərara alınmışdır. İddiaçının verdiyi ərizə əsasında qəbul edilən qərardad nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Belə ki, ünvan 1i ünvanında yerləşən 50.0 ha torpaq sahəsi, Abşeron rayonu, Pirəkeşkül qəsəbəsi, Qara Dərə ərazisində 70.00 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu halda həmin əmlakları alqı-satqı yolu ilə digər şəxsin sərəncamına verə bilmir. Hazırda respublikada daşınmaz əmlakların qiymətinin günü-gündən aşağı düşməsi nəzərə alınarsa, işə baxılıb yekun qərar qəbul edilənədək sözügedən əmlakların qiymətinin hansı həddə kimi düşəcəyi və ona hansı məbləğdə ziyan dəyəcəyi sual altına düşür. İddianın və iddianın təmin tədbirinə dair ərizənin əsassız olması açıq-aşkardır. Qeyd edilən faktlar hazırkı halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsində müəyyən edilmiş halların olmasına dəlalət edir. Türkiyə Respublikasının "xxxx" X14 Turizm Sənayi və Ticarət Anonim Şirkəti tərəfındən əsassız iddia qaidırılması nəticəsində 300.000 manatdan çox zərərə məruz qalmışdır. Belə ki, əsassız iddianın qaldırılması onun qanuni yolla mülkiyyətinə aldığı əmlakdan sərbəst şəkildə istifadə edilməsinə, sərəncam verməsinə və digər formada bəhrələnməsinə maneçilik yaratmışdır.
12. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16152 saylı ekspert rəyi ilə xx.xx.2014-cü il tarixə 600.000 manatın 765.013.39 ABŞ dollarına bərabər olduğu müəyyən edilmişdir. Cavabdehin əsassız iddiası və iddianı təmin etmə tədbirinə dair ərizəsi nəticəsində pul vəsaitləri üzərinə həbs qoyulmasaydı, şirkət almalı olduğu 600.000 manatı 765.013,39 ABŞ dollarına konvertasiya edərək, Türkiyədəki hesabına köçürəcəkdi. xx.xx.2016-cı il tarixdə 600.000 manat pul vəsaiti icra şöbəsinin depozitinə köçürülmüşdür. Göründüyü kimi, pul vəsaitlərinin üzərinə həbs qoyulması nəticəsində həmin pul vəsaitlərinin vaxtında konvertasiya edilərək, köçürülməsi imkanından məhrum edildiyindən "xxxx" Şirkətinə dəymiş ziyan 381.073,35 ABŞ dolları olmuşdur. Bundan əlavə, pul vəsaitlərinin üzərinə həbs qoyulduğu tarixdən - xx.xx.2014-cü il tarixdən pul vəsaitlərinin icra şöbəsinin depozitinə ödənildiyi tarixə - xx.xx.2016-cı il tarixədək 22 ay keçmişdir ki, bu müddət üçün də Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə cərimə ödənilməlidir. Ekspert rəyindən də göründüyü kimi, xx.xx.2014 - xx.xx.2016-cı il tarixləri üzrə Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış faiz məbləği 72.275 manat (672.275 – 600.000) və ya 92.152 ABŞ dolları (72.275 manat / 0.7843 = 92.152) təşkil edir. Beləliklə, cavabdehin şirkətə vurduğu zərərin ümumi məbləği 476.092 ABŞ dolları təşkil edir. Yuxarıda qeyd olunanlara və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilərək, Cavabdeh iddianı təmin etmə tədbirinin tətbiq edilməsi nəticəsində vurulmuş zərər məbləğini təşkil edən 476.092 ABŞ dollarının tutularaq, İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 123/2018 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh 381.073,35 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin tutularaq ilk iddia üzrə İddiaçınə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərininin 116 manatının ilk iddia üzrə Cavabdeh, 29 manatının ilk iddia üzrə İddiaçındən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. (hakim X2)
14. Məhkəmə, ilk iddia üzrə Mülki Məcəllənin 21.1-ci və Mülki Prosessual Məcəlləsinin 164-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla iddiaçı Cavabdehlər "xxxx" MMC-yə, "xxxx" X14 Turizm Sənayi və Ticarət Anonim Şirkətinə və başqalarına qarşı iddia tələbinə dair iş üzrə həmin şirkətə ödənilən 600.000 manat pul vəsaitinin iddianı təmin etmə tədbiri altında saxlanılması və nəticədə iddianın rədd edilməsi nəticəsində ilk iddiaçının mülkiyyətində olan pul vəsaitindən istifadə etmək, onun üzərində sərəncam vermək hüquqlarından məhrum olması və ona zərər vurulması təsbit edilmişdir. Bu səbəbdən ilk iddiaçı ona dəymiş ziyanın əvəzini tələb etməkdə haqlıdır. İş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16152 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixə 600.000 manat 765.013.39 ABŞ dolları təşkil edir. İş materiallarından da görünür ki, iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsidir, Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur. Bu səbəbdən məhkəmə, həmin pul vəsaitlərinin xarici valyutaya konvertasiya edilərək, köçürülməsi barədə iddiaçının dəlillərini əsaslı hesab etmişdir. Digər tərəfdən, ABŞ dollarının geniş yayılmış valyuta olması, şirkətlərin digər ölkələrlə biznes münasibətlərində ən geniş istifadə olunan valyuta növü olması da iddiaçının dəlillərinin əsaslı olmasına dəlalət edən hal kimi qiymətiləndirilir.
15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci, 14.2.6-cı, 21ci, 135.1-ci, 152.1-ci, 152.5-ci, 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci, 9-cu, 14.2-ci, 119.1, 164-cü, 220-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarlarına, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın təmin olunmamış hissəsində ləğv edilərək, ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və işin faktiki hallarına istina edərək əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ilk iddia tələbinin təmin edilməmiş hissəsinə münasibətdə maddi hüquq normalarını işin hallarına uyğun tətbiq etməmişdir. Üzərinə həbs qoyulmuş pul vəsaitləri cavabdehə verilməsə və onun tərəfindən istifadə edilməsə də, nəticə etibarı ilə şirkət həmin pul vəsaitlərindən istifadə etməkdən məhrum olmuşdur.
18. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddianın təmin edildiyi hissədə ləğv edilməsi, ilk iddianın tam həcmdə rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və işin faktiki hallarına istina edərək əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən çıxan məntiqi nəticə ilə qətnamənin nəticəvi hissəsinin uyğun gəlməməsi səbəbindən qətnamə ləğv edilməlidir. Qanunun tələblərinə cavab verməyən qətnamənin qanuni qüvvəyə minməsi yolverilməzdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-785/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-123/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddianın qismən təmin olunmuş hissəsində və ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır (hakimlər-R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.İmanov).
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-785/19 nömrəli qətnaməsinin qismən – ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-785/19 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4585/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-785/19 nömrəli qətnaməsi Cavabdeh şirkətin xeyrinə 381.073,35 ABŞ dollarının tutulmasına dair hissədə ləğv edilməklə, həmin hissəyə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Ə.Şadiyev).
25. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, şirkət pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış, eləcə də, şirkətə real zərər dəyməsi işdən görünmür. Kollegiya hesab etmişdir ki, hazırkı vəziyyətdə maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Bu şərtlə ki, iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsun. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şirkətin 600.000 manatı ABŞ dollarına konvertasiya edəcəyi barədə istinad etdiyi əsas mülahizə xarakteri daşımaqla müvafiq sübutlarla təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi qanuni əsas kimi MPM-nin 164-cü maddəsinə istinad etsə də, gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Bundan başqa, Cavabdeh şirkətin xeyrinə tutulması qət edilmiş pul vəsaiti “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndinin ziddinə olaraq xarici valyuta ilə göstərilmişdir. Kollegiya hesab etmişdir ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11918/19 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 123/2018 saylı qətnaməsi qismən - ilk iddia üzrə Cavabdeh 381.073,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ilk iddia üzrə İddiaçınə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir (hakimlər- V.Sadıqov (sədrlik edən və məruzəçi), K.Əkbərov və A.İmanov).
27. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci və Mülki Prosessual Məcəlləsinin 164-cü maddələrinə istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, şirkət pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əmlakından məhrum olmamış, eləcə də işin hallarından şirkətə real zərər dəyməsi müəyyən edilmir. Hazırkı vəziyyətdə iddiaçı adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. 600.000 manat pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir.
d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11918/19 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın apellyasiya baxışının predmeti olan hissədə tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1230/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 11918/19 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İsgəndərov).
30. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyi ilə bağlı qeyd etmişdir ki, Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialının xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, “Filialımızda olan 20457 nömrəli USD (dollar) hesabınıza Azərbaycandan Səba ASC firması tərəfindən aşağıda təfərrüatları yazılan 5 ədəd əməliyyat üzrə cəmi 790.494,11 USD-lik məbləğ hesabınıza müvafiq tarixlərdə oturmuşdur: xx/xx/2014 tarixində - 127.492,23 USD; xx/xx/2014 tarixində - 280.494.90 USD; xx/xx/2014 tarixində - 127.394,77 USD; xx/xx/2014 tarixində 127.492,23 USD; xx/xx/2014 tarixində - 127.495,98 USD”. Arayışdan göründüyü kimi, pul vəsaitlərinin üzərinə həbs qoyulana qədər iddiaçıya ödənilməli olan məbləğlər ABŞ dollarına konvertasiya edilməklə onun Türkiyə Respublikasındakı “Akbank” T.A.Ş-nin Elmadağı Filialındakı hesabına köçürülmüşdür. Məbləğlərin ABŞ dollarına konvertasiya edilməklə köçürülməsi bir neçə dəfə mütəmadi olaraq həyata keçirilmiş, iddianı təmin etmə tədbirindən sonra dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların dəyərləndirilməsi ilə bağlı əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərini pozaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini yerinə yetirməmişdir. Çünki həmin qərarda qeyd edilmişdir ki, hazırkı mübahisə Mülki Məcəllənin 21-ci və Azərbaycan Respublikası MPM-nin 164-cü maddəsinin tələbləri baxımından həll olunmalıdır. Əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi qanuni əsas kimi MPM-nin 164-cü maddəsinə istinad etsə də, gəldiyi nəticəni həmin normanın tələbləri baxımından əsaslandırmamışdır. Barəsində iddia təmin tədbiri görülmüş 600.000 manat məbləğində pulun İddiaçınayi və Ticarət Anonim Şirkətinə də məxsus olması işin mübahisəsiz hallarındandır və hazırki mübahisə üzrə prosessual norma olsa da, Mülki Prosessual Məcəllənin 164-cü maddəsi faktiki olaraq maddi hüquq norması kimi çıxış edir. Həmin normaya əsasən isə məhz iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfındən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır.
e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5080/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni “381.073,35 ABŞ dollarının cavabdehdən iddiaçı Şirkətin xeyrinə tutulması” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddiası təmin edilməmişdir (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov).
32. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı vəziyyətdə iddiaçı Şirkət adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etmiş olsa idi, maddənin dispozisiyası şərtlərindən biri olan “əldən çıxmış fayda” iddianın təmin edilməsi üçün əsas ola bilərdi. Eyni zamanda, sözügedən pul məbləğinin ABŞ dollarına konvertasiya ediləcəyi ilə bağlı iddiaçı qeyd etdiklərini müvafiq sübutlarla təsdiq edə bilməmişdir. İddiaçı Şirkətin təqdim etdiyi Türkiyə Respublikasının “Akbank” T.A.Ş-nin Elmadağı Filialında olan USD hesablarına 2014-cü ildə "xxxx" ASC-dən daxil olmuş müxtəlif məbləğlərdə ABŞ dollarında ifadə olunmuş ödənişlərlə bağlı məhkəmə qeyd etmişdir ki, bu heç də iddiaçının zərərə düşməsi anlamına gəlməməlidir. Belə ki, həmin ödənişlər USD ilə aparılmışdır və 600.000 manatı da "xxxx" ASC USD ilə həyata keçirə bilərdi. Məhkəmə həmçinin qeyd etmişdir ki, şirkətin hesabına Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qoyulan zaman Azərbaycan manatının dəyəri ABŞ dollarına nisbətdə daha çox olmuşdur. Həmin dövrdə pul vəsaitlərinin Azərbaycan manatı ilə toplanması daha sərfəli idi və ABŞ dollarının dəyərinin Azərbaycan manatın nisbətdə qalxması gözlənilməz olmuşdur. Göründüyü kimi, apellyasiya araşdırması nəticəsində məhkəmə tərəfindən cavabdehin iddiaçı Şirkətə ziyanın vurulması iş materialları ilə təsdiq olunmur.
ə) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
33. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5080/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin apellyasiya baxışının predmeti olan hissədə tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1500/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5080/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova).
35. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı sübutemtə ilə bağlı üzərinə düşən vəzifəni icra edərək, pul vəsaitinin üzərinə cavabdehin tələbi ilə həbs qoyulması, həbsin qoyulmasının əsası kimi çıxış edən cavabdehin iddiasının rədd edilməsi, pul vəsaitinin iki ildən artıq icra qurumunun depozit hesabında saxlanması, həmin müddət ərzində ölkədə devalvasiya baş verməsi, milli valyutanın ABŞ dollarına nisbətdə iki dəfə dəyərini itirməsi hallarını sübuta yetirmişdir. Eyni zamanda, iddiaçı həmin vəsaitin nizamnamə kapitalındakı payının satışı ilə bağlı ona verilməli olduğunu, vəsaiti Türkiyədə yerləşən ABŞ dolları hesabına mütəmadi olaraq köçürülməli olduğunu bildirmiş və müvafiq sübutlar təqdim etmişdir. İşin müəyyən edilmiş həmin halları nəzərə alınmaqla iddiaçıya ümumiyyətlə zərər dəyməməsi əsası ilə iddianın rədd edilməsi istisnadır. Çünki iddiaçı digər əsaslardan çıxış etməsə belə ən azından iddiaçıya məxsus olan 600.000 manat pul vəsaiti cavabdehin hərəkətləri nəticəsində icra qurumunun depozit hesabında hərəkətsiz saxlanmaqla ona zərər dəymişdir. Şirkətə ümumiyyətlə zərər dəyməməsi və ya daha az miqdarda zərər dəyməsi halını sübutemtə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəf sübut etməlidir ki, pul vəsaitinin üzərinə həbs qoyulmasaydı iddiaçı şirkət onu elə Azərbaycanda manat hesabında saxlayacaqdı, istifadə etməyəcəkdi, ümumiyyətlə gəlir götürməyəcəydi, şirkət pulla davrana bilmədiyi üçün pulu israf edəcəydi, məhv edəcəydi, bağışlayacaqdı və s.
f) Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5666/2021 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-123/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni ilk iddianın qismən təmin olunmuş hissəsində və ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır (hakimlər- A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov İ.Şirinov).
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
g) Kassasiya instansiyası məhkəməsindəki dördüncü icraat
38. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5666/2021 nömrəli qətnaməsinin qismən – ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
39. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da həmin qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5666/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 5666/2021 nömrəli qətnaməsi “ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılması” hissələri ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Abbasov və A.Hüseynov).
41. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya baxışının predmeti olan həmin hissədə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi həmin əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qarşılıqlı iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Bununla belə kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini “ilk iddiada irəli sürülmüş Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faiz məbləğinin tutulması barədə tələblərin və qarşılıqlı iddianın rədd edilməsi” hissələrində yoxlamağa və həmin məsələlərə dair qətnamə çıxarmağa haqlı olmamışdır. Belə ki, həmin hissələrin rədd edilməsi haqqında birinci instansiya məhkəməsinin qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi və Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, həmin tələblər artıq həll olunmuş və bu barədə qətnamə qanuni qüvvəsini almışdır. Bu hal ona dəlalət edir ki, göstərilən tələblər sonuncu apellyasiya baxışının predmeti olmadığı halda sözügedən məsələlərə dair qətnamə çıxarılmışdır. Ona görə də, kassasiya instansiyası məhkəməsi qətnamənin həmin hissələrdə ləğv edilməsi qənaətinə gəlmişdir.
ğ) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindəki icraat
42. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayəti verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı Cavabdeh şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçınayi və Ticarət Anonim Şirkətinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinin İ hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1ci, 418.1-ci, 418.2-ci və 419.2.9-cu maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məhkəmə aktının icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında sərgilənmiş hüquqi mövqeyə əsasən hazırkı iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası ilk dəfə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərərkən göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1096.1-ci maddəsinə iddianın qanuni əsası kimi istinad edərkən, iddianı təmin etmə tədbiri barədə ərizənin delikt olmamasını nəzərə almamış və həmin normanın hazırkı mübahisəyə tətbiq edilməsinin mümkünlüyü imkanını əsaslandırmamışdır. Kassasiya instansiyası məhkəməsi qərarında məsələnin Mülki Məcəllənin 21-ci və Mülki Prosessual Məcəllənin 164-cü maddələrinin tələbləri baxımından həll edilməli olduğunu göstərmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası həmçinin qeyd etmişdir ki, "xxxx" Şirkəti təminat tədbiri nəticəsində pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, əmlakının zədələnməsi (real zərərin dəyməsi), adi mülki dövriyyə şəraitində hansı gəlirləri (əldən çıxmış fayda) əldə edəcəyi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bununla bağlı qeyd edilmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmir və o, yalnız maraqlı şəxsin məruz qaldığı xərclərə, əmlakının zədələnməsinə, habelə adi mülki dövriyyə şəraitində müvəqqəti təminat tədbirlərinin tətbiq edilmədiyi halda əldə edəcəyi gəlirlərə dair mötəbər sübutlarla təsdiq olunduğu təqdirdə təmin edilə bilər. "xxxx" Şirkətinin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinin qismən təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşan Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan nəticəyə gələrkən müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin həcmi ilə bağlı kifayət qədər sübutların olub-olmamasını və bununla bağlı ətraflı araşdırılmanın aparılmamasını nəzərə almamışdır. Halbuki məhkəmələr Mülki Prosessual Məcəllənin 164-cü maddəsinə müvafiq olaraq, müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. O da qeyd olunmalıdır ki, ilk dəfə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işi təkrar apellyasiya baxışına göndərərkən Ali Məhkəmənin Mülki Kollegiyası vurğulamışdır ki, iddianın təmini tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin mülki hüquq pozuntusu (delikt) nəticəsində yaranmış zərər kimi qiymətləndirilməsi yolverilməzdir. Lakin kassasiya instansiyası məhkəməsi sonuncu dəfə işə baxarkən qərarında Mülki Məcəllənin delikti nəzərdə tutan 1096-cı maddəsinə istinad etmişdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 419.2.9-cu maddəsinə istinadən qeyd edilmişdir ki, kassasiya instansiyası məhkəməsinin qərarında apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri göstərilməlidir. Qanunverici kassasiya instansiyası məhkəməsinin qərarında göstərişlərin həmin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburiliyini onların hərtərəfli əsaslandırılması və birmənalı izah edilməsi ilə şərtləndirmişdir. Əks yanaşma, yəni hazırkı işdə olduğu kimi, kassasiya instansiyası məhkəməsi tərəfindən müxtəlif məzmunlu göstərişlərin verilməsi məhkəmə təcrübəsində hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasında çətinlik yaratmış olur. Bu, həmçinin mübahisənin həlli zamanı prosessual qənaət prinsipinin pozulması ilə nəticələnə bilər. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, "xxxx" Şirkətinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinin İ hissələrinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1, 418.2 və 419.2.9-cu maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
h) Hüquq və azadlıqların pozulması İlə bağlı yeni hallar üzrə icraat
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 13(102)-1(k)/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-488/2022 nömrəli qərarı və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5666/2021 nömrəli qətnaməsinin ləğv edilmiş, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə göndərilmişdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 13(102)-1(k)/2023 nömrəli qərarında sərgilənən hüquqi mövqeyə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbin qanuni əsası kimi mülki hüquq pozuntusu (delikt) tətbiq edilə bilməz və o, yalnız maraqlı şəxsin məruz qaldığı xərclərə, əmlakının zədələnməsinə, habelə adi mülki dövriyyə şəraitində müvəqqəti təminat tədbirinin tətbiq edilmədiyi halda əldə edəcəyi gəlirlərə dair mötəbər sübutlarla təsdiq olunduğu təmin edilə bilər. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş pul vəsaiti “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 10-cu bəndinə zidd olaraq xarici valyuta ilə göstərilmiş, apellyasiya instansiya məhkəməsi həmin halı diqqətdən qaçırmışdır. İşə yenidən baxacaq apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunan pozuntularla bağlı istinad edilən hallar, həmin halların təsdiq olunması üçün təqdim edilən sübutlar, habelə irəli sürülən dəlillərlə bağlı işin hərtərəfli, tam və obyektiv tətbiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli, əsaslandırılmış hüquqi dəyərləndirmə aparmalı, gəldiyi nəticəni əsaslandırmalı, təqdim edilmiş sübutların qərar qəbul edilməsi üçün kifayət edib-etməməsi ilə bağlı öz qərarında aydın fikir bildirməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
48. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Türkiyə Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkəti Türkiyə Respublikasının hüquqi şəxsidir, onun Azərbaycan Respublikasında biznes fəaliyyəti yoxdur. Şirkət xx.xx.2014-cü il tarixdə aralarında bağlanmış “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında” Müqaviləyə əsasən ona ödənilməli olan pulun bir hissəsini əldə etmiş və onu ABŞ dollarına konvertasiya edilməklə, Türkiyə Respublikasındakı “Akbank” T.A.Ş.-nin Elmadağı Filialındakı hesabına köçürmüşdür. Lakin tətbiq edilmiş müvəqqəti təminat tədbirindən sonra pulun 600.000 manat hissəsini əldə edə bilməmişdir. müvəqqəti təminat tədbirinin qüvvədə olduğu müddət ərzində ABŞ dollarının Azərbaycan manatına münasibətdə dəyəri yüksəlmişdir. Nəticədə şirkətə maddi zərər dəymişdir. Bu səbəbdən vurulmuş zərərin əvəzinin ödənilməsi təmin edilməlidir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
49. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Kazımov X8 Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin apellyasiya şikayətini qəbul etməmiş və şirkətə hər hansı məbləğdə zərər vurmadığını, zərərin vurulmasını təsdiq edən sübutların olmadığının, təqdim edilən sübutların isə hər hansı məbləğdə zərərin tutulması üçün əsas olmadığının nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir; 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır; 158.6-cı maddəsinə əsasən maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır; 164-cü maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır (Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsi). Mülki Prosessual Məcəllə təmin etmə tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyan anlayışını açıqlamır. Bununla bağlı Plenum hesab etmişdir ki, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin norması istifadə oluna bilər, çünki bu maddədə nəzərdə tutulmuş qaydada zərərin əvəzinin ödənilməsi mülki hüquqların universal müdafiə üsuludur. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
54. “S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Rüspublikası Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifa-yətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
57. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
58. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
59. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, 13(102)-1(k)/2023 nömrəli qərarındakı göstərişləri, habelə Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən, yəni ilk iddianın təmin edildiyi hissədə ləğv edilərək, ilk iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasının xahiş edildiyini nəzərə alıb, qətnaməni yalnız mübahisələndirilən, yəni “Cavabdeh şirkətin xeyrinə 381.073,35 ABŞ dollarının tutulmasına dair” hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və Cavabdeh (bundan sonra cavabdeh) Türkiyə Respublikasının "xxxx" Tarım Gida və Turizm Sənayi və Ticarət Anonim Şirkətinin (bundan sonra iddiaçı) xeyrinə 381.073,35 ABŞ dolları məbləğində pul tutmaqda haqlı olmuşdur. Lakin həmin pul vəsaitini “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndinin ziddinə olaraq xarici valyuta ilə göstərmişdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla, ilk iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən 381.073,35 ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalıdır.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC iddiaçıya ümumilikdə 1.220.000 manat məbləğində pul ödəməli idi. Həmin müqavilədə müəyyən edilmiş qrafikə uyğun olaraq, bu məbləğin 620.000 manat hissəsi xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək müddət ərzində "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Həmin ərəfədə cavabdeh iddiaçıya və digərlərinə qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq, onlardan müştərək qaydada 800.000 manat pulun onun xeyrinə tutulmasını və həmin məbləğin bir qisminin "xxxx" ASC tərəfindən iddiaçıya ödəniləcək vəsait hesabına ödənilməsini tələb etmiş, eyni zamanda, iddianın təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin iddiaçıya xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manat üzərinə həbs qoyulmasını və həmin pul vəsaitləri ilə bağlı hər hansı bir hərəkətlərin edilməsinin qadağan edilməsini xahiş etmişdir.
62. Ərizəyə baxılmasının nəticəsi olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı ilə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Hüquqi şəxsin nizamnamə kapitalındakı payların alqı-satqısı haqqında müqavilə”yə əsasən "xxxx" ASC-nin iddiaçıya xx.xx.2015-ci il tarixədək ödəyəcəyi 600.000 manat pul vəsaitinin Abşeron Rayon Məhkəməsinin depozit hesabına keçirilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehin şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(105)-1957/2014 saylı qərardadı ilə təmin edilməmişdir.
63. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 2357/2015 saylı qətnaməsi ilə cavabdehin iddiaçı və digərlərinə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3684/2014 saylı qərardadı ilə müəyyən edilmiş iddianı təmin etmə tədbiri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılmışdır. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-196/2016 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(102)- 2325/2016 saylı qərarı ilə təmin edilməmiş, yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdılar.
64. Hazırda iddiaçı Türkiyə Respublikasının hüquqi şəxsi olduğunu, Azərbaycan Respublikasında biznes fəaliyyətinin olmadığını, nizamnamə kapitalındakı payının satışı ilə bağlı xx.xx.2014-cü il tarixli müqavilə üzrə ona ödənilməli olan 1.220.000 manat pul vəsaitinin "xxxx" ASC tərəfindən ona ödənilmiş 620.000 manat hissəsinin ABŞ dollarına konvertasiya edərək, Türkiyə Respublikasına göndərdiyini, Türkiyə qanunvericiliyinin tələbləri baxımından bu pulun Azərbaycan manatı və ya Türk lirəsi ilə göndərilməsinin mümkün olmadığını, tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində "xxxx" ASC tərəfindən ödənilməli olan qalan 600.000 manat məbləğində pul vəsaitindən 2014-cü ilin avqust ayından 2016-cı ilin iyun ayına kimi istifadə edə bilmədiyini, bu barədə qərardad qəbul edilən zaman 1 ABŞ dolları = 0,7843 manat olduğu və 600.000 manat pulun 765.013,39 ABŞ dolları təşkil etdiyi halda, ərizənin verilməsinə əsas olmuş mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının qərarın qəbul edildiyi xx.xx.2016-cı il tarixə 1 ABŞ dollarının 1.515 manat olduğunu və 600.000 manat pulun artıq 381.073,35 ABŞ dolları təşkil etdiyini, bununla belə qeyd edilən dövr ərzində ABŞ dollarının Azərbaycan manatına münasibətdə dəyərinin artması nəticəsində ona 383,940 ABŞ dolları məbləğində (həmin məbləğlər arasında yaranmış fərq) maddi zərər dəydiyini iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçıya hər hansı məbləğdə zərər vurmadığını, zərərin vurulmasını təsdiq edən sübutların olmadığını, təqdim edilən sübutların isə hər hansı məbləğdə zərərin tutulması üçün əsas olmadığını bildirir.
65. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
67. Bu baxımdan iddiaçı cavabdehin ona qarşı qaldırdığı “pulun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbirinə əsasən ona məxsus 600.000 manat pulun üzərinə həbs qoyulması nəticəsində ona maddi zərərin vurulduğunu sübut etməli idi. İddiaçı da öz mövqeyinin sübutu olaraq, "xxxx" ASC tərəfindən 620.000 manat pulun ona ödənildikdən sonra ABŞ dollarına konvertasiya edilərək, bu məbləğin Türkiyə Respublikasının “Akbank” T.A.Ş.-nin Elmadağı Filialında olan bank hesabına köçürüldüyünü təsdiq edən sənədləri, o cümlədən qeyd edilən filialın arayışını və iddiaçının "xxxx" MMC törəmə müəssisənin hissə satışı ilə bağlı debitor borclarının müəyyən edilməsi haqqında hesabatını təqdim edir. Filialın xx.xx.2019-cu il tarixli həmin arayışına əsasən iddiaçının filialda olan 20457 nömrəli USD (dollar) hesabına Azərbaycan "xxxx" ASC firması tərəfindən 5 ədəd əməliyyat üzrə, yəni xx.xx.2014-cü il tarixdə - 127.492,23 USD, xx.xx.2014-cü il tarixdə 280.494,90 USD, xx.xx.2014-cü il tarixdə 127.394,77 USD, xx.xx.2014-cü il tarixdə 127.492,23 USD və xx.xx.2014-cü il tarixdə 127.495,98 USD, cəmi 790.494,11 USD məbləğində pul köçürülmüşdür. Hesabata əsasən isə Azərbaycan manatı X10 Mühafizəsi haqqında 32 saylı qərarla Baş Nazirliyinin Xəzinadarlıq Agentliyinin 2008=32/34 saylı Bildirişi haqqında 1-m saylı Türkiyə Respublikası Mərkəzi Bankının 1-ci maddəsinə əsasən Azərbaycan manatından (AZN) alqı-satqı zamanı istifadə edilə bilmədiyi üçün xx.xx.2014-cü il tarixində 1.556.400 ABŞ dolları kimi qeydə alınmışdır. xx.xx.2014/113 saylı reyestr maddəsinə əsasən hüquqi qeydiyyat dəftərinə daxil edilmişdir. Belə ki, X10 Mühafizəsi haqqında 32 saylı qərarla Baş Nazirliyin Xəzinadarlıq Agentliyinin 2008-32/34 saylı Bildirişi haqqında 1-m saylı Türkiyə Respublikası Mərkəzi Bankının 1-ci maddəsinə əsasən Azərbaycan manatı (AZN) alqısatqıda istifadə olunan valyutalar siyahısında mövcud deyil. Buna görə də ödənişlər konvertasiya olunan valyuta hesab edilən ABŞ dolları ilə qeydə alınmış və "xxxx" ASC tərəfindən ABŞ dolları ilə həyata keçirilmişdir.
68. Bununla belə, iddiaçının tələbi cavabdehin iddiaçı olduğu mülki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi tələbindən irəli gələn hərəkətləri nəticəsində ona vurulmuş zərərin əvəzinin tutulmasından ibarətdir və bu baxımdan həmin tələbin hüquqi əsasını Mülki Məcəllənin 21-ci maddəsi və Mülki Prosessual Məcəllənin 164-cü maddəsi təşkil edir. Belə ki, mülki prosessual qanunvericiliyin bu sahəni tənzimləyən müddəaları maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Bu hüquqi yanaşma müvəqqəti təminat tədbirlərinin tətbiqinin bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnməsindən irəli gəlir və vurulmuş zərər məbləğinin ödənilməsinin təmin edilməsinə xidmət edir. Müəyyən edilmiş qaydaya əsasən bu qəbildən olan zərərin əvəzinin ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.
69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə istinadən vurğulayır ki, iddiaçının Türkiyə Respublikasının hüquqi şəxsi olması, Azərbaycan Respublikasında biznes fəaliyyətinin olmaması, nizamnamə kapitalındakı payının satışı ilə bağlı xx.xx.2014-cü il tarixli müqavilə üzrə ona 1.220.000 manat məbləğində pulun ödənilməli olması, bu məbləğin 620.000 manat hissəsinin ödənildiyi, qalan 600.000 manat hissəsinin üzərinə isə cavabdehin “pulun tutulması” tələbinə dair iddiası üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbirinə əsasən həbs qoyulduğu və bunun nəticəsi olaraq 2014-cü ilin avqust ayından 2016-cı ilin iyun ayına kimi istifadəsinin qeyri-mümkün olduğu işin mübahisəsiz halıdır. xx.xx.2014-cü il tarixli müqavilənin 1.220.000 manat dəyərində olması və bu məbləğin 600.000 manat hissəsinin üzərinə həbs qoyulması müqavilə tərəfi olan "xxxx" ASC-nin iddiaçıya ünvanlanmış məktubu ilə də təsdiq olunur (i.v. səhifə 270, cild İ).
70. Bununla belə, əsas məqsədi gəlir əldə etməkdən ibarət olan iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində ona məxsus olan 600.000 manat məbləğində pulunu 2014-cü ilin avqust ayından 2016-cı ilin iyun ayına kimi istifadə edə bilməməsi və həmin müddət ərzində qeyd edilən məbləğdən hüquqi nəticə etibarı ilə məhrum olması nəticəsində ona maddi zərərin dəyməməsi qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur. Qeyd edilənlər nəticəsində iddiaçıya birmənalı şəkildə zərər dəymişdir. İş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11918/2019 saylı və xx.xx.2020-ci il tarixli, 2(103)-5080/2020 saylı qətnamələrindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan kassasiya instansiya məhkəməsi də müvafiq olaraq xx.xx.2020-ci il tarixli, 2(102)-1230/2020 saylı, xüsusilə də xx.xx.2021-ci il tarixli, 2(102)-1500/2021 saylı qərarlarında (39-cu bənddə qeyd edilmişdir ki, işin müəyyən edilmiş halları nəzərə alınmaqla iddiaçıya ümumiyyətlə zərər dəyməməsi əsası ilə iddianın rədd edilməsi istisnadır. Çünki iddiaçı digər əsaslardan çıxış etməsə belə ən azından iddiaçıya məxsus olan 600.000 manat pul vəsaiti cavabdehin hərəkətləri nəticəsində icra qurumunun depozit hesabında hərəkətsiz saxlanmaqla ona zərər dəymişdir.) məhz bu mövqedən çıxış etmişdir.
71. Vurulmuş zərərin məbləği ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.2014-cü il tarixli müqavilə üzrə "xxxx" ASC tərəfindən ona ödənilmiş 620.000 manat məbləğində pulu hissə-hissə əldə etdikdən sonra hər dəfə qısa müddət ərzində ABŞ dollarına konvertasiya edərək (1-7 gün), ümumilikdə 5 dəfəyə Türkiyə Respublikasının “Akbank” T.A.Ş.-nin Elmadağı Filialında olan bank hesabına köçürmüşdür. Belə olan halda, qalan 600.000 manat pulun da eyni qaydada köçürülməməsi qənaətinə gəlmək üçün konkret sübutlara söykənən əsas olmalıdır. Lakin bu qənaətə gəlmək üçün hər hansı əsas yoxdur. Mövcud vəziyyətdə 600.000 manat pulun konvertasiya edilməyəcəyi, habelə Türkiyə Respublikasına göndərilməyəcəyi barədə mövqe və fikirlərin özü mülahizə xarakteri daşımış olur. Belə ki, iddiaçının təqdim etdiyi sübutların qarşılığında cavabdeh hər hansı sübut təqdim edə bilmir. Bu məbləğin ABŞ dolları ilə deyil, Azərbaycan manatı, habelə Türk lirəsi ilə köçürülməsini, habelə ümumiyyətlə əməliyyatın bu qaydada aparılmasının mümkünlüyünü və ya həmin məbləğin Azərbaycan Respublikasında saxlanılacağını və burada istifadə ediləcəyini təsdiq edən hər hansı sənəd mövcud deyil. Halbuki, iddianı qəbul etməyən və iddiaçıya hər hansı məbləğdə zərərin vurulmaması mövqeyindən çıxış edən cavabdeh də, xüsusilə də iddiaçı tərəfindən sübutların təqdim etdiyi bir halda öz mövqeyini sübut etməlidir.
72. Bu baxımdan 600.000 manat pulun da əldə edildikdən qısa müddət sonra ABŞ dollarına konvertasiya edilməklə iddiaçı tərəfindən Türkiyə Respubliasına köçürüləcəyi barədə iddiaçının mövqeyi əsaslı və təkzib olunmazdır. Hər bir halda, ödənilmiş məbləğə bu qaydada sərəncam verilməsi, cavabdehin isə bu halları təkzib edən, habelə bununla bağlı təqdim edilən sübutların mötəbərliyini istisna edən (aradan qaldıran) hər hansı sübut təqdim edə bilməməsi məhz bu qənaətə gəlməyə əsas verir. Hətta məhkəmə kollegiyası bu barədə sübutları nəzərə almamaq mövqeyindən çıxış etsə belə, qətnamədə onların mötəbərliyini aradan qaldıran halların (olmaması səbəbi ilə) göstərilməsi mümkün olmayacaqdır.
73. Həmin pulun üzərində həbs, yəni məhdudiyyət olduğu müddət ərzində manatın ABŞ dollarına nisbətdə iki dəfə dəyərini itirməsi də hamıya bəlli olan işin mübahisəsiz halıdır. Bununla belə, cavabdehin hərəkətləri ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində 2014-cü ilin avqust ayında 765.013.39 ABŞ dolları məbləğinə bərabər olan 600.000 manat məbləğində pul 2016-cı ilin iyun ayında artıq 381.073,35 ABŞ dolları dəyərində olmuşdur. Nəticə etibarı ilə iddiaçıya həmin məbləğlərin fərqinə bərabər məbləğdə, yəni (765.013,39 – 381.073,35 = 383,940,04) 383,940,04 ABŞ dolları məbləğində real zərər dəymişdir ki, iddiaçı da bu məbləği tələb etməkdə haqlıdır. Lakin iddiaçı bu məbləği tələb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi yalnız 381.073,35 ABŞ dolları məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə qəlmiş, buna baxmayaraq, iddiaçı həmin hissəni mübahisələndirməmiş, Ali Məhkəmənin 2(102)-4585/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən cavabdehdən iddiaçının xeyrinə 381.073,35 ABŞ dollarının tutulması dair hissədə” ləğv edilmişdir. Bu səbəbdən hazırki vəziyyətdə zərər məbləğinin artırılması mümkün deyil.
74. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə əsas olmuş iddia ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özünə məxsus payı "xxxx" ASC-yə 2.750.000 manata satdığını və həmin məbləğin 800.000 hissəsinin iddiaçı şirkətin idarəetmə şurasının sədrinə və sədr müavininə verdiyini iddia edərək, bu məbləğin iddiaçıdan və digərlərindən müştərək qaydada tutulmasını tələb etmişdir. Halbuki, iddiasının əsaslığına dair hər hansı sübut təqdim etməmişdir. Onun təşəbbüsü ilə məhkəmə iclasında ifadəsi alınmış şahid X7 vaxtı ilə iddiaçı şirkətdə işlədiyini, cavabdehin iddiaçı şirkətin rəhbərindən bir neçə dəfə 800.000 manat pulu tələb etməsini gördüyünü bildirmişdir. Bu səbəbdən iş üzrə xx.xx.2015-ci il tarixdə qəbul edilmiş qətnamədə məhkəmənin iddiaçının tələbinə tənqidi yanaşıldığı qeyd edilmişdir. Bu da öz növbəsində iddianın əsassız olmasına və hüquqi nəticə etibarı ilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi məqsədi ilə verilməsinə dəlalət edir. Mövcud vəziyyətdə belə qənaətə gəlmək olur ki, iddia məhz mülki prosessual qanunvericiliyin qeyd edilən imkanlardan istifadə edilməsi məqsədi ilə verilmiş, hüquqi nəticə etibarı ilə cavabdeh vicdanlıq prinsipi çərçivəsində davranmamışdır. Qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı məsələləri tənzimləyən müddəaların (157-ci maddə) hazırki redaksiyası baxımından cavabdehin ərizəsi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudolmaması baxımından uğursuzdur.
75. Bununla belə, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya məxsus olan pul vəsaitinin üzərinə həbs qoyulmuş və həbs müddəti ərzində iddiaçı öz vəsaitinə münasibətdə əvvəlki davranışına uyğun hərəkət edə bilməmiş, həmin məbləği ABŞ dollarına konvertasiya etməklə Türkiyə Respublikasına köçürə bilməmiş, həmin müddət ərzində baş vermiş devalvasiya nəticəsində də ona real zərər dəymişdir. Bu səbəbdən məhkəmə kollegiyası artıq müəyyən edildiyi kimi zərər məbləğinin daha yüksək olduğunu nəzərə alıb, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 381.073,35 ABŞ dolları məbləğində pul tutulmalıdır.
76. Lakin birinci instansiya məhkəmə tutulan pul vəsaitini “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndinin ziddinə olaraq xarici valyuta ilə göstərmiş, həmin vəsaiti ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla müəyyən etməmişdir. Bu da öz növbəsində qətnamənin həmin hissədə bu əsasla ləğv edilməsini şərtləndirir.
77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-123/2018 nömrəli qətnaməsi “ilk iddia üzrə Cavabdeh 381.073,35 (üç yüz səksən bir min yetmiş üç dollar otuz beş sent) ABŞ dolları tutularaq ilk iddia üzrə İddiaçınə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, ilk iddia həmin hissədə qismən təmin edilməli, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 381.073,35 ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-123/2018 nömrəli qətnaməsi “ilk iddia üzrə Cavabdeh 381.073,35 (üç yüz səksən bir min yetmiş üç dollar otuz beş sent) ABŞ dolları tutularaq ilk iddia üzrə İddiaçınə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia həmin hissədə qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 381.073,35 (üç yüz səksən bir min yetmiş üç ABŞ dolları, otuz beş sent) ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.