Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5882/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC, cavabdehlər Cavabdeh1 və CavidMirzəyevdən müştərək qaydada iddiaçının xeyrinə 5924,04 manat əsas, 1304,15 manat faiz borcu, 2542,22 manat cərimə olmaqla, cəmi 9770,37 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada 5924,04 manat əsas, 1304,15 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 7328,19 manat borcun və ödənilmiş dövlət rüsumunun 22,50 manat hissəsinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2, apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi, iddiaçıya ödənilməli olan borcun əsas borclu Cavabdeh1 əmək haqqısından hissə-hissə tutulması, həmin vaxtadək şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Həmçinin, qeyd olunmuşdur ki, əsas borclu Cavabdeh1 məşğulluq mərkəzinə işə düzəlməklə bağlı müraciət etmiş və müraciəti online qaydada qeydə alınmışdır. Qanunvericiliyə görə, məşğulluq mərkəzinin təklif etdiyi işdən imtina edilmir. Bütün bunları nəzərə alaraq, ümumi borc Cavabdeh1 məşğulluq mərkəzinin təmin etdiyi işin əmək haqqısından hissə-hissə tutulmalı və həmin vaxtadək şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. Digər Cavabdeh1 də, şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Qətnamə, apellyatorun mübahisələndirdiyi hissədə yoxlanılmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, cavabdehləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya xx.xx.2019-cu il tarixinə qədər aylıq faiz dərəcəsi 2.4167%, xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə qədər isə faizsiz olmaqla 18 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Cavabdeh2, xx.xx.2018-ci il tarixdə bağlanmış zaminlik müqaviləsi ilə, borclu Cavabdeh1 kreditor İddiaçı QSC qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh1 götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına zamin kimi təminat vermişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişlərlə, xx.xx.2018-ci il tarixli kredit və zaminlik müqavilələrinə, ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixə tələbdə göstərilən məbləğlərdə əsas, faiz və cərimə borcu hesablanmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Qeyd olunanlar iddia ərizəsi, 001A********** saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi, 001G**********01 saylı, xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi,xx.xx.2018-ci il tarixli kassa məxaric orderi, 001A**********S saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş, 001G**********01S saylı, xx.xx.2018ci il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş, xx.xx.2020ci il tarixli maliyyə arayışı və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçı, Mülki Məcəllənin 739.1-ci, 741-ci və 462.1-ci, 472-ci maddələrinə əsasən, cavabdehlərdən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. MM-in 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Cavabdeh2, apellyasiya şikayətində kredit üzrə borcun əsas borclu Cavabdeh1 tutulmalı olmasını bildirmişdir. Kollegiya, cavabdehin bu dəlili ilə razılaşmır, ona görə ki, Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşdən görünür ki, Cavabdeh1, yazılı şəkildə bağladığı müqavilə ilə krediti və kreditə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Bu öhdəliyə Cavabdeh2 zaminliyi ilə təminat verilmiş və o, bağladığı zaminlik müqaviləsi ilə borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Əsas borclu Cavabdeh1 öhdəliyin icrasını gecikdirdiyi üçün borcun zamin Cavabdeh2 də tələb edilməsi və cavabdehlərdən müştərək qaydada tutulması əsaslıdır. Kollegiya, şikayətin borcun Cavabdeh1 əmək haqqına yönəldilməsi, onun ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, bu hallar məhkəmə qətnaməsinin icrası mərhələsində həll edilməli məsələlər olmaqla, hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1970/2020 saylı iş üzrə xx xxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5882/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5882/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver