Məhkəmə qərarları › İş №2(103)-5890/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5890/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5890/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı oglunun iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, kredit məbləginin yenidən hesablanması və müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-707/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oglu cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, kredit məbləginin yenidən hesablanması və müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC-ti arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli, 18-19-23-104098 saylı kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavəsinin etibarsız sayılması, Suraxanı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(010)-10388/2017 saylı, 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 3463.52 {üç min dörd yüz altmış üç manat əlli iki qəpik) manat ümumi kredit borcundan yaşa görə pensiyasından tutulmuş 1384.50 (bir min üç yüz səksən dörd manat əlli qəpik) manat pul məbləğinin çıxılması, yerdə qalan 2079.02 (iki min yetmiş doqquz manat iki qəpik) manat pul məbləği cərimələr hesablanmadan müəyyən edilməklə yeni müqavilənin bağlanmasının cavabdehə həvalə edilməsi, ödənilən dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla Cavabdeh ASC arasında 21yanvar 2015-ci il tarixdə 7057 saylı Kredit müqaviləsi bağlanmaqla 28 faizlə 48 ay müddətinə 3270 manat məbləğində kredit götürmüşdür. Bir müddətdən sonra kredit öhdəliyini icra edə bilmədiyindən cavabdeh Bank mənə qarşı kredit borcunun ödənilməsi tələbi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-10388/2017 saylı, 14 noyabr 2017-ci il tarixli qətnaməsilə iddia təmin edilmiş, cəmi 3463.52 manat məbləğində pulun Bank təşkilatının xeyrinə ondan tutulması qət edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icrayə yönəldilmişdir. Qeyd olunan qətnamədə müəyyən edilmiş 3463.52 manat pul məbləğindən 1 il ərzində onun yaşa görə pensiyasından ümumilikdə 1384.50 manat tutularaq Bank təşkilatına ödənilmişdir. Daha sonradan Bank təşkilatına dəvət olunaraq onunla yeni müqavilə bağlanması təklif olunmuşdur. Cavabdehlə 1 il ərzində pensiyasından ödənilən pul məbləği çıxılmaqla və eyni zamanda cərimələrin hesablanmaması şərti ilə yeni müqavilənin bağlanmasına razılıq vermişdir. Bu məqsədlə də 16 dekabr 2019-cu il tarixdə Bank təşkilatı ilə onun arasında güzəşt müddəti 12, ümumi 60 ay müddətinə 18-19-23-104C98 saylı müqavilə bağlanmışdır. O, həmin müqavilədə məhkəmə qətnaməsində müəyyən edilmiş məbləğin bir il müddətində yaşa görə pensiyasından tutulan məbləğin çıxıldığını düşünürdü. Sonra evdə özü hesablama apararkən məlum oldu ki, yeni müqavilədə düzgün hesablama aparılmamışdır. Dərhal cavabdeh bank təşkilatına müraciət etmişdir. Onun müraciətinə əhəmiyyət verilmədiyinə görə aidiyyatı təşkilatlara müraciətlər ünvanlamışdır. Eyni zamanda dəfələrlə icra məmurunun yanında olmuşdur. Bir neçə müddət ona DSMF-dən arayış gətirilməsi tapşırıldı. O da arayış olduğu üçün yeni arayışın alınmasına ehtiyac duymadı. Daha sonra icra məmuru ona qətnamə çıxaran məhkəməyə müraciət etməyi tövsiyə etmişdi. O, Suraxanı rayon Məhkəməsinə məktubla müraciət etsə də, nəticəsi olmadı. Əslində onun cavabdehlə yeni müqaviləni bağlamağa razılığı, ödənilən pul məbləğinin ümumi məbləğdən çıxılmaqla yerdə qalan məbləğin müəyyən müddətə ödənilməsi arzusu idi. Lakin cavabdeh onun hüquqi savadının olmamasından, eyni zamanda əməkdaşına inamından istifadə edərək onun arzuladığı və əvvəlcədən razılaşdığı əqdin əksi olan bir müqavilə bağlamaqla onu yanıltmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-707/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Həmçinin göstərmişdir ki, cavabdehlə onun arasında olan razılaşma mövcud fərmandan irəli gələn tələblər nəzərə alınaraq, yaşa görə pensiyasından tutulan məbləğ çıxılmaqla, yerdə qalan məbləğə dair müqavilə bağlanmalı idi. Lakin işdən görünür ki, cavabdeh onun arzu etdiyi qaydada müqavilə bağlamamış, yaşa görə pensiyasından tutulan məbləğlər çıxılmadan ümumi qaydada müqavilə bağlanmışdır. Bundan başqa birinci instansiya məhkəməsi Mərkəzi Bankı iş üzrə üçüncü şəxs qismində cəl etməli idi ki, onu dabirinci instansiya məhkəməsi etməmişdir. Hesab edir ki, Mərkəzi Bank apellyasiya icraatında üçüncü şəxs qismində işə cəlb edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtg barədə lazgmi qaydada məlumatlandgrglmgö cavabdeh tərəfin nğmayəndəsi məhkəmə iclasgna gəlməmiş, kollegiya nğmayəndənin iötirakg olmadan iöə baxglmasgng mğmkğn hesab etmiödir. Cavabdehin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək kollegiya aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-10388/2017 saylı, 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh İddiaçı cəmi 3463.52 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli 18-19-23-104098 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, borcalana 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 2516.94 manat məbləğində kredit verilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Göründüyü kimi iddiaçı tərəflər arasında bağlanmış əqdin etibarsız hesab olunmasını iddia etsə də, həmin etibarsızlığa səbəb olan halların nədən ibarət olmasını göstərməmiş, həmçinin iş materialları ilə həmin hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının «cavabdehlə onun arasında olan razılaşma mövcud fərmandan irəli gələn tələblər nəzərə alınaraq, yaşa görə pensiyasından tutulan məbləğ çıxılmaqla, yerdə qalan məbləğə dair müqavilə bağlanmalı idi» dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf, cavabdehlə müqavilə bağlanmamışdan qabaq qeyd olunan razılığa gəlmələri barədə mötəbər sübutlar təqdim etməmiş, bağlanmış müqavilədə də bu barədə qeydlər edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə istinad olunan normaların tələblərini pozmamış və iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə gürə, birinci instansiya məhkəməsinin faktlar nüqteyi-nəzərindən qanuni və əsaslg olan və mahiyyəti ğzrə dğzgğn olan qətnaməsi yalngz formal mğlahizələrə gürə lərv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı oglunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-707/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar