Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5890/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Birliyə vurulmuş maddi ziyanın əvəzi olaraq 3.582,70 manat, debitor borcun əvəzi olaraq 258,56 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 58,42 manat, ümumilikdə 3.899,68 manat məbləğində pulun cavabdehdən Birliyin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” xx.xx.2011-ci il tarixli, 2 nömrəli müqaviləyə əsasən, cavabdehə məxsus və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Yəhya Musayev küçəsində yerləşən 20 “B” saylı fərdi yaşayış evi təbii qaz ilə təchiz olunmuş, Birlik tərəfindən həmin ünvanda “G-4T” markalı qaz sayğacı quraşdırılmış və ünvana **********0000 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehə məxsus həmin evdə təbii qazdan, qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə istifadə olunur. Aşkar olunmuş faktlar Birliyin əməkdaşları tərifindən hər dəfə rəsmiləşdirilmiş, fotoşəkillər çəkilmiş və bununla bağlı müvafiq vaxtlarda aktlar tərtib edilmişdir. Bundan sonra həmin aktlar əsasında hesablama aparılmış və müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində Birliyə 3.582,70 manat məbləğində maddi zərər dəymişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 708 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 47,40 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 249,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 209 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 102,80 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 230,40 manat; xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 39,70 manat məbləğində zərər hesablanmışdır. Bundan başqa müəyyən edilmişdir ki, cavabdehin qanuni yolla təbii qazdan istifadə etməsi nəticəsində 258,56 manat məbləğində ödənilməmiş debitor borc yaranmışdır. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh Birliyin tələblərinə əhəmiyyət verməmişdir. Bu səbəbdən də, Birlik hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 58,42 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 354 manat akt üzrə borcun, 258,56 manat debitor borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Birliyin xeyrinə tutulmasını, qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2018-ci il tarixli, ******* saylı aktı üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 3.540 kub metr olduğu müəyyən olunur. İş üzrə tərəflər arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilənin 3.1-ci bəndinə əsasən istifadə olunmuş təbii qazın hər 1 kub metri 0,10 manatdan hesablanır. Belə olan halda müəyyən edilir ki, həmin akt üzrə hesablanmış zərərin dəyəri 354 manat təşkil edir. Digər aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır. Bundan başqa Rayon Məhkəməsi iddia tələbinin cavabdeh tərəfindən faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 258,56 manat debitor borcunun tutulması hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, mülki işin materiallarına əlavə edilmiş “Abonentin saldodan” da görünür ki, cavabdeh, 2020-ci il dekabr ayınadək 71,70 manat, 2021-ci il tarixə dekabr ayınadək olan sərfiyyat məbləği 96,14 manat, 2022-ci ilin noyabr ayınadək 142,32 manat məbləğində qazdan istifadə etmiş, 2020-ci il üçün 11,60 manat, 2021-ci il üçün 30 manat, 2022-ci il üçün 10 manat ödəniş etmişdir. İş materiallarından məlum olur ki, cavabdehin (71,7+96,14+142,32=310,2:,310,2-11,60-30-10=258,6) 258,6 manat məbləğində debitor borcu qalmışdır. c) iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı Birliyin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-4207/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsi, Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. d) cavabdehin apellyasiya şikayəti barədə məlumat
7. Hazırda cavabdeh Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissədə ləğv edilməsi və iddianın tam rədd edilməsini xahiş etmişdir.
8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən ev nə cavabdehə, nə də ki cavabdehin qihumlarına məxsus deyil. Nə cavabdeh, nə də ki cavabdehin qohumları həmin evdə heç vaxt yaşamamışlar. Cavabdeh həmin evin təbii qazla təchiz edilməsi məqsədi ilə Birlik ilə hər hansı müqavilə bağlamamışdır. Cavabdehə məxsus ev Abşeron rayonu, Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşir və cavabdeh məhz həmin evin təbii qazla təchiz edilməsi məqsədi ilə Birlik ilə “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlamış və bununla bağlı cavabdehin ünvanına **********39999 nömrəli abonent kodu verilmişdir. Cavabdeh, yaranmış vəziyyətlə bağlı müəyyən araşdırma aparmış və müəyyən etmişdir ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən ev (abonent kodu: 1**********0000) X2 adlı şəxsə məxsusdur. Cavabdehin adı isə Cavabdehdur. Lakin iddiaçı Birlik və işə baxmış Rayon Məhkəməsi işin bu halına diqqət yetirməmişlər. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
9. Apellyasiya baxışında iştirak etmiş cavabdeh şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi.
10. İş üzrə iddiaçı Birlik məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) hazırkı apellyasiya baxışının həddi barədə məlumat
11. Məhkəmə hazırkı qətnamənin 5-ci və 6-cı bəndlərində göstərilənləri, habelə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq bildirir ki, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı apellyasiya baxışının predmeti deyil.
12. Hazırkı apellyasiya baxışının predmetini iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə təşkil edir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
13. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
14. Belə ki, iddiaçı Birlik tərəfindən cavabdeh kimi Cavabdeh götərilmişdir. İddia ərizəsinə Birlik tərəfindən əlavə edilmiş “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədə, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 ədəd aktda, “İtirilmiş təbii qazın dəyərinin hesablanması barədə” 25 ədəd hesabatda, Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” və sair sənədlərdən görünür ki, həmin sənədlərdə abonent kimi Cavabdehsa Mövsüm oğlu göstərilmişdir.
15. Bundan başqa müəyyən edilir ki, həmin sənədlərdə qeyd edilən ev – Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Yəhya Musayev küçəsində yerləşən 20 “B” saylı fərdi yaşayış evi və həmin evə aid Birlik tərəfindən verilmiş **********0000 nömrəli abonent kodu (cavabdeh) Cavabdeh deyil, hazırkı iş üzrə tərəf olmayan Cavabdehsa Mövsüm oğlunun adınadır.
16. Göründüyü kimi hazırkı iş üzrə Birlik tərəfindən verilmiş iddia ərizəsində cavabdeh qismində qeyd edilən şəxs tərəfindən Birliyə maddi zərər vurulmamış, o, iddiaçı Birliyin iddia ərizəsində istinad etdiyi müqavilə üzrə Birlik qarşısında üzərinə hər hansı bir öhdəlik götürməmiş və ümumiyyətlə o, iddiaya cavab verməli olan şəxs deyil.
17. Bunları və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdeh kimi göstərilmiş Seyidov X3 vurmadığı zərərə görə, üzərinə götürmədiyi öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıya bilməz, ona qarşı Birlik tərəfindən irəli sürülmüş və hazırkı apellyasiya baxışının predmetini təşkil edən tələb əsassızdır.
18. Qeyd edilən hallar Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan Məhkəmə apellyasiya şikayətinin qalan dəlilləri üzrə araşdırma aparılmasına zərurət görmür.
19. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəsi səhvdir və işin hallarına uyğun deyil.
20. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın qismən təmin edilməsi, 354 manat akt üzrə borcun, 258,56 manat debitor borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiasının həmin hissəsi təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu da İddiaçınə aid edilsin. Bu məqsədlə 30 (otuz) manat məbləğində pul İddiaçındən tutularaq Cavabdeh ödənilsin. Nəzərə alınsın ki, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın bir qisminin təmin edilməməsi barədə hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.