Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5891/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «kredit borcu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(006)-2290/2024 saylı, 03 sentyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Bank Müştəriyə ödəniş kartına xidmət göstərməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. 3.4.2-ci bəndə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək, texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.
2. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdehnın 4478ovCNTR/23 saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 2255,41 manat əsas, 0 manat faiz, 976,48 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 3231,89 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xeyrinə 2255,41 manat əsas, 976,48 manat cərimə olmaqla, cəmi 3231,89 manat borcun və dövlət rüsumuna görə xərcin əvəzi kimi 52,32 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
4. Tələbdə göstərilib ki, cavabdeh bank tərəfindən açılmış hesab üzrə 2255,41 manat əsas, 976,48 manat cərimə faizi, cəmi 3231,89 manat texniki overdrafta yol vermişdir. Sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bugünki günə cavabdehin iddiaçı qarşısında 3231,89 manat məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(006)-2290/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbinin təmin edilərək Cavabdeh 2255,41 manat əsas, 976,48 manat cərimə borcu olmaqla, ümumilikdə 3231,89 (üç min iki yüz otuz bir manat səksən doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,32 (əlli iki manat otuz iki qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh (nümayəndəsi və vəkili X3) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, iddiaçı "xxxx" KB ASC ilə müqavilə bağlayaraq debet bank kartı əldə etmişdir. Həmin dövrdə onun məşğul olduğu iş əsasən bölgələrlə bağlı idi. Göndərilən malların pulunun alınması həmin kart vasitəsi ilə olurdu. Bir daha qeyd edir ki, kart debet idi və müqavilədə hər hansı bir overdraft nəzərdə tutulmamışdır. Bir müddət öncə iddiaçı təşkilat tərəfindən ona müraciət edilərək, guya tərəfindən 2255,41 manat artıq vəsait xərclənmişdir. Həmin vəsaitin ona verilmiş malın dəyəri olduğunu deməyi, debet kartdan artıq vəsait xərclənməsinin mümkün olmamasını bildirməyi vəziyyəti dəyişmədi. Nəticədə iddiaçı təşkilat ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdi. Məhkəmənin yalnız iddiaçının əsassız yazdıqları əsasında gəldiyi nəticə yanlışdır, faktiki olaraq bu qətnamə iddiaçının əsassız varlanmasına səbəb olacaq. Həmin kart vasitəsi ilə olmayan vəsaiti çıxarmaq mümkün deyil. Məhkəmə bu hala fikir vermədən onun hüquqlarını pozan ədalətsiz qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
8. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında təqdim etdiyi apellyasiya şikayətinə qarşı yazılı etirazda şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib mövqelərini bununla əsaslandırmışdır ki, iddianın aid olduğu 4478ovCNTR/23 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları xx.xx.2022-ci il tarixli 02/22 UB JSTeli müqaviləyə xx.xx.2025-ci il tarixli, 44 saylı Əlavə əsasında "xxxx" KB ASC-dən "xxxx" ASC-yə (VÖEN **********) keçmişdir. Həmin tarixdən də bu borc üzrə ödənişlər "xxxx" ASC-yə yönəldilir. Borclu apellyasiya şikayətində debet kart götürdüyünü və müqavilədə overdraftın nəzərdə tutulmadığını bildirmişdir. İş materiallarında olan 4478ovCNTR/23 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında müqavilənin 3.4.2-ci bəndinə əsasən, müştərinin vəzifələrindən biri olaraq overdrafta yol verməmək yazılmışdır. Həmin bənddə həmçinin qeyd olunur ki, texniki overdraft Bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və Müştəri tərəfmdən məcburi qaydada ödənilməlidir. Həmçinin borclu apellyasiya şikayətində ona məxsus kartın debet kart olduğunu, həmin kart vasitəsilə olmayan vəsaiti çıxarmağn mümkün olmadığını bildirmişdir. Bankdan aldıqları məlumata əsasən, borclunun kart hesabına köçürülən vəsait texniki xəta nəticəsində 2-ci dəfə köçürülmüş və borclu tərəfındən həmin texniki xəta nəticəsində köçürülən məbləğ məxaric olunduğundan overdraft halı baş vermişdir. Qoşmada təqdim etdikləri hesabdan çıxarışda da kreditin götürülməsi və kredit borcu üzrə edilən 2 dəfə olmaqla, cəmi 30.5 manat ödəniş əks olunmuşdur. "xxxx" KB ASC ilə başqa borclu arasında da oxşar hal baş vermiş və mübahisə məhkəmə qaydasında həll olmuşdur. Belə ki, həmin işdə də borclunun kartına vəsait texniki xəta nəticəsində iki dəfə köçürülmüş, borclu tərəfındən həmin məbləğ məxaric olunmuş, bu səbəbdən də overdraft halı baş vermişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
20. Belə ki, mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etdi ki, apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə "xxxx" KB ASC-nin prosesinq xidmətinin verdiyi mütəxəssis rəyi (məlumatları) alınmaqla Azərbaycan Respublikası Mərkəzi Bankından mütəxəssis (ekspert) rəyi alınmalıdır.
21. "xxxx" KB ASC tərəfindən verilmiş İMŞİEŞ/ 11129-2025 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Odəniş kartına xidmət göstərilməsi haqqında" müqaviləyə əsasən bank tərəfmdən Cavabdeh Sahib oğluna kart (524375******4716) hesabı açılmışdır və eyni nömrəli debet kart növünə məxsus olan bank kartı verilmişdir. Cavabdeh Salıib oğlunun ****4716 nömrəli ödəniş kartına xx.xx.2022-ci il tarixində mədaxil etdiyi 2500 manat məbləğ yaranmış texniki nasazlıq səbəbindən balansına təkrar mədaxil olmuşdur. Sonradan Cavabdeh tərəfındən xx.xx.2022-ci il tarixdə 251 manat karta mədaxil edilmişdir və nəticədə, balansında öncədən 2.54 manat olduğunu nəzərə alaraq, kart hesabının balansı 5253,54 manat təşkil etmişdir. Müştəri bu vəsaiti xx.xx.2022-ci ildə 2000 manat, 2000 manat və 1250 manat olaraq nağdlaşdırma yolu ilə kart hesabından məxaric etmişdir. Texniki səbəbdən səhvən kart hesabına yüklənən 2500 manat vəsaitə xx.xx.2022-ci il tarixində düzəliş aparılmış, müştəri balansında 225.14 manat olduğu üçün kart hesabının balansında mənfi 2274,86 manat məbləğdə saldo yaranmışdır. Mövcud bank praktikasına görə plastik kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar iızrə prosesinq mərkəzləri ilə xidmət göstərərı banklar arasında sistem xətası) kart hesablarında overdrafta yol verilə bilməsi halları istisna olunmur. Müştəri ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda "Müştəri" "Bank" qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) təqvim giinü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda "Müştəri" "Baıık" qarşısında yaraıımış borcunu ödəmədiyi təqdirdə, həmin borc illik 30 (otuz)% hesablanmaqla "Bank"a qaytarılmalıdır. Müqavilənin 3.4.2 bəndinə əsasən texniki overdraft müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.
22. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 6-1-06/2-18826/2025 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilib ki, Cavabdeh arasında bağlanmış xx.xx.2021 -ci il tarixli "Ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında" müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh kart (524375******4716) hesabı açılmış və "albalı" bank kartı verilmişdir. Kartın növü "albalı" debet kartıdır. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında" müqavilənin 2.8 bəndinə əsasən müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın nəticələnməsi ilə formalaşa bilər. Təqdim olunan kart hesabından çıxarışlara əsasən xx.xx.2022-ci il tarixində Cavabdeh ****4716 nömrəli kartı hesabına 2500 manat məbləğdə vəsait təkrar mədaxil olmuş (bax hesabdarı çıxarışlar səhifə 1) və "xxxx" ASC-nin Prosesinq mərkəzinin verdiyi arayışa əsasən bu sistem xətası olaraq yaranmış texniki nasazlıq səbəbindən baş vermişdir. Kart hesaba təkrar daxil olmuş əməliyyatın klirinqi sonradan kart hesabı üzrə cari hesabda öz təsdiqini tapmır (bax hesabdan çıxarışlar səhifə 132). xx.xx.2022-ci il tarixdə müştəri bu vəsaitləri xx.xx.2022-ci ildə 2000 manat, 2000 manat və 1250 manat olaraq nağdlaşdırma yolu ilə kart hesabından məxaric etmişdir (xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən 251 manat karta mədaxil edilmişdir). Texniki səbəbdən təkrarən kart hesabına yüklənən 2500 manat vəsaitə xx.xx.2022-ci il tarixində düzəliş aparılmış, müştərinin kart hesabının balansında 225,14 manat olduğu nəzərə alınmaqla hesabda 2274,86 manat məbləğdə overdraft yaranmışdır (bax hesabdan çıxarışlar səhifə 1). Mövcud bank praktikasına görə plastik kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar üzrə prosesinq mərkəzləri ilə xidmət göstərən banklar arasında sistem xətası) kart hesablarında overdrafta yol verilə bilməsi halları istisna olunmur. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli "ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında" müqavilənin 2.8 bəndinə uyğun olaraq cərimə məbləği düzgün hesablanmışdır.
23. Əvvəla, tərəflər aralarında bağlanmış müqavilədə də (müqavilənin 3.4.2-ci bəndi) razılaşdırmışlar ki, hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki “overdraft” yaranır və hesab sahibi bankın ilk tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Göründüyü kimi, tərəflər bu cür halların baş vermə ehtimalını əvvəlcədən görmüş və məhz belə vəziyyətin yarancağı təqdirdə həmin münasibətlərin necə tənzimlənəcəyi barədə müqavilə şərtləri ilə üzərinə öhdəlik götürmüşlər. Ona görə də, tələb olunan vəsaitin cavabdehin kart hesabında necə və hansı şəkildə əmələ gəlməsinin mümkün olacağını da tərəflər əvvəlcədən təxmin etmişlər.
24. Cavabdehin müqavilə əsasında aldığı bank kartının debet olması texniki overdraftın yaranmasını istisna etmir. Başqa sözlə, debet kartdan artıq vəsaitin xərclənməsinin mümkün olmaması barədə dəlil də hansısa sübutla təsdiq olunmur. Debet kartları üzrə overdraftın yaranması mümkünsüz olsa idi, yəqin ki, tərəflər müqavilədə bununla bağlı şərti də nəzərdə tutmazdılar. Üstəlik iş üzrə alınmış rəydə də bu cür halın baş verdiyi təsdiq olunur. Belə vəziyyətdə cavabdehin qətnaməni hüquqlarını pozan ədalətsiz qətnamə adlandırması başadüşülən deyil. Çünki cavabdehin iddiaçının hesabına qanuni əsas olmadan varlanması açıq-aşkar təsdiq olunur.
25. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5541/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Xətai Rayon Məhkəməsinin e-2(011)-5541/2025 saylı, 28 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.