Məhkəmə qərarları › İş №2(103)-5892/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5892/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5892/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3730/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı və Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, 14000 ABŞ dolları İddiaçı tərəfindən Cavabdeh borc verilmiş, 2 ay müddətinə geri qaytaracağı qeyd olunmuşdur. 2.Cavabdeh tərəfindən borc öhdəliyinin icra edilmədiyini iddia edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

İş üzə qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), hüquqi yardıma görə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2020-ci ildən tanışdır. Tanışlıqları müddətində Cavabdeh özünü ona etibarlı, səmimi və dürüst insan kimi tanıtmışdır. Daha əvvəllər ondan borc pul almış və geri ödəmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ondan təcili borc pul istəmiş, borcu qısa müddətli aldığını bildirirək müqavilənin notariat qaydasında bağlanması əlavə xərc olduğundan ondan sadə yazılı formada sənəd əsasında ona borc verməsini xahiş etmişdir. İddiaçı onun sözlərinə inanmış, həmçinin əvvəldən etibarlı biri kimi tanıdığı üçün borc məbləğini geri ödəyəcəyini düşünmüşdür. Beləliklə ona 14.000 (on dörd min) ABŞ dolları borc vermişdir. xx.xx.2021-ci il tarixdə öz xətti ilə yazaraq ona verdiyi borc sənədinin məzmununda qeyd edilir ki, “Mən, Cavabdeh xx.xx.1984-cü ildm Bakı şəhərində anadan olmuş, ailəli, işləyən, əvvəllər məhkum olmamış, Bakı şəhər sakini İddiaçı 14.000 (on dörd min) dollar borc götürdüm. Götürülən məbləği 2 (iki) ay müddətinə geri qaytaracam”. Lakin öhdəliyin icrası vaxtından uzun müddət keçməsinə baxmayaraq hazırki tarixə kimi cavabdeh öhdəliyini icra etmir. Ondan dəfələrlə borcunun ödəməsini tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınırdı. Son zamanlar isə mobil telefonuna da cavab vermir. Eynı zamanda bildirir ki, İddiaçı ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosunun vəkili Vəkil arasında xx.xx.2022-ci il tarixli, 109 saylı Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və İddiaçı tərəfindən müqavilənin dəyəri 500 manat məbləğində nağd pul Vəkil Bürosunun hesabına, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 162 manat dövlət rüsumu ödənilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3730/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 14000 (on dörd min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 162 (bir yüz altmış iki) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləvğ edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, aralarında razılıq əldə etdilər və barışıq sazişi tərtib olundu. Barışıq sazişinin hüquqi nəticələri aydındır və təsdiq edilməsini xahiş edir. 8.Əvvəlki məhkəmə iclasında cavabdeh mübahisənin barışıq yolu ilə həll edilməsi üçün tərəflərə vaxt verilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron kabinetə əlavə edilmiş tərəflər arasında bağlanmış 13 yanvar 2026-cı il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir: 11.Bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh (bunda sonra birlikdə “Tərəflər” adlandırılacaq) İddiaçı göstərilən şəxsə qarşı “pul tələbinə” dair iddiası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasının icraatında olan 2(103)-5892/2025 saylı iş üzrə Barışıq sazişini (bundan sonra “Saziş”) aşağıdakı şərtlərlə bağlayırlar: 1.1. Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 1.2.Cavabdeh xx.xx.2021-ci il tarixli borc sənədinə əsasən İddiaçı 14000 (on dörd min) ABŞ dollar borc aldığını etiraf edir və İddiaçı tərəfindən güzəştlər olarsa borcun bir hissəsini ödəməyə razılaşır. 1.3. İddiaçı xx.xx.2021-ci il tarixli borc sənədinə əsasən Cavabdeh verilmiş olan 14000 (on dörd min) ABŞ dollar borc vəsaitinin 8000 (səkkiz min) ABŞ dollar hissəsini borcalana güzəşt (imtina) edərək 6000 (altı min) ABŞ dollar pulun borcalan tərəfindən ona qaytarılmasına razılaşır. 1.4.Cavabdeh xx.xx.2021-ci il tarixli borc sənədinə əsasən 6000 (altı min) ABŞ dollar borc məbləğini xx.xx.2026-cı il tarixindən başlayaraq 24 ay ərzində hissə-hissə, yəni hər ay 300 (üç yüz) ABŞ dolları məbləğindən az olmamaqla (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), ödəmə müddətinin sonunda borc məbləğinin tam ödənilməsi təmin olunmaqla, İddiaçı ödəməyi öhdəsinə götürür. 1.5. Cavabdeh tərəfindən 6000 (altı min) ABŞ dollar pul şərtləşdirilmiş qaydada və vaxtda İddiaçı ödənildikdən sonra xx.xx.2021-ci il tarixli borc sənədinə əsasən, öhdəliklər borcalan tərəfindən icra edilmiş hesab ediləcək. 1.6.Müəyyən edilmiş qaydada və müddətdə borc məbləği borcalan tərəfindən İddiaçı ödənilməyəcəyi halda həmin vaxtadək aparılmış ödənişlər çıxılmaqla, Bu Sazişin 1.2-ci bəndində göstərilən 14000 (on dörd min) ABŞ dollar məbləğində borcun Cavabdeh tutulması üçün İddiaçı ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilir.

2. Barışıq sazişini Tərəflər imzalamaqla məhkəməyə təqdim edirlər.

3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

4. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-in 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

5. Barışıq sazişi 3 nüsxədə tərtib edilmişdir, nüsxələrin biri iş materiallarına əlavə edilir, digər nüsxələr hər birində 1 nüsxə olmaqla Tərəflərdə saxlanılır.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir (Maddə 881.3).

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

14. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

15. Həmin Məcəllənin 261.0.5-ci maddəsində qeyd edilir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsində qeyd edilir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.

17. Həmin Məcəllənin 384.0.5-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

18. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmunda 13 yanvar 2026-cı il tarixli Barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən İddiaçı, digər tərəfdən Cavabdeh (bunda sonra birlikdə “Tərəflər” adlandırılacaq) İddiaçı göstərilən şəxsə qarşı “pul tələbinə” dair iddiası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasının icraatında olan 2(103)-5892/2025 saylı iş üzrə Barışıq sazişini (bundan sonra “Saziş”) aşağıdakı şərtlərlə bağlayırlar: 1.1. Bu sazişin məqsədi tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 1.2.Cavabdeh xx.xx.2021-ci il tarixli borc sənədinə əsasən İddiaçı 14000 (on dörd min) ABŞ dollar borc aldığını etiraf edir və İddiaçı tərəfindən güzəştlər olarsa borcun bir hissəsini ödəməyə razılaşır. 1.3. İddiaçı xx.xx.2021-ci il tarixli borc sənədinə əsasən Cavabdeh verilmiş olan 14000 (on dörd min) ABŞ dollar borc vəsaitinin 8000 (səkkiz min) ABŞ dollar hissəsini borcalana güzəşt (imtina) edərək 6000 (altı min) ABŞ dollar pulun borcalan tərəfindən ona qaytarılmasına razılaşır. 1.4. Cavabdeh xx.xx.2021-ci il tarixli borc sənədinə əsasən 6000 (altı min) ABŞ dollar borc məbləğini xx.xx.2026-cı il tarixindən başlayaraq 24 ay ərzində hissə-hissə, yəni hər ay 300 (üç yüz) ABŞ dolları məbləğindən az olmamaqla (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), ödəmə müddətinin sonunda borc məbləğinin tam ödənilməsi təmin olunmaqla, İddiaçı ödəməyi öhdəsinə götürür. 1.5. Cavabdeh tərəfindən 6000 (altı min) ABŞ dollar pul şərtləşdirilmiş qaydada və vaxtda İddiaçı ödənildikdən sonra xx.xx.2021-ci il tarixli borc sənədinə əsasən, öhdəliklər borcalan tərəfindən icra edilmiş hesab ediləcək. 1.6. Müəyyən edilmiş qaydada və müddətdə borc məbləği borcalan tərəfindən İddiaçı ödənilməyəcəyi halda həmin vaxtadək aparılmış ödənişlər çıxılmaqla, Bu Sazişin 1.2-ci bəndində göstərilən 14000 (on dörd min) ABŞ dollar məbləğində borcun Cavabdeh tutulması üçün İddiaçı ərizəsi əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilir.

2. Barışıq sazişini Tərəflər imzalamaqla məhkəməyə təqdim edirlər.

3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

4. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-in 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

5. Barışıq sazişi 3 nüsxədə tərtib edilmişdir, nüsxələrin biri iş materiallarına əlavə edilir, digər nüsxələr hər birində 1 nüsxə olmaqla Tərəflərdə saxlanılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3730/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar