Məhkəmə qərarları › İş №2(103)-5894/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5894/2024

25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5894/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması və əlavə xərc” hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı tərəfindən xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1588/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X9 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat İddiaçı xeyrinə tutulması iddia edilmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(007)-1588/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 30 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X9 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. X7 “ALFA Talassemiya” diaqnozu ilə Talassemiya mərkəzində müalicə olunur. Onun müalicəsinə davamlı olaraq xeyli miqdarda maddi vəsait tələb olunur. Uşağın müalicəsi ilə bağlı olan xərclərin tək onun üzərində qaldığına görə müayinə və dərmanların alınmasına tələb olunan xərcləri mütəmadi olaraq ödəyə bilmir. Bu səbəbdən də müalicənin effektivliyi aşağı düşür və bu da azyaşlı qızı Ayla Muradovanın səhhətinin getdikcə pisləşməsinə səbəb olur. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cürə ödəmir.

3. Cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və 30 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)- 987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilmiş, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X9 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İddiaçı hal-hazırda iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək aliment məbləğinin artırılaraq, 235 manat və 200 manat əlavə müalicə xərcinin cəmi 435 manat məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun ailə vəziyyəti hal-hazırda həmin qət olunmuş 193 manat alimenti və əlavə xərcə görə müəyyən edilmiş 60 manatı ödəməyə imkan vermir. Belə ki, o, "xxxx" MMC-də əməliyyatçı mühasib vəzifəsində işləyir və aylıq əmək haqqı 550 manat təşkil edir. Bütün müvafiq xərclər çıxılandan sonra yekun olaraq aylıq 495.25 manat əmək haqqı alır. Əgər o İddiaçı hal-hazırda tələb etdiyi məbləği ödəsə nəticədə onun aylıq gəliri 60.25 manat düşmüş olacaqdır. O, 60.25 manatla 1 ay necə yaşasın??? Onun başqa gəlir və qazanc yeri yoxdur. Bundan əlavə də hal-hazırda sağlamlığında çox ciddi problemləri vardır demək olar ki, mütəmadi olaraq müayinə və müalicə alır. Xüsusilə qeyd etmək istəyir ki, İddiaçı 2020-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq hər ay uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1625/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçıda qeyd olunan qətnamə ilə razılaşmış apellyasiya şikayəti verməmiş və qətnamədə qanuni qüvvəsini almışdır. Əlavə xərclərlə bağlı bildirmək istəyir ki, uşaq “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatda olsa da onun bütün müalicə və müayinə xərcləri eləcə də bütün növ analiz xərclərinin hamısı dövlət hesabına ödənişsiz həyata keçirilir. Məhkəmənin nəzərinə xüsusilə vacib bir halı çatdırmaq istəyir ki, o, Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, övladı X12 xx.xx.2017-ci il tarixindən Mərkəzin Talassemiya bölməsində “Alfa talassemiya” diaqnozu ilə qeydiyyata alınmış və müvafiq dövlət proqramında nəzərdə tutulan tibbi yardımla təmin olunur. Əlavə olaraq da bildiriblər ki, Ayla Muradova xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Mərkəzə müraciət edərək ödənişsiz həkim və laborator müayinələrindən keçmişdir. Açıq aydın görünür ki, iddia tam əsassız və qanunsuzdur uşağın heç bir əlavə xərcə ehtiyacı yoxdur. Eyni ilə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə rəsmi sorğu verilmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Proqramın”-da nəzərdə tutulan tibbi yardım ilə təmin olunur. Onu da bildirmək istəyir ki, özü də şəxsən Milli Hematologiya və Transfuziologiya Mərkəzində olmuş və şifahi formada bildiriblər ki, “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatda olan bütün xəstələrin müalicə və müayinə xərcləri eləcədə bütün növ analiz xərclərinin hamısı dövlət hesabına ödənişsiz həyata keçirilir. Açıq aydın görünür ki, İddiaçı məhkəməni aldadaraq uşağın heç bir əlavə xərcə ehtiyacı olmadığı halda əsassız olaraq ondan pul alır. Hesab edir ki, belə bir qanunsuzluq yol verilməzdir. Bu səbəblərdən də iddia ərizəsi təmin olunmamalıdır. Ən əsası da İddiaçı hal-hazırkı iddia ərizəsinə əlavə etdiyi 2024-cü il tarixli bütün analizlərdən ödənişsiz keçmişdir və işdə olan digər sənədlərin hamısı da 2022-ci ilə aiddir. Ən vacib halda odur ki, İddiaçı məhkəməyə təqdim etdiyi 123.60 manatlıq qəbzin sol tərəfində 2022-ci il qeyd olunsa da amma qəbzin sağ yuxarı hissəsində (məhkəməni aldatmaq niyyətilə) saxtakarlıq edərək 2022-ci il yazılmış tarixi 2-ni 4 edərək ciddi qanun pozuntusuna yol vermişdir. Hesab edir ki, məhkəməni saxta sənədlə aldatmağa çalışan (İddiaçı) şəxsin barəsində xüsusi qərar çıxarılıb Baş Prokurorluğa göndərilməlidir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan qəbzdə verilmiş bütün analizlərin hamısı ödənişsizdir. Ödənişsiz xəstəni ödənişli xəstə kimi qəbul edərək ondan hansısa məqsədlər üçün pul alan həkim Mireldar Babayevin barəsində Baş Prokurorluqda eləcə də Səhiyyə Nazirliyində xüsusi araşdırmalar aparılır. Ödənişsiz xəstədən necə ödəniş alınıbdır???? Bundan əlavə ailə qanunvericiliyinin tələblərinə əsasən uşaqların saxlanması təkcə atanın deyil, həm də ananın vəzifəsidir. İddiaçı öz iddia ərizəsində göstərir ki, yaşayış minimumu haqqında qanuna əsasən uşaqları saxlamaq üçün minimum hədd 235 manat müəyyən edilmişdir. Lakin bu hədd təkcə uşaqların atası üçün müəyyən edilməmişdir. Hesab edir ki, uşaqların saxlanması üçün müəyyən olunmuş minimum hədd ata və ana arasında bərabər şəkildə bölünməlidir. Əgər məhkəmə heç bir şey etməsə, o, başqa yollara əl atmalı olacaq. O, alimentin ödənilməsindən imtina etmir. Sadəcə olaraq xahiş edir ki, əsassız olaraq əlavə xərcə görə ondan 60 manat ləğv olunsun.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 81.2, 81.3, 112.1; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2, 8.12; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 112.1.3, 124.1; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə münasibətindən doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Belə ki, uşağın saxlanılması üçün 2022-ci ildə hər ay 193 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 2 il keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmışdır. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. X4 talassemiya xəstəliyi diaqnozu ilə qeydiyyatdadır, tibbi müəssisələrdə müayinə və müalicə olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir. Bütün müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir, uşağın xəstəliyi və müalicəsi ilə bağlı sənədlər təqdim edilmişdir. Məhkəmə cavabdehin etirazında və məhkəmə iclasında “qızının müalicə və müayinə xərclərinin dövlət tərəfindən qarşılanması” barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, cavabdehin etirazına əsas kimi istinad etdiyi hal- onun sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsin xx.xx.2024- cü il tarixli cavabında irsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin qeyd olunduğu, lakin iddiaçının ondan əsassız olaraq həmin pul vəsaitini tələb etməsidir. İddiaçı isə yalnız övladının müayinəsinin dövlət hesabına qarşılandığını, bununla belə, müalicə xərclərini özünün qarşıladığını qeyd etmişdir. Məhkəmə tərəfindən sözügedən məqam aydınlaşdırılmış və iddiaçının müalicə xərclərini məhz özünün qarşılaması müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli dərmanlar üzrə reseptindən, xx.xx.2024-cü il tarixli pediatrın tövsiyə blankından və xx.xx.2024-cü il tarixli, 65391 nömrəli satış çekindən müəyyən olunur ki, xəstə Muradova Aylanın müalicəsi üçün bir sıra dərmanlar (vitaminlər) təyin edilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə dərman preparatlarının alınmasına 141 manat pul vəsaiti ödənilmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdehin etirazında göstərdikləri iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda azyaşlı X2 xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, 200 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi təmin edilərək, cavabdeh uşağa çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat iddiaçının xeyrinə tutulmalıdır.

5. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-1588/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 30 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)- 987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X9 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir;- AZ-İ seriyalı 299311 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 avqust 2018-ci il tarixdə 217 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Pirmətova” soyadı verilmişdir;- - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(020)-1625/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir;- Məhkəməyə xx.xx.2015-ci il təvəllüdlü X8 müayinə və müalicəsi zamanı çəkilmiş xərclərə dair qəbzlər təqdim edilmişdir;- MŞB/1/2024-00184 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin medasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir;- Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətindən xx.xx.2015-ci il təvəllüdlü X14 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)- 1588/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 30 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)- 987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X9 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda ana xx.xx.2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən uşağının müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş edir Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2034/2024 saylı, 05 avqust 2024- cü il tarixli qətnaməsi qismən ləğv edilməsini, əlavə xərclər hissəsində iddia tələbi qanunsuz və əsassız olduğu üçün həmin hissədə iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini, ciddi qanun pozuntuları ilə qətnamə çıxardığına, iş üzrə tam araşdırma aparmadığına, prosessual hüquq normalarını düzgün tətbiq etmədiyinə görə hakim X11 barəsində Xüsusi Qərardad çıxarılaraq Məhkəmə Hüquq Şurasına göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 88, 372.1, 384, 384.0.2, 385.1, 385.1.1, 387.1; Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci maddəsinin 2-ci hissəsinə; İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı və 13; “ Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 99-cu maddəsinə istinadən qeyd edilmişdir ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə rəsmi olaraq qarşılıqlı iddia ərizəsi verilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsi onun tərəfindən verilən rəsmi qarşılıqlı iddia ərizəsinə nə qətnamədə nə də ki qətnamənin nəticə hissəsini məhkəmə iclas zalında elan etdiyi vaxtda heç bir münasibət bildirməmişdir. Sual olunur ki, onun qarşılıqlı iddia ərizəsi hara getdi??? Təmin olundu yoxsa yox??? Hesab edir ki, bu çox ciddi prosessual pozuntudur və hakimin belə etməsi ciddi qanun pozuntusudur. Bu da o, deməkdir ki, bu iş əvvəldən hansısa maraqlar üzərində qurulubdur. Ən azından hakim onun qarşılıqlı iddia ərizəsinə mütləq münasibət bildirməlidir. Bakı şəhəri Nizami rayon məhkəməsi gülməli qətnamə qəbul etmişdir və qəbul etdiyi qətnaməni də heç bir hüquq norması ilə əsaslandırmamışdır. Onu da bildirmək istəyir ki, onun ailə vəziyyəti eləcədə sağlamlığı hal-hazırda əlavə xərclərə görə qət olunmuş 200 (iki yüz) manatı ödəməyə imkan vermir. O "xxxx" MMC-də əməliyyatçı mühasib vəzifəsində işləyir və aylıq əmək haqqı 550 manat təşkil edir. Bütün müvafiq xərclər çıxılandan sonra yekun olaraq aylıq 495.25 manat əmək haqqı alır. Əgər o İddiaçı hal-hazırda tələb etdiyi məbləği ödəsə nəticədə onun aylıq gəliri 60.25 manat düşmüş olacaqdır. O 60.25 manatla 1 (bir) ay necə yaşasın??? Onun başqa gəliri və qazanc yeri yoxdur. Bundan əlavə də onun hal-hazırda sağlamlığında çox ciddi problemləri vardır demək olar ki, mütəmadi olaraq müayinə və müalicə alır. Bildirmək istəyir ki, İddiaçı 2020-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq hər ay uşağa görə 250 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1625/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı da qeyd olunan qətnamə ilə razılaşmış apellyasiya şikayəti verməmiş və qətnamədə qanuni qüvvəsini almışdır. Əlavə xərclərlə bağlı bildirmək istəyirəm ki, uşaq “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatda olsada onun bütün müalicə və müayinə xərcləri eləcədə bütün növ analiz xərclərinin hamısı dövlət hesabına ödənişsiz həyata keçirilir. Məhkəmənin nəzərinə xüsusilə vacib bir halı çatdırmaq istəyir ki, o Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət etmiş, Milli Hematologiya vəTransfuziologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, övladı X12 xx.xx.2017-ci il tarixindən Mərkəzin Talassemiya bölməsində “Alfa talassemiya” diaqnozu ilə qeydiyyata alınmış və müvafiq dövlət proqramında nəzərdə tutulan tibbi yardımla təmin olunur. Əlavə olaraq da bildiriblər ki, Ayla Muradova xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Mərkəzə müraciət edərək ödənişsiz həkim və laborator müayinələrindən keçmişdir. Açıq aydın görünür ki, iddia tam əsassız və qanunsuzdur uşağın heç bir əlavə xərcə ehtiyacı yoxdur. Eyni ilə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinə rəsmi sorğu verilmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Proqramın”- da nəzərdə tutulan tibbi yardım ilə təmin olunur. Onu da bildirmək istəyir ki, o özü də şəxsən Milli Hematologiya vəTransfuziologiya Mərkəzində olmuş və şifahi formada ona bildiriblər ki , “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatda olan bütün xəstələrin müalicə və müayinə xərcləri eləcədə bütün növ analiz xərclərinin hamısı dövlət hesabına ödənişsiz həyata keçirilir. Açıq- aydın görünür ki, İddiaçı məhkəməni aldadaraq uşağın heç bir əlavə xərcə ehtiyacı olmadığı halda əsassız olaraq ondan pul alır. Hesab edir ki, belə bir qanunsuzluq yol verilməzdir. Bu səbəblərdən də iddia ərizəsi əlavə xərclər hissəsində təmin olunmamalıdır. Ən əsası da İddiaçı hal-hazırkı iddia ərizəsinə əlavə etdiyi 2024-cü il tarixli bütün analizlərdən ödənişsiz keçmişdir və işdə olan digər sənədlərin hamısı da 2022-ci ilə aiddir. Ən vacib halda odur ki, İddiaçı məhkəməyə təqdim etdiyi 123.60 manatlıq qəbzin sol tərəfində 2022-ci il qeyd olunsa da, amma qəbzin sağ yuxarı hissəsində (məhkəməni aldatmaq niyyətilə) saxtakarlıq edərək 2022-ci il yazılmış tarixi 2-ni 4 edərək ciddi qanun pozuntusuna yol vermişdir. Hesab edir ki, məhkəməni saxta sənədlə aldatmağa çalışan (İddiaçı) şəxsin barəsində Xüsusi Qərar çıxarılıb Baş Prokurorluğa göndərilməlidir. İddiaçı saxta sənədlə məhkəməni aldatmışdır və çox maraqlıdır ki, hakimdə bunu görə görə heç bir hüquqi münasibət bildirmədən əksinə iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan qəbzdə verilmiş bütün analizlərin hamısı ödənişsizdir. Ödənişsiz xəstəni ödənişli xəstə kimi qəbul edərək ondan hansısa məqsədlər üçün pul alan həkim Mireldar Babayevin barəsində Baş Prokurorluqda eləcədə Səhiyyə Nazirliyində xüsusi araşdırmalar aparılır. Hesab edir ki, bu qeyd olunan vacib hallar Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən nəzərə alınmalı idi. Bakı şəhəri Nizami rayon məhkəməsi ümumiyyətlə iş materialları ilə eləcə də onun tərəfindən təqdim edilmiş əsaslı sübutlarla tam tanış olmamışdır və ya tanış olmaq istəməmişdir. Demək olar ki, rəsmi təqdim olunmuş sübutları qətiyyən nəzərə almamışdır və əsaslı sübutlara qətnamədə heç bir münasibət bildirməmişdir. Əgər məhkəmə sübutlara qiymət vermiş olsaydı iş üzrə düzgün və ədalətli qətnamə qəbul etmiş olardı. Məhkəmənin qəbul etdiyi qətnamə ancaq iddiaçının maraqlarına xidmət edir. Nəzərə alınmalıdır ki, İddiaçı tərəfindən məhkəməyə heç bir rəsmi sübut təqdim edilməmişdir. Təqdim edilmiş müəyyən qəbzlərində heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Ayla Muradova ödənişsiz dərman preparatları ilə təmin olunur. Əlavə olaraq bildirilib ki, Ayla Muradova son 2 ay ərzində xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində Mərkəzə müraciət edərək ödənişsiz həkim müayinəsindən keçmiş və dərman preparatları ilə təmin olunmuşdur. Yəni bu o, deməkdir ki, dövlət bu xəstəliklə bağlı hər bir ödənişi qarşılayır və hətta dərmanları belə ödənişsiz verir. Bu təkzib olunmaz sübutları necə nəzərə almamaq olar??? Axı məhkəmə sübutlara əsasən qətnamə qəbul edir. Daha bir vacib halda odur ki, məhkəmə qətnamədə qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçı məhkəməyə müvafiq sübutlar təqdim etmişdir və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bununla bağlı bildirmək istəyir ki, xx.xx.2024-cü il tarixdə məhkəmə iclası ümumiyyətlə olmamışdır. Vahid Məhkəmə Portalında xx.xx.2024-cü il tarixdə məhkəmə iclasının keçirilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur və iddiaçıda heç bir məhkəmə iclaslarında iştirak etməmişdir. Fərz edilsə ki, xx.xx.2024-cü il tarixdə məhkəmə iclası baş tutmuşdur. Necə olur ki, xx.xx.2024-cü il tarixdə yazılmış qanunsuz tövsiyə blankı xx.xx.2024-cü il tarixdə guya baş tutmuş məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunur??? 8 (səkkiz) gün sonra yazılmış tövsiyə blankının xx.xx.2024-cü il tarixdə təqdim olunması gülməli bir haldır. Məhkəmə iclası olmayaolmaya necə oldu ki, iddiaçı sübutlar təqdim etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş elədi??? Onu da bildirmək istəyir ki, əgər qızı guya 2 (iki) aydan bir analiz verməlidirsə, 2022-ci ildən 2024-cü ilə kimi 2 (iki) aydan bir müxtəlif tarixlərdə verdiyi analizlərlə bağlı məhkəməyə sübutlar təqdim olunmalı idi. Amma belə bir sübutlar iş materiallarında mövcud deyildir. İddiaçı yalnız məhkəmədə iddia qaldırmağına bir iki ay qalmış məqsədli şəkildə gedib müxtəlif analizlər verir ki guya uşaq iki aydan bir analizlər verir. Məqsəd də odur ki, məhkəmədə fikir formalaşdıraraq ondan əsassız yerə pul alsın. Daha bir vacib halda odur ki, iddiaçı bildirir ki, Talassemiya mərkəzi “dövlət fondu” olsa da, guya yalnız “kislota”nı təmin edir. Bununla bağlı bildirmək istəyir ki,“kislota” çox yandırıcı bir maddədir və bunun uşağın müalicəsində istifadə olunması qeyri -mümkündür. Ən əsası da rəsmi cavabla bildirilib ki, Ayla Muradova ödənişsiz dərman preparatları ilə tam təmin olunur. Yəni fond tərəfindən təkcə iddiaçının qeyd etdiyi “kislota” yox bütün dərman preparatları verilir özü də tam ödənişsiz. Azərbaycan Respublikasının Prezidentinin nəzarətində olan eləcədə X18 tərəfindən maliyyələşdirilən talassemiya xəstələrinin bütün müalicə, analiz və dərman vasitələri ilə təmin olunması tam ödənişsiz həyata keçirilir. Bu vacib halları necə nəzərə almamaq olar??? Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, məhkəmə qətnaməsinin əlavə xərc hissəsindən narazı olduğunu, belə ki, qızının alfa talassemiya xəstəliyi adı altında dispanserdə qeydiyyatda olduğunu, lakin onun müayinə və müalicəsinin dövlət tərəfindən qarşılandığını, bununla bağlı müvafiq arayışları da birinci instansiya məhkəməsinə təqdim etdiyini, iddiaçının məhkəməni aldadaraq köhnə müayinə sənədlərinin tarixini dəyişərək qəbzlər təqdim etdiyini, məhkəmə tərəfindən onun qarşılıqlı iddia ərizəsinə münasibət bildirilmədiyini, sonradan protokollarla tanış olmaq istəsə də, bunun üçün də şərait yaradılmadığını, "xxxx" MMC-də mühasib vəzifəsində çalışdığını, aylıq əmək haqqının tutulmalar çıxıldıqdan sonra 495 manat, 25 qəpik təşkil etdiyini, belə olan halda aliment və əlavə xərc çıxıldıqdan sonra yerdə qalan 60 manat, 25 qəpiklə yaşamasının qeyri mümkün olduğunu bildirmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

8. Məlumatlandırılması üçün qanunverciliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi alimentin artırıması ilə bağlı hissədə mübahisələndirilmədiyindən apellyasiya baxışı yalnız əlavə xərcin məbləğinin müəyyən edilməsi hissəsində məhdudlaşmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 17, 34; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-22, 49, 50, 51, 60, 61, 75, 81; «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyası və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 385- 390-cı maddələrinə istinadən hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş arayışlardan, əvvəlki məhkəmə baxışları zamanı verilmiş sorğularla müəyyən olunur ki, X14 2017-ci il tarixdən “Alfa Talassemiya “ diaqnozu ilə qeydiyyata alınmış və onu müayinə və müalicə xərcləri dövlət hesabına təmin olunur. Lakin xəstəliyinin davam etməsi və uşağın daimi olaraq müayinə və müalicəyə ehtiyacının olması və bu müalicələr üçün dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmayan əlavə xərclərin yarana bilmə ehtimalı nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əlavə xərc hissəsində məbləğə münasibətdə dəyişdirilməli xx.xx.2015-ci il təvəllüdlü X9 çəkilən əlavə xərclərə görə hər ay sabit pul məbləğində 100 manat Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, aliment məbləğinin artırılmasına olan tələb edilən yaşayış minimumun dəyişməsi mütənasib olaraq uşağa olan qayğının müvafiq nisbətinin artmasını müəyyən edir. Belə ki, bu hal hamıya bəlli olan haldır və 60 manat məbləğində olan əlavə xərc üzrə məbləğin müəyyən edilməsi isə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmiş haldır, qarşılıqılı iddianın icraata qəbul edilməsinin imtina qərardadından isə şikayət verilmədiyindən onun müzakirəsi hazırki icraat həddində yolverilməzdir.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

13. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

14. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Alimentin müəyyən edilməsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin və əlavə xərclərin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna edilmir.

15. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəmə xərci ilə bağlı tələb olmadığından məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2034/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya baxışı olan “əlavə xərclərin müəyyən edilməsi hissəsi” ndə dəyişdirilərək X9 çəkilən əlavə xərclərə görə tutulmalı olan məbləğ 100 ( yüz) manat dəyərində müəyyən edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar