Məhkəmə qərarları › İş №2(103)-5896/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5896/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5896/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3096,82 ABŞ dolları əsas borc, 5161,22 ABŞ dolları faiz borcu, 72,78 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 78,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8409,17 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 21-M-1-0-281-15 №-li kredit müqaviləsi üzrə 3096.82 ABŞ dolları əsas, 2821.68 ABŞ dolları faiz borcu, 72.78 ABŞ dolları cərimə və illik 5% hesablanmaqla 78.35 ABŞ dolları, cəmi 6069.63 (altı min altmış doqquz ABŞ dolları, altmış üç sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması, xx.xx.2015-ci il tarixli 21-M-1-0-281-15 №-li bank hesab, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməsi, ekspertiza xərci 120 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “xxxxxxxxx” ASC və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasına iddiaçı “xxxxxxxxx” ASC və Cavabdeh1 apellyasiya şikayətlərindən imtinaları barədə ərizələri daxıl olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, ərizələri nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətlərindən imtinalar qəbul edilməklə, iddiaçı “xxxxxxxxx” ASC və Cavabdeh1 münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iddiaçı “xxxxxxxxx” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, xx xxxx 2020-ci il tarixli, PAİHTD-5506№-li, “xxxxxxxxx” ASC-nin Məhkəmə Orqanları ilə iş höbəsinin müdiri, eyni zamanda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini də imzalamış İsa Hacıyev tərəfindən imzalanmış, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, Bankın xüsusi blankında tərtib edilmiş apellyasiya şikayətindən imtina edilməsi barədə ərizədən görünür ki, iddiaçı ilə cavabdehlər arasında əldə edilmiş razılığa əsasən iddiaçı verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya icraaatına xitam verilməsini xahiş edir. Eyni zamanda Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, Quba regional “ASAN xidmət” mərkəzinin notarial ofisində 8İ-10180№ ilə reyestrdə qeydə alınmış ərizədən görünür ki, Cavabdeh1 iddiaçı “xxxxxxxxx” ASC ilə razılığa gələrək ümumilikdə 5000 ABŞ dolları ödəməklə kredit öhdəliyini tam şəkildə icra etmiş və iddiaçı qarşısında heç bir öhdəliyi qalmamış, habelə həmin bank tərəfindən ona kredit borcunun olmaması barədə məktub verildiyindən, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir və apellyasiya icraaatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatna xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 369, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtinalar qəbul edilsin və iddiaçı “xxxxxxxxx” ASC və Cavabdeh1 münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar