Məhkəmə qərarları › İş №2(103)-5897/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5897/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5897/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-1216/20 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung LED televizor üçün 1155 manat ödənilməmiş hissə, 347 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyəəsasən HP 15-bsl52ur i3 kompüter üçün 961 manat ödənilməmiş hissə, 244 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyəəsasən paltaryuyan Samsung üçün 1036 manat ödənilməmiş hissə, 244 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyəəsasən İMEİ kodu **********82138 Xiaomi Mİ A2 Lite telefon üçün 510 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu, xx.xx.2019-ci il tarixli müqaviləyəəsasən Acer Aspire 3 kompüter üçün 876 manat ödənilməmiş hissə, 241 manat dəbbə pulu, ümumilikdə 5767 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5797 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-1216/2020) iddia qismən təmin olunaraq Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1155 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 961 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1036 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 510 manat ödənilməmiş məbləğ, 50 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 876 manat ödənilməmiş məbləğ, 100 manat dəbbə pulu olmaqla, cəmi 4988 (dörd min doqquz yüz səksən səkkiz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq “xxxxxxxxxxx” MMCyə ödənilməsiqət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-ci il tarixli müqavilələrə əsasən Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-dən Samsung LED televizor, HP 15-bsl52ur İ3 kompüter, paltaryuyan samsung, İMEİ kodu**********82138 Xiaomi Mİ A2 Lite telefon, Acer Aspire 3 kompüter almış və nəticədə 5767 manat borc yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyəəsasən alqı-satqı qiyməti 2165 manat (18 ay x 105 manat + 275 manat ilkin ödəniş) olan samsung LED televizor üçün 1502 manat olmaqla ondan, 1155 manat ödənilməmiş hissə, 347 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyəəsasən alqı-satqı qiyməti 1332 manat olan HP 15-bsl52ur i3 kompüter üçün 1205 manat olmaqla ondan, 961 manat ödənilməmiş hissə, 244 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyəəsasən alqı-satqı qiyməti 1334 manat olan paltaryuyan Samsung üçün 1280 manat olmaqla ondan 1036 manat ödənilməmiş hissə, 244 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyəəsasən alqısatqı qiyməti 612 manat olan İMEİ kodu **********82138 Xiaomi Mİ A2 Lite telefon üçün 663 manat olmaqla ondan 510 manat ödənilməmiş hissə, 153 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyəəsasən alqı-satqı qiyməti 1057 manat olan Acer Aspire 3 kompüter üçün 1117 manat olmaqla ondan 876 manat ödənilməmiş hissə, 241 manat dəbbə pulu borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1962 manat təşkil edir. İddiaçı qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətləri birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların nəzərə alınmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi R.Səlimov məhkəmə kollegiyasının iclasında izahat verərkən cavabdehin apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, iddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsindən şikayət verməmişdir. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müvafiq şərtlərlə aşağıdakı əmlaklara dair alqı-satqı müsqavilələri bağlanmışdır: - xx.xx.2018-ci il tarixli, K00180190 saylı müqaviləyəəsasən 18 ay müddətinə hər ay 105 manat nağd ödəniş etməklə, qiyməti 2165 manat olan Samsung LED televizor; - xx.xx.2018-ci il tarixli, K00268049 saylı müqaviləyəəsasən 18 ay müddətinə hər ay 74 manat nağd ödəniş edilməklə, qiyməti 1332 manat olan komputer; - xx.xx.2018-ci il tarixli, 00294376 saylı müqaviləyəəsasən 18 ay müddətinə hər ay 74 manat nağd ödəniş edilməklə, qiyməti 1334 manat olan Samsung paltaryuyan maşın; - xx.xx.2018-ci il tarixli, 00357768 saylı müqaviləyəəsasən 12 ay müddətinə hər ay 51 manat nağd ödəniş olmaqla, qiyməti 612 manat olan mobil telefon; - xx.xx.2019-cu il tarixli, 00480934 saylı müqaviləyəəsasən 12 ay müddətinə hər ay 73 manat nağd ödəniş etməklə, qiyməti 1057 manat olan komputer. İddiaçının təqdim etdiyi maliyyə cədvəlinə əsasən adı çəkilən müqavilələr üzrə cavabdehin ümumilikdə 4538 manat ödənilməmiş əsasborcu və 1229 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin lazımi qaydada yerinə yetirilmədiyini əsas gətirərək pul tələbinə dair hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müqavilə şərtlərinin lazımi qaydada yerinə yetirilmədiyini və nəticədə ödənilməmiş borc yarandığını müəyyən edərək cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1155 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzə 961 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1036 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 510 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 876 manat ödənilməmiş hissənin «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445, 448, 567, 600.1-ci və MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Mülki Məcəllənin 567-ci maddəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1.-ci maddəsinin tələbinəəsasən alqı-satqı müqaviləsindəəşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görəəgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsi cavabdehdən dəbbə pulunun tutulması ilə bağlı tələbə qiymət verərkən mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 462.1, 465.2, 467-ci maddələrini tətbiq etmiş və belə qənaətə gəlmişdir ki, tələb olunan dəbbə pulu məbləğləri tənasübsüz surətdə yüksəkdir və buna görə də cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği azaldılmaqla xx.xx.2018-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2018ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 50 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat məyyən edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinəəsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinəəsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni iddianın təmin olunan hissəsində düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına istinad edərək apelyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmaqla həmin hallara uyğun gələn maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də qətnamə dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar