Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-590/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11, AR İN yanında Dövlət Vergi Xidməti və AR Dövlət Gömrük Xidməti cəlb edilməklə) cavabdeh Janashia Leilaya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X37 və X12 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh Janashia Leilanın, onun nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, Tərcüməçi X15 qızının iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(004)-103/2024 saylı qətnaməsindən cavabdeh Janashia Leila və üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə cavabdeh Janashia Leila arasında şifahi qaydada əşyaların nisyə alğı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən cavabdehin 68.183 ABŞ dolları və 2500 manat dəyərində antik əşyaları iddiaçıdan təhvil alması müəyyən edilir. 2.İddiaçı cavabdehin öhdəliklərini icra etmədiyinə görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Janashia Leilaya qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77 min ABŞ dolları məbləğində pulun, ödəniş gününə manata olan məzənnəsi ilə əsas borcun və 70 min manat dəyərində dəymiş maddi ( əldən çıxmış fayda və borcun əldə edilməsi ilə bağlı çəkilən xərclər nəzərə alınmaqla) və mənəvi zərərin, həmçinin 540 manat məbləğində ödənilmiş dövlət rüsumunun Gürcüstan vətəndaşı olan Janashia Leiladan alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, eyni zamanda Leila Janashianın əməlində cinayət faktları tam sübuta yetirildiyini nəzərə alaraq xüsusi qərardad çıxarılmaslq prokurora xəbər verilməsi məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Gürcüstan vətəndaşı olan Cavabdeh adlı şəxs tərəfindən, inamından sui-istifadə edilməklə, dələduzluq yolu ilə ona məxsus 77 min ABŞ dolları məbləğində pulu mənimsənilmişdir. Maddi durumunun ağır olması ilə, ayrı-ayrı vaxtlarda qızı üçün cehiz kimi aldığı bahalı əntiq əşyalarını satmaq niyyətində olduğundan, əmisi qızı vasitəsi ilə tanış olduğu Gürcüstan vətəndaşı cavadeh Cavabdeh adlı şəxsə bildirmişdir. Belə ki, Gürcüstan vətəndaşı olan Cavabdeh adlı şəxsi, uzun illərdir ki, Azərbaycanda, məhz bu fəaliyyətlə, yəni əntiq mallarının satışı ilə məşğul olduğunu əvvəlcədən bildiyindən ona müraciət edib. Hətta, 15-16 il bundan əvvəl də, onun mağazasından 9 min ABŞ dolları dəyərində, qızı üçün servis komplekti də almışdır. Beləliklə, satmaq istədiyi “mallara” baxmaq üçün, xx.xx.2022-ci il tarixdə, JANASHİA LEİLA adlı şəxs, yaşadığı-ünvan 1 ünvana gəlir və “mallara” baxış keçirərək, bəyəndiyi və tez satılacaq “malların” siyasını tərtib edir. Onun tərtib etdiyi bu siyahı üzrə, aralarında olan razılaşma əsasında, ayrı-ayrı adlarda olan cehiz malları, ümumilikdə, 77 min ABŞ dollarında, həmin dövrün manata ekvivalenti ilə dəyərləndirildi və qərara alındı ki, pulun qaytarlması anında da, həmin günə olan ABŞ dollarının manata ekvivalenti nəzərə alınmaqla hesablaşma aparılacaqdır. Bu cür razılaşma əsasında da, onunla Gürcüstan vətəndaşı olan Cavabdeh adlı şəxs arasında “Qaimə- Fakturalar” imzalandı. 7 vərəqdən ibarət həmin 7 ədəd “Qaimə-Fakturalar” dan da görünür ki, ümumilikdə dəyəri 77 min ABŞ dollarında, ayrı-ayrı adda olan suvenir-əntiq mallar Ülviyyə tərəfindən xx.xx.2022- ci il tarixdə, evində, JANASHİA LEİLAya təhvil verilmişdir. Xüsusi olaraq o da qeyd edilməlidir ki, malların təhvil və qəbul edilməsi ilə əlaqədar, “QaiməFakturalar”ı hər iki tərəf imzaladıqdan sonra, Cavabdeh məxsus, “VİNTAGE STYLE” X10 aid möhürlə də, onun tərəfindən təsdiq edilmişdir. Bununla da, Cavabdeh özünü, həm də bu şirkətin rəhbəri kimi təqdim edərək, fəaliyətinin tam qanuni olduğunu göstərməklə, inamını demək olarsa da, tam qazanmışdır. Bundan sonra, malların daşınması üçün avtomobil sifariş edilmiş və mallar yüklənilərək, Bakı şəhəri, X51 İdarəsinin yerləşdiyi ərazinin arxa tərəfindəki, önünda, “Antik” reklamı vürülmüş mağazaya boşaldılmışdır. Hazırda da, JANASHİA Leılaya həmin ünvandakı mağazada fəalliyyət göstərir. Sonradan, bu ünvanın, ünvan 2, həmin dövrdən, yəni, xx.xx.2022-ci il tarixindən bu günə kimi, Gürcüstan vətəndaşı olan Cavabdeh adlı şəxsə verdiyi malların pulunu ondan geri ala bilmir. Maddi durumunun ağır olması ilə əlaqədar, ona verdiyi mallar, faktiki olaraq aldığı qiymətlərlə hesablandığından və həmin mallar da, dərhal satıldğından, mallarının da geri qaytarılması mümkünsüz olmuşdur. Ümumiyyətlə isə, Cavabdeh adlı şəxsin fəaliyyətindən xəbəri olduğundan, bilirib ki, o, aldığı əntiq malları, 3-4 dəfə baha qiymətə satır və iddiaçıdan aldığı malların üzərinə “100 faiz ticarət” əlavəsini gəlməklə də, tez satışının həyata keçirilməsinə nail olmuşdur. Gürcüstan vətəndaşı olan Cavabdeh adlı şəxs hər dəfə ona, pulunun bir ay müddətinə qaytaracağı barədə vəddlər versə də, bu günə kimi mənimsənilmiş pulun geri alınmasına nail ola bilməmişdir. Bu məsələ ilə əlaqədar ona köməklik göstərilməsi üçün, tanışı X6 müraciət edib və bu məqsədlə aralarında, həmçinin müqavilə də bağlanıb. X7 verdiyi Etibarnamə əsasında, o, 2023-cü il, iyun ayının 23-də, Cavabdeh adlı şəxsin fəaliyyıt göstərdiyi, Bakı şəhəri, X51 İdarəsinin yerləşdiyi ərazinin arxa tərəfindəki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 69 G ünvandakı mağazada olmuş, özünü təqdim edərək, gəlişinin səbəblərini bildirmişdir. Onunla, məsələnin sülh yolu ilə, heç bir şikayət etmədən, iddiaçı ilə onun arasında bağlanması nəzərdə tutulan müqavilə ilə tənzimlənməsinə və müqavilənin, tərəfindən tərtib edilərək baxılması üçün ona təqdim edilməsinə razılaşmışlar. Janashıa X1 da bildirmişdir ki, onun məhkəmə və digər problemləri olduğundan bu günə kimi “Ülviyyənin” pulunu geri qaytara bilməmiş, Ali Məhkəmə də məsələni onun xeyrinə həll etdiyindən, ən uzağı, bir ay müddətinə pulları mütləq qaydada, “Ülviyyəyə” geri qaytaracaqdır. Beləliklə, X9, 28 iyun 2023-cü il tarixdə, saat 12-13 raddələrində, Cavabdeh adlı şəxsin fəaliyyət göstərdiyi, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 69 G ünvandakı mağazaya gəlmiş və onunla Cavabdeh arasında imzalanması nəzərdə tutulan, “borcun etirafı və qaytarılması müddəti barədə” tərtib edilmiş müqavilənin layihəsini ona təqdim edərək xahiş etmişdir ki, Vəkili və tanışları ilə baxsınlar, öz irad və təkliflərini bildirsinlər və bizlərlə də birlikdə, ümumi razılıq əsasında müqavilə imzalansın. Həmçinin, müqavilənin əsas şərtlərini də ona izah etmişdir. Cavabdeh müqavilənin şərtləri ilə razılaşdığını, hətta, pulun qaytarılması ilə bağlı müqavilədə nəzərdə tutulmuş 2 ay müddətinə iradını nümayiş etdirərək, pulun bir ay müddətində, yəni avqust ayının 1-dək, əminliklə qaytaracağını bildirmişdir. X11 ilə görüşləri zamanı, Cavabdeh onu da bildirmişdir ki, pulun qaytara bilməməsinə, eyni zamanda səbəb kimi, “Ülviyyədən götürdüyü malların bir qismini sata bilməməsi və həmin malların yerləşdiyi, ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan bütün əmlaklarının üzərinə, müvafiq məhkəmə qərarı ilə həbs qoyulması ilə izah etmişdir.” Əldə olunmuş razılaşma əsasında da, Müqavilənin layihəsinin ona təqdim edilməsinin səhərisi günü, yəni 29 iyun 2023-cü il tarixdə, saat 12:18-də, Ə.Rüstəmov tərəfindən istifadəsindəki (055) 317- 50-65 nömrəli telefonla, Cavabdeh istifadəsindəki (055) ***-**-** nömrəli telefonuna zəng etmiş, təqdim etdiyi Müqavilə layihəsinə münasibətllərinin necə olduğunu, əlavələrinin olub-olmayacağını Cavabdeh soruşmuşdur. Cavabdeh xanım isə, “çox həyacanlı olmuş” və “həyacanlı şəkildə” telefonla Ə.Restəmova bildirmişdi ki, “rəfiqəsinin məsləhəti ilə, heç bir müqailəyə imza atmayacaq, “biz” onun sözünə inanmalıyıq vəssalam: “Söz vermişəmsə bir ay ərzində ödəyəcəm, deməli, bir ay ərzində ödəyəcəm.” Belə olduqda: “Axı, “müqavilədə” hansı müddəa rəfiqəsinin xoşuna gəlmədi ki, o, buna qəti etirazını bildirir və əgər, xoşu gəlməyən hər hansı müddəa varsa, onu da müzakirə etməyə hazır olduğuqlarını , Ə.Rüstəmov ona bildirmiş, həmçinin, müqavilənin müzakirəsi üçün, rəfiqəsi ilə birlikdə görüşün təşkil etməsini ondan bir daha xahiş etmişdir. Bundan sonra isə, Cavabdeh bildirmişdi ki, “Ə.Rüstəmovun telefon nəmrəsini rəfiqəsinə verəcəkdir və yaxın saatlarda, rəfiqəsi telefon vasitəsi ilə, şəxsən iradını ona bildirəcəkdir. Ə.Rüstəmovun Cavabdeh ilə danışıqların sülh yolu iləhəll edilməsi ilə bağlı bütün cəhdləri nəticəsiz qalmış, sonunda da, bildirilmişdir ki, “vəkilləri ilə də danışıbdır, vəkilləri də məsləhət biliblər ki, “heç bir müqaviləyə imza atılmamalıdır” deyib, telefonunu qapatmışdır. Qeyd olunan hərəkətləri ilə, Cavabdeh bütün xisləti onlara tam məlum olduğundan, bir daha onunla əlaqə saxlanılmamış və Ə.Rüstəmov tərəfindən, məhkəməyə və aidiyyatı orqanlara müraciətlərin hazırlanması məqsədi ilə, materialların və məlumatların toplanılmasına başlanılmışdır. Beləliklə, toplanmış məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh adlı bu xanım: 20 ildən artıq müddətdə, böyük bir bizneslə məşğul olsa da, bu müddətdə, bir qəpik də olsa belə, vergi ödəməmişdir. 20 ildən artıq müddətdə, milyonlarla dəyərində xaricdən Azərbaycana əntiq malları idxal etsə də, “gömrükdən keçərkən”, həmin mallardan, bir manatlığını belə bəyan etməmişdir. 20 ildən artıq müddətdə, böyük bir bizneslə məşğul olmaqla və bundan, bir qəpik də olsa belə, vergi ödəməməklə, milyonlarla dəyərində xaricdən Azərbaycana idxal etdiyi malların “gömrükdən keçirərkən”, həmin mallardan, bir manatlığını belə bəyan etməməklə yanaşı, hələ sayı bilinmyən neçə-neçə Azərbaycan vətəndaşının külli miqdarda pullarını da mənimsəmişdir. İddia ərizəsinin yuxarı hissəsində göstərmişdir ki, “malların təhvil və qəbul edilməsi ilə əlaqədar, “Qaimə- Fakturalar”ı hər iki tərəf imzaladıqdan sonara, Cavabdeh məxsus, "xxxx" X10 aid möhürlə təsdiq etməklə, o, özünü həm də, bu şirkətin rəhbəri kimi təqdim etməklə, inamımı tam qazanmış və bununla da, sonradan faktiki olaraq inamından sui-istifadə etmiş, əvvəlcədən və bilərəkdən, aldığı mallara görə satışından əldə edəcəyi gəlirləri mənimsəmək niyyətində olduğunu tam təsdiq etmişdir. Belə ki, apardıqları araşdırmalardan müəyyən edilmişdir ki, azərbaycanda hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adında heç bir vergi ödəyicisi fəailiyyət göstərmir, ümumiyyətlə isə, bu addaCəmiyyətin mövcud olması ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa, Gürcüstan vətəndaşı olan Cavabdeh adlı şəxsin, Azərbaycanda hər hansı hüquqi şəxs təsis etməsi və ya hər hansı hüquqi şəxsin səlahiyyətli nümayəndəsi kimi qeydin mövcuduğu barədə məlumatın əldə edilməsi, tərəflarindən aparılan araşdırmalarla mümkün olmamışdır. Qeyd olunanlardan əlavə, “pulun qaytara bilməməsinə səbəb kimi, Ülviyyədən götürdüyü malların bir qismini sata bilməməsi və həmin malların yerləşdiyi, ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan bütün əmlaklarının üzərinə, müvafiq məhkəmə qərarı ilə həbs qoyulması ilə izah etməsi” ilə əlaqədar bildiriririk ki, Cavabdeh bu uydurması da tam ifşa olunmuşdur. Belə ki, apardıqları araşdırmalarla, yəni, Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə, ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan və üzərinə həbs qoyulmuş əmlakların siyahısında, bu xanımın təmsil etdiyi şəxsdən götürdüyü əmlaklar sıyahısı uzlaşmır. Bundan başqa, həmin ərazidəki malların kimlərdən alınması barədə, bu xanımın məhkəməyə təqdim etdiyi siyahıda da, Ülviyyənin, yəni iddiaçının adı keçmir. İmzalanmasından qəti şəkildə imtina ediyi müqavilə layihəsinin əsas şərtləri ilə bağlı isə, qeyd olunanları bildirir: 1-ci bənddə qeyd olunur ki, “Müqavilənin Predmeti “Borclu”, Gürcüstan vətəndaşı Cavabdeh, “Tələbkar”, İddiaçı 77000 (yetmiş yeddi min) ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etməklə, bu borcun xx.xx.2023-cü il tarixədək tam qaytarılmasını üzərinə götürməklə yanaşı, həmin müddətdən sonra vaxtında ödəilməmiş borc üzrə qalıq məbləğinin 0,1 faizi miqdarında cərimə hesablanılmaqla, pulun ödənilməsi gününə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə ödənilməsini üzərinə götürməkdən ibarətdir.” Yəni, borcun qaytarılması üçün, biz, xanıma əlavə olaraq bir ay da əlavə müddət verdikləri halda, buna imza etməməsi, faktiki olaraq “onun dələduzluq fəaliyyətini” ifşa etmiş olur və sair. Gürcüstan vətəndaşı Cavabdeh Azərbaycan Resublikasında qanunsuz sahibkalıq faliyyəti ilə məşğul olması, qanunsuz fəaliyyət göstərməklə yanaşı, dövlət büdcəsinə bir qəpik də vergi ödəməməsi və xaricdən gətirdiyi malları bəyan etmədən qaçalmalçılıq yolu ilə gətirərək bir qəpik də olsun belə gömrük rüsumları ödəməməsi ilə yanaşı, tərtib etdiyi saxta sənədlərlə, Azərbaycan vətəndaşlarını aldadaraq dələduzluq fəaliyyəti ilə məşğul olması ilə bağlı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, ən azından, 192-ci, 213-cü, 178- ci, 206.1.-ci və 209-cu maddələri ilə cinayət əməli törətməsi ilə bağlı qeyd olunanları bildirirlər. Gürcüstan vətəndaşı Cavabdeh, ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan malların ona məxsusluğunu sübut etmək üçün, ayrı-ayrı Gürcüstan vətəndaşlarından aşağıdakı məzmunda, demək mümkünsə, tam saxta ərizələr almışdır.
1. Gürcüstan Respublikası vətəndaşları olan Pati Çeçinadze və Madona Meqiladze tərəfindən verilmiş notarial qaydad təsdiq və tərcümə edilmiş ərizəyə əsasən onların Leila Janasihiaya ilə işgüzar münasibətləri var idi. Leila Janasihiayanı 2005-ci ildən tanıyırlar. Qeyd edilən əşyalar 2012ci ildən 2017- ci ilədək vaxtaşırı aparılan əşyalardır. X38 inam əsasında əşyalar verirdilər. 2013-ci ildən bir neçə dəfə onlar Bakıya onun yanına və univermaq “BUM”a mağazaya getmişlər və orada öz əşyalarını görmüşlər. Müvafiq olaraq bir halda ki, Leila Janasihiaya məbləği ödəmir və əşyaların yeri də məlumdur, onlar öz əşyalarını geri qaytarmaq istəyirlər. 2. Gürcüstan Respublikası vətəndaşı olan Tsitso Tolordava tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2008-2012-ci illərdə qeyd edilən əşyaları (21 şəkil müşayiət edir) Leila Janasihiaya satmışdır. 3. Gürcüstan Respublikası vətəndaşı olan Mamiya Kuriaqşvili tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcüməedilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2017-ci ildə qeyd edilən əşyaları (1 şəkil müşayiət edir) realizasiya etmək üçün Leila Janasihiaya vermişdir. 4. Gürcüstan Respublikası vətəndaşı olan Maria Obraztsova tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2011-2014-cü illərdə qeyd edilən əşyaları (10 şəkil müşayiət edir) Leila Janasihiaya satmışdır. 5. Gürcüstan Respublikası vətəndaşı olan Tsaro Okryaşvili tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən o, 2008-2016-cı illərdə qeyd edilən əşyaları (52 şəkil müşayiət edir) realizasiya etmək üçün Leila Janasihiaya vermişdir. 6. Gürcüstan Respublikası vətəndaşı olan Diana Keburiya və Sanata Narsiya tərəfindən verilmiş notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.2019-cu il tarixli ərizələrdə də yuxarıda qeyd olunanlarla eyni məzmunda izahatlar verilmişdir. 7.Həmin ərizələrə onlarda qeyd olunan sayda antik əşya fotoşəkilləri də əlavə olunmuşdur. 8. Həmçinin iş materiallarında olan pul köçürmələri sənədlərindən görünür ki, Leila Janasihia tərəfindən müxtəlif vaxtlarda müxtəlif Gürcüstan vətəndaşlarının hesablarına çoxsaylı pul vəsaitləri köçürülmüşdür(3-cü cild, s. 115-249. 4-cü cild, s. 1-40) 9. Bundan əlavə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin 01 dekabr 2020ci il tarixli qərarına əsasən Leila Janashiayanın ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. 10.Həmin qərarda qeyd olunmuşdur ki, izahatı alınmış X44 və X33 X31 ilə eyni məzmunlu izahat verərək sonuncunun izahatında göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. 11. Həmçinin həmin qərara əsasən material üzrə izahatı alınmış X25 izahatında göstərmişdir ki, “2018-ci ilin oktyabr ayının ortalarında Leila ona zəng edərək Gürcüstan Respublikasından əntiq əşyaları alıb Bakı şəhərinə gətirmək istədiyini, lakin Gürcüstan Respublikasının vətəndaşı olduğu üçün malları karqodan göndərə bilmədiyini, Bakı şəhəri Gömrük İdarəsində yalnız Azərbaycan vətəndaşlarının adına malların sənədləşdirilməsinin mümkün olduğunu ona bildirib ona onu uzun illərdir ki, tanıdığını və malların onun adına sənədləşdirib Bakı şəhəinə aparmasını ondan xahiş etmişdir. Leilanı uzun illərdir ki, tanıdığından o, Leilanın bu təklifi ilə razılaşmışdır. 23 oktyabr 2018-ci il tarixdə o, Leila ilə Bakı şəhərində görüşmüş və Gömrük Komitəsində onun adına Gürcüstan Respublikasından göndərilmiş karqoda olan bir ədədi 1200 lari olan Xafetariya, bir ədədi 300 lari olan 6 ədəd olmaqla 1800 manat təşkil edən “Jurnal masası”, bir ədəd dəyəri 110 lari olan “Masaüstü saat”, bir ədədi 120 lari olan 6 ədəd olmaqla 720 lari təşkil edən “Şəkil”, iki ədəd 300 lari olan “Çətir”, 2 ədəd ümumi dəyəri 200 lari olan “Lampa”, bir ədəd ümumi dəyəri 900 lari təşkil edən “Kiçi Kafetariya”, 1 ədəd 1000 lari olan”Bufet”, 3 ədəd dəyəri 1500 lari olan “Güzgü”, bir ədəd 700 lari olan masa, 2 ədəd 300 lari olan stul, iki ədəd ümumi dəyəri 300 lari olan çılçıraq, 3 ədəd ümumi dəyəri 560 lari olan masa, bir ədəd 200 lari olan jurnal masası, 1550 lari olan yumşaq mebel, iki ədəd 930 lari olan çılçıraq, bir ədəd 300 lari olan şəkil kanvası, 18 ədəd ümumi qiyməti 1170 lari stul, 2 ədəd 200 lari olan kreslo, 3 ədəd 800 lari olan çılçıraq, bir ədəd 200 lari olan lampa, 1100 lari olan yumşaq mebel, 3000 lari olan stol, 2 ədəd 2400 lari olan yeməkxana dolabı, bir ədəd 500 lari olan kamot, ümumilikdə isə, 20030 lari təşkil edən əşyaların, 8000 manat təşkil edən rüsumunu Leila xanım onun adından Bakı Baş Gönmrük İarəsinə ödəmiş və bundan sonra o, Leilanın işlədiyi “BUM”a aparmışdır. Nariranı tanımır və o, Nairaya Gürcüstandan mal gətirməyib. Beləliklə, X13 adına gətirilən 20 min lari dəyərində mallara görə ödənilmiş gömrük rüsumu istisna olmaqla, X31 tərəfindən bu illər ərzində, milyonlarla manat dəyərində respublikaya idxal etdiyi mallara görə bir qəpik də olsun gömrük rüsumu ödənilməmişdir. Bundan başqa, X13 izahatından o da müəyyən edilmişdir ki, həqiqətən də, X31 Azərbaycanda qanunsuz fəaliyyət göstərmişdir. Onun adınavergi ödəyicisinin eyniləşdirmə nömrəsi olmadığından, X19 gömrük kodu verilməmişdir. Məhz, bu səbəbdən də, əgər mal onun adına gəlmiş olsaydı, malın rəsmiləşdirilməsi üçün, ondan, vergi orqanında qeydiyyata durmaq tələb olunardı ki, adına gömrük kodu açılsın. Göstərilənlərlə əlaqədar olaraq, qeyd edilənləri nəzərə almasaq belə, tək X36 qarşı, həmçinin də, hazırda ünvan 3 ünvanda yerləşən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan və üzərinə həbs qoyulmuş mallara görə, X34, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən 192-ci, 213-cü, 178-ci, 206.1.-ci və 209-cu maddələrində göstərilən cinayət əməli törətməsi tam təsdiqini tapmışdır. X26, dəyəri 77 min ABŞ dolları olan, aldığı əntiq əşyaları 1-2 ay ərzində, elə həmin qiymətə belə satmış olduğunu və bunun manat ekvivalenti ilə dəyərinin 130 min manat təşkil etdiyini nəzərə almaqla hesablama aparsaq, X14rşı, elə bu əməlin görə, Cinayət Məcəlləsinin həm 192-ci, həmçinin də 213.2.-ci maddələri ilə dərhal cinayət işləri başlanmalıdır. 5.Cavabdeh Janashia Leila iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddaçının ona qarşı qoyduğu sübutlar əsassızdır və o heç bir sənədə qol çəkməmişdir, borc müqaviləsində nə onun nə də vəkilinin imzası yoxdur. Ən əsası da onun imzası yoxdur. Sübut olmadığı halda iddia təmin edilməməlidir. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh Janashia Leila iddia tələbi ilə razı olmadığını bildirmiş və etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan qaimə-fakturaya və whatsapp proqramındakı yazışmalara nəzər yetirərək və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin qaiməfakturadakı imzalaar ona aiddir. Qeyd olunan qaimə-fakturadakı antik əşyaları iddiaçıdan satmaq üçün aldığını qəbul edir, lakin bildirir ki, qaimə-fakturanın 9, 10, 15-ci bəndində və 6-cı səhifənin arxa hissəsində qeyd edilmiş 8308 ABŞ dolları dəyərində olan mallar iddiaçı tərəfindən geri götürülmüşdür. Whatsapp proqramındakı yazışmalar onunla Ülviyyə arasında keçmişdir. Onu Rima adlandırırlar. Hal-hazırda iddiaçıya 77.000 ABŞ dolları deyil, 32000 ABŞ dolları borcunun olduğunu bildirir. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan mallar iddiaçı tərəfindən cavabdehin mağazasından geri götürülmüşdür. Həmin malların götürülməsi barədə video görüntülərin əldə olunması üçün dövlət orqanlarına tərəfindən sorğular göndərilib, lakin sorğulara cavab verilməmişdir. Bundan əlavə məhkəmə-xətşünaslıq ekspertizası rəyi qismən etibarsız hesab edilməlidir, çünki qəbzlərdəki imzalar cavabdehə məxsus deyil. Məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 mart 2024-cü il tarixli, 2(004)-103/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ayşən Sultanova-Məmmədova) iddia qismən təmin edilərək, cavabdeh Janashia Leiladan 68.183 (altmış səkkiz min yüz səksən üç) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 2500 (iki min beş yüz) manat məbləğində pul və 408,41 (dörd yüz səkkiz manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, keçirilmiş ekspertizanın xərci olan 138 (bir yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin cavabdeh Janashia Leiladan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. 9.İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-239/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 dekabr tarixli, 2-2(103)-1006/2022 saylı qətnmaəsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. 10.Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 22 dekabr tarixli, 2-2(103)-1006/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddiaçı R.Sakhtarovanınnın cavabdehə qarşı iddia tələbi təmin edilməmiş, üçüncü şəxs X20 cavabdehə qarşı iddia tələbi tam təmin olunmuşdur. 11.İş materiallarında olan xx.xx.2022-ci il Qaimə fakturaya əsasən 1) qiyməti 2350 dollar olan gümüş fiqur, 2) qiyməti 4550 dollar olan 1 ədəd gümüş çaydan, 3) qiyməti 4550 dollar olan 1 ədəd gümüş çaydan 4) qiyməti 2700 dollar olan gümüş kubok, 5) qiyməti 2665 dollar olan gümüş kupok və podnos, 6) qiyməti 2210 dollar olan samovar çaynik, 7) qiyməti 12350 dollar olan çaynik və 12 ədəd çaşka, 8) qiyməti 700 dollar olan gümüş rozetkalar, 9) qiyməti 9000 dollar olan çay dəsti, 10) qiyməti 8500 dollar olan çay dəsti, 11) qiyməti 2500 manat olan yemək dəsti, 12) qiyməti göstərilməyən Reg Barton fransız krujevası, 13) qiyməti 2800 dollar olan gümüş şamdan, 14) qiyməti 2500 dollar olan 18 nəfərlik çəngəl-bıcaq dəsti, 15) qiyməti 5000 dollar olan çay dəsti və 6cı səhifənin arxa hissəsində qeyd olunan 8308 dollar dəyərində çəngəlbıçaq dəsti Janashia Leila tərəfindən təhvil alınmışdır. 12.İş materiallarında olan 03 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması AR-nın CPM-nin 39.1.6-cı maddəsinə əsasən rədd edilməsi müəyyən edilmişdir. 13.İş materiallarında olan 25 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə göndərdiyi 4/1835 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturada "Təhvil aldım" qrafalarındakı imzalar X39 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturadakı əlyazmalar X39 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 14.İş materiallarında olan 15 oktaybr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması AR-nın CPM-nin 39.1.2 və 39.1.6-cı maddələrinə əsasən rədd edilməsi müəyyən edilmişdir. 15.İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli "xxxx" ASC vasitəsi ilə ödənilmiş qəbzdən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 202 manat dövlət rüsumu ödənilmişdir. 16.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada əşyaların nisyə alğı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixli qaimə fakturaya əsasən cavabdehin 68.183 ABŞ dolları və 2500 manat dəyərində antik əşyaları iddiaçıdan təhvil alması müəyyən edilir. Cavabdehin vəkillərinin qaimə-fakturadakı imzaların cavabdeh tərəfindən imzalanmaması ilə bağlı izahatlarında qeyd etdiklərinə münasibətdə məhkəmə bildirmişdir ki, bu onların şəxsi mülahizələrdən ibarətdir. İş materialında olan sənədlərlə, ekspertiza rəyi ilə sübuta yetirilmişdir ki, qeyd olunan imza cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin cavabdeh izahatında qeyd edilən qaimə-fakturadakı imzanın ona aid olduğunu, əşyaları təhvil aldığını etiraf etmiş, lakin iddiaçıya 32000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə borcun ödənilməsi və əşyalarının bir qisminin qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 17.Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən 68.183 ABŞ dolları və 2500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 18.İddia tələbinin 70 min manat dəyərində dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. 19.Məhkəmə iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas olmadığını hesab edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin əməlində cinayətin əlamətləri aşkar edilməmişdir. Odur ki, məhkəmə xüsusi qərardadın çıxarılması hissəsində də iddia tələbini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlmişdir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 390.1, 567, 600.1, 600.4; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21.Qətnamədən cavabdeh Janashia Leila apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbində göstərilən əmlaklardan hər hansı biri vеrilməmiş, bir qisim başqa mallar vеrilmiş və iddiaçının özü tərəfindən həmin mallar aparılmışdır. Cavabdеh L.Janashia tərəfindən heç bir sənədə qol çəkməmişdir, borc müqaviləsində nə onun nə də vəkilinin imzası yoxdur. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tariхli, 16/2023 nömrəli qərarına, 5.19-cu bəndinə əsasən, tətbiq edilməli olan xarici hüququn məzmununun müəyyən edilməsi xidməti vəzifəsinə görə (ex officio) məhkəməyə aiddir. Xarici elementli mübahisələrdə tətbiq edilməli xarici hüququn məzmunu məhz müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməlidir. Xarici hüququn məzmununun müəyyən edilə bilmədiyi aşağıdakı hallarda məhkəmə dövlətdaxili hüququ (lex fori) tətbiq edir: a) xarici qanunun məzmununun müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə verməsin; b) yaxud bu tədbirlər həddən çox xərc tələb etsin; c) mübahisə tərəflərindən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquq normalarını təsdiqləyən sənədləri təqdim edə bilməsin. İddiaçı hələ iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, X8, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini iddia ərizəsində üçüncü şəxs qismində göstərmişdir. Göründüyü kimi, üçüncü şəxslər qanuna əsasən 2 kateqoryaya bölünürlər: 1.Mübahisə predmeti barəsində müstəqil tələblər irəlisürən üçüncü şəxslər. 2.Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər. Azərbaycan Respublikası MPM-nin 55.1-ci maddəsində göstərilən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Göründüyü kimi, həmin üçüncü şəxslər bir tərəfə və ya hər iki tərəfə qarşı və öz mənafeyləri naminə iddia qaldırmaqla, artıq icraatda olan işlərə qarışa bilirlər. Azərbaycan Respublikası MPMnin 57.1-ci maddəsin də göstərilən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər isə qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İddia ərizəsindən göründüyü kimi, İddiaçı hələ iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, X8, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini iddia ərizəsində üçüncü şəxs qismində göstərmişdir. Bununla da iddia ərizəsində üçüncü şəxs qismində göstəritlən RüstəmovƏliabbas Fəxrəddin oğlu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi artıq icraatda olan iddianın predmeti barəsində müstəqil tələb irəli sürməklə üçüncü şəxs qismində işə qarışmamışlar. Həmçinin işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb olunmamışlar. Odur ki, İddiaçı iddia ərizəsində üçüncü şəxs qismində göstərdiyi X11, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə iddianın predmeti barədə müstəqil tələb irəli sürən, nə də ki, işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb olunmuş şəxslər deyillər. Buna görə də onlar üçüncü şəxs sırasından çıxarılmalıdırlar. Buna dair vəsatət vеrilsə də, məhkəmə tərəfindən əsassız olaraq vəsatət təmin еdilməmişdir. Məhkəmənin qətnaməsində X11, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iddianın prеdmеti barədə müstəqiltələb irəli sürməyən üçüncü şəхs qismində göstərilsələr də, onların iddianın prеdmеti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəхs qismində işə cəlb olunmalarına dair müvafiq qərardad qəbul olunmamışdır və iş matеriallarında bеlə bir qərardad mövcud dеyildir. Digər tərəfdən məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, həm iddiaçı Ü.Əliyеva (VÖЕN **********) və həmdə L.Janashia sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və hər ikisi VÖЕN-ə malikdirlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ciil tariхli, 10 nömrəli Qəranının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Plеnum Qərarının 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin sübyеktiv tərkibi, mübahisənin prеdmеti və bununla da mübahisənin ümumi məhkəməyə və ya kommеrsiya məhkəməsinə aidliyi aydınlaşdırılmamışdır. Bununla da məhkəmə aidiyyətinin kobud şəkildə pozulması ilə mübahisə mahiyyəti üzrə həll еdilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə prеdmеtini təşkil еdən əşyaların həqiqətən mövcud olub-olmaması və həmin əşyaların iddiaçı tərəfindən cavabdеhə təhvil vеrilməsi və cavabdеh tərəfindən qaytarılmasına dair хüsusatlar aydınlaşdırılmamışdır. Bununla da mübahisə prеdmеtini təşkil еdən əşyaların fərdi əlamətləri, fotoşəkili, qiyməti və digər fərdi əlamətləri müəyyən еdilmədən işin faktiki hallarına uyğun gəlməyən qətnamə qəbul еdilmişdir. 23.Qətnamədən həmçinin üçüncü şəxs X11 da apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini və cavabdehin əməlində cinayət tərkibi tam sübuta yetirildiyinin nəzərə alınaraq xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. 24.Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gürcüstan vətəndaşı olan Cavabdeh adlı şəxs satmaq istədiyi "mallara baxmaq üçün, xx.xx.2022-ci il tarixdə iddiaçı-İddiaçı yaşadığı, ünvan 4 ünvana gəlir və "mallara" baxış keçirərək, bəyəndiyi və tez satılacaq "malların" siyasını tərtib edir və tərtib etdiyi bu siyahı üzrə, aralarında olan razılaşma əsasında, ayrı-ayrı adlarda olan cehiz malları, ümumilikdə, 77 min ABŞ dollarında, həmin dövrün manata ekvivalenti nəzərə alınmaqla hesablaşma aparılacaqdır və bu cür razılaşma əsasında da, aralarında imzalanmış, 7 vərəqdən ibarət "Qaimə-Fakturalar" dan da görünür ki, ümumilikdə dəyəri 77 min ABŞ dollarında, ayrı-ayrı adda olan suvenir-əntiq mallar İddiaçı (Qaimələrin üzərindəki Seyidova soyadı, ərinin soyadındandır və 1-2 ay olarki, yenidən "qız soyadına qayıtmış") tərəfindən xx.xx.2022-ci il tarixdə, evində, Cavabdeh tahvil verilmişdir.Həmçinin, xüsusi olaraq o da qeyd edilmişdir ki, malların təhvil və qəbul edilməsi ilə əlaqədar, "Qaimə- Fakturaları hər iki tərəf imzaladıqdan sonra, JanashıaLeılaya məxsus, "xxxx" X2 möhürlə də, onun tərəfindən təsdiq edilmişdir. Bununla da, Cavabdehözünü, həm də bu şirkətin rəhbəri kimi təqdim edərək, fəaliyətinin tam qanuni olduğunu göstərməklə, İddiaçı inamını demək olarsa da, tam qazanmışdır.Bundan sonra, mallarındaşınması üçün avtomobil sifariş edilmiş və mallar yüklənilərək, Bakı şəhəri,X51 İdarəsinin yerləşdiyi ərazinin arxa tərəfindəki, önündə,"ANTİK" reklamı vürülmüş mağazaya boşaldılmışdır. Hazırda da, JANASHİA Leılaya həmin ünvandakı mağazada fəalliyyət göstərir. Bu ünvanın, ünvan 5 həmin dövrdən, yəni, xx.xx.2022-ci il tarixindən idiaərizəsi təqdim edilən günə kimi, Gürcüstan vətəndaşı olan Cavabdeh adlı şəxsə verdiyi malların pulunuondan geri ala bilməmiş və maddi durumunun ağır olması ilə əlaqədar, ona verdiyi mallar, faktiki olaraq aldığı qiymətlərlə hesablandığından və həmin mallar də, dərhal satıldğından, mallarının geri qaytarılması da mümkünsüz oduğindan yuxarıda da qeyd edildiyi kimi, Yasamal Rayon Məhkəməsi ilə yanaşı, aidiyyatı üzrə müvafiq orqanlara da müraciətlər olunmuşdr.Bu işlərinin həyata keçirilməsi məqsədi ilə də, iddiaçı ilə aralarında, “Hüquqi xidmətlərin göstərilməsi barədə” Müqavilə bağlanmış və həmin müqavilə, həmçinin də,müqavilə şərtlərinə uyğun, ona ilkin olaraq avans şıklində ödənilmiş 1500 manat pul vəsaiti barədə kassa mədaxil ordari məhkəməyə təqdim edilmişdir.Bu mübahisənin məhkəmədən kənar sülh yolu ilə həll edilməsi baxımından, dəfələrlə cavabdehlə görüşdü və məsələnin sülh yolu ilə həllinə razılıq versə də, sonradan onu da (Ə,Rüstəmovu) aldatmağa nail olmuş və bununla bağlı tərəfindən bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Hərçənd ki, o, ilkinolaraq bildirmişdir ki, onun digər şəxslərlə məhkəmə və digər problemləri olduğundan bu günə kimi "Ülviyyənin" pulunu geri qaytara bilməmiş, Ali Məhkəmə də məsələni onun xeyrinə həll etdiyindən, ən uzağı, bir ay müddətinə pulları mütləq qaydada, "Ülviyyəyə" geri qaytaracaqdır.Beləliklə, toplanmış məlumatlardanmüəyyən edilmişdir ki, Cavabdeh adlı bu xanım: 20 ildən artıq müddətdə, böyük bir bizneslə məşğul olsa da, bu müddətdə, bir qəpik də olsa belə, vergi ödəməmişdir. 20 ildən artıq müddətdə, milyonlarla dəyərində xaricdən Azərbaycanaantiq malları idxal etsə də, "gömrükdən keçərkən, həmin mallardan, bir manatlığını belə bəyan etməmişdir. 20 ildən artıq müddətdə, böyük bir bizneslə məşğul olmaqla və bundan, bir qəpik də olsa belə, vergi ödəməməklə, milyonlarla dəyərində xaricdən Azərbaycana idxal etdiyi malların "gömrükdən keçirərkən, həmin mallardan, bir manatlığını belə bəyan etməməklə yanaşı, hələ sayı bilinmyan neçə-neçə Azərbaycan vətəndaşının külli miqdarda pullarını da mənimsəmişdir.Qeyd olunanlardan əlavə,"...pulun qaytara bilməməsinə səbəb kimi, Ülviyyədən götürdüyü malların bir qismini sata bilməməsi və həmin malların yerləşdiyi, ünvan 3 ünvanda yerləşən və "xxxx" MəhdudMəsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan bütün əmlaklarının üzərinə, müvafiq məhkəmə qərarı ilə həbs qoyulması ilə izah etməsi ilə əlaqədar da, iddia ərizsində göstərilmişdir ki, JanashıaLeılanın bu uydurması da tam ifşa olunmuşdur. Belə ki, aparılan araşdırmalarla, yəni, Bakı Kommersiya Məhkəməsinin müvafiq qərardadıilə, ünvan 3 ünvanda yerləşən və "xxxx" Mahdud Məsuliyyətil Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsində olan və üzərinə həbs qoyulmuş əmlakların siyahısında, bu xanımın Ə.Rüstəmovuntəmsil etdiyi şəxsdən götürdüyü əmlaklar sıyahısı uzlaşmır. Bundan başqa, həmin ərazidəki malların kimlərdən alınması barədə, bu xanımın məhkəməyə təqdim etdiyi, sihahıda da, İddiaçı adı ümumiyyətlə mövcud olmamışdır. İddia ərizəsində göstərildiyi kimi, məhkəməyə də təqdim edilmiş və imzalanmasından qəti şəkildə imtina etdiyi müqavilə layihəsinin 1-cı bəndində, "Müqavilənin Predmeti" Borclu", Gürcüstan vətəndaşı Cavabdeh, "Tələbkar"Ə,liyeva Ülviyyə Akif qızına 77000 (yetmiş yeddi min) ABŞ dolları məbləğindəborcunun olduğunu etiraf etməklə, bu borcun xx.xx.2023-cü il tarixədək tam qaytarılmasını üzərinə götürməklə yanaşı(yəni bir ay əvəzində 2 aya, həmin müddətdən sonra vaxtında ödəilməmiş borc üzrə qalıq məbləğinin 0,1 faizi miqdarında cərimə hesablanılmaqla, pulun ödənilməsi gününə ABŞ dollarının Azərbaycanmanatına olan məzənnəsi ilə ödənilməsini üzərinə götürməkdən ibarətdir" qeyd olunduğu halda, buna imza etməməsi, faktiki olaraq "onun dələduzluq fəaliyyətini ifşa etmiş olur və sair. Beləliklə,
1. Məhkəməyə təqdim edimiş, tərəflərin imzaladıqarı və 7 vərəqdən ibarət xx.xx.2022- ci il tarixli 7 ədəd "Qaimə-Faktura"larla,X16 İddiaçı 77 min ABŞ dolları dəyərində əntiq malların qəbul etməsi, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarındandır. Cavabdeh-X34 ilə iddiaçı- İddiaçı arasında, 9 mart 2022-ci il tarixli “WhatsApp” yazışmalarından görünür ki, X40 mallarını müştərilərə təklif etmiş və malların onun vasitəsi ilə satışının həyata keçirilməsinə Ülviyyənin razılığını alır və məhz bu yazışmalardan sonra, xx.xx.2022-ci il tarixdə Ülviyyənin evinə gələrək, əvəlcədən razılaşdırılmış qiymətlə, Qaimə-Fakturalarda göstərilən malları Ülviyyədən qəbul edərək fəaliyyət göstərdiyi mağazasına aparır və bu fakt da, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarındandır.Cavabdeh X34 ilə İddiaçı arasında, 21 may 2022-ci il tarixdən 23 fevral 2023-cüil atrixli “WhatsApp” yazışmalarından görünür ki, Leila Janasiha, qəbul etdiyi mallara görə, İddiaçı 77 min ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etməklə yanaşı, hər dəfə, qısa müddət ərzində bu borcu ödəyəcəyinə inandırıcı vədlər verir; növbəti, 2022-ci il, noyabr ayının sonunadək, 77 min ABŞ dolları məbləğində bütünborcunu ödəyəcəyi barədə vədindən sonra isə, həmin tarixədək borcunun qaytarılmayacağı halda, 1 dekabr 2022-ci il tarixdən, ödənilməmiş borc məbləğinə hər gün üçün, 1 faiz miqdarında cərimə hesablanılacağı, həmçinin, aidiyyatı orqanlara da şikayt edəcəyi barədə İddiaçı tərəfindən Janasiya Leilaya xəbərdarlıq edilir; Bununla bağlı, eyni zamanda, tərəflər arasında, movcud olan borcun etirafı haqqında, notariat kontorunda müqavilənin bağlanması razılaşdırılsa da, son anda, Janasiha Leila bundan da imtina edir və bu fakt da, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarındandır.İddia ərizsində də göstərildiyi kimi, “Borcun etirafı və ödənilməsi müddəti haqqında” Janasiha Leilaya təqdim edilmiş müqavilə layihəsinə ilkin olaraq razılıq verməsi, sonradan isə, “məsləhətçilərinin” məsləhəti ilə bundan imtina etməsi də, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarındandır.Azərbaycan Respublikasının Baş Prokuroruna, X47 və Dövlət Vergi Xidmətinin rəisinə olan xx.xx.2023-cü il tarixli müraciətlərində də, X34 tərəfindən mənimsənilmiş 77 min ABŞ dollarının manat ekvivalenti ilə onlara geri qaytarılmasında köməklik göstərilməsini və 20 ildən artıq müddət ərzində Azərbaycan Resublikasında qanunsuz sahibkalıq faliyyəti ilə məşğul olduğu, qanunsuz fəaliyyət göstərməklə yanaşı, dövlət büdcəsinə bir qəpik də vergi ödəməməsi və xaricdən gətirdiyi malları bəyan etmədən qaçaqmalçılıq yolu ilə gətirərək bir qəpik də olsun belə gömrük rüsumları ödəməməsi ilə yanaşı, tərtib etdiyi saxta sənədlərlə, Azərbaycan vətəndaşlarını aldadaraq dələduzluq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-ci, 213-cü, 178-ci, 206.1-ci və 209-cu maddələri ilə cinayət işinin başladılmasını və onun məsuliyyətə cəlb edilməsi barədə mütaciətləri ilə bağlı, Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi-X27 “Cinayətişinin başlanmasının rədd edilməsi haqqında” qəbul etdiyi xx.xx.2023-cü il tarxli qərarı; Bu müraciəti əsasında Janasiha Leila izahat verərək bildirmişdir ki, “o, təxminən 5 ildir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti qeydiyyat əsasında yşayır; Uzun müddəətdir ki, antik əşyaların alışı-verişi ilə məşğul olması, 2022-ci ilin əvvəllərində tanıdığı İddiaçı ona müracit edərək özünə məxsus antik əşyaların satılmasını istədiyini, bu məqsədlə, əşyalara baxış keçirməsi üçün Ülviyyənin yaşadığı evə getdiyini, Ülviyyə ondan bütün malları götürməyi və satılacağı təqdirdə isə, ona 77 minABŞ dolları verəcəyini istəməsini bildirmiş; O, Ülviyyəyə razılıq verərək həmin malları mənzildən çıxararaq Ülviyyə ilə birlikdə fəaliyyət göstərdiyi, Bakı şəhəri, Nəsim rayonu, 28 may küçəsində yerləşən mağazasına başaltmış və razılıqları belə olmuşdur ki, həmin əşyalar nə zaman satılsa məhz o zaman pulunu verəcəkdir; 2023-cü il tarixdə İddiaçı həmin mağazaya gələrək ona təqdim etdiyi satılmayan əşyaların bir hissəsini geri götürmüş və o, İddiaçı güvəndiyi üçün ondan geri götürülən əşyalara dair hər hansı siyahı tərtib etməmiş; müstəntiq tərəfindən, bunu nə üçün etmədiyi Leila Janashiadan sorşuldiqda o, vurğulayaraq qeyd etmişdir ki, o gözləməzdi ki, İddiaçı bir müddət sonra ona qarşı bu kimi şər və böhtan xarakterli müraciətlər edəcəkdir; Leila Janasiha davam edərək bildirmişdir ki, götürülən əşyalardan sonra qalan əşyaları o, müxtəlif şəxslərə nisyə olaraq satışını həyata keçirmiş, onu da qeyd etmişdir ki, bu ticarət sahəsində uğur və qazanc əldə etmək üçün əşyalar çox zaman tanıdığı və etibar etdiyi şəxslərə nisyə olaraq verilir. Leila Janasiha bir daha vurğulamışdır ki, o, İddiaçı etibar etdiyi üçün nə əşyaları götürərkən, nədə ki, həmin əşyaların bir qismini ona təhvilverərkən hesablamalarını bazar qiymətinə uyğun aparmamışdır, bu barədə məhkəmə orqanlarına da fikrini söyləyərək, həmin məhsullarn dəyərinin bir daha hesablanmasının zəruri olmasını bildirəcəkdir; xx.xx.2023-cü il tarixdə X41 Nəsimi RPİ-nə yaxınlaşaraq ilkin verdiyi izahata bəzi əlavələr etmək istədyini bidirərək əlavə olaraq göstərmişdir ki: “o, X17 yaşadığı ünvan 6 ünvanda onun satışa çıxardığı əşyalara baxış keçirən zaman, əşyaların qarşılığında ona qəti olaraq 77.000 ABŞ dolları ödəniş edəcəyinə dair razılığa gəlməmiş, İddiaçı bu qiyməti bildirdikdə o, bildirmişdir ki, əşyaların qiyməti çox bahhadır. İddiaçı isə bildirmişdir ki, o zaman məhsullar satıldıqca tədricən qiymət barəsində razılıa gəlmək olar” kimi izahatı da, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarındandır. Bundan sonra, surətiAzərbaycan Respublikasının Daxili İşlərNazirinə, Bakı şəhər Prokuroruna, Bakı şəhəri, Nəsimi Rayon Prokuroruna, Bakışəhəri,Nəsimi Rayon Polis İdarəsinin rəisinə, Yasamal Rayon Məhkəməsinin sədrinəvə Yasamal Rayon Məhkəməsinin hakimi, Ayşən xanım Sultanovaya-Məmədovaya daxil olmaqla, Azərbaycan Respublikasının Baş Prokuroruna olan xx.xx.2023-cü iltarixli müraciətində, “İddiaçı 2023-cü ilin may ayında, Janashia Leilanın fəaliyyət göstərdiyiBakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən antik mağazasında olarkən, Janashia Leila ağlaya-ağlaya Ülviyyəyə yalvararaq, onun barəsində şikaytə etməməyini xahiş etməsini, həmçinin, maddi durumu ilə bağlı Ülviyyədən aldığı əşyaları ucuz qiymətə-50 min ABŞ dollarına satdığını və əldə etdiyi pul vsaitinin, bir hissəsini borclarının bağlanmasına, bir hissəsini isə, əlavə əşyalar alınmasına sərf etməsi və həmin əşyaları baha qiymətə satdıqdan sonra Ülviyyəyə olan borcunu qaytara biləcəyini düşündüyünü söyləməsini və bununla da Janshia Leilanın dələduzluq əməlini tamamilə təsdiq edən, İddiaçı ilə X39 arasında olan danışıqların audio səs yazısının diskini göndrərək, X21 cinayət məsliyyətinə cəlb edilməsi üçün, "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" müstəntiq Orxan Məmmədov tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və müvafiq İstintaq hərəkətlərinin aparılması məqsədilə aidiyyatı üzrə müvafiq göstərişlər verilməsi barədə xahişləri əsasında, “Bakı şəhəri, Nəsimi Rayon Prokurorunun müavini, kiçik ədliyyəmüşaviri-Fərid Dadaşovun 02 oktyabr 2023-cü il tarixli qərarı ilə, X4 mürciəti əsasında Nəsimi RPİ-nin İŞ-də toplanmış Hk-1/735 nömrəlimaterialı nəzərdən keçirib, Nəsimi RP-nin İŞ-nin mqüstəntiqi, polis başleytenantı Orxan Məmmədov təərəfindn qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin balanmasının rədd edilməsi haqqında” qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və bu fakt da işin mübahisləndirilməyən hallarındadır.“Bakı şəhəri, Nəsimi Rayon Prokurorunun müavini, kiçik ədliyyəmüşaviri-Fərid Dadaşovun 02 oktyabr 2023-cü il tarixli qərarında, göstərilmişdir ki, “...Həmin material nəzarət qaydasında tələb edilərək tərəfindən öyrənilmiş və müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 8.0.3. və 85.2-ci maddələrinin tələbləri pozularaq tam, hərtərəfli və obyektiv araşdırma aparıladan, hadisənin şahidi ola biləcək şəxslərin dairəsi, o cümlədən pul vsaitlərinin ödənilməsi ilə bağlı qəbzləri tərtib etdiyi qeyd olunan Leila Janasihanın işçisi Günel adlı şəxsin şəxsiyyətinin müəyyən olunaraq izahatı alınmadan, material üzrə natamam və səthi araşdırma aparılmaqla əməllə düzgün hüquqi qiymət verilmədən cinayət işinin başlanmasının rədd edilməsi bardə qərar qəbul edilmişdir” kimi qeydi də işin mübahisələndirilməyən hallarındandır. “Bakı şəhəri, Nəsimi Rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri-Fərid Dadaşovun 02 oktyabr 2023-cü il tarixli qərarı ilə, Nəsimi RP-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Məmmədov tərəfindn qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin balanmasının rədd edilməsi haqqında” qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsindən sonra belə, həmin müstəntiq-Orxan Məmmədov növbəti dəfə 15 oktyabr 2023cü il tarxli, “cinayət işinin başlanmasınn rədd edilməsi haqqında qərar qəbul etmişdir və bu fakt da işin mübahisələndirilməyən hallarındandır. Nəsimi RP-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin balanmasının rədd edilməsi haqqında” qərarında, “...Aparılan araşdırma zamanı X3 Nəsimi rayon Prokurorluun ünvanladığı müraciətə əlavə etdiyi 01 ədəd DVD diskə Azərbaycan Respublikası CPM-nə uyğun olaraq prosessual qaydada baxış keçirilmişdir. Bir ədəd DVD diskinə baxış zamanı müəyyən edildi ki, vətəndaş İddiaçı ilə vətəndaş X22 dilində müzakirə aparırlar. X46 Leila ilə danşıq zamanı sonuncunun ünvanına müxtəlif təhqiredici ifadələr işlədərək ondan ona vermiş olduğu antik əşyaları və ya həmin antik əşyalara görə Leilanın ödəməli olduğu pulları tələb edir. Janasiha Leila isə, İddiaçı bildirir ki, “bəlidoğrudur mənim sənə verəcəyim vardır, lakin çətin vəziyyətə düşmüşəm və mən sənə ya antik əşyaları verəcəyəm və ya onlara dair razılaşdığımız pul məbləğini, mən həmin antik əşyaların bir çoxunu nisyə olaraq başqa şəxslərə satmışam və hal-hazırda onlardan pulun alınmasını gözləyirəm”, daha sonra danışıq zamanı İddiaçı yenidən Jnasiha Leilanı təhqir etməyə başlayır. Leila isəbuna cavab olaraq İddiaçı bildirir ki, “artıq bəsdir sən məni çox təhqir edirsən, mən sənə hörmət qoyuram lakin bu qədər olmaz”, iki şəxsin arasında olan danışıqdan istintaq üçün maraq kəsb edəcək hər hansı digər xüsusat aşkar olunmadı” kimi qeydin aparılması faktı da, işin mübahisəlndirilməyən hallarındandır. Cavabdeh-X32 dələduzluğunu tam təsdiq edən aşağıdakı faktların mövcudluğu:Bu çıxışının yuxarı hissəsində göstərmişdir ki, məhkəmə mübahisəsi başlayana kimi, yəni, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl də, mövcud olan sübutlar toplusu ilə tam təsdiq olunurdu ki: -Məhkəməyə təqdim edimiş, tərəflərin imzaladıqarı və 7 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli 7 ədəd "Qaimə-Faktura"larla, X16 İddiaçı 77 min ABŞ dolları dəyərində əntiq malların qəbul etməsi, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarındandır. -Cavabdeh-Janashiya LeilaMixaylovna ilə iddiaçı- İddiaçı arasında, 9 mart 2022-ci il tarixli Vatsap yazışmalarından görünür ki, X5 müştərilərə təklif etmiş və malların onun vasitəsiilə satışının həyata keçirilməsinə Ülviyyənin razılığını alır və məhz bu yazışmalardan sonra, xx.xx.2022-ci il tarixdə Ülviyyənin evinə gələrək, əvəlcədən razılaşdırılmış qiymətlə, Qaimə-Fakturalarda göstərilən malları Ülviyyədən qəbul edərək fəaliyyət göstərdiyi mağazasına aparır və bu fakt da, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarındandır. -Cavabdeh-Janashiya LeilaMixaylovna ilə iddiaçı- İddiaçı arasında, 21 may 2022-ci il tarixdən 23 fevral 2023-cüil atrixli Vatsap yazışmalarından görünür ki, Leila Janasiha, qəbul etdiyi mallara görə, İddiaçı 77 min ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etməklə yanaşı, hər dəfə, qısa müddət ərzində bu borcu ödəyəcəyinə inandırıcı vədlər verir; növbəti, 2022-ci il, noyabr ayının sonunadək, 77 min ABŞ dolları məbləğində bütünborcunu ödəyəcəyi barədə vədindən sonra isə, həmin tarixədək borcunun qaytarılmayacağı halda, 1 dekabr 2022-ci il tarixdən, ödənilməmiş borc məbləğinə hər gün üçün, 1 faiz miqdarında cərimə hesablanılacağı, həmçinin, aidiyyatı orqanlara da şikayət edəcəyi barədə İddiaçı tərəfindən Janasiya Leilaya xəbərdarlıq edilir; Bununlabağlı, eyni zamanda, tərəflər arasında, movcud olan borcun etirafı haqqında, notariat kontorunda müqavilənin bağlanması razılaşdırılsa da, son anda, Janasiha Leila bundan da imtina edir və bu fakt da, işin mübahisələndirilməyə ehtiyacı olmayan hallarından olduğu halda, cavabdeh X41 bütünbunlardan imtina edərək, həm ibtidai istintaqa, həmçinin də məhkəməyə verdiyi izahatları ilə özü-özünü tamamilə ifşa etmiş, Qaimə Fakturlardakı imzanın onaməxsus olmadığını, həmin qaimə fakturaların kimlər tərəfindən doldurulmasından belə xəbərsiz olduğunu bildirməklə, vəkilləri ilə birlikdə xətşünaslıq ekspertizasının aparılması barədə məhkəmə qarşısında vəsatət qaldırmış və bu barədə vəsatəti də təmin edilmişdir. Bundan sonra da, X23 ekspertinin məhkəməyə təqdim etdiyi rəyi ilə də onun dələduzluğu sübut olunaraq müəyyən edilmişdir ki, Qaimə-Fakturalardakı imzalar X19 məxsusdur və həmin X42 LeilaMixaylovna tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir.Hərçənd ki, Janasiya LeilaMixaylovanın Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Orxan Məmmədova verdiyi izahatında, açıqdan-açığa qeyd etmişdir ki, Qaim-Faturalarda olanimzalar məhz ona məxsusdur, həmçinin göstərmişdir ki, Qaimə-Fakturaların yazılaraq doldurulması da, işçisi olan Günel adlı şəxs tərəfindn həyata keçirilmişdir. Belə olan halda isə, həm onun özü tərəfindən, həmçinin də vəkilləri tərəfindən yuxarıda göstərilən xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməsi barədə vəsatətlərinin verilməsi, Janasihanın növbəti dələduzluğunun nəticəsi olmuşdur. Bununla bağlı, Nəsimi Rayon Prokurorunun müavini tərəfindən, Orxan Məmmədovun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə xx.xx.2023-cü il qərarıda da, açıqdan açığa qeyd edilmişdir ki, “...müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 8.0.3. və85.2-ci maddələrinin tələbləri pozularaq tam, hərtərəfli və obyektiv araşdırma aparıladan, hadisənin şahidi ola biləcək şəxslərin dairəsi, o cümlədən pul vsaitlərinin ödənilməsi ilə bağlı qəbzləri tərtib etdiyi qeyd olunan Leila Janasihanın işçisi Günel adlı şəxsin şəxsiyytinin müəyyən olunaraq izahatı alınmadan, material üzrə natamam və səthi araşdırma aparılmaqla əməllə düzgün hüquqi qiymət verilmədən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir...” Yəni, həmin Qaimə-Fakturalar da, məhz Günel adlı şəxs tərəfindən doldurulmuşdur. Bütün qeyd olunanlardan əlavə, X35 hazırki məhkəməyə təqdim etdiyi ərizələrindəki və vəsatətlərində olan bütün yalan və uydurmaları, həmçinin Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi-Orxan Məmmədova verdiyi izahatlarındakı bütün yalanları, İddiaçı 2023-cü ilin may ayında, Janashia Leilanın fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən antik mağazasında olarkən, Janashia Leila ilə aralarında olan və Leilanın da razılığı ilə telefon vasitəsi ilə yazılmış DVD diskə köçürülmüş səs yazıları ilə tamifşa edilmişdir.Bununla da bağlı, nəhayət, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesində, məhkəməyə, İddiaçı Arif qızı ilə Leila Janasiya arasında, ikincinin də razılığı ilə aparılan danışıqların 1 ədəd DVD audio diski təqdim edilərək, həmin diskdəki səsin Janasiya Leilaya məxsus olduğunun təsdiq edilməsi barədə ekspertizanın keçirilməsinə dair qərardadın qəbul ediməsi xahiş edilmiş və hakim vəsatətlərini təmin etmiş və qərardadın qəbul edilməsindən əvvəl, həmin diskdəki səsin Janasiya Leilaya məxsus olub-olmamasının müəyyən edilməsi üçün, ilkin olaraq, Janasiya Leilanın münasibətinin vacibliyini göstərməklə, diskin səsləndirilməli olduğu qərarını qəbul etmişdir. Bundan sonra, məhkəmə zalındakı kompyuter vasitəsi ilə, diskin səsləndiriməsinə cəhd edilsə də, komputerin həmin diski "oxumamış", lakin, məhkəmə katibi tərəfindən diskdə səs yazısının olub-olmaması, məhkəmə zalından kənar, məhkəmənin digər komputerində "açıldığından", növbəti məhkəmə prosesində başqa komuterlə diskin "açılarq" səsləndiriməsi məqsədi ilə, məhkəmə prosesi xx.xx.2023-cü il tarixə, saat 10:40 təxirə salınmışdır. Növbəti, xx.xx.2023-cüil tarixdə, saat 10:40-də keçirilən məhkəmə "Şou" prosesi isə, məhz, Yasamal Rayon Məhkəməsinin sədrinin ssenarisi üzrə həyata keçirilmişdir. Həmin gün, qarşı tərəfin aranı qarışdırmaqla qanunsuz müdaxilələri ilə, xx.xx.2023- cü il tarixli məhkəmə prosesundə hakimin qəbul etdiyi, vəsatətlə təqdim etdiyi DVD audio diskin səsləndirilməsi barədə qərarının icrasına imkan verilməmiş, yuxarıda göstərilən, xətşünaslıq ekspertizasının keçirilməsi bardə, dələduz-Janasiha Leilanın və onun vəkillərinin təqdimetdiyi vəsatəti təmin edildiyi, onların isə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi vəsatətlərinin təmin edilməməsi barədə hakim qərarını elan etsə də, səs ekspertizanın keçirilməsi ilə əlaqədar vəsatətinin təmin edilməməsi barədə elan etdiyi qərardadını bu günə kimi də elektron kabinetə yerləşdirməmişdir. Həmin səs yazısında, Janasiha Leila, artistlik məharətini də yüksək səviyyədə nümayiş etdirərək, ağlaya-ağlaya Ülviyyəyə yalvararaq, onun barəsində şikayt etməməyi xahiş etmiş, maddi durumu ilə bağlı Ülviyyədən aldığı bütün əşyaları ucuz qiymətə-50 min ABŞ dollarına satdığını və əldə etdiyi pul vəsaitinin, bir hissəsini borclarının bağlanmasına, bir hissəsini isə, əlavə əşyalar alınmasına sərf etdiyini və həmin əşyaları baha qiymətə satdıqdan sonra Ülviyyəyə olan borcunu qaytara biləcəyini düşündüyünü söyləmişdir. Janasiyanın bu cür artistliyiilə, onun Azərbaycandakı 25 illik fəaliyyətinə tam və hərtərəfli qiymət verilməsinin mümkünlüyünü nəzərə alaraq, onunla İddiaçı ilə, 2023-cü ilin may ayında, aralarında olan danışıqlarının DVD-dəki səsyazılarının kağız üzərinə köçürülmüş mətnini məhkəməyə tədim edərək, iddia tələbinin tam təmin edlməsi barədə qətnamə çıxarılması və cavabdehin əməlində cinayət tərkibi olduğundan xüsusi qərardad qəbul edilməklə prokurora xəbər verilməsi xahiş edilmişdir. Eyni zamanda, iddia ərizəsində göstərdiyi faktlar üzrə, cavabdehin əməlində cinayət faktları tam sübuta yetirildiyini nəzərə alaraq, xüsusi qərardad çıxarmaqla Prokurora xəbər verilməsini də xahiş etmişdir: -Əsas borc dedikdə-Gürcüstan vətəndaşı olan Cavabdeh Mixaylovna ilə İddiaçıarasında imzalanmış 7 vərəqdən ibarət "Qaimə-Fakturalar"dan görünür ki, həmin “Qaimə- Fakturalarda”,gümüşdən ibarət malların adı; probası; çəkisi; harada və neçənci ildə istehsal olması tarixləri də göstərilməklə, qaimələrdə qeyd edilən qiymətlərdə onların dəyəri, kütlə şəklndə olan gümüş məhsullarırnın həmin dövrə “ Beynlxalq birjalarda” müəyyən edilən dəyəri nəzərə alınmaqla hesablanılmışdır. 1-ci qaimə faktura üzrə: 1. 2350 ABŞ dol;2. 4550 ABŞ dol; 3. 4550 ABŞ dol. = 11.450ABŞ dolları. 2-ci qaimə faktura üzrə: 4. 2700 ABŞ dol.5. 2665 ABŞ dol. = = 5.365 ABŞ dolları. 3-cü qaimə faktura üzrə: 6. 2210 ABŞ dol. = 2.210 ABŞ dolları. 4-cü qaimə faktura üzrə: 7. 12.350 ABŞdol. 8. 700 dol. = 13.050 ABŞ dolları. 5-ci qaimə faktura üzrə: 9. 9.000 ABŞ dol. 10. 8.500 ABŞ dol. = 17.500 ABŞ dolları. 6-cı qaimə faktura üzrə: 11. 2.500 ABŞ dol. 12. 8.308 ABŞ dol = 10.808 ABŞ dolları. 7-ci qaimə faktura üzrə: 13. 2.800 ABŞ dol. 14. 2.500 ABŞdol. 15. 5.000 ABŞ dol.= 10.300 ABŞ dolları malların dəyəri ümumilikdə- 70.683 ABŞ dolları təşkil etmiş və bir daha qeyd etməyi zərurui hesab edirik ki, 7 qaimı faktura üzə “Qaimə-Fakturalarda”, gümüşdən ibarət mallarınadı; probası; çəkisi; harada və neçənci ildə istehsal olması tarixləri də göstərilməklə, qaimələrdə qeyd edilən qiymətlərdə onların dəyəri, kütlə şəklndə olan gümüş məhsullarırnın həmin dövrə “ Beynlxalq birjalarda” müəyyən edilən dəyəri nəzərə alınmaqla hesablanılaraq, məhz, Leila Jahashiayanın təklifi ilə üzərinə də 10 faiz ticarət əlavəsini gəlməklə, o, X28 77 min ABŞ dolları məbləğində pulun ödənilməsini də bir öhdəlik kimi öz üzərinə götürmüşdür. Belə ki, məhkəməyə təqdim edilmiş Qaimə Fakturaların 1-ci səhifəsin yuxarı hissəsindədə bu fakt, yəni, malların ümumi dəyərini əks etdirən “77.000” ABŞ dolları kimi yazı, “Bakı şəhəri, Nəsimi RayonProkurorunun müavini, kiçik ədliyyə müşaviri-Fərid Dadaşovun 02 oktyabr2023-cü il tarixli qərarında, göstərildiyi kimi, Leila Janasihanın işçisi Günel adlı şəxs tərəfindən icra edilmiş və buda məhz, Leilanın göstərişi əsasında baş vermişdir. Bu halı təsdiq edən amil, həmçinin, Leila Janashiaya ilə İddiaçı arasında olan bütün Vatsap yazışmalarında, Leilanın Ülviyyəyə 77.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etməsidir. Qətnamənin qət etdi- “..Cavabdeh Janasiha Leliladan 68.183 (altmış səkkiz min yüz səksən üç) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 2500 manat məbləğində pul və 406,41 manat (dörd yüz səkiz manat qırz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin” hissəsinə gəldikdə bildiriş ki, bu yanlışlıq, 6-cı qaimə fakturanın 11-ci sıradakı əşyalarla bağlı 2500 rəqəmindən sonra “m” işarəsi ilə yanaşı “dollar” işarəsi dəqeyd edildiyindən, hakim bu rəqəmi manatla hesablamışdır və 68.183 rəqəminin 2500 rəqəmi ilə toplanması 70.683 edir ki, onların hesablamaları ilə də bu yekuna əsaslanmaqla, ilkin qaimə fakturanın üzərində 77 min ABŞ dolları işarəsini əlavə etməklə göstərilmişdir ki, razılaşma bu olmuşdur. Bundan əlavə, 6cı qaimə fakturanın arxasındakı rəqəmlərin toplanması zamanı da, onların ziyanına yanlışlığa yol verilsə də, həmin qəimə fakturanın yenidən doldurulmasına ona görə əhəmiyyət verilməmişdir ki, 1-ci qaimə fakturnın yuxarı hissəsində ödəniləcək məbləğin miqdarı açıqdan açığa qeyd edilmiş və bütün bunlar, Janasiya Leilanın işçisi tərəfindən icra edilmişdir. Göstərilənlərdən əlavə, bu məsələ ilə bağlı, yəni pulunun alınması ilə bağlı iddaiçının çəkdiyi xərclərə münasibət bildirməməklə yanaşı, mülki dövriyyə şəratində 77 min ABŞ dollarının banka ən aşağı faizlə belə depozitə qoyulması şəraitində, onun əldə edə biləcəyi gəlirə də münasibət bildirməmişdir. Məhkəmə tərəfindən qaimə fakturalardakı rəqəmlərin toplanılması və həmin rəqəmlərə qiymət verilməsində yanlışlığa yol verilmiş, eyni zamanda da, Mülki Məcəllənin 21-ci maddəsi tətbiq edilməmişdir. Bununla da, işdə olan sübutlarla dəymiş zərərin miqdarı 77.000 ABŞ dolları məbləğində müəyyən edildiyi halda, hakim səhvən bu rəqəmi, 68.183 ABŞ dolları və 2500 manat həcmində müəyyən etməklə yanaşı, Mülki Məcəllənin 21.2.-ci maddəsini ümumiyyətlə tətbiq etməməklə, bu işlə bağlı iddiaçıya göstərilmiş hüquqi xidmətə görə onun tərəfindən ödənilmiş pul məbləğinə və həmin şəxsin adimülki dövriyyə şəratində əldə edə biləcəyi gəliri, yəni, 77 min ABŞ dollarını depozit şəklində hər hansı banka qoyacağı təqdirdə əldə edə biləcəyi divident məbləğini hesablamamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir olduğu halda, buna əməl etməmiş, qainmə fakturalardakı, Vatsap yazışmalarındakı sübutlara qiymət verilməsində yanlışlığa yol vermişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur olduğu halda, işdə olan sübutlara düzgün qiymət verilməməklə yayaşı, bir sıra sübutlar haqqında isə, bu işin həlli ilə bağlı göstərilmiş hüquqi xidmətlərlə görə, ümumiyyətlə bir cümlə belə qeyd aparılmamışdır. Həmçinin onu da qeyd etmək zəruridir ki, iddia tələbinin həcminə görə tərəflərindən 490 manat və ilkin müvəqqəti təminat tədbirinə görə də 50 manat məbləğində, ümumilikdə, 540 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilsə də, qətnamədə ödənilən rüsumun məbləği nədənsə 408,41 manat göstərilmişdir. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməli olduğundan və cavabdehin məhkəməyə və Nəsimi Polis İdarəsində müstəntiqə verdiyi izahatları, həmçinin, iddiaçı ilə aralarındakı Vatsap yazışmaları və iddiaçı ilə cavabdehin arasındakı 2024-cü ilin may ayındakı telefona yazdırılmış səs yazısının mətni tamamilə bir-birilərinə zidd olduğuna, yaxud, cavabdehin əvvəlki izahatlarını tamamliə təkzib etdiyindən, cabvabdehin əməlindəki cinayət tərkibini bilavasitə təsdiq etmiş olur.Ona görədə hesab edir ki,xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26.Məhkəmə kollegiyasının iclasında cavabdeh Janashia Leila və onun nümayəndəsi və vəkili Vəkil1 öz apellyasiya şikayətlərini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Nümayəndə (vəkil) Vəkil1 ona verilən suallara cavab olaraq bildirdi ki, əşyalar iddiaçı tərəfindən cavabdehə nisyə olaraq satılmışdır. Lakin cavabdeh həmin əşyaları qaytarmışdır. 27.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X11 öz apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. 28.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinə uyğun məzmunda izahat verdi, ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı əşyaları cavabdehə nisyə olaraq satmışdır. 29.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR İN yanında Dövlət Vergi Xidməti və AR Dövlət Gömrük Xidmətinin nümayəndələri məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 31.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 33.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 34.Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 35.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 36.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 37.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Kollegiya öncə iddia tələbinin təmin edilməyən hissəsi ilə razılaşmayan X3 apellyasiya şikayəti üzrə dəllilərinə münasibətdə qeyd edir ki, Ə.Rüstəmovun hazırkı işdə prosessual hüquqi statusu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğundan, cavabdehə qarşı onun hər hansı iddia tələbi və iddiaçının apellyasiya şikayəti olmadığından, onun iddiaçının əvəzinə qətnaməni qeyd olunan hissədə mübahisələndirməyə subyektiv hüququ yaranmır. Buna görə də kollegiya hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət veriməsinə zərurət olmadığından, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməlidir. 45.İş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Janashia Leila arasında şifahi qaydada əşyaların nisyə alğı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən cavabdehin 68.183 ABŞ dolları və 2500 manat dəyərində antik əşyaları iddiaçıdan təhvil alması müəyyən edilir. Cavabdeh tərəfin qaimə-fakturadakı imzaların cavabdeh tərəfindən imzalanmaması ilə bağlı izahatlarında qeyd etdikləri hallar təkzib olunaraq iş materialında olan sənədlərlə, ekspertiza rəyi ilə sübuta yetirilmişdir ki, qeyd olunan imza cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində izahatında qeyd etmişdir ki, qaiməfakturadakı imza ona aiddir, əşyaları təhvil aldığını etiraf etmiş, lakin iddiaçıya 32000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. 46.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1835 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturada "Təhvil aldım" qrafalarındakı imzalar X43 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturadakı əlyazmalar X39 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 47.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 48.Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əşyaların bir hissəsinin qaytarılması, onun iddiaçıya 32000 ABŞ dolları borcunun qaldığını qeyd etdiyi halda, sübutütmə yükünün bölüşdürülmə qaydasına görə bu borcun ödənilməsi və əşyalarının bir qisminin iddiaçıya qaytarıldığını cavabdeh sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. 49.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 50.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 51.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 52.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 53.Buna görə məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi sübut olunduğu həcmdə, qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli qaimə-fakturaya əsasən 68.183 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 2500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 54.Məhkəmə kollegiyası cavabdehin tərəflərin VÖEN-nin olması, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalı olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 55.Hazırki işdən göründüyü kimi tərəflər arasında nisyə-alqı satğı müqaviləsi üzrə yaranmış öhdəliklər onların kommersiya fəaliyyəti ilə əlaqədar yaranmamış, tərəflər fərdi sahibkar olsalar da, yaranmış mübahisə onların sahibkarlıq fəaliyətindən irəli gəlmir. Belə ki, iddiaçı həmin əmlakların qızına məxsus cehiz əşyaları olmaqla, satmaq istədiyini bildirmişdir. 56.Kollegiya apellyatorun birinci instansiya məhkəməsi tərəfindən mübahisə prеdmеtini təşkil еdən əşyaların həqiqətən mövcud olub-olmaması və həmin əşyaların iddiaçı tərəfindən cavabdеhə təhvil vеrilməsi və cavabdеh tərəfindən qaytarılmasına dair хüsusatların aydınlaşdırılmaması, bununla da mübahisə prеdmеtini təşkil еdən əşyaların fərdi əlamətləri, fotoşəkili, qiyməti və digər fərdi əlamətləri müəyyən еdilmədən işin faktiki hallarına uyğun gəlməyən qətnamə qəbul еdilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, mülki işin 79-85-ci vərəqlərində olan 07 vərəqdən ibarət xx.xx.2022-ci il tarixli qaimə-fakturada "Təhvil aldım" qrafalarındakı imzalar X43 tərəfindən icra olunmuşdur. Bununla bağlı ekspertiza keçirilmişdir. Həmin qaimə-fakturalarda cavabdehə məxsus möhür mövcuddur. Cavabdehin özü də, birinci instansiya məhkəməsində etiraf etmişdir ki, götürdüyü əşyaların bir hissəsini qaytarmışdır, onun iddiaçıya 32000 ABŞ dolları borju qalmışdır. 57.Beləlikə qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası məhkəmənin mübahisələndirən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(004)-103/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 58.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 59.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirlən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 60.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 61.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Janashia Leila və üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(004)-103/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən XəyalSarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov