Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5900/2020 24.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşıəqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-709/2018 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh isə cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)- 709/2018 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh 28500 manat məbləğində borc pulun, xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2017-ci il tarixədək illik 5% olmaqla hesablanmış 4223,57 manat məbləğində faizin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. Cavabdeh məhkəmənin həmin qətnaməsindən xx xxxxx 2018-ci il tarixdə apelyasiya şikayəti vermiş, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(005)-709/2018 nömrəli qərardadı ilə şikayət müəyyən edilmiş müddət keçməklə verilməsi səbəbi ilə geri qaytarılmışdır. Sonradan cavabdeh həmin qərardaddan da şikayət vermiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(005)-709/2018 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli 2(103)- 6541/2018 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(005)-709/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh sonradan xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 709/2018 nömrəli qətnaməsinin surətinin ona verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-709/2018 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin mübahisə edilən qətnaməsinin surətinin təkrarən alınması üçün Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8.4.8-ci maddəsinə əsasən məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə 10 manat məbləğində rüsumu ödəyərək təkrarən müraciət edə bilməsi hüququ Cavabdeh izah edilmişdir. Müvafiq qətnamənin surətini Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada imzalamaqla qəbul etmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-709/2018 nömrəli qətnaməsindən apelyasiya şikayətini təkrarən xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-709/2018 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh xx xxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi və mülki işin apelyasiya instansiyasına baxılması üçün göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 709/2018 saylı qərardadı ilə ərizə təmin edilməmiş və apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh sonuncu qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-709/2018 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qətnamədən onun adından xx xxxxx 2018-ci il tarixdə şikayət verilmiş, amma qeyd edilən şikayətdən onun xəbəri olmamışdır. O isə şəxsən xx xxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi və mülki işin apelyasiya instansiyasına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, lakin şikayəti təmin edilməmişdir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)-709/2018 saylı qərardadının ləğv edilib apelyasiya şikayətinin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, cavabdehin sözügedən məhkəmə qətnaməsindən məlumatının olmaması həqiqətə uyğun deyil, çünki o, qətnaməni icra etmədiyinə görə 500 manat məbləğində inzibati cərimə olunmuş, sonradan isə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun əsas məqsədi qətnaməni icra etməməkdir. Buna görə də məhkəmədən birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. İş materiallarından görünür ki, qeyd edilən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, həmin şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qanuni qüvvəsini almış qərardadları var və həmin məhkəmə aktlarından il yarıma yaxın bir müddət keçdikdən sonra (xx xxxxxx 2019-cu il tarixdə) cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Bu zaman cavabdehə hətta məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə 10 manat məbləğində rüsumu ödəyərək təkrarən müraciət edə bilməsi hüququ da məhkəmə tərəfindən izah edilmiş və o, qətnamənin surətini xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada imzalamaqla qəbul etmiş və müvafiq qətnamədən apelyasiya şikayətini isə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-709/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddəti üzrlü səbəb olmadan buraxdığına görə birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış müddətin bərpası barədə Cavabdeh Cabbar oğlunun ərizəsini təmin etməmiş və apelyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 709/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5900/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5900/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver