Məhkəmə qərarları › İş №2(103)-5901/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5901/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5901/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Nurullayeva (Musayeva) Mətanət Rauf qızına qarşı "mülkiyyət hüququnun müdafiəsi və mənzildən istifalə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-151/2022 saylı, 10 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 Aüakişi qızının nümayəndəsi və vəkili Nümayəndə oülu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 249758 saylı xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4 saylı evin 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-1499/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilk iddianın təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddiaçılar Cavabdeh1 Aüakişi qızı və X2 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” qarşılıqlı iddia tələbinə dair iddianın təmin edilməməsi, qarşılıqlı iddiaçılar Cavabdeh1 Atakişi qızı və X2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları tanınması, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçılar Cavabdeh1 və X3 ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 12 nömrəli mənzilin vizual orta bazar dəyərini və bir aylıq kirayə haqqını müəyyən etmək üçün qiymətləndirmə işi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmişdir. Həmin əmlakın xx.xx.2021-ci li tarixinə olan vizual orta bazar dəyəri 42000 (qırx iki min) manat və bir aylıq kirayə haqqı 100-150 manat aralığında dəyişir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 60000,0 manat (51x1200) məbləğində müəyyən olunur. Mənzillərin kirayə haqqının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmamışdır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzili üzrə həmin ərazidə yerləşən 2 otaqlı mənzillərin 2021-2022-ci il tarixə orta aylıq kirayə haqqı 220-250 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Nurullayeva (Musayeva) Mətanət Rauf qızına qarşı "mülkiyyət hüququnun müdafiəsi və mənzildən istifalə hüququna xitam verilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ümumilikdə 4500 AZN məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 Atakişi qızının və X2, mülkiyyət hüququ əsasında ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilində olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və həmin mənzilin cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil «iddia predmetinin dəqiqləşdirilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ümumilikdə 9000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və X2, mülkiyyət hüququ əsasında ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilində olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və həmin mənzilin cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 25.84 kv.m-dan ibarətdir. Cavabdehlər iddiaçıya məxsus həmin mənzildə yaşadıqları üçün mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbi ilə Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Suraxanı rayon məhkəməsinin 2(010)-1499/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 Atakişi qızı və X2, iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilindən istifadə hüququ tanınmışdır. Hazırda yoldaşı və qızı ilə birlikdə həmin mənzilə köçməsinə zərurət yaranmışdır. Qızının 3 yetkinlik yaşına çatmayan uşağı vardır. Belə olan halda ümumi sahəsi 25.84 kv.m-dan ibarət olan ona məxsus həmin mənzildə cavabdehlərlə birlikdə yaşaması mümkün deyildir. Cavabdehlər ünvan 3 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində qeydiyyatda olublar və həmin fərdi yaşayış evi Cavabdeh1 məxsusdur, sözügedən mənzil cavabdehlər tərəfindən kirayəyə verilmişdir. AB Consulting MMC tərəfindən verilmiş mənzilin dəyərinin müəyyən etmək üçün qiymətləndirmə hesabatından görünür ki, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinin orta bazar dəyəri 42000 manat, bir aylıq kirayə haqqı isə 100-150 manat təşkil edir. Hesab edir ki, iddiaçı tərəfindən 4500 AZN məbləğində kompensasiya ödənilməklə cavabdehlərin, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilindəki istifadə hüququna xitam verilməli, cavabdehlər həmin mənzildən çıxarılmalı və iddiaçıya məxsus həmin mənzil cavabdehlərin hesabına boşaldılmalıdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-15/2022 saylı, 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı tərəfindən ümumilikdə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və X2 iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və X4 iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzildən çıxarılmaları və Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzil cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 100 manatın cavabdehlər Cavabdeh1 Atakişi qızının və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası mərkəzinə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kompensasiya məbləği müəyyən edilərkən cavabdehlərin 3 il ərzində kirayə mənzildə yaşaya bilmələri nəzərə alınmış, kirayə mənzillərin qiyməti isə cavabdehlərin məhkəmə iclaslarında qeyd etdikləri məbləğdə, yəni 250 manatdan hesablanmışdır. Belə ki, hər ay 250 manatdan 3 illik kirayə haqqını hesabladıqda 9000 manat (3x12x250=9000) edir ki, məhkəmə həmin məbləğin qanuni və ədalətli olması qənaətinə gəlir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, İddiaçı tərəfindən ümumilikdə 9000 (doqquz min) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1 və X2 iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və X4 iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzildən çıxarılması və Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzil cavabdehlərin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilərək kompensassiyanın məbləğinin 15.000 manat müəyyən edilməsi, əlavə olaraq kompensasiyanın cavabdehlər Cavabdeh1 Arakişi qızının və X2 mübahisəli mənzildən çıxarılması ilə eyni vaxtda ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiya məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. Lakin işdən göründüyü kimi birinci instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfindən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışdır. Hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsi 9000 manat məbləğində kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmaması nəticəsində, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını müəyyən etməməklə səhvə yol vermişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə oülu ayrı-ayrılıqda izahat verərək apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Diıər cavabdbeh (Musayeva) Mətanət Rauf qızı da izahatında bir evdə yaşadıqlarından anasının verdiyi şikayətin ona da aid olmasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə oülu apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Həmçinin məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh Nurullayeva (Musayeva) Mətanət Rauf qızı digər Cavabdeh1 Atakişi qızının övladı olmaqla, iddiaçının qardaşı arvadı və qardaşı qızıdır. İddiaçının 9000 manat kompensasiya təklif etməsi ümumilikdə cavabdehlərin hər ikisinə aid olduğundan Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həmçinin onun qızı (Musayeva) Mətanət Rauf qızına da aiddir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qanuniliyini tələb bölünməz olmasını nəzərə alaraq ana-bala olan hər iki cavabdehə münasibətdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlıüına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyüun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamışdır Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzili ÖM seriyalı 249758 saylı xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 51.0 (ekspert rəyinə əsasən) kv.m-dan ibarətdir. Cavabdehlər iddiaçıya məxsus həmin mənzildə yaşadıqları üçün mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi tələbi ilə Suraxanı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1499/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 Arakişi qızı və X2, iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilindən istifadə hüququ tanınmışdır. Hazırda iddiaçı cavabdehlərə ümumilikdə 9000 manat məbləğində kompensasiya ödənilməklə ona məxsus mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdehlər təklif edilən kompensasiya məbləği ilə razılaşmamış, hər birinə ayrılıqda 9000 manat verilərsə iddia ilə razılaşmalarını göstərmişlər. Müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 baldızıdır və cavabdeh mübahisəli evə 1984-cü ildə gəlin köçərək gəlmiş, bu nikahdan bir qızı var, pasport qeydiyyatında olmaqla yaşayır. Həmçinin, iddiaçı digər cavabdeh Nurullayeva (Musayeva) Mətanət Rauf qızının bibisidir. O, anası ilə birlikdə mübahisəli mənzildə yaşayır, iki uşağı vardır, həyat yoldaşından faktiki olaraq ayrılmışdır. İddiaçı ümumi sahəsi 51.0 kv.m-dan ibarət olan ona məxsus həmin mənzildə cavabdehlərlə birlikdə yaşaması mümkün olmadığı üçün tərəfindən hər birinə 4500 AZN məbləğində kompensasiya ödənilməklə həmin mənzilindəki istifadə hüququna xitam verilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Birinci instansiya məhkəməsi, İddiaçı mülkiyyətçi kimi cavabdehlərin kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbinin Mülki Məcəllənin 228.2-ci maddəsinə görə əsaslı olduğu üçün təmin olunması nəticəsinə gəlmiş və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla hesab etmişdir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmə nəticəsini əsaslandırmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsinin aşağıdakı qərarlarına istinad etmişdir; Marks Belçikaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot» İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Birinci instansiya məhkəməs qeyd edilən nəticəyə gələrkən qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləği ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmin Plenum qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: • mülki-hüquq öhdəliklərinin pozulması nəticəsində zərəri naturada qaytarmaq imkanı olmadıqda həmin zərərin əvəzinin ödənilməsi; • sifarişçinin öhdəliyi yerinə yetirənin təqsiri nəticəsində həmin öhdəliyin icrasına marağının itirildiyi halda; • qanunvericiliklə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və s.; • mənəvi zərərin ödənilməsi; • habelə qanunvericiliklə nəzərdə tutulan əmlak, qeyri-əmlak, əmək və digər münasibətlərdə dəymiş zərərin əvəzinin ödənilməsi. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu baxımdan Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bundan əlavə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin üz əmlakı üzərində hüquqlarının istifadəsi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Mülki Məcəllənin qeyd olunan normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, 12 nümrəli mənzilin vizual orta bazar dəyərini və bir aylıq kirayə haqqını müəyyən etmək üzün qiymətləndirmə işi "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata kezirilmişdir. Həmin əmlakın xx.xx.2021-ci li tarixinə olan vizual orta bazar dəyəri 42000 (qırx iki min) manat və bir aylıq kirayə haqqı 100-150 manat aralığında dəyişir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 60000,0 manat (51x1200) məbləğində müəyyən olunur. Mənzillərin kirayə haqqının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmamışdır. Yuxarıda göstərilən normaları, hesabatı və ekspertiza rəyini rəhbər tutaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Buna görə də iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 9000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsinəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddia üzrə cavabdehlər yaşayış sahəsindən ancaqistifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi onlara təklif olunan pul məbləğidir. Yəni, sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxslər həmin hüququ itirirvə qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinəbərabərdir. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli «daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən ediməsi barədə» arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 4 saylı evin 12 saylı mənzil üzrə həmin ərazidə yerləşən 2 otaqlı mənzillərə 2021-2022-ci il tarixinə orta aylıq kirayə haqqı 220-250 manat təşkil edir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki mübahisə üzrə də iddiaçı evin mülkiyyətçisi olduğundan, həmin ev cavabdehlərlə birlikdə birgə mülkiyyətdə olmadığından, cavabdehlərin mənzildən yalnız istifadə hüququ olduğundan iddia tələbi kompensasiya məbləğinin itiriləcək istifadə hüququnun ədalətli əvəzinə bərabər olmadığı üçün Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına müvafiq olaraq təmin edilməməlidir. Məhkəmə kollegiyası bu nəticəsini, mənzilin yerləşdiyi ərazi, cavabdehlərin həmin evdə uzun müddət yaşayıb sosial mühitə malik olması, mənzildən çıxacağı halda uşaqları ilə birlikdə çıxmalı olması, həmçinin Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli «daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən ediməsi barədə» arayışı nəzərə alınmaqla kompensasiya məbləğini müəyyən edilməsi ilə əsaslanır. “S.Süleymanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2010-cu il tarixli qərarında göstərmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə kollegiyası işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının kompensasiya verilməklə cavabdehlərin uşaqları ilə birlikdə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə tələbi mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslı olsa da, mülkiyyətçinin cavabdehlərə təklif etdiyi 9000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Belə ki, cavabdehlərə təklif edilən 9000 manat məbləğ cavabdehlərin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehlərin uşaqları ilə birlikdə mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi cavabdehlərin mənzil hüquqlarını pozmuş olacaqdır. Məhkəmə kollegiyası təklif olunan kompensasiya məbləğinin miqdarı ilə bağlı daha sonra qeyd edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən də asılıdır. Belə ki, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəf apellyasiya şikayətində mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin 15000 manat məbləğində müəyyən edilməsini tələb etsələr də, bu nəticəyə gəlinməsi üçün mülkiyyətçinin mövqeyi (razılığı) öyrənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, birinci instansiya məhkəməsi beləişlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Lakin iddiaçının apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməməsi səbəbindən onun həmin məbləğin ödənilməsinə dair mövqeyini aydınlaşdırmaq mümkün olmamışdır. Beləliklə, məhkəmə kolleıiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X6rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. İddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş ekspert tədqiqatlarının dəyəri 200 manat (100+100) iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-151/2022 saylı, 10 iyun 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Nurullayeva (Musayeva) Mətanət Rauf qızına qarşı "mülkiyyət hüququnun müdafiəsi və mənzildən istifalə hüququna xitam verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası mərkəzinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 100 manat İddiaçı tutularaq Əmlak Ekspert Mərkəzinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar