Məhkəmə qərarları › İş №2(103)-591/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-591/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-591/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-591/2021 Məhkəmə iclası PROTOKOLU 15 aprel 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Səmədov Tofiq Səməd oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili X3 və Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 15:00-da açır və baxılacaq işi elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlib-gəlməmələrini aydınlaşdırır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, Cavabdeh2 nümayəndəsi və vəkili X5, Cavabdeh1 nümayəndəsi və vəkili X2 məhkəmə iclasına gəlmişlər, iddiaçı “xxxx” ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclasının katibini elan edir, işdə iştirak edən şəxsə məhkəmənin tərkibinə və məhkəmə iclasının katibinə etiraz etmə hüquqlarının olduğunu izah edir, tərkibə və məhkəmə iclasının katibinə etirazın olubolmadığını soruşur. İşdə iştirak edən şəxs məhkəmənin tərkibinə və iclas katibinə etirazının olmadığını bildirdi. Sədrlik edən işdə iştirak edən şəxsdən prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişi əldə edib-etmədiyini müəyyən edir. İşdə iştirak edən şəxs prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişi əldə etdiyini bildirdi. Sədrlik edən işdə iştirak edən şəxsdən hüquq və vəzifələrinin izahına ehtiyyac olubolmadığını soruşur. İşdə iştirak edən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirdi. Sədrlik edən apellyasiya şikayətinə iş üzrə iddiaçı “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkünlüyü barədə məhkəmə iclasına gəlmiş şəxslərin fikrini dinləyir. İşdə iştirak edən şəxslər: Apellyasiya şikayətinə iş üzrə iddiaçı “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazım yoxdur. Məhkəmə yerində qısa müşavirə edərək, qərara alır: Apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılsın. Sədrlik edən iş üzrə məruzə edir. Cavabdeh2 vəkili və nümayəndəsi: Hörmətli məhkəmə kollegiyası, ekspert rəyi ilə əlaqədar bildirmək istəyirəm ki, rəy ilə razı deyilik. Mübahisəli əmlakın qiyməti bazar dəyərindən qat-qat aşağı qiymətləndirilmişdir. Həmçinin bildirmək istəyirəm ki, xx.xx.2015ci il tarixli ipoteka müqaviləsində Cavabdeh2 həyat yoldaşının imzası yoxdur. Cavabdeh1 nümayəndəsi: Tərəfimizdən hazırki mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün xahiş edirəm mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə göstəriş verəsiniz. Sədrlik edən işin birinci instansiya məhkəməsinə göndərilməsi ilə bağlı məhkəmə iclasına gəlmiş şəxsin fikrini dinləyir. Cavabdeh2 vəkili və nümayəndəsi: Mülki işin Suraxanı Rayon Məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxıram. Məhkəmə kollegiyası yerində müşavirə edərək, qərara alır: Mülki iş Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar olaraq baxışdan çıxarılıb Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə iclası bağlı elan edilir. Məhkəmə iclasının protokolu xx xxxxx 2021-ci il tarixində tərtib edilmişdir. Sədrlik edən: Məhkəmə iclasının katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar