Məhkəmə qərarları › İş №2(103)-5915/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5915/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5915/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 ASC-nə, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı pulun tutulması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-905/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASCtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-nə, üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC-nin Sumqayıt filialı ilə bağlanmış xx xxxx 2015-ci il tarixli 08-xxxx-013161 saylı kredit müqaviləsinə əsasən ona verilmiş 1400 ABŞ dolları məbləğində ödənilmiş kreditə görə kompensasiya məbləğinin hesablanaraq onun hesabına köçürülməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-905/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının Cavabdeh1 ASC-də xarici valyutada olan xx.xx.2015-ci il tarixli, 08-xx-xx-01316 saylı kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, 546,15 manatın kompensasiya şəklində İddiaçı ödənilməsi Cavabdeh1 ASC- nin üzərinə vəzifə kimi qoyulması qət edilmiş, qalan hissədə iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh1 ASCtərəfindən qətnamədən apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-905/2020 saylı qətnaməsi ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASCapellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının adının kompensasiya verilməsi üçün təqdim edilmiş siyahıda olmadığını qeyd etmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Kompensasiya məbləğinin hesablanaraq hesabına köçürülməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddianın mahiyyətindən inzibati səciyyəli olduğu, inzibati orqanın (Azərbaycan Respublikasının Mərkəzi Bankının və s.) hərəkətsizliyinə qarşı yönəldiyi və məcburetmə - öhdəliyin icrası haqqında birləşdirilmiş tələb olduğu müəyyən edilir.İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankını cavabdeh kimi deyil üçüncü şəxs qoymuş olsa da tələbdə “cavabdehlərə həvalə edilməsi” qeyd etmişdir. Belə ki, AzərbaycanRespublikasıİnzibatiProsessualMəcəlləsinin 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kompensasiya məbləğinin hesablanaraq hesablara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanı (bundan sonra, Fərman) ilə tənzimlənir ki, bu səlahiyyət də Cavabdeh1 ASC aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci iltarixli qərarı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 10 nömrəli Qərarı, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, AzərbaycanRespublikasıİnzibatiProsessualMəcəlləsinin 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V fəslinə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olmayan şəxsə qarşı verildiyindən və mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığndan birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Diqqətə çatdırılmalıdır ki, cavabdeh kompensasiya verilməsi üçün təqdim edilmiş siyahıda iddiaçının adının olmadığını qeyd etmişdir. Ona görə izah edilməlidir ki, ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilata müraciət edilməli, məsələnin səbəbləri inzibati icraat qaydasında araşdırılmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq tələblə inzibati məhkəmə instansiyasına müraciət edilə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.2cimaddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-905/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar