Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5932/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(008)-4363/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli, BPM**********74 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 banka 496,09 manat əsas borc, 42,38 manat faiz borcu olmaqla, cəmi 538,47 manat borcu yaranmışdır. X7 xx.xx.2020-ci il tarixdə ölmüş, 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən X3 xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə onun oğlu Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. 2.X7 müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək cavabdehdən İddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********74 №-li kredit müqaviləsinə əsasən 496,09 manat əsas borc, 42,38 manat faiz borcu olmaqla, cəmi 538,47 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2020ci il tarixli, BPM**********74 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit limiti verilmişdir. Borclu X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2021-ci il tarixdə X4 vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, X3 500 manat məbləğində kredit borcu üzrə Banka ödənilməmiş borcu – 496,09 manat əsas borc, 393,84 manat faiz borcu olmaqla, cəmi 889,93 manat borcu qalmışdır. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etmişdir ki, hazırki tələb üzrə anasının borcunu ödəməyə hazırdır. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 05 avqust 2024-cü il tarixli, 2(008)-4363/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Tahirə Əsədova) iddia təmin edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 496,09 manat əsas borc, 42,38 manat faiz borcu olmaqla, cəmi 538,47 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 7.İş materiallarında olan bildirişdən görünür ki, “"xxxx" ASC tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 8.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********74 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit limiti verilmişdir. Borclu X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür (4 saylı Bakı “Asan xidmət” X8 tərəfindən verilmiş AZ-İİ seriyalı 148152 №- li ölüm haqqında şəhadətnamə). 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən X3 xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə onun oğlu Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 1 ünvanın ibarətdir. Maliyyə arayışına əsasən X2 xx.xx.2024-cü il tarixə 496,09 manat əsas borc, 42,38 manat faiz borcu olmaqla, cəmi 538,47 manat manat borcu qalmışdır. Hazırda iddiaçı cavabdehdən 538,47 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. 9.Məhkəmə iddia tələbini qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh mirası qəbul etdiyindən borcu da ödəməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 1306.1, 1243.1, 1243.2, 1243.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 11.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, onun borcdan xəbəri yox idi və bu qədər faiz şişirdilmiş faiz borcunun olması qanunsuzdur. Məhkəmə çıxardığı qərarı ilə, onun üstünə qanunsuz olaraq 42.38 AZN faiz borcu da yazmışdır, halbuki, bu borc onun deyil və o, bu borcdan xəbərsiz idi. Eyni zamanda, məhkəmə qərarında, əsas borc və faizdən savayı, məhkəmə dövlət rüsumu olan 30 AZN də ondan tutulmasını qət edib, nəyə əsasən rüsum ondan tutulmalıdır? Tərəfindən götürülməyən borcu ödəməkdən savayı, hələ rüsumu da ödəməlidir? Bank öz hüquqlarından suiistifadə edərək və imkanlarından yararlanaraq cavabdehdən qanunsusz olaraq əlavə maddi vəsait tələb edir, məhkəmə isə bunun səbəbələrini araşdırmamışdır. Məhkəmə iddiaçının Konstitusiya ilə təsbit olunmuş hüquq və mənafelərinə uyğun qətnamə qəbul etmək əvəzinə göstərilən normalara əks mövqeydə dayanmış lakin, eyni zamanda bankın hərəkətlərinin qanuni olmasını təsdiq edə bilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 17.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 18.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 19.Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 20.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 21.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 22.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 23.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 24.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 25.Maddə 1306.1.Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 26.Maddə 1243.1 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 27.Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği müqavilə üzrə tərəf olan X5 vermiş, Tahirova Elmira müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə iddiaçıya xx.xx.2020-ci il tarixli, BPM**********74 №-li kredit müqaviləsi üzrə əsas borca görə 496,09 manat, faiz borcuna görə 42,38 manat, cəmi 538,47 manat borcu yaranmışdır. 35.X7 xx.xx.2020-ci il tarixdə ölmüş, 4 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən X3 xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə onun oğlu Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir.Həmin şəhadətnaməyə əsasən miras əmlak ünvan 1 ünvanın ibarətdir. 36.Göründüyü kimi, kredit müqaviləsi üzrə borclu X7 tərəfindən müqavilə şərtləri pozulduğu, borclunun ölümündən sonra miras əmlak Cavabdeh tərəfindən tam şəkildə qəbul edildiyindən, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 37.Kollegiya qeyd edir ki, borclu X7 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da o, kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borclu X2 vərəsəsi kimi miras əmlakı qəbul etdiyindən o, Mülki Məcəllənin 1306.1-ci madddəsinin tələbinə əsasən miras qoyanın öhdəlikləri üçün məsuliyyət daşımaq öhdəliyini də öz üzərinə götürmüşdür. 38.Məhkəmə kollegiyası cavabdehin faiz borcunun şişirdilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, faiz borcu ilə bağlı məbləğ iş materiallarında olan mailiyyə arayışı və hesabdan çıxarışdan təsdiq olunduğu halda cavabdeh həmin sənədləri şübhə altına alan hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən faiz borcu X2 öldüyü vaxta kimi hesablanmışdır. 39.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 41.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsininapellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 42.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənindəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 43.Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(008)-4363/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov