Məhkəmə qərarları › İş №2(103)-5941/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5941/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5941/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-117/2020 saylı, 07 avqust 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(001)- 117/2020 saylı qərardadına əsasən, tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, 07 avqust 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə onun məlumatı olmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-117/2020 saylı, 07 may 2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Binəqədi rayon Məhkəməsinin 2(001)-117/2020 saylı, 07 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan sms xəbərdarlıqlardan çıxarışdan görünür ki, 07 avqust 2020-ci il tarixə, saat 11:40-a təyin edilmiş məhkəmə iclası barədə sms bildiriş 17 iyul 2020-ci il tarixdə Cavabdeh və İddiaçı çatdırılmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı şikayəti əsassızdır və birinci instansiya məhkəməsi işin baxılmamış saxlanılması nəticəsinə gəlməkdə haqlı olmuşdur . Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətdə göstərilən hallar iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-117/2020 saylı, 07 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-117/2020 saylı, 07 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar