Məhkəmə qərarları › İş №2(103)-5951/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5951/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5951/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbi ilə bağlı mülki iş üzrə iddianı təmin etmə tədbirinə dair ərizəsinin təmin edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli 2(005)-1569/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Cavabdeh məxsus 2006-cı il buraxılış ili olan “Toyota Prado” markalı **-XC-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “Toyota Prado” markalı **-XR-*** dövlət nişanlı, 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “X1” markalı **-TR-*** dövlət nişanlı, 2008-ci il buraxılış olan “Mercedes E350” markalı **-RM- *** dövlət nişanlı, 1998-ci il buraxılış olan “Mercedes C200” markalı **-HB-*** dövlət nömrə nişanlı, 2007-ci il buraxılış olan “Lexus GX470” markalı avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərin dəyərinin pul formasında 2/3 hissədə onun və 1/3 hissədə cavabdehin payının bölünməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 08 may 2021-ci il tarixdə iddianı təmin etmək məqsədi ilə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nigah dövründə əldə edilmiş, Cavabdeh məxsus 2006-cı il buraxılış ili olan “TOYOTA PRADO” markalı (BAN: JTEBL29J0********) ** XC *** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “TOYOTA PRADO” markalı (BAN:JTEBX9FJ3A5004990) ** UY *** dövlət nişanlı, 2016-cı il buraxılış ili olan “CHEVROLET CRUZE" markalı (BAN: 1G1BE5SM6G7299799) ** ZS *** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “X1” markalı (BAN: JTMHU09J4A5035230) ** TT *** dövlət nişanlı, 2008-ci il buraxılış olan “MERCEDES E350” markalı (BAN: WDBUF56X48B298^24) ** RP *** dövlət nişanlı, 1998-ci il buraxılış olan “MERCEDES C 200” markalı (BAN:WDB2020202F743285) ** BD *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılış olan “LEXUS GX470" markalı (BAN: JTJBT20X3********) ** VL *** dövlət nörmə nişanları avtomobillərin üzərinə həbs qoyularaq cərimə meydançasında yerləşdirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(005)- 1569/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh məxsus “TOYOTA PRADO” markalı, ** UY *** dövlət nişanlı, “CHEVROLET CRUZE" markalı, ** ZS *** dövlət nömrə nişanlı, “X1” markalı, ** TT *** dövlət nişanlı, “MERCEDES E350” markalı, ** RP *** dövlət nişanlı, “MERCEDES C 200” markalı, ** BD *** dövlət nömrə nişanlı, “LEXUS GX470 markalı, ** VL *** dövlət nörmə nişanları avtomobillərin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh 18.05.2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(005)-1569/2021 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi Cavabdeh əvvəllər mülkiyyətində olmuş nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə absurd qərardad qəbul edərək, cavabdehin və hal-hazırda nəqliyyat vasitələrinin sahiblərinin Azərbaycan Respublikasının Konstitusiyasında öz təsbitini tapmış mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(005)-1569/2021 saylı qərardadı yalnız iddiaçının hüquqlarını müdafiə etmək xarakteri daşıyır və qərardadın təsviri hissəsində 1-ci cümlədə olsa hansı cavabdehə məxsus olmayan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasının səbəbləri və hüquqi əsasları göstərilməmiş və qanun norması şərh edilməmişdir. Bundan başqa, Cavabdeh və İddiaçı 22.11.2008-ci il tarixdə rəsmi nikaha giriblər və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsi ilə pozulub. 2006-cı buraxılış ili olan “Toyota Prado” markalı **-UY-*** dövlət nömrə nişanlı, 2008-ci il buraxlış ili olan “Mersedes E350” markalı **-RP-*** dövlət nişanlı və 1998-ci il buraxlış ili olan “Mersedes C200” markalı **-BD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri ümumilikdə iddiaçı ilə birgə nikah dövründən əvvəl alınıb və ümumiyyətlə birgə nikah dövründə alınmış nikah hesab edilə bilməz. Digər nəqliyyat vasitləri isə 2016-cı il buraxlış ili olan “Chevrolet Cruze” markalı 99-ZS- 595 dövlət nömrə nişanlı, 2010-cu il buraxlış ili olan “X1” markalı **-TT-*** dövlət nömrə nişanlı və 2007-ci il buraxlış ili olan “Lexus GX470” markalı **-VL-*** nömrə nişanlı avtomobilləri özgəninkiləşdirilib və digər mülki hüquq dövriyyəsinin iştirakçılarının mülkiyyətindədirlər. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2(005)- 1569/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının təmsilçisini dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərində həbs qoyulmaqla əlaqədar tədbir görə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq, mülki işə mahiyyəti üzrə baxılana kimi “TOYOTA PRADO” markalı, ** UY *** dövlət nişanlı, “CHEVROLET CRUZE" markalı, ** ZS *** dövlət nömrə nişanlı, “X1” markalı, ** TT *** dövlət nişanlı, “MERCEDES E350” markalı, ** RP *** dövlət nişanlı, “MERCEDES C 200” markalı, ** BD *** dövlət nömrə nişanlı, “LEXUS GX470 markalı, ** VL *** dövlət nörmə nişanları avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(005)- 1569/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar