Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5953/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(005)-3077/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)-3077/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 10.966,15 (on min doqquz yüz altmış altı dollar on beş sent) ABŞ dolları məbləğində əsas, 6.220,87 (altı min iki yüz iyirmi dollar səksən yeddi sent) ABŞ dolları məbləğində müqavilə müddətində hesablanmış faiz, 6.000 (altı min) ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 24 may 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 1.058,51 (bir min əlli səkkiz dollar əlli bir sent) ABŞ dolları borc olmaqla, cəmi 24.245,53 (iyirmi dörd min iki yüz qırx beş dollar əlli üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)-3077/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, eyni zamanda ərizəsinə apellyasiya şikayəti əlavə etmişdir. Ərizə onunla əsaslandırılır ki, o, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)-3077/2019 nömrəli qətnaməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş xəbərdarlıqdan sonra məlumatı olmuşdur. Bundan dərhal sonra 12 aprel 2021-ci il tarixdə məhkəmənin qətnaməsinin ona rəsmi qaydada təqdim edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmiş və rəsmi qaydada almışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(005)-3077/2019 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(005)-3077/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 19 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)-3077/2019 saylı qətnaməsi məhkəmə tərəfindən ona göndərilməmiş, yalnız onun tərəfindən ərizə ilə müraciət olunmuş, bundan sonra qətnamə ona təqdim edilmişdir. Lakin məhkəmə 23 avqust 2019-cu il tarixli məktubun xəbərnaməsinin onun tərəfindən imza edilməklə alındığını əsas gətirərək müddətin bərpası ilə bağlı ərizəni rədd etmişdir. Halbuki, sözügedən xəbərnamənin üzərindəki imza cavabdehə məxsus olmamış, vizual şəkildə bənzədilərək təqlid edilmişdir. Cavabdehin bununla bağlı ekspertiza təyin edilməsi barədə vəsatəti isə məhkəmə tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 şikayəti müdafiə edərək, onun təmin edilməsini, qərardadın ləğv edilməsini, buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verdi. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(005)-3077/2019 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 2(005)-3077/2019 saylı qətnaməsinin surətini Cavabdeh1 qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə göndərilmiş, qətnamə cavabdeh tərəfindən 02.09.2019-cu il tarixdə alınmış və bu barədə sifarişli poçt qəbzi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5 maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1 maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2 maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3 maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Cavabdehin qəbzin onun tərəfindən imzalanmaması, ekspertiza təyin edilməsi ilə bağlı dəlilini kollegiya əsassız hesab edərək, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5 maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, MPM-nin 135.5-ci maddəsinə əsasən məhkəmə qətnaməsi 02.09.2019cu ildə Cavabdeh1 rəsmi qaydada verilmiş hesab edilir. Cavabdeh məhkəmə qətnaməsini 02.09.2019-cu il tarixdə rəsmi qaydada aldığı halda, müddətin bərpası barədə 20.04.2021-ci il tarixdə verilmiş ərizə əsaslı hesab edilə bilməz. Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəbləri barədə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(005)-3077/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5953/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5953/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver