Məhkəmə qərarları › İş №2(103)-5955/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5955/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5955/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh "xxxx" mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(010)-4228/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı "xxxx" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 423,17 manat əsas, 52,25 manat faiz olmaqla, cəmi 475,42 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(010)- 4228/2023 nömrəli qərardadı ilə iddia ərizəsi (kiçik mübahisələr üzrə iddia ərizəsi) və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1 olmuşdur. Lakin Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, cavabdeh həmin ünvandan qeydiyyatdan çıxarılmış və cavabdehin qeydiyyat ünvanın hazırda hansı ünvan olması məlum deyil. Hazırki işin ərazi aidiyyəti üzrə də məhz Suraxanı Rayon Məhkəməsində baxılmalı olması mübahisəsiz olmalıdır. Cavabdehin Suraxanı rayonu ərazisində əmlakının olmasına dair iddia ərizəsinə hansısa sübut əlavə edilməmişdir. Eyni zamanda cavabdehin məlum olan axırıncı yaşayış yeri də Suraxanı rayon Polis İdarəsinin İnzibati binası olmamış və olması da mümkün deyildi. Demək ki, bu maddədə göstərilən əsaslar olmadığına görə də iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə verilə bilməzdi. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İddiaçı iddia ərizəsində cavabdehin sonuncu qeydiyyatda olduğu ünvan kimi ünvan 3mişdir. DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Balandin küçəsi 42 inzibati bina ünvanından qeydiyyatdan çıxmışdır (çıxarılmışdır). Göründüyü kimi qanunvericiliyin tələbinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin cavabdehin hazırda hansı ünvana qeydiyyatda olması məlum deyil. Digər tərəfdən məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdehin Suraxanı rayonu ərazisində əmlakının olmasına dair də iddia ərizəsinə hansısa sübut əlavə edilməmişdir. Eyni zamanda cavabdehin məlum olan axırıncı yaşayış yeri də Suraxanı rayon Polis İdarəsinin İnzibati binası olmamış və olması da mümkün deyildir. Demək ki, Məcəllənin 36.1-ci maddəsində göstərilən əsaslar olmadığına görə də iddia ərizəsi Suraxanı Rayon Məhkəməsinə verilə bilməzdi. Göründüyü kimi cavabdehin hazırda qeydiyyat ünvanı, həmçinin əmlakının olduğu və ya sonuncu yaşayış yeri də məlum deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(010)- 4228/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar