Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-597/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli, 2(001)-37/2020-007 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(001)- 37/20 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 25 aprel 2016-cı il tarixli, 04/120 saylı kredit müqaviləsi üzrə 32.641,77 (otuz iki min altı yüz qırx bir dollar, yetmiş yeddi sent) ABŞ dolları məbləğində əsas, 7.450,11 (yeddi min dörd yüz əlli dollar, on bir sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 40.091,88 (qırx min doxsan bir dollar, səksən səkkiz sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasın,satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan qeyriyaşayış sahəsi satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmadığı təqdirdə məcburi qaydada boşaldılmas qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli 04/120 saylı kredit müqaviləsinə əsasən 32.641,77 ABŞ dolları əsas, 5.144,71 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipoteka qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən ümumi sahəsi 25,5 kv/m olan 24 saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyd olunan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən olunması və açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sabunçu” filalı ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli 04/120 saylı kredit müqaviləsinə əsasən ona 28 ay müddətinə iilik 18 % olmaqla 35.837,83 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilən Kreditin təminatı kimi filialla Cavabdeh2 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli 02/120 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən ümumi sahəsi 25,5 kv/m olan 24 saylı qeyri-yaşayış sahəsi banka ipotekaya qoyulmuşdur. Borcalan qeyd olunan kredit müqaviləsi üzrı hər ay ödəniş etməli olduğu halda, o, bu öhdəliyini normal və vaxtında yerinə yetirmir. 24 iyul 2017-ci il tarixinə borclunun banka 32.641,77 ABŞ dolları əsas və 5.144,71 ABŞ dolları faiz borcu qalmışdır. Kredit müqaviləsinin şərtlərinə əməl etməsi üçün borcalanın qeydiyyatda olduğu ünvana bildiriş məktubu göndərilsə də, o, müqavilə üzrə öhdəliklərini yerinə yetirmir. Sonradan iddiaçı iddia ərizəsinə dəyişiklik barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli 04/120 saylı kredit müqaviləsinə əsasən 32.641,77 ABŞ dolları əsas, 8.363,83 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi banka ipoteka qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən ümumi sahəsi 25,5 kv/m olan 24 saylı qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyd olunan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti müəyyən olunması və açıq hərracdan satılması və satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə əlavə məhkəmə mühasibatlıq və ipoteka ilə yüklü əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilməklə, qətnamə ilə müəyyən edilmiş əsas və faiz borcların azaldılmasına dair qətnamənin dəyişdirilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu hesablayarkən düzgün nəticəyə gəlməmişdir. Bundan başqa qətnamə əmlakın ilkin satış qiyməti hissəsində mübahisələndirilməlidir. Belə ki, ipoteka predmeti olan mənzilin dəyəri, ekspert rəyində göstərilən qiymətdən qat-qat yüksəkdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, kollegiyanın şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsinin, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsinin zahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli, 04/120 saylı kredit müqaviləsinə əsasən bank borcalana 28 ay müddətinə, illik 18 % ödəmək şərti ilə 35 837.83 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İpoteka saxlayan “İddiaçı" ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 25 aprel 2016-cı il tarixli, 02/120 saylı notarial qaydada təsdiq edilmiş Sonrakı İpoteka müqaviləsinə əsasən, 25 aprel 2016-cı il tarixli, 04/120 saylı əsas kredit müqaviləsi üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 25,5 kv.m olan qeyri-yaşayış sahəsi borcalanın öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 71.400 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 16 yanvar 2018-ci il tarixli, 1701/235 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 aprel 2016-cı il tarixli 04/120saylı kredit müqaviləsi üzrə 16 yanvar 2018ci il tarixə kredit üzrə 32.641,77 ABŞ dolları əsas, 8.363,83 ABŞ dolları faiz borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC qarşısında 28 (iyirmi səkkiz) ay müddətində ipoteka ilə yüklü edilmişdir. Əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli reyestr kitabının 14493 nömrəli vərəqində 27 aprel 2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 11 may 2017-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlandığı barədə məlumat verilmişdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19 may 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC-nin Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12847 saylı, 03 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 25 aprel 2016-cı il tarixli, 04/120 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 16 yanvar 2018-ci il tarixədək banka olan borcu ümumilikdə 40.342,43 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 32.892,32 ABŞ dolları, faiz borcu üzrə 7.450,11 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 25,5 kv.m olan qeyri-yaşayış sahəsinin “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə 235/10-17/E-13-S saylı, 23 oktyabr 2017ci il tarixli ekspert rəyində göstərilən qiymətə uyğun 70000 manat göstərmişdir. Apellyator Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qətnaməsini ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyindən, işə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzilin hazırkı real bazar və likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC-nin 07.04.2021-ci il tarixli MB 14/0434 №-li ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 25,5 kv.m olan qeyri-yaşayış sahəsinin 07.04.2021-ci il tarixinə likvid dəyəri 95000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırkı iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 24 ünvanında yerləşən, ümumi sahəsi 25,5 kv.metr olan ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 95000 (doxsan beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-597/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-597/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver