Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5970/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, faiz borcunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 tərəfindən ərizə verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2609/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair Cavabdeh2 tərəfindən verilmiş ərizə rədd edilmişdir. Cavabdeh2 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, sözügedən mülki iş üzrə həm birinci instansiya, həm də apellyasiya məhkəməsi tərəfindən bütün prosessual hərəkətlər üzrə cavabdeh (zamin) Cavabdeh2 həmin qətnamə, bildirişlərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2024-cü il saat 11:06-da yerləşdirilməklə təqdim edilmişdir. Deməli, apellyasiya şikayətinin son müddəti xx.xx.2024-cü il tarix olmalıdır. Həmin mülki iş üzrə digər cavabdeh, yəni müqavilə üzrə əsas borclu Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayət üzrə apellyasiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbil edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Deməli, mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll edilmişdir. Subyektlərin intizamsız (hüquqi) davranışlarına görə yuxarı instansiya məhkəmələrinin iş yükünün artırılmasına səbəb olan prosessual qərarların qəbul edilməsi yolverilməzdir. Zamin müqavilə əsasında üzərinə götürdüyü öhdəlik üzrə əsas borclu ilə prosessual fəaliyyəti düzgün şəkildə koordinasiya etmək hüququna malikdir. Eyni mülki işin eyni hüquqi və faktiki əsaslar üzrə yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsinə hüquqi zərurət yoxdur. Tərəf məhkəmə prosesi, məhkəmə aktı barədə məlumatlandırıldıqdan dərhal sonra prosessual fəaliyyətə başlamalıdır. Prosessual fəaliyyət operativ qaydada təşkil edilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada uzun müddət ötürülməklə verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, prosessual müddət bir neçə (3-5) gün deyil, daha uzun müddət, təxminən 3 ay ötürülmüşdür. Beləliklə kollegiya qeyd edir ki, Cavabdeh2 hazırki mülki iş üzrə qəbul edilimiş qətnamədən məlumatı olmadığını bildirsə də, qətnamə və məhkəmə iclasları barədə bildirişlər cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Cavabdeh şikayətində Asan İmza nömrəsinin olmamasını bildirsə də, nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sistemində electron kabinetin yaradılması üçün Asan İmza nömrəsinin olması zəruri deyil. Belə ki, Asan İmza nömrəsi vasitəsilə qeydiyyat “Elektron məhkəmə” informasiya sistemində qeydiyyat formalarından sadəcə biridir. Odur ki, ərizəçi qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Ərizəçi tərəfindən müddətin ötürülməsinin üzrlü olmasına dair hər hansı şübhədən kənar mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi düzgün mövqedə olmuşdur. Belə ki, ərizəçi qətnamədən şikayət vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəb olmadan ötürərək apellyasiya şikayəti vermişdir. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Daha sonra həmin qərarda qeyd edilmişdir ki, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, belə olan halda buraxılmış prosessual müddətin bərpa olunması əsaslı ola bilməz.. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apelyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh sözüedən qətnamədən və mülki işdən məlumatı olmadığını bildirərək qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsini məhkəmədən xahiş etsə də, yuxarda qeyd edilmiş hallardan məlum olur ki, cavabdehin sözügedən qətnamədən məlumatı olmuşdur. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5970/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5970/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver