Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5973/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, e- 2(011)-5702/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 26 may 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 30000 manat pul borc vermiş, sonuncu isə həmin məbləği 10 iyun 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhərinin notariusu X2 tərəfindən ünvanlanmış 30 iyul 2018-ci il tarixli məktubla pulun qaytarılması ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30000 manat məbləğində əsas borcun, illik 5% bank faizi hesabı ilə iki il beş ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 3625 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, müqavilənin 2-ci bəndinə əsasən borc 10 iyun 2018-ci il tarixə qədər geri qaytarılmalı idi, lakin artıq uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə şərtləri icra edilməmiş, borc geri qaytarılmamış və cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu qaytarmaqdan imtina edir, bəzən telefon zənglərinə belə cavab vermir. Müqavilənin 7-ci bəndində göstərildiyi kimi ödəniş müddətinin keçməsi ilə əlaqədar 30 iyun 2018-ci il tarixdə rəsmi məktubla notariat tərəfindən xəbərdarlıq edilmiş, lakin cavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmiş, belə ki, həmin xəbərdarlığa əsasən cavabdeh 30 gün müddətində kredit pulunu geri qaytarmalı idi. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aldığı pul məbləğini qaytarmamışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, e- 2(011)- 5702/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 30000 manat məbləğində borc, 3500 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 33530 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə isə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və eyni zamanda, notarius tərəfindən təsdiq edilmişdır. Həmçinin, borcun ödənilmsi barədə xx.xx.2018-ci il tarixdə icra qeydi verilsə də, cavabdeh öhdəliyini icra etmədiyindən icra qeydi xx.xx.2020-ci il tarixdə geri qaytarılmışdır. İşin hallarından da göründüyü kimi, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. İddiaçı 30000 manat pulun iki il beş ay müddət üçün illik 5% hesabı ilə 3625 manat hesablasa da, işin hallarından görünür ki, cavabdeh borc məbləğini iki il dörd ay müddətinə gecikdirimişdir. Belə ki, işin hallarından görünür ki, borc müqaviləsinin bağlandığı vaxtdan iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtadək iki il dörd ay (xx.xx.2018 – xx.xx.2020) müddət keçmişdir. Ona görə görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh qaytarmalı olduğu 30000 manat pulun gecikdirilmiş iki il dörd ay müddət üçün illik 5% hissəsi 3500 manat təşkil edir (30000 x 5% = 1500 manat; 1500 manat : 12 ay =125 manat; 125 manat x 28 ay = 3500 manat)
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 443, 445, 739-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilən hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, işə iştirakı olmadan baxıldığına, sübutlar təqdim edə bilmədiyinə görə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-ci maddəsi, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarı tətbiq olunmalıdır. Məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,445.7, 739.1, 740.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarını tətbiq etmişdir. Məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun28 noyabr 2018-ci il tarixli qərarında göstərilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyekv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyekv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. O, 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, həmin vaxtdan birdaha Azərbaycana qayıtmamışdır. Pasportunda olan qeydlər buna sübutdur. Mülki işdən də görünür ki, 01 dekabr 2020-ci il tarixə saat 11:50-ə təyin olunmuş məhkəmə iclasına çağırılmağı barədə bildirişi iddiaçı imza edərək almışdır. O, isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmış və eyni zamanda notarius tərəfindən təsdiq edilmişdir iddiaçı öhdəliyini icra edərək razılaşdırılmır. Pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Cavabdeh həm qanunvericiliklə, həm də tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. 26 may 2018-ci il tarixli müqaviləni hədə qorxu təsiri altında imzalamışdır. Ona görə də müqavilə sübut kimi qəbul edilə bilməz. Məhkəmə isə müqaviləni sübut kimi qəbul edərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Müqavilə bağlanan zaman 30000 manat pulu aldığı sübut olunmur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
12. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını, şikayətin icranı yubatmaq məqsədilə verildiyini bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamə qismən - iddianın qismən təmin edildiyi hissədə mübahisələndirildiyindən, mübahisənin predmeti bölünən olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın təmin olunan və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyən hissələrində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün iddianın təmin olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış və eyni zamanda, notarial qaydada təsdiq edilmişdir.
20. Cavabdehin apellyasiya şikayətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeydiyyatda olduğu “ünvan 2 ünvanına məhkəmə tərəfindən 09 oktyabr 2020-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq və 05 noyabr 2020-cii il tarixli bildiriş göndərilsə də bildirişin ona çatdırılması mümkün olmamış və poçt – rabitə orqanı tərəfindən bu barədə müvafiq qeyd aparılaraq məhkəməyə qaytarılmışdır. Bundan sonra məhəkəməyə cavabdehin məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanından həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq yaşamaması ilə bağlı 10 noyabr 2020-ci il tarixli arayış (iş materiallarının 32-ci səhifəsi) alınmış və məhz bundan sonra işə baxılaraq yekun məhkəmə aktı çıxarılmışdır.
21. Cavabdehin apellyasiya şikayətinin bir digər dəlili müqaviləni hədə qorxu - təsiri altında imzalamasıdır, müqavilə bağlanan zaman 30000 manat pulu aldığı sübut olunmur”.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə onu qeyd edir ki, cavabdeh tərəfindən bu faktı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamış və bu xüsusat yalnız formal mülahizələrə əsaslanmışdır.
23. Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
24. Cavabdeh tərəfindən apellyasiya şikayətində bu normanın dispozisiya şərtləri ilə uzlaşan hər hansı bir əsasa istinad olunmamış və heç bir sübut təqdim edilməmişdir.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, e- 2(011)- 5702/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, e- 2(011)- 5702/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev