Məhkəmə qərarları › İş №2(103)-5975/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5975/2025

09.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5975/2025 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ######## 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı QSC ilə Cavabdeh arasında ## ### 2013-cü il tarixində 22.800 ABŞ dolları məbləğində avtomobil krediti üzrə kredit və öhdəliyin təminatı məqsədilə «Hyundai Tucson» markalı avtomobilin ipoteka ilə yüklü edilməsinə dair müqavilələr bağlanmışdır. Cavabdeh kredit ödənişlərini dəfələrlə gecikdirmiş, edilən xəbərdarlıq və pretenziyalara baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 12.560,28 ABŞ dolları məbləğində borcun tutulması və ipoteka predmeti olan avtomobilə yönəldilməklə açıq hərracda satılması qət edilmişdir. İcra zamanı avtomobil 17.600 manat məbləğinə satılsa da, əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etməmiş, kredit üzrə 2.043,32 ABŞ dolları məbləğində ödənilməmiş borc qalmışdır. Qətnamə bu hissədə icra olunmadığından iddiaçı ##.##.2017–##.##.2025-ci illər üzrə gecikdirilmiş müddətə hesablanmış illik 5 faiz olmaqla ümumilikdə 2.043,32 ABŞ dolları məbləğində faizin tutulmasını tələb etmişdir.

2. İşin apellyasiya baxışı zamanı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *-**-**-*/*-***/**** nömrəli ## ##### 2016-cı il tarixli ekspert rəyinə əsasən ##.##.2017-ci il tarixindən ##.##.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün 12560,28 ABŞ dolları məbləğində pulun illik 5%-lə hesablanmış məbləği 1130,43 ABŞ dolları təşkil edir; ##.##.2017-ci il tarixindən ##.##.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün 12560,28 ABŞ dolları məbləğində pulun illik 5%-lə hesablanmış məbləği 1334,53 ABŞ dolları təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 12.560,28 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə 2.043,32 ABŞ dolları borcun və 54,73 manat ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ## ### 2013-cü il tarixində İddiaçı QSC ilə Cavabdeh arasında ******/* №-li Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh avtomobil almaq məqsədi ilə 22.800 USD məbləğində pul ayrılmışdır və o, 48 ay müddətində kreditin əsas məbləği və ona illik 17% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Borcalanın ******/* №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ## ### 2013ci il tarixində İddiaçı QSC ilə "İpoteka qoyan" Cavabdeh arasında ******/* №-li İpoteka (girov) müqaviləsi bağlanmışdır. Bağlanmış İpoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 2013-ci il buraxılış tarixli, mühərrik G4KDDU994317, ban KMHJT81BBDU688501 olan, **-VS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, "Hyunda Tucson" minik markalı nəqliyyat vasitəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. İddiaçı QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi İddiaçı QSC-yə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh 11415,98 USD (on bir min dörd yüz on beş ABŞ dolları 98 sent) məbləğində əsas kredit borcu, 1114,30 USD (bir min yüz on dörd ABŞ dolları 30 sent) məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 30 USD məbləğində cərimə borcu, cəmi 12.560,28 USD (on iki min beş yüz altmış ABŞ dolları 28 sent) məbləğində borc ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla, habelə 30 (otuz) manat dövlət rüsumu və 10,50 (on manat 50 qəpik) manat poçt xərçi alınaraq iddiaçı İddiaçı QSC-yə ödənilməsi və tutulacaq məbləğin cavabdeh Cavabdeh məxsus 2013-cü il buraxılış tarixli, mühərrik G4KDDU994317, ban KMHJT81BBDU688501, ağ rəngli «Hyundai Tucson» minik markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olunmuş vaxtda könüllü icrası üçün icra məmuru tərəfindən borcluya müvafiq bildiriş verilməsinə baxmayaraq, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmiş və Bank qarşısında olan borcunu bu günə kimi ödəməmişdir. Məlumat üçün qeyd edilir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi Cavabdeh işi üzrə ipoteka predmeti olan "Hyundai Tucson" markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərraca çıxarılmış və keçirilən hərrac proseslərində daşınar əmlaka dair alıcı olmadığı üçün həmin əmlak "Əmlak İxtisaslaşdırmış Hərrac Mərkəzi" MMC tərəfindən təqdim edilmiş hərracın nəticələri barədə ## ###### 2018-ci il tarixli, Y-*** saylı yekun Protokola əsasən 17.600 manat məbləğinə tələbkar İddiaçı QSC tərəfindən əldə edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in # ###### 2017-ci il tarixə əsas borc üzrə 12560,28 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh # ###### 2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik beş faiz olaraq 2.043,32 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla: ##.##.2017-ci il tarixindən ##.##.2019-cu il tarixinə qədər – 1.351,04 ABŞ dolları (Gecikmə gün sayı - 773 gün) və ##.##.2019-cu il tarixindən ##.##.2025ci il tarixinə qədər - 692,28 ABŞ dolları (gecikmə gün sayı - 2234 gün) olmaqla ümumilikdə cəmi 2.043,32 ABŞ dolları təşkil edir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh icra sənədi üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamış, girov predmetini könüllü təhvil vermiş və açıq hərracda satılmasına hər hansı maneə törətməmişdir. Beləliklə də cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verilmişdir. Hazırkı halda isə iddiaçı bank avtomobili borcun əvəzinə əldə etməsinə baxmayaraq, qətnamə üzrə tələb olunan məbləğə yenidən illik beş faiz hesablayaraq cavabdehdən tələb etmiş, lakin girov predmetinin cavabdeh tərəfindən təhvil verilməsini və avtomobili borcun əvəzinə əldə etməsini nəzərə almamışdır.

7. Həmçnin məhkəmə hesab etmişdir ki, iddiaçı Bankın kredit müqaviləsi üzrə ödənilməmiş borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək, qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını tələbkar kimi tələb etmək hüququ olduğu kimi icra sənədi üzrə borclunun da mülkiyyətçi kimi müəyyən hüquqları vardır. Bu baxımdan məhkəmə iddiaçı Bankın gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə münasibətdə illik beş faizin ödənilməsi tələbini əsaslı saymır. Belə ki, girov əmlak cavabdeh tərəfindən təhvil verilmiş və hərracda girov əmlakın dəyərindən daha aşağı qiymətə satılması cavabdehin təqsiri hesab olunmur. Bundan əlavə icra olunmuş icra sənədinə münasibətdə gecikdirilmiş vaxt üçün yenidən illik beş faizin ödənilməsi cavabdehin vəziyyətini daha da ağırlaşdırır və onun öz hüquqlarından məhrum edilməsi ilə nəticələnir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 425.2, 442, 448.1, 448.2, 445.7 və 449.1-ci maddələrinə; Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2014cü tarixli qərarına; Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair ## #### 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. İddiaçı İddiaçı QSC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin # ######## 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc qalığı tam ödənilmədiyi üçün iddiaçı bankın 5% tələbi qanunidir. Girovun satılması yalnız borcu qismən ödəyib, əsas öhdəlik tam icra olunmayıb. Könüllü icra anlayışı bura aid deyil – girovun təhvil verilməsi və hərrac məcburi icra prosedurudur. Bankın 5% tələbi əsassız deyil, əksinə Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gələn imperativ hüquqdur. Borclunun “vəziyyətim ağırlaşır” bəhanəsi kreditorun hüququnu məhdudlaşdırmır. Əks halda, kreditorun hüquqları pozulmuş olar.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasınn iclasında iştirak edən cavabdeh Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyatora münasibətdə təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 19.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.399.3 və 399.4-cü maddələrinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 22.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 23.442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 25.445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (zamana görə qüvvədə olan redaksiyası). 26.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 27.528-ci maddələrinə əsasən, öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

28.“İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.

29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli qərarında göstərilmişdir ki: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında göstərilmişdir ki: “... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

31.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 32.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə). 33.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 35.İddiaçı verdiyi iddia ərizəsində göstərmişdir ki, ## ### 2013-cü il tarixində tərəflər arasında 22.800 ABŞ dolları məbləğində avtomobil krediti üzrə kredit və öhdəliyin təminatı məqsədilə «Hyundai Tucson» markalı avtomobilin ipoteka ilə yüklü edilməsinə dair müqavilələr bağlanmışdır. Cavabdeh kredit ödənişlərini dəfələrlə gecikdirmiş, edilən xəbərdarlıq və pretenziyalara baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar iddiaçının müraciətinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 12.560,28 ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməklə açıq hərracda satılması qət edilmişdir. İcra zamanı avtomobil 17.600 manat məbləğinə satılsa da, əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etməmiş, kredit üzrə 2.043,32 ABŞ dolları məbləğində ödənilməmiş borc qalmışdır. Qətnamə bu hissədə icra olunmadığından iddiaçı ##.##.2017–##.##.2025-ci illər üzrə gecikdirilmiş müddətə hesablanmış illik 5 faiz olmaqla ümumilikdə 2.043,32 ABŞ dolları məbləğində faizin tutulmasını tələb etmişdir. 36.İddianı əsassız hesab edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh icra sənədi üzrə öhdəliklərin icrasından qərəzli şəkildə yayınmamış, girov predmetini könüllü təhvil vermiş və onun açıq hərracda satılmasına maneçilik törətməmişdir. Bu səbəbdən cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmiş hesab edilməsi və tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, girov əmlakın borcun təminatı kimi realizə olunmasına baxmayaraq, bankın qətnamə üzrə tələb edilən məbləğə yenidən illik 5 faiz hesablaması əsaslı deyildir. Belə ki, girov əmlak cavabdeh tərəfindən könüllü təhvil verilmiş, onun hərracda daha aşağı qiymətə satılması isə cavabdehin təqsirindən irəli gəlməmişdir. Buna görə də gecikdirilmiş məbləğə əlavə olaraq illik 5 faiz tutulması cavabdehin vəziyyətini ağırlaşdırmaqla onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olardı. 37.39. Hazırkı iddia tələbi üzrə hüquqi qiymətləndirmə iddiaçının istinad etdiyi qanuni əsasın – Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozisiya şərtlərinin mövcud olub-olmaması baxımından aparılmalıdır. Belə ki, iddiaçı həmin normaya əsaslanaraq, məhkəmə qətnaməsinin vaxtında icra edilməməsi nəticəsində gecikdirilmiş müddət üçün illik beş faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. 38.Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. 39.Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kreditor, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. 40.Beləliklə, öhdəliyin əmələ gəlməsinə əsas olan qətnamənin icrasının gecikdirilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin ödənilməsi barədə tələb irəli sürə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. 41.Hazırkı işdə iddiaçı da məhz Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək gecikdirilmiş müddət üçün illik beş faiz məbləğinin cavabdehdən tutulmasını tələb etmişdir. 42.Bu halda da nəzərə alınmalıdır ki, yaranma əsasından asılı olmayaraq öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin maddə zərərin ödənilməsini zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması,zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması ilə şərtləndirmişdir. 43.Beləliklə zərərin əvəzinin ödənilməsi haqqında tələbin təmin edilməsi üçün qeyd olunan bütün hüquqi faktların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. 44.İş materiallarından müəyyən olunur ki, cavabdeh-borcalan məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş pul öhdəliyini icra məmuru tərəfindən könüllü icra üçün verilmiş müddət başa çatdıqdan sonra da yerinə yetirməmiş, pul vəsaitinin ödənilməsini gecikdirmişdir. Bu halda iddiaçı-kreditorun, digər hüquqi əsaslarla daha artıq məbləğ tələb etmək imkanının olmadığı şəraitdə, pul öhdəliyinin icrasının gecikdirildiyi müddət üçün Mülki Məcəllənin 445.7ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, hər hansı əsasdan irəli gələn pul öhdəliyi tam həcmdə icra edilənədək, yəni öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam şəkildə kreditora ödənilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır. Buna görə də kreditor əlavə zərərin mövcudluğunu və ya məbləğini sübut etmədən, yalnız pul öhdəliyinin vaxtında icra edilməməsi faktına əsaslanaraq, gecikdirilmiş müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş illik beş faiz məbləğinin borcludan tutulmasını tələb edə bilər. 45.Müəyyən tarixə yaranmış borcun ipoteka predmetinin hərracda satılması hesabına tutulması barədə məhkəmə aktının mövcudluğu, həmin tarixdən sonrakı dövr üçün kreditorun Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş müddətə görə illik beş faiz məbləğinin borcludan tutulmasını tələb etmək hüququnu aradan qaldırmır. Belə ki, öhdəliyin pozulması ilə əlaqədar tələbin ipoteka predmetinə yönəldilməsi əsas öhdəliyin vaxtında icra edilməməsi faktını aradan qaldırmır. Buna görə də kreditor, pul öhdəliyinin gecikdirilmiş icrasına görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən nəzərdə tutulmuş qanuni faizin — gecikdirilmiş müddət üçün illik beş faiz məbləğinin ödənilməsini tələb etmək hüququnu saxlayır. 46.Yuxarıda göstərilən hüquqi mövqedən göründüyü kimi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanuni olmamışdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən irəli gələn pul öhdəliyi cavabdeh tərəfindən könüllü qaydada icra edilməmiş, həmin qətnamə ilə müəyyən edilmiş öhdəlik yerinə yetirilməmişdir. Nəticədə iddiaçı ona məxsus pul vəsaitindən istifadə etmək imkanından məhrum qalmışdır. 47.Birinci instansiya məhkəməsi iddiaçının pul öhdəliyinin gecikdirilmiş icrası nəticəsində zərərə məruz qaldığını sübuta yetirə bilmədiyi qənaətinə gələrək, iddia tələbinin təmin edilməsinin cavabdehin maddi vəziyyətini həddindən artıq ağırlaşdıra biləcəyini, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsinə və müəyyən hallarda hüquqdan suiistifadəyə şərait yarada biləcəyini göstərmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən iş üzrə müəyyən edilmiş faktiki halları, tətbiq edilməli maddi hüquq normalarının məzmununu və həmin normaların tətbiq edilmə şərtlərini düzgün qiymətləndirməmişdir. 48.Belə ki, məhkəmə işdə mövcud olan sübutlara onların məcmusu üzrə hüquqi qiymət verməmiş, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb edən halları araşdırmamış, habelə həmin normanın dispozisiya şərtləri baxımından işin faktiki hallarına hər hansı hüquqi qiymətləndirmə aparmamışdır. Halbuki, yuxarıda göstərildiyi kimi, iddiaçının istinad etdiyi faktiki hallar Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələrin tətbiqi üçün tələb olunan dispozisiya şərtlərinə uyğun gəlir. 49.Bununla belə, məhkəmə kollegiyası işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Bu məqsədlə iş üzrə müvafiq ekspertiza təyin olunmuş və ekspert qarşısında İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış ## ### 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn əsas borc üzrə öhdəliyin icrasının gecikdirildiyi dövrlər üzrə — ##.##.2017-ci il tarixindən ##.##.2018-ci il tarixədək, ##.##.2017-ci il tarixindən ##.##.2019-cu il tarixədək və ##.##.2019-cu il tarixindən ##.##.2025-ci il tarixədək — “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq, illik 5 faiz hesablanmaqla yaranmış faiz məbləğinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. 50.Məhkəmə kollegiyası nəzərə alır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə borclu Cavabdeh məxsus ipoteka predmeti olan “Hyundai Tucson” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərracda həmin daşınar əmlaka alıcı tapılmadığından, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən tərtib edilmiş ## ###### 2018-ci il tarixli, Y-*** nömrəli hərracın nəticələri haqqında yekun protokola əsasən, əmlak 17.600 manat məbləğində tələbkar İddiaçı QSC-yə verilmişdir. 51.İş materiallarından görünür ki, ipoteka predmetinin dəyərinin borcun hesabına silinməsindən sonra da cavabdehin əsas borc üzrə öhdəliyi tam həcmdə başa çatmamış və ## ###### 2018-ci il tarixə onun 2.207,34 ABŞ dolları məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Bu hal pul öhdəliyinin həmin tarixdə tam icra edilmədiyini və borclunun kreditor qarşısında məsuliyyətinin davam etdiyini təsdiq edir. 52.İşin apellyasiya baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *-**-**-*/*-***/**** nömrəli ekspert rəyindən görünür ki, 12.560,28 ABŞ dolları məbləğində əsas borc üzrə ##.##.2017-ci il tarixindən ##.##.2018-ci il tarixədək gecikdirilmiş müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faiz hesablanmaqla faiz məbləği 1.130,43 ABŞ dolları təşkil etmişdir. Həmin rəyə əsasən, 12.560,28 ABŞ dolları məbləğində əsas borc üzrə ##.##.2017-ci il tarixindən ##.##.2019-cu il tarixədək gecikdirilmiş müddət üçün illik 5 faiz hesablanmaqla faiz məbləği isə 1.334,53 ABŞ dolları müəyyən edilmişdir. 53.İş materiallarında olan hesablamadan göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 12.560,28 ABŞ dolları məbləğində pul öhdəliyinin ## ###### 2017-ci il tarixindən ## ###### 2018-ci il tarixinədək icra edilməməsi ilə əlaqədar, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş müddət üçün illik beş faiz hesablanarkən, ödənilməli qanuni faiz məbləği 1.130,43 ABŞ dolları təşkil etmişdir. 54.Bununla yanaşı, iş materialları ilə müəyyən edilir ki, ipoteka predmetinin realizəsindən sonra cavabdehin ##.##.2018-ci il tarixə 2.207,34 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilmiş hallarına uyğun aparılmış hesablamaya əsasən, həmin məbləğ üzrə ##.##.2018-ci il tarixindən ##.##.2025-ci il tarixədək (məhkəməyə müraciət edildiyi tarixədək) gecikdirilmiş müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faiz hesablanmaqla faiz məbləği 652,91 ABŞ dolları təşkil edir. 55.Beləliklə, cavabdehin pul öhdəliyinin icrasını gecikdirməsi ilə əlaqədar ##.##.2017-ci il tarixindən ##.##.2025-ci il tarixədək hesablanmış faiz məbləği ümumilikdə 1.783,34 ABŞ dolları təşkil edir. 56.Yuxarıda göstərilənlər nəzərə alınaraq, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia qismən təmin edilərək, pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 1.783,34 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata rəsmi məzənnəsi nəzərə alınmaqla) cavabdeh Cavabdeh iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 57.Həmçinin iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş (54,73+28) 82,13 manatın 71 manatı məbləğində pul cavabdeh Cavabdeh iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. 58.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 59.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 1.783,34 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata rəsmi məzənnəsi nəzərə alınmaqla) İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 82,13 (54,73+27,40) manatın 71 manatı məbləğində pul cavabdeh Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 300 manatın 122,5 manatı iddiaçı İddiaçı QSC-dən, 122,5 manatı cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar