Məhkəmə qərarları › İş №2(103)-5976/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5976/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5976/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxxxx” X1 (indiki adı “xxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(008)-8370/2015 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxx” X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızma qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixədək hesablanmış və ödənilməmiş 15247 ABŞ dolları əsas borcun, 1790 ABŞ dolları faiz borcunun, 4572 ABŞ dolları dəbbə pulunun, cəmi 21609 ABŞ dolları məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxx” X3 ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli 23-M-2-0-517-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı 24 ay müddətinə illik 28 faiz hesablanmaqla borc alana 19100 ABŞ dolları məbləğində istehlak məqsədli kredit vermişdir. Eyni zamanda Cavabdeh2 və Cavabdeh3 ilə kredit müqaviləsinin təminatı üsulu kimi zaminlik müqaviləsi bağlanmış və sonuncular Cavabdeh1 zamin duraraq öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit və zaminlik müqavilələri üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyinə görə Bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(008)- 8370/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən 15247 ABŞ dolları məbləğində əsas borc, 1790 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 17237 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla manatla) və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxxxx” X1 xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə prosesindən xəbəri olmamışdır. İş icraya göndərildikdən sonra onun iddia barədə məlumatı olmuşdur. Sonradan müraciət edərək qətnaməni əldə etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və qətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Dinara Əliyeva izahatında göstərdi ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin dursa da, zamin kimi öz öhdəliklərini yerinə yetirməmiş, öhdəliklərin icrası ilə maraqlanmamışdır. Cavabdehlər bir-birinə yaxın münasibətdə olan şəxslərdir və buna görə də hesab edir ki, Cavabdeh2 hazırkı iddia tələbi barədə gec məlumat alması ağlabatan deyildir. Digər Cavabdeh1 apelyasiya şikayəti üzrə hazırkı işə əvvəllər Bakı Apelyasiya Məhkəməsində baxılmış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə şikayəti verən cavabdeh özü məhkəmə iclasına gəlməmiş, məhkəmə proseslərinin nəticəsində maraqlı olmamışdır. Qeyd olunanları nəzərə alaraq, o, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(008)- 8370/2015 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli 23-M-2-0-517-14 saylı kredit müqaviləsi ilə “xxxxxx” X3 ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 19100 ABŞ olları məbləğində kredit verilmiş və həmin tarixli 23-M-2-0-517-14 saylı zaminlik müqavilələri ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 öz üzərlərinə bank ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşlər. İş materiallarında olan «xxxxxx» İKB ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktublarının surətlərindən onların borc barədə xəbərdar edildikləri və borcun ödənilməsinin tələb edildiyi görünür. İş materiallarında olan mailyyə arayışından görünür ki, Cavabdeh1 xx xxx 2015-ci il tarixə banka 15247 ABŞ dolları əsas borcu, 1790 ABŞ dolları faiz borcu, 4572 ABŞ dolları dəbbə pulu borcu vardır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-13081/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(008)- 8370/2015 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunu azaldıb iddianı qismən təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Cavabdeh2 apelyasiya şikayətinin yeganə dəlili məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi ilə bağlıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən ona məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin Cavabdeh2 rəsmi qeydiyyatda olduğu ünvanda yaşamadığına görə məhkəmə bildirişini ona çatdırmaq mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinə görə “xxxxxx” İKB qrşısında öhdəlik götürdüyünə görə ötən 6 il ərzində kredit öhdəliklərinin yerinə yetirilməsi barədə həm Bankdan, həm də kredit alan Cavabdeh1 məlumat ala bilərdi. Qeyd olunanlar ona dəlalət edir ki, Cavabdeh2 zaminlik müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsində maraqlı olmamışdır. Hazırkı apelyasiya şikayətində də Cavabdeh2 mübahisələndirdiyi qətnamənin qanunsuz və əsassız olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(008)- 8370/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar